Gürcüeli — Vikipediya
Kənd | |
Gürcüeli | |
---|---|
40°56′06″ şm. e. 43°52′39″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Ağbaba mahalı |
Rayon | Qızıl Qoç rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.950 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Gürcüeli, Gürcüyol — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd.[2][3].[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyinidə olmuşdur. Erməni mənbələrində Gürcüyel[5], Qafqazın 5 verstlik xəritəsində Gürcüel[6] formasında qeyd edilmişdir.
Toponim gürcü etnonimi ilə türk dilində «tayfa, xalq» mənasında işlənən el sözündən əmələ gəlmişdir və «gürcü tayfasından olan el, xalq, nəslə mənsub kənd» mənasını bildirir. S.Ataniyazov türkmənlərin anaveli, salır tayfasına mənsub etnonimlərdən birinin gürcü (qurji) adlarıdığını qeyd edir[7].
Eyni zamanda qaşqay türk tayfasından olan Səfixan tayfasına mənsub tirənin (nəslin) birinin adı gürcülü olmuşdur[8]. Buradan belə bir qənaətə gəlirik ki, gürcü etnonimi türk mənşəli tayfalardan biridir.
Kəndin adı 1924-cü ildə dəyişdirilib Torosgyuğ (Toroskənd) qoyulmuşdur.
Toponimi
[redaktə | mənbəni redaktə et]XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Mozdok dairəsində Kurçi-Tubə dağ adı, Azərbaycanda Oğuz (keçmiş Vartaşen rayonunda) Gürcədağ (əsli Gürçədağ), Qars əyalətinin Ərdahan dairəsində Qurcibək kəndi[9] adı ilə mə’naca eynidir. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Kurci xaraba kənd və Zəngəzur qəzasında Gurcilu kənd adları[10]da bu sıraya daxildir. P.N.Yaqodınski XIX əsrin ortalarında Quba qəzasında bir yaylağın adını Sənqələ-Gürcü kimi yazılmışdır.Gürcü etnonim ilə bağlı deyildir. Türk dillərində qurç-"möhkəm", "qüvvətli", yaxud qorçi, qurçi- "sultan qvardiyasının əsgəri" sözündəndir. Azərbaycanda Səfəvilər sülaləsi vaxtında qvardiya döyüşçüsü qurçi (farsca tələffüz forması qorçi) adlanırdı. Qurçi qırmızı rəngli papax qoymalı və uzun bığ saxlamalı idi. Qurçilərə hərbi xidmətlərinə görə torpaq sahələri verilirdi[11] İranın toponimiyasında "qorci"formasında bu sözdən yaranmış 8 kənd adı vardır.[12][13] V.I. Savina səhv olaraq bu adları "gürcü " etnonimi ilə əlaqələndirmişdir. Azərbaycanda Ağsu r-nunda Hacıman və Diliman kəndləri sərhəddində "Gürcübulağı", Abovyan rayonundanunda Ellər kəndinin qərbində Gürcü arxacı[14]bulağının adındakı "gürcü" sözü ilə eynidir.[15]
Əhalisi
[redaktə | mənbəni redaktə et]XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.20
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.72
- ↑ Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, «Ылым», 1988. s.57
- ↑ İbrahimov (Şahin) T.Ə.Qaşqaylar, Bakı, «Elm», 1988. s.39
- ↑ Буниятов З.М. Ещё раз о локализации Шаки. (в связи с публикацией Гурама Гумбы). "Изв. АН Азерб. ССР, серия истории, философии и права". 1987, № I.
- ↑ Симокатта Феофилакт. История. М., 1957.
- ↑ Ş. Məmmədova. Xülasət ət- təvarix -Azərbaycan tarixinin mənbəyi kimi. Bakı, 1991
- ↑ Савина В.И. Словарь географических терминов и других слов, формирующих топонимов Ирана. М., 1971.
- ↑ Армянская ССР. Административно-территориальное деление. Ереван, 1976.
- ↑ Bayramov A.Ə. Qədim Oğuz elllərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları Bakı, 1996.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝүрҹүјол // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.