Şəfa Əliyev — Vikipediya
Şəfa Əliyev | |
---|---|
Əliyev Şəfa Tiflis oğlu | |
Doğum tarixi | 30 sentyabr 1959 (65 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi | İqtisad elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Sumqayıt Dövlət Universiteti |
Alma-mater | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu |
Təhsili | |
Tanınır | iqtisadçı alim pedaqoq |
Üzvlüyü | Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvü |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Əliyev Şəfa Tiflis oğlu (30 sentyabr 1959, Birinci Mahmudlu, Füzuli rayonu) — Sumqayıt Dövlət Universitetinin [1] professoru, iqtisad elmləri doktoru, Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvü[2], Yeni Azərbaycan Partiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şəfa Əliyev 30 sentyabr 1959-cu ildə Füzuli rayonunun Birinci Mahmudlu kəndində anadan olmuşdur. O, 1967-ci ildə Birinci Mahmudlu kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1977-ci ildə Bala Bəhmənli kənd orta məktəbini bitirmişdir.
1978-1980-ci illərdə Rusiyanın Murmansk vilayətində və Moskva şəhərində sovet ordusu sıralarında xidmət etmişdir.
1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstutunun uçot-iqtisad fakültəsini bitirmiş və iqtisadçı ixtisasına yiyələnmişdir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Şəfa Əliyev ailəlidir. Üç övladı və 6 nəvəsi var.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əmək fəaliyyətinə 1978-ci ildə Füzuli rayonunun M.B.Qasımov adına kollektiv təsərrüfatında fəhlə kimi başlamışdır. 1981-1984-cü illərdə Sumqayıt “Sintezkauçuk” zavodunda aparatçı və mühasib vəzifələrində işləmişdir. 1984-1986-cı illərdə Sumqayıt 41 saylı Orta Texniki Peşə Məktəbin Komsomol Komitəsi katibi, 1986–1989-cu illərdə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin raykom hüquqlu Komsomol Komitəsi katibinin müavini və katibi vəzifələrində çalışmışdır. 1989-1995-ci illərdə Sumqayıt “Sintezkauçuk” İstehsalah Birliyinin maliyyə şöbəsi rəis müavini və rəisi vəzifələrində işləmişdir. 1995-ci ildə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin baş eksperti vəzifəsini tutmuşdur.
1995-1997-ci illərdə “Azərikimya” Dövlət Şirkətində baş mütəxəssis, Təçizat və Satış İdarəsinin MDB ilə əlaqələr şöbəsinin rəisi işləmişdir. 1997–2001-ci illərdə “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında (Moskva şəhəri) nümayəndəliyin başçısı vəzifəsində işləmiş və bu şirkətin dünya ölkələri ilə xarici iqtisadi əlaqələrinin yaradılması, inkişaf etdirilməsi ilə məşğul olmuşdur[3]. 2001–2003-cü illərdə “Azərikimya” DŞ-nin “Etilen-Polietilen” zavodunun baş iqtisadçısı, 2003-cü ildə isə “Azərikimya” DŞ-nin Səthi Aktiv Maddələr zavodunun iqtisadi məsələlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 2003–2005-ci illərdə “Azərikimya” Dövlət Şirkətinin Vitse-Prezidenti və 2005–2006-cı illərdə isə “Azərikimya” DŞ-nin “Sintezkauçuk” zavodunun direktoru vəzifələrində fəaliyyət göstərmişdir.
2006–2011-ci illərdə Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru və 2011–2013-cü illərdə Bakı şəhər Məşğulluq İdarəsinin direktoru vəzifələrində işləmişdir[4]. Azərbaycanın 50 şəhər və rayonlarının Məşgulluq Mərkəzlərində İşçi qrupunun rəhbəri kimi ölkədə məşğulluq xidmətinin təkmilləşdirilməsi üzrə fəaliyyət göstərmişdir. 2013-cü ildə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 7 sayli region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi olmuşdur.[5].
Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür [6].
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Şəfa Əliyev 245-dən çox elmi əsərlərin, o cümlədən 4 monoqrafiyanın (biri həm müəllifliklə), 7 kitabın (ikisi həmmüəllifliklə), iki dərsliyin və üç dərs vəsaitinin müəllifidir. Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişaf Fondunun 2011-ci ildə keçirilmiş 2-ci Qrant müsabiqəsinin qalibidir[7].
Sumqayıt Dövlət Universitetində iqtisadi məktəbin yaradılması və elmi dərəcəli kadrların hazırlanmasında təşəbbüskarlığı və səmərəli fəaliyyəti ilə fərqlənir. Hazırda iqtisad elmləri doktoru hazırlığı üzrə 3 nəfərin elmi məsləhətçisi və iqtisad üzrə fəlsəfə doktoru hazırlığı üzrə 5 nəfərin elmi rəhbəridir[8].
2007-ci ilin may ayının 30-da Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycanın Rusiya ilə ticarət-iqtisadi əlaqələrinin problemləri və perspektivləri” mövzusunda dissertasiya işinini (rus dilində) müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür (İqtisad elmləri namizədi -15 yanvar 2008-ci il-Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası - EN-№048-27-15.01.2008). 2013-cü il aprel ayının 22-də isə dosent elmi adını almışdır (dosent - 22 aprel 2013-cü il-Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası-DS № 04328 – 22.04.2013)[9].
2015-ci il noyabr ayının 15-də Azərbaycan Dövlət İqtisad Universitetində 5307.01 – “İqtisadi nəzəriyyə” ixtisası üzrə “Xüsusi iqtisadi zonaların təşkili və inkişaf perspektivləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və iqtisad elmləri doktoru alimlik dərəcəsinə yiyələnmişdir (İqtisad elmləri doktoru - 25 noyabr 2016-cı il, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası-ED-01755-25.11.2016-cı il-Protokol № 10R) [10].
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 aprel 2017-ci il tarixli 135 nömrəli Əmri ilə “İqtisadiyyat” elmləri üzrə Ekspert Şurasının üzvü-Elmi katib təsdiq edilmiş və 2018-ci ilin sonuna kimi bu Şurada fəaliyyət göstərmişdir.
Şəfa Əliyev Azərbaycanda nəşr olunan “Yer və insan” elmi jurnalının redaksiya heyətinə üzv seçilmişdir[11].
Pedaqoji fəaliyyəti
[redaktə | mənbəni redaktə et]2009-2017-ci illərdə Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının dosenti, 2017-ci ildən hazırkı günümüzə Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru vəzifəsində işləyir.
“Azərbaycan iqtisadiyyatı”, “Azərbaycanın xarici-iqtisadi siyasəti”, “Beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi”, “Beynəlxalq nəqliyyat əməliyyaltarı”, “İqtisadi diplomatiya”, “Azərbaycanın xarici-iqtisadi əlaqələri”, “Azərbaycanın xarici-iqtisadi əlaqələri”, “Azad İqtisadi Zonalar”, “Xarici iqtisadi siyasət”, “Marketinq” (rus dilində), “Azərbaycan iqtisadiyyatı” (Rus dilində), “Dünya iqtisadiyyatı” (Rus dilində), “Gömrük işi” (Rus dilində) fənlərindən mühazirələr oxuyur.
Beynəlxalq fəaliyyət və elmi-iqtisadi əlaqələri
[redaktə | mənbəni redaktə et]1997-2001-ci illərdə “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında nümayəndəliyinin başçısı işlədiyi illərdə Azərbaycanın neftkimya müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması, satış bazarlarının, iqtisadi əlaqələrin genişləndirilməsi üçün Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Baltikyanı ölkələrdə, Çexiya, Slovakiya, Polşa, Rumıniya, Moldova, Özbəkistan, Türkmənistan, Gürcüstan, ABŞ, Türkiyə, Hollandiya və s. ölkələrə səfərlər etmiş, işgüzar əlaqələrin təşkilinə nail olmuşdur.
Dünyanın 50-dən çox ölkəsində konfrans və seminarlarda, elmi simpoziumlarda, o cümlədən, ABŞ, Fransa, İsveç, Norveç, Macarıstan, Baltikyanı dövlətlər, Çexiya, Hollandiya, Türkiyə, Polşa, Bolqarıstan, Slovakiya, Rusiya, Ukrayna, Belarus və s. ölkələrdə keçirilən tədbirlərdə iştirak etmiş, çıxışlar və məruzələr etmişdir. Beynəlxalq Əmək Təşkilatının xətti ilə İsveç, Macarıstan və Balikyanı ölkələrdə keçirilən tədbirlərdə iştirak və çıxışlar etmişdir. Rusiya və digər keçmiş SSRİ ölkələrinin 100-dən çox şəhərlərində, subyekt mərkəzlərində işgüzar ezamiyyətlərdə, xarici iqtisadi əlaqələrin qurulması üzrə tədbirlərdə, görüşlərdə olmuşdur.
Rusiya iqtisad elmində güclü nüfuza malik olan - Moskvada fəaliyyət göstərən, akademik R.S.Qrinberqin rəhbərlik etdiyi “Yeni İqtisadi Assosiasiya”nın (Новая Экономическая Ассоциация. www.econurus.org) üzvüdür. “Rusiya sahibkarlığı jurnalı”nın ekspertlər şurasının üzvüdür[12]. Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “İqtisadi münasibətlər” elmi-praktiki jurnalının redaksiya heyətinə üzv seçilib.
2018-ci ildən Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “Maliyyə iqyisadiyyatı” (Moskva) elmi-analitik jurnalının redaksiya heyətinə üzv seçilib[13].
Ukraynanın Odessa şəhərində nəşr olunan “Bazar İnfrastrukturu” elmi-praktiki jurnalın redaksiya heyətinə daxil edilmişdir[14]. 2017-ci ilin yanvar ayında Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Elmi-Tədqiqat Mərkəzinin və Kanadanın Hamilton şəhərində fəaliyyət göstərən “Accent Graphics Communications” nəşriyyatının redaksiya heyətinin, “Avropa-Amerika Elmi Kooperasiyası” junalının redaksiya heyətinin üzvü seçilmişdir.
ABŞ-nin Filadelfiya şəhərində nəşr olunan və bir çox beynəlxalq reytinq təşkilatlarında impact-faktora malik “Theoretical & Applied Science” jurnalınını redaksiya heyətinin üzvüdir[15].
Beynəlxalq Elmi Konferensiyaların keçirilməsi üzrə ixtisaslaşan Conferencii.com saytının redaksiya heyətinin üzvüdür[16].
Moskva şəhərində nəşr olunan “Актуальные вопросы современной науки” elmi jurnalının redaksiya heyətinin üzvüdür[17].
Rusiyada nəşr edilən «Hаучная перспектива» elmi jurnalının redaksiya heyətinin üzvüdür[18].
Mükafatları
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə ”Tərəqqi” medalı ilə təltif olunmuşdur [19] Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə bir qrup şəxs mükafatlandırılıb [20].
2009-cu və 2019-cu ildə ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanlarına layiq görülmüşdür[21].
Təltifləri
[redaktə | mənbəni redaktə et]Şəfa Əliyev Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir[22].
Əsərləri
[redaktə | mənbəni redaktə et]Monoqrafiyalar və kitabları
[redaktə | mənbəni redaktə et]- Алиев Ш.Т., Агаев С.Г. Проблемы и перспективы торгово-экономических связей Азербайджана с Россией - монография - Баку-Элм, 2004, 280 с[23].
- Əliyev Ş.T., Şəkərəliyev A.S., Cavadov M.Ə. Nobel mükafatı almış iqtisadçılar və onların nəzəriyyələri, Elmi-ensiklopedik nəşr, Bakı-Elm nəşriyyatı, 2004, 280 с[24].
- Əliyev Ş.T. Xüsusi iqtisadi zonaların təşkili problemləri və inkişaf perspektivləri (monoqrafiya). Bakı-Elm, 2008, 252 s[25],[26].
- Алиев Ш.Т. Специальные экономические зоны: приоритеты и проблемы использования в условиях глобализации. Баку-Элм, 2010. 138 с[27].
- Алиев Ш.Т. Важнейшие детерминанты устойчивого развития экономики Азербайджан. Баку-Элм, 2010. 196 с[28],[27] .
- Aliyev Sh.T. Actual Issues and Perspectives of the Economic Model Development of Azerbaijan in Present Conditions. Unibook Peleman Industries, Inc.11820 Wills Road, Suite 100. Alpharetta, Georgia, 30004, USA, April, 2010, 204 p
- Əliyev Ş.T. Xüsusi iqtisadi zonalar: konseptual əsaslar və strateji istiqamətlər. Bakı-Elm və Təhsil, 2012, 196 s.[29] .
- Əliyev Ş.T. Sumqayıt sənaye mərkəzi: mövcud potensialdan istifadə, modernləşdirmə və müasirləşdirmə prioritetləri. Bakı - Elm və Təhsil, 2012, 196 s.[29] .
- Əliyev Ş.T. Azərbaycanın kimya və neftkimya komleksinin qiymətləndirilməsi və yenidən qurulması istiqamətləri. Bakı-Elm və Təhsil, 2012, 156 s.[29].
- Əliyev Ş.T. Xüsusi iqtisadi zonaların tətbiqi problemləri (monoqrafiya). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci il I “Qrant” müsabiqəsinnin əsasında layihəsi hazırlanmışdır). Bakı, 2012, 360 s.[30].
- Əliyev Ş.T. “Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti”. (Monoqrafiya), Sumqayıt, “Azəri” nəşriyyatı, 2019, 368 s.
Dərsliklər və dərs vəsaitləri
[redaktə | mənbəni redaktə et]- Əliyev Ş.T. “İqtisadi diplomatiya”. Dərs vəsaiti. Sumqayıt Dövlət Universiteti, Elm və təhsil, 2012,196 s.[29].
- Əliyev Ş.T. “Azad iqtisadi zonalar”. Dərslik. Sumqayıt Dövlət Universiteti, Bilik, PM- 2013, 280 s [13][ölü keçid].
- Pənahəliyeva M.Ö., Əliyev Ş.T. “Beynəlxalq nəqliyyat əməliyyatları”. Dərs vəsaiti. Sumqayıt Dövlət Universitetinin Nəşriyyatı, 2015.-176 s [31],[32].
- Əliyev Ş.T. “Azərbaycanın xarici iqtisadi siyasəti”. Dərs vəsaiti. Sumqayıt Dövlət Universitetinin Nəşriyyatı, 2015.-185 s.[33].
- Əliyev Ş.T. “Azərbaycan iqisadiyyatı”. Ali məktəb tələbələri üçün dərslik. Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-15 saylı 5 yanvar 2017-ci il tarixli əmri ilə nəşr hüququ qrif verilmişdir. Sumqayıt. SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2018.- 376 s.[34].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
- ↑ Economic Association[ölü keçid]
- ↑ Представительство Государственного Концерна Азербайджанской Республики В Российской Федерации, представительство_государственного_концерна_азербайджанской_республики_в_российской_федер_азерхимия[ölü keçid]
- ↑ Əliyev Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsinin direktoru vəzifəsinə təyin edilib
- ↑ yerləşən Dövlət Əmək Müfəttişliyinə yeni rəis təyin olundu[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
- ↑ "Arxivlənmiş surət". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
- ↑ "- AMEA İnformasiya Texnologiyaları İnstitutu". 2020-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
- ↑ [1][ölü keçid]
- ↑ [2][ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
- ↑ "Arxivlənmiş surət". 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-06.
- ↑ "Arxivlənmiş surət". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-06.
- ↑ [3]
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-06-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-22.
- ↑ "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-03-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-22.
- ↑ "Arxivlənmiş surət". 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
- ↑ Азербайджана наградил орденами, медалями и званиями сумгаитцев[ölü keçid]
- ↑ [4]
- ↑ Əliyev Sumqayıt şəhər İcra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib
- ↑ Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ "– c.153, № 101" (PDF). 2020-01-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-22.
- ↑ [5][ölü keçid]
- ↑ [6]
- ↑ [7][ölü keçid]
- ↑ 1 2 [8][ölü keçid]
- ↑ - Sumqayıtlı alimin 2 kitabı nəşr olunub
- ↑ 1 2 3 4 [9]
- ↑ "Arxivlənmiş surət" (PDF). 2019-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
- ↑ [10][ölü keçid]
- ↑ "Arxivlənmiş surət" (PDF). 2017-05-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
- ↑ [11][ölü keçid]
- ↑ [12][ölü keçid]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Elmə Bağlanan Ömürün Səhifələri-FOTOLAR
- Əsas məsələ - 17.09.2019
- Sumqayıtlı alimin növbəti uğurları
- Azerbaijani scientist joins New Economic Association of Russia
- Президент Азербайджана отметил ряд лиц, имеющих заслуги в социально- экономическом развитии города Сумгайыт
- Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi S.Vurğun adına Mərkəzi Kitabxana
- Füzuli Ələkbərov Sumqayıta yeni rəis təyin edib
- STRATEJI İQTİSADİ TƏFƏKKÜRLÜ İQTİSADÇI - ALİM ŞƏFA ƏLİYEVİN HƏYAT YOLU SƏHİFƏLƏRİNİ VƏRƏQLƏYƏRKƏN...
- ПЕРСПЕКТИВЫ СТРАТЕГИЧЕСКОГО ПАРТНЕРСТВА АЗЕРБАЙДЖАНА И КАЗАХСТАНА
- 02 09 2019 AKTUAL SOHBET
- Aktual söhbət DTV 13.07.2019 Aygün Zülfüqarlının Təqdimatında
- Üz-üzə DTV 14.10.2019 Könül Həbibqızının Təqdimatında