Ənvər Fərəcov — Vikipediya
Ənvər Fərəcov | |
---|---|
Ənvər Səyyad oğlu Fərəcov | |
Doğum tarixi | 28 iyun 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 11 sentyabr 1991 (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Mükafatları |
Ənvər Fərəcov (28 iyun 1952, Sarov, Qasım İsmayılov rayonu – 11 sentyabr 1991, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ənvər Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanikləşdirmə fakültəsini bitirir və Goranboy rayonunun "Azərbaycan" kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayır. 1981-ci ildə həyatını daxili işlər orqanları ilə bağlayır.[1] 1990-cı ildə Özbəkistan Ali Milis Məktəbini bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir.
Döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]18 avqust 1991-ci il. Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. 14 sentyabr 1991-ci il…Yağı düşmən böyük qüvvə ilə Goranboy rayonunun Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Bu, Ənvər Fərəcovun son döyüşü idi. O, bu döyüşdə Todam milis bölməsinin daha 3 əməkdaşı — mayor Hümbətov Rizvan Məşədi oğlu, kapitan Əliyev Nəsrəddin Yunis oğlu, kapitan Kamandarov Mövsüm Qasım oğlu ilə bərabər qəhrəmancasına şəhid oldu. Goranboy rayonunun Sarov kəndində dəfn edilib, şəhərdə büstü qoyulub.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülmüşdür.
Goranboy rayonunda dəfn edilmişdir.
İrsi
[redaktə | mənbəni redaktə et]Goranboy rayonunda büstü qoyulmuşdur.
Haqqında Zamin Məmmədov "Vətənə dönənim" adlı film çəkmişdir. Film 2016-cı ildə Nizami Kino Mərkəzində nümayiş olunmuşdur.[2]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 101.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ARB 24. "Milli Qəhrəman Ənvər Fərəcovun doğum günüdür" (az.). Youtube.com. 28.06.2018. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
- ↑ Mirməmməd, G. Vətənin dadına yetən igid oğullar: Milli Qəhrəman Ənvər Fərəcov haqqında sənədli filmin təqdimatı: [Nizami Kino Mərkəzində Zamin Məmmədovun "Milli Qəhrəmanlar" silsiləsindən lentə aldığı "Vətənə dönənim" adlı filmin nümayişi haqqında] //Mədəniyyət.- 2016.- 20 yanvar.- S.3.