Adriatik dənizi — Vikipediya
Adriatik dənizi | |
---|---|
it. Mare Adriatico lat. Mare Adriaticum | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Eni | 200 km |
Dərin yeri | 3719 m |
Duzluluğu | 35-38 ‰ |
Yerləşməsi | |
43° şm. e. 15° ş. u.HGYO | |
Ölkələr | |
Üst akvatoriyası | |
Yerləşməsi | Avropa |
| |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Adriatik dənizi (it. Mare Adriatico) — Aralıq dənizi hövzəsində, Apennin və Balkan yarımadaları arasında yarımqapalı dəniz.
Şimalda dayaz Venesiya körfəzini əmələ gətirir. Cənubda onu Otranto boğazı İon dənizi ilə birləşdirir. Duzluluğu 30–38 promilledir. Mühüm limanları — Venesiya, Ankona, Bari, Brindizi, Split və s.Bu dəniz İtaliya (1000 km-dən çox), Sloveniya (47 km), Xorvatiya (1777 km), Bosniya və Herseqovina (20 km), Monteneqro (200 km), Albaniya (472 km) sahillərini yuyur.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Adriatik dənizinin sahəsi 139 min km², dərinliyi dənizin şimal hissəsində 20 m-dən cənub-şərq hissəsində 1230 m-ə qədərdir. Dibi şimal-qərbdən cənub-şərqə doğru tədricən yamaclı çuxurdur.Cənub hissəsində Otranto boğazı vasitəsilə İon dənizi ilə birləşir. O, quruya 796 kilometr uzanır, dənizin eni 93 kilometrdən 200 kilometrə qədərdir.
Qərb sahilləri əsasən adüzənlik, şərq sahilləri dağlıqdır. Şimal-qərb və qərb sahilləri alçaq, bəzən laqunaldır: dənizin bu hissəsi çayların (əsasən Po və Adige) çöküntüləri ilə doludur.Şərq sahillərinin yaxınlığında, Balkan yarımadasının qərb hissəsi çökən zaman dağlararası vadiləri su altında qalan Dinar yüksəkliklərinin sahil silsilələrinin zirvələri olan Dalmatiya adaları yerləşir. Sahillər körfəzlərlə çox girintilidir və limanlarla zəngindir. Əsas körfəzlər Venesiya, Trieste və Manfredoniyadır. Sahildən kənar dəniz dərindir, bu da naviqasiyanı asanlaşdırır. Ən böyük sahil adaları: Krk (405 km²), Cres (405 km²), Brac (395 km²), Hvar (300 km²), Pag (285 km²) və Korcula (276 km²).[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Blake G., Topalović D. The Maritime Boundaries of the Adriatic Sea (ing.). / International Boundaries Research Unit 1996. Iss. 8. ISBN 1-897643-22-5
- ↑ "Центральное бюро статистики Хорватии" (PDF). 2020-08-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-02.