Lazarev dənizi — Vikipediya
Lazarev dənizi | |
---|---|
rus. Лазарев Море | |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 929,000 km² |
Dərin yeri | 4,500 m |
Orta dərinliyi | 3,000 m |
Yerləşməsi | |
68°00′00″ c. e. 5°00′00″ ş. u.HGYO | |
Ölkə | Antarktida |
Üst akvatoriyası | |
Yerləşməsi | Şərqi Antarktida |
|
Lazarev dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Kraliça Mod Torpağı sahilində yerləşir. Sahəsi 929,000 km², dərinlik mərkəzə doğru 3.000 m, şimalda dərinlik isə 4500 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. İlin yay və payız mövsümünün sonunda buzlar əsasən sahilə yaxın ərazilərdə qalır. Dəniz 1962-ci ildə Birinci rus antartik ekspedisiyanın rəhbəri M. P. Lazarevin şərəfinə adlandırılmışdır.
Tədqiqatı
[redaktə | mənbəni redaktə et]Dənizin örgənilməsində Sovet və Rus tədqiqatçılarının böyük rolu olmuşdur. Katerik şelfi burada nisbətən azlıq təşkil edirlər. Selfin sahildə uzunluğu 200 km təşkil edir. Cənubdan mərkəzə doğru dərinlik birdən-birə 3000 m, şimalda isə dərinlik 4500 metrə qədər enir. Sahilləri qayalı olan yerlər əssasən Kraliça Mod Torpağına daxil olan Şahzadə Marta sahili ərazisində müşahidə edilir. Bu sahillərdə Lazarev buzlağı yerləşir. Onun eni 100 km təşkil edir. Buzlağın kənarları əsrarəngiz quruluşa malikdir, əsasən yay mövsümündə daha gözəl olur. Bu səbəbdən Antarktikaya təşkil edilən turistik maşrutlardan biridə məhz bura edilir. Burada suiti, bölgəyə xas balıqlar, pinqivinlər, dəniz quşlar, köpək balığı və bir necə kit növü vardır. Sahillərində iki elmi tədqiqat stansiyası fəaliyyət göstərir. Bunlarda biri Almaniyaya məxsus Qeorq-fon-Noymayer (1980) və CARa məxsus SANAE IV (1962) stasiyaları fəaliyyət göstərir.