Dovğa — Vikipediya

Noxudlu dovğa
Qablaşdırılmış "Naxçıvan dovğası"

Dovğa — Azərbaycanın milli yeməyi.

Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz.

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]

Dovğa hazırlamaq üçün qatıqxama un ilə çalınır, üzərinə yumurtadüyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxudküftələr əsas dovğa ilə qarışdırılır.