Qarışıq turşu — Vikipediya
Tərkibi
[redaktə | mənbəni redaktə et]- Göy bibər - 6 kq
- Göy pomidor - 4 kq
- Kök - 4 kq
- Kələm - 4 kq
- Albalı (heyva, üzüm və s.) yarpaqları - zövqə görə.
- Duz - 250 qram
Hazırlanma qaydası
[redaktə | mənbəni redaktə et]Hazırlamaq üçün göy bibər, göy pomidor, kök, 4 yerə bölünmüş kələm götürülür, doğranılır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun (şorabanın) dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə şorabanı sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Evdarlıq, Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1990. səh.240.