Elman Hüseynov — Vikipediya

Elman Hüseynov
Elman Süleyman oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 28 fevral 1952(1952-02-28)
Doğum yeri
Vəfat tarixi 14 yanvar 1993(1993-01-14) (41 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Uşağı 3
Atası Süleyman
Hərbi fəaliyyəti
Xidmət illəri 1991–1993
Rütbəsi Mayor
Təltifləri "Qızıl Ulduz" medalı — 1995

Elman Süleyman oğlu Hüseynov (28 fevral 1952, Azad Qaraqoyunlu, Mirbəşir rayonu14 yanvar 1993, Vəngli, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]

Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulmuşdur. 1958–1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurmuşdur. 1973–1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət etmişdir.[2]

1980–1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır. 1982–1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985–1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988–1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir.

Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir.

Evli idi. Üç övladı yadigar qalıb.[2]

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir.[3]

Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.[3]

Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə mayor Elman Süleyman oğlu Hüseynov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[4]

İrsi və xatirəsi

[redaktə | mənbəni redaktə et]

Tərtər rayonunda və Bakı şəhərində adına küçə var.[2][5][6] Bundan əlavə qəhrəmanın büstü qoyulub və qəhrəmanın adına muzey var.[5]

  1. "National heroes". azerbaijans.com (English). 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2019.
  2. 1 2 3 "Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun 65 illik yubileyi qeyd olundu". terter-ih.gov.az (English). 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2019.
  3. 1 2 "Hüseynov Elman Süleyman oğlu". nizami-ih.gov.az (English). 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2019.
  4. "Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 15.01.1995. 2015-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.01.1995.
  5. 1 2 "Tərtərdə Milli Qəhrəman Elman Hüseynovun xatirəsi anılıb". azertag.az (English). 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2019.
  6. "Elman hüseynov Küçəsi · 8-ci kilometer, Azerbaijan". Elman hüseynov Küçəsi · 8-ci kilometer, Azerbaijan (ingilis). İstifadə tarixi: 2023-09-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]