Eyvazxanbəyli — Vikipediya
Eyvazxanbəyli | |
---|---|
40°04′54″ şm. e. 46°56′46″ ş. u.HGYO | |
Ölkə | |
Eyvazxanbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Ağdam Atçılıq Zavodu bu kənddə yerləşir.
2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Eyvazxanbəyli kəndinin təməlini qoyub. Təməlqoyma mərasimində oğlu Heydər Əliyev də iştirak edib.[2]
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Eyvazxanbəyli kəndin əsasını qoymuş nəslin adıdır. Qarabağ xanlığı dövründə Kəlbəcərin Çal-bayır, mənşəcə Hacılı tayfasına mənsub olmuş bir el Eyvazxanbəyli adlanırdı. Bu elin digər hissələri Qəhrəmanbəyli, Süleymanbəyli, Məmmədxanbəyli. Muradxanbəyli və Tağıbəyli adlanmışdır. Kənddə müasir dövrdə həmin adda olan nəsillər yaşayır. Kəndin tam adı Ərəb-Eyvazxan idi. 1826-cı ildə Eyvazxan öz rəiyyəti ilə İrana qaçmış, sonra çar hökumətinin icazəsi ilə geri qayıdaraq 1830-cu ildə Şəlva (Şalva), Tərnəgüt, Əliməmmədköçü, İsaq Pənah Sərkar köçü adlı yaşayış məntəqələri onlara verilmişdir. Kənd Eyvazxan bəyə məxsus rəiyyətin məskunlaşması nəticəsində yaranmışdır. Eyvazxanbəylilər yayı Kəlbəcərin Çalbayır adlı yaylağında, qışı isə indiki kəndin ərazisində keçirilmişlər. Kənddə Qəhrəmanbəyli, Süleymanbəyli, Məmmədxanbəyli nəsilləri yaşayır.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-20.
- ↑ B.Budaqov, Q.Qeybullayev. "Yuxarı Qarabağın toponimləri"
Xarici keçid
[redaktə | mənbəni redaktə et]- https://aghdamnewsnet.wordpress.com Arxivləşdirilib 2020-05-01 at the Wayback Machine