Mərzili — Vikipediya

Mərzili
39°55′57″ şm. e. 47°03′42″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Ağdam rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 262 m
Saat qurşağı
Mərzili xəritədə
Mərzili
Mərzili
Mərzili xəritədə
Mərzili
Mərzili

MərziliAzərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kənd inzibati ərazi dairəsində kənd.[1] 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Rusiya İmperiyasının əhali siyahıyalaması nəticəsində hazırlanmış "Qafqaz Təqvimi" adlanan reyestr məlumatlrının 1886-cı ilə aid qeyrlərinə əsasən "Marzulu" kəndi Yelizaverpol Qurbermniyasının Şuşa qəzasında yerləşir, əhalisi 273 evdə yaşayan 1079 nəfər Qafqaz diyarının tatarından (azərbaycanlıdan) ibarətdir və hamısı şiə müsəlmanıdır[2].

Həmin reyestrin 1912-ci ilə aid qeydlərinə görə "Marzulu" kəndi Yelizaverpol Qurbermniyasının Şuşa qəzasında yerləşir, əhalisi 1625 nəfər tatarlardan (Azərbaycanlılardan) ibarətdir[3].

Mərzili kəndində Azərbaycan SSR dövründə Ağdam rayonunun ikinci böyük kolxozu yerləşirdi.

Mərzili kəndi 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.[4] Lakin buna baxmayaraq Azərbaycan kəşfiyyatçıları bu kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdilər. Belə əməliyyatların birində ABŞ-dən olan erməni terrorçusu Monte Melkonyan 708-ci hərbi hissənin 258-ci PDM ekipajlari Şaiq Kəlbiyev[5]Asəf Mütəllimov tərəfindən öldürülür.

Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[6] ilə Mərzili kənd sakinlərinin xahişi nəzərə alınaraq, kənd sakinlərinin toplandığı ərazidə Mərzili bələdiyyəsi təşkil edilmişdir. 2004-2020-ci illər arasında Mərzili bələdiyyəsi Azərbaycan Respublikası ərazisində yeganə bələdiyyə olmuşdur ki, onun ərazisi tam olaraq işğal altındadır, lakin bələdiyyə qərarları və normativ xarakterli aktları qəbbul edilmişdir.

Mərzili bələdiyyəsinin birinci Nizamnaməsi 2004-cü ildə, yenisi isə 30.08.2017-ci il tarixində qəbul eidlmişdir[7].

Mərzili Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[8] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[9] uyğun olaraq, Mərzili bələdiyyəsi Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

2006-cı ildə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva qurumun Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohacanyana istinadən məlumat verib ki, Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. [10] Mərzili kəndi işğal olan zaman mülki şəxslərdən Əli Zeynalov ermənilərlə döyüşərək qəhrəmancasına şəhid oldu. Kənd sakinlərindən Behbudalı Qasımov, Sumbat Qasımov, Süleyman və həyat yoldaşı Qızyetər, Eyvaz, həyat yoldaşı Gülxanım və qızı 4 yaşlı Solmaz ermənilər tərəfindən qətlə yetirildilər.

Mərzili — Ağdam rayonunda kənd adı. Qarabağda yaşamış Mərzili tayfasının adındandır. XIX əsrin sonlarında Mərzəli Kənd icmasında Birinci Mərzili. Mərzili-İsmayıl bəy (indi bu kənd İsmayıl bəyli adlanır) və Mərzili-Cəfərquluağa adlı üç məntəqə vardı. Qarabağda orta XIX əsrdə yaşamış Mərzili elinin oturaqlaşması nəticəsində yaranmış kəndlərdəndir. Bu el 1845-ci ildə cəmi 19 ailədən ibarət idi. Mosul, Goranlı, Molday Rəsullu və Zeynalabdinbəyli köçləri Şirvan xalqı Musfata xana məxsus olmuş, lakin xanlıq ləğv edildikdən sonra Araz sahillərinə köçürülmüşdür. F.Deminskinin yazdığına görə Mərəzəli (Mərzilik) eli 5 qoldan ibarət olmuşdur. Ulu-Şıxlı, Əmirli, Danayerli, Kürə-Çullu və Sofulu sonra el böyüyərək 8 tirədən ibarət idi:Mehterli, Şirvanlı, Bapaxçı, Hacımanlı, Dəlləkli, Novruzlu, Həmzəlilər və Daşdəmirlər.[11]

İşğaldan yeni azad olunan Mərzili kəndinin təxmini 8.000 əhalisi respublikanın müxtəlif bölgələrində məskunlmışdır. Mərzili kəndi Qarabağ uğrunda gedən döyüşlərdə 36 nəfər hərbi 9 nəfər isə mülki şəhid vermişdir.

Mərzili bələdiyyəsi

[redaktə | mənbəni redaktə et]

"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[12] əsasən Mərzili kəndi Mərzili bələdiyyəsinin mərkəzidir. Həmin Bələdiyyənin ərazi Mərzili kəndi ilə məhdudlaşdırılıb.

Mərzili Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[13] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvüdür.

"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[13] uyğun olaraq, Mərzili bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Tiflis: Transcaucasian Statistical Committee. 1893. səh. 276.
  3. Кавказский календарь на 1912 год [Caucasian calendar for 1912] (Russian) (67th). Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1912. 181. 11 December 2021 tarixində arxivləşdirilib.
  4. "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
  5. "Səda - Qəhrəman tankçı (06.05.2016)". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  7. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  8. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  9. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  10. "Arzu Abdullayeva: Ağdamın Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb". 2011-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  11. B.Budaqov, Q.Qeybullayev. Yuxarı Qarabağın Toponimləri. Bakı, 2005
  12. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  13. 1 2 Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]