Xaçındərbətli — Vikipediya
Xaçındərbətli | |
---|---|
40°02′ şm. e. 46°50′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 684 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xaçındərbətli (keçmişdə Xaçındörbətli) — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]1989-cu illərdə kənd ərazisində su anbarı tikilərək, balıqçılıq təsərrüfatı və su-elektrik stansiyası yaradılıb.
Birinci Qarabağ Müharibəsi zamanı Xaçindərbəndlidən Ağdam şəhərinin elektroenergetika sistemi qidalandırılıb. Bunun nəticəsində şəhərdə elektrik kəsintilərinin müddətinin azaldılmasına nail olunub.
Kənd 1993-cü il iyunun 15-də, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Ordusu tərəfindən işğal olunaraq, Armenakavan adlandırılıb.
20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[2]
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Xaçındərbətli kəndinin əhalisinin sayı 67 nəfər təşkil edirdi[3].
2022-ci ildə kənd ərazisində su anbarı bərpa edildi.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Yuxarı Qarabağda məskunlaşmış monqol mənşəli dörbət (monqolca adı dörvöd) tayfası buralarda iki məntəqə yaranmışdır və onları fərqləndirmək üçün biri Xaçın Dörbətli, digəri Cinli Dörbətli adlandırılmışdır. 1477-ci ilə aid mənbədə Qarabağda Dərbət-Aran və ya Vaqan Dərbət Aran adlı kəndin olması da qeyd olunmuşdur.[4]
Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Xarici keçid
[redaktə | mənbəni redaktə et]- http://www.karabakh. Arxivləşdirilib 2017-08-23 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
- ↑ İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine — səh. 1
- ↑ B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri 2005-ci il
Ağdam rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |