Sarıcalı (Çəmənli, Ağdam) — Vikipediya
Sarıcalı | |
---|---|
40°00′ şm. e. 46°57′ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Ağdam rayonu |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0248 |
Sarıcalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd.[1]
Kəndə bəzən Çəmənli Sarcalısı, yaxud Əmiraslanbəyli Sarcalısı da deyilir.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Sarcalı kəndinin adı Cavanşirlərdən Sarı Alının adından götürülmüşdür, çox sarı olduğu üçun ona Sarıca Alı deyiblər və toponim də buradan yaranmışdır. Bu əhalinin də həmin tayfadan olduğu deyilir. (Mənbə: Qarabağnamələr. Mirzə Yusif Qarabagi. 2-ci kitab. Bakı. 1991-ci il. səh 14) Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı. Bu oymaq Xaçın nahiyəsində Tərnəgüt ətrafında qışlayır, başqa adı “Torpaqbulaq“ olan Küştaş adlı yerdə yaylayır, indiki Ağcabədi rayonunda Bayat kəndi yaxınlığında Doğalan və Zəliyan çayları arasında əkinçiliklə məşğul olurdu. 1823-cü ilə aid mənbəyə aid Sarcalı eli 5 kiçik maldar elatdan ibarət idi. XIX əsrin ortalarında oturaq həyata keçdikdən sonra Sarcalı adlı kəndlər yaranmış və bir birindən fərqləndirilməsi üçün İncilli Sarıcalısi, Yetim Sarcalısı, Dərgahlı Sarjalısı, Çəmənli Sarcalisi (yaxud Əmiraslanbəyli Sarcalısı) və Sarcalı-Yedditəpə adlanmışdır. Ağdam rayonundakı Sarcalı kəndinin tam adı Dərgahlı Sarcalısı (Sovet dövründə "Ağdamkənd Sarcalısı") olmuşdur. Kənddə Sarcalı elinin məşədi Nəcəfli Qarılar, Dovşanlı, Hacı söyütlü və Hacı Nazimli nəsilləri məskunlaşmış sonra sonuncu iki nəsil Ağdam şəhərinə köçmüşdü.[2]
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]- Anar Yusifov — Vətən müharibəsi şəhidi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ B.Budaqov,Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı,2005
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]
Ağdam rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |