Fikrət Hacıyev — Vikipediya
Fikrət Hacıyev | |
---|---|
Fikrət Əli oğlu Hacıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qızılhacılı, Goranboy rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Goranboy rayonu, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Qızılhacılı, Goranboy rayonu |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1991-1992 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Fikrət Hacıyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]19 may 1964-cü ildə Goranboy rayonunun Qızılhacılı kəndində doğulmuşdur. 1978-ci ildə səkkizinsi sinfi bitirərək, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnmişdir. 1982-ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Ufa şəhərində keçirmişdir. Bakı Kooperativ Texnikumunda təhsilini başa vurmuşdur.
Döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak edir. Goranboy döyüşlərində 1992-ci il 5 mayda qəhrəmancasına həlak olur.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Subay idi.
Milli Qəhrəman
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hacıyev Fikrət Əli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qızılhacılı kənd qəbristanlığında dəfn edilmişdir.
Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 108. (az.)