Fizikadaklassik mexanika - mexanikanın iki əsas bölməsindən biri olub, qüvvələr sisteminin təsiri altında cisimlərin hərəkətini təsvir edən fizika qanunlarını əhatə edir. Cisimlərin hərəkətinin öyrənilməsi çox qədim tarixə getməklə, elm, texnika və texnologiyada klassik mexanikanı ən böyük və qədim fənn edir.
Klassik mexanika makroskopik obyektlərin hərəkətini, roketlərdən maşın hissələrinə kimi, eləcə də astronomik obyektlərin, məsələn, kosmik gəmilərin, planetlərin, ulduzların və qalaktikaların həkətini xarakterizə edir. Bununla yanaşı,fənn daxilində bir çox ixtisaslaşmalar qazları, mayelərı, bərk cisimlərı və başqa xüsusi mövzuları əhatə edir. Klassik mexanikanın işıq sürətinə yaxın olmayan sürətlə və böyük obyektlərlə məhdudlaşan mühitlərdə tətibiqi olduqca dəqiq nəticələr verir. Baxılan obyekt kifayət qədər kiçik olduqda, mexanikanın digər əsas bölməsi olan kvant mexanikasının daxil edilməsi zərurəti yaranır, hansı ki, cisimlərin atomik təbiətini makroskopik fizika qanunları ilə uzlaşdırır və atom və molekulların dalğa-zərrəcik dualizmini (ikili xüsusiyyətini) öyrənir. Obyektlərin işıq sürətinə yaxın yüksək sürətli hallarında, klassik mexanika xüsusi nisbilik nəzəriyyəsi ilə əvəzlənir. Ümumi nisbilik nəzəriyyəsi Nyutonun ümumdünya cazibə qanunu ilə xüsusi nisbilik nəzəriyyəsini özündə birləşdirməklə, fiziklərə dərin səviyyədə qravitasiya ilə işləmək imkanını verir.
Müəyyən məqsədlər üçün ölçüləri nəzərə alınmayan cismə deyilir. Məsələn Yer kürəsinin Günəş ətrafında hərəkətini öyrənərkən ona maddi nöqtə kimi baxmaq olar. Çünki Günəşin ölçüləri Yerdən dəfələrlə artıqdır. Bərk cismin irəliləmə hərəkətində onun bütün nöqtələri irəliləmə hərəkəti edir və onun istənilən bir nöqtəsini maddi nöqtə kimi qəbul edib həmin maddi nöqtənin hərəkətini öyrənmək olar.
Cisimin sərbəstlik dərəcəsi onun neçə ölçülü koordinat sistemində təyin olunmasından asılıdır. Məsələn, ikiölçülü və üçölçülü koordinat sistemində cismin sərbəstlik dərəcəsi uyğun olaraq 2 və 3 olur. Fəzada isə cismin 6 sərbəstlik dərəcəsi vardır. Firlanma hərəkəti ücün sərbəstlik dərəcəsi yazılmır.[mənbə göstərin]