Oliver Kan — Vikipediya

Oliver Kan
alm. Oliver Kahn
Kan 2018-ci ildə.
Kan 2018-ci ildə.
Ümumi məlumatlar
Tam adı Oliver Rolf Kan[1]
Ləqəbi Nəhəng, Vul-Kan, Kral Kan
Doğum tarixi (55 yaş)
Doğum yeri Karlsrue, Qərbi Almaniya
Vətəndaşlığı
Boyu 1.88 m (6 ft 2 düym) [2]
Çəkisi 91 kq
Mövqeyi qapıçı
Klub haqqında məlumat
Klub Karyerasını bitirib.
Karyerası
Gənclik karyerası
1975—1987 Almaniya Karlsrue 128 (0)
1994—2008 Almaniya Bayern Münhen 429 (0)
Milli yığma[* 1]
1995—2006 Almaniya Almaniya 86 (0)
Təltif və medalları
FIFA Dünya Kuboku
Gümüş Cənubi Koreya və Yaponiya 2002
Bürünc Almaniya 2006
Konfederasiyalar kubokları
Bürünc Almaniya 2005
Avropa çempionatları
Qızıl İngiltərə 1996

  1. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oliver Rolf Kan (Almanca tələffüz: [ˈɔlɪvɐ ˈkaːn]; d. 15 iyun 1969[3]) — alman futbol qapıçısı, dörd dəfə dünya və Avropanın ən yaxşı qapıçısı (1999, 2000, 2001, 2002), iki dəfə Almaniyanın ən yaxşı qapıçısı (2000, 2001), beş dəfə Bundesliqanın ən yaxşı qapıçısı (1994, 1997, 1998, 1999, 2001), 2002 FİFA Dünya Kubokunun ən yaxşı qapıçısı və futbolçusu. O, karyerasına "Karlsrue" komandası ilə başlamışdır. İlk peşəkar qarşılaşması 1987-ci ildə olmuşdur. 1994-cü ildə 4,600,000 alman markı qarşılığında karyerasına sona qədər davam edəcəyi "Bayern Münhen"-ə transfer olmuşdur.

Səkkiz Bundesliqa, altı Almaniya kuboku, bir UEFA Kuboku (1996), UEFA Çempionlar Liqası (2001), Qitələrarası kubok (2001) çempionluğu yaşayan Kan, Almaniya futbolunun tez bir zamanda yetişdirdiyi ən yaxşı futbolçularından biri olmuşdur.[4] Fərdi oyunda göstərdiyi səylər ona ardıcıl dörd UEFA Avropanın ən yaxşı qapıçısı, üç dəfə İFFHS Dünyanın ən yaxşı qapıçısı, iki dəfə də Almaniyada ilin futbolçusu mükafatını qazandırdı. 2002 FİFA Dünya Kubokunda Qızıl Top mükafatını qazandı. Bu mükafatın ilk və tək laureatı qapıçı Oliver Kandır.[5]

1994-cü ildən 2006-cı ilə qədər Almaniya milli futbol komandasında oynayan Kan, Andreas Köpkenin milli komandanı buraxmasından sonra sahəyə ilk 11-də çıxmağa başladı.[6][7] 2002 FİFA Dünya Kubokunda komandasını finala qədər aparmışdır. Finala qədər qapıya yalnız 3 qol vurulmuşdur. Bütün bunlara baxmayaraq, finalda Braziliyaya 2–0 məğlub olduğuna görə, insanlar tərəfindən tənqidlərə məruz qaldı.[8] Lakin turnirin ən yaxşı oyunçusu olmağı bacardı və Qızıl Top mükafatını qazana bildi.[9]

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Kan altı yaşında olarkən, atası Rolfun 1962-ci ildən 1965-ci ilə qədər forma geyindiyi Karlsrue FK komandasına daxil oldu. Qapıçı mövqeyindən əvvəl öz mövqeyindən kənar oynayırdı.[10] Peşəkar heyətə ilk olaraq 19871988-ci ildə Bundesliqa mövsümündə qapıçı Aleksandr Famullanın köməkçisi olaraq daxil edildi. Liqasındakı ilk qarşılaşması 27 noyabr 1987-ci ildə oldu. Həmin matçda Koln komandasını 4–0 məğlub etdilər. 1990-cı ilədək məşqçi Unfrid Skafer onu həmişə Famullanın arxasında saxladı. Bir neçə ildən sonra Kan özünə ilk 11 şansı yaratdı.[11] 1993-94 UEFA Kuboku yarı finallarında çıxdığı qarşılaşmada, "Karlsrue"-nin gizli oyunçusu və motivatoru olaraq diqqət çəkdi.[12] İkinci mərhələdə Mestaliya stadionunda olan qarşılaşmada 1–3 məğlub oldular. "Karlsrue" "Valensiya"-nı 7–0 məğlub etdi. Qarşılaşma Alman mediasında "Əcnəbi park stadionunda möcüzə" olaraq adlandırıldı.[13] Sonrakı mərhələdə komanda "Red Bull Zalsburq"-a məğlub oldu.[4][14]

Bayern Münhen FK

[redaktə | mənbəni redaktə et]

Kanın Karlsrue komandasında olan uğurları, "Bayern Münhen"-in qapıçıya olan marağını artırdı.[15] Klub 1994-95 mövsümündə 4,600,000 alman markı (2,385,000 €) böyük ödəniş qarşılığında,[11] qapıçını Raymond Aumanın yerinə transfer etdi. Komanda bəzi səbəblərə görə altı ay stadionlardan uzaq qaldı. Ancaq stadiona gəldiklərindən 2 ay sonra Almaniya milli futbol komandası ilə ilk qarşılaşmaya çıxdı.[16] Bayern "Bordo"-ya 1995-96 UEFA Kubokunun finalında qalib gəlməyi bacardı.[17] 1996-97 Bundesliqa mövsümündə qapıçı, Almaniyada ilk çempionluğunu "Bayern Münhen" komandası ilə Almaniya Liq Kubokunu[18] əldə etdi. Bununla belə Oliver Kan karyerasında ikinci dəfə olaraq (1-ci 1994-cü ildə olmuşdur) Almaniyada ilin qapıçısı seçildi.[2]

1999-cu ildə "Bayern Münhen" UEFA Çempionlar Liqası finalına çıxaraq Kamp Nouda "Mançester Yunayted"-in rəqibi oldu. "Bayern Münhen"-in oyunçusu Mario Basler, oyunun 6-cı dəqiqəsində qol vurmasına baxmayaraq, Teddi Şerinqam və Ole Gunnar Solsjkaer uzatma dəqiqələrində vurduğu qollar "Mançester Yunayted"-i kuboka qədər apardı.[19] Kan həmin il Beynəlxalq Futbol Tarixi və Statistikalar Federasiyası tərəfindən "Dünyada İlin Ən Yaxşı Qapıçısı" mükafatına layiq görüldü.[20]

Kan 3 mart 2001-ci ildə "Hansa Rostok" ilə oynadıqları qarşılaşmada özünündə içində olduğu hadisələrə görə matçdan çıxarıldı. "Bayern Münhen" 2–0 məğlub etdiyi komanda ilə oyunda olarkən, son dəqiqələrdə rəqib komanda oyunçusu qapıya qol vurmağa çalışdı. Künc vuruşunda Alman qapıçı cəza sahəsinə girib, tullanaraq topu yumruqları ilə qapıdan çıxartdı. Hakim vəziyyəti görüb qırmızı vərəqə verərək Kanı oyundan çıxartdı.[21] 2001 UEFA Çempionlar Liqasında "Valensiya"-ya qarşı oynadıqları final matçında "Matçın adamı" seçildi.[22] İki komanda da 1–1 bərabərliyi pozmaması üçün penalti vuruşlarında üç dəfə topu geri qaytardı və çempionluğun gəlməsində önəmli rol oynadı.[23][24] Həmçinin, penalti vuruşlarından sonra məyus olan qarşı komanda qapıçısı Santiaqo Kanizaresin yanına gedib ona təsəlli verməsi ilə UEFA Fair-Play mükafatını qazandı.[25] Həmin il Tokioda olan Milli Olimpiya Stadionunda keçirilən Qitələrarası kubokda "Bayern Münhen", Argentina komandası "Boka Xuniors"-u məğlub edib kuboku qazanmağı bacardı.[24]

Kanın aldığı fiziki zədələr, şəxsi problemləri, motivasiyanın olmaması və haqqında yayılan şayiələr 2002–2003 mövsümündə qəfildən zəif oyun nümayiş etdirməsinə səbəb oldu.[26][27]2003–2004 UEFA Çempionlar Liqasının ikinci mərhələsində, "Real Madrid" ilə oynadıqları ilk qarşılaşmada Roberto Karlosun vuruşundan sonra topu qurtara bilməməsi və komandanın məğlub olması ilə əlaqədar bu müddət davam etdi.[28] Matçdan sonra The Daily man Kanın xətasını bu cür izah etmişdi: "2002 Dünya Kubokunun finalında yenə bir Braziliyalı Kanın əlində olan fürsəti bərbad etdi. Lakin budəfəki qol Ronaldonun göz qamaşdırıcı qolu deyil, "Bayern" üçün fəlakətdən fərqi olmayan, cılız Roberto Karlosun sərbəst vuruşu idi".[29] Növbəti mövsüm "Bayern Münhen" Kan ilə bərabər Bundesliqa çempionu oldu.

2006-cı ildə Münhendə keçirilən Arminiya Bilefeld komandası ilə qarşılaşmadan əvvəl, Maykl Renzinq Kanı matçlara hazırlaşdırırdı. Məşqlər zamanı səhvən Kanın gözünə vurulan top, gözündə ləkələr və şişginlik meydana gətirdi. Nəticədə Kan matçda iştirak edə bilmədi. Həmin matçda qapıçı Renzinq oldu və "Bayern Münhen" 2–0 qalib oldu.[30]

Oliver Kan, 2008-ci ilin sentyabr ayında yubiley matçında

Kan həmçinin 2007–08 mövsümündə oynamaq və müqaviləni başa çatdırmaq istədiyini açıqlamışdı.[31] 2011-ci il daxil olmaqla, Bundesliqa tarixinin lideri olan Oliver Kan, bu sahədə hədəflərini görmədən 197 matçını tamamladı.[32] 2 noyabr 2007-ci ildə 38 yaşında olarkən oynadığı 535-ci Bundesliqa matçı ilə liqanın ən çox matçda iştirak edən qapıçısı oldu.[33] Futbolçu, 1 may 2008-ci ildə UEFA Kuboku yarımfinalında "Zenit Sankt-Peterburq"-la qarşılaşmada 4–0 hesabı ilə məğlub olduqları matçla Avropada son dəfə mübarizə etdi.[34] Liqadakı son qarşılaşması isə 17 may tarixində "Herta Berlin" komandası ilə oldu. Bu matçda "Bayern" 4–1 hesabı ilə qalib oldu.[35]

İyirmi illik futbol karyerasının on dörd ilini "Bayern"-lə keçirmiş Kan, 2 sentyabr 2008-ci il tarixində "Almaniya XI"-a qarşı oynanılan və 1–1 hesabı ilə nəticələnən qarşılaşmada ilk yubiley matçında iştirak etdi.[36] "Bayern"-lə iştirak etdiyi son matç, 27 may 2008-ci ildə komandanın Asiya mərhələsi əsnasında, Kəlkətədə yerləşən Hindistan gəncliyi stadionunda Hindistan komandası "Moxun Baqan" ilə oynanılan dostluq maçı oldu. Matça təxminən 120 min nəfər gəldi. Oliver Kan, 3–0 "Bayern" üstünlüyü ilə nəticələnən matçın 55-ci dəqiqəsində yerini Maykl Renzinqə verdi.[37]

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Kan Karlsruedə anadan olub. Latış əsilli[38] olan futbolçunun, Latviyalı nənəsi və atası özünün indidə də məşhur olduğu Latviyanın Liepaya şəhərində anadan olmuşdur[39]. Kanın Almaniyanın ikinci liqasında Karlsrue komandasında oynamış Aksel adında böyük qardaşı vardır[40]. 2010-cu ildə 10 il evli olduğu və 2 uşağı olan həyat yoldaşı Simonla boşandı[41]. 2011-ci ilin fevral ayında sevgilisi Svenya oğlan uşağı dünyaya gətirdi[42].

2009-cu ildə Şalke 04 komandasından aldığı məşqçi təklifini rədd etdi[43]. İki il sonra, 2011-ci ilin aprel ayında vergi ödəmədən qaçdığı üçün Almaniya məhkəməsi Kanı 125 min € ($ 182,223) pul cəzası ilə cəzalandırdı. Səbəbi isə Kan Dubaydan gələrkən, özü ilə gətirdiyi 6,687 avro dəyərində olan əşyaların dəyərini bildirməməsi idi.[44]

2011-ci ildə Oliver Kan Şalke 04 komandasının qapıcısı Manuel Noyer üçün 20 milyon avro xərcləməyə hazırlaşan köhnə klubunu gələcəyi görməməklə günahlandırdı. Kan, "Baş məşqçinin davamlı olaraq xidmət göstərməsi uğurun təməlidir. Bayerndə indi bir futbol fəlsəfəsi görmürəm. Barselona nümunəsi, uzunmüddətli düşünməyin vacib olduğunu göstərir" demişdir.[45]

Kan AlmaniyaAvropa miqyasında mədəniyyətlərarası razılığa gəldi. O, təhsil dəyərləri və müdafiə mövzulu[46] bir müasir küçə futbol layihəsi olan Münhen küçə futbol liqası "Bunt kickt gut"u,[47] məktəblər, klublar və həbsxanalarda futbolu təbliğ edən Sepp-Herberqer fondunu[48] və məqsədi gəncləri şiddət, alkoqol və narkotikdən qorumaq olan Castin Rokola fondunu dəstəkləyir.[49]

Oliver Kan karyerasında mövcud olan təzyiq və stressi aradan qaldırma qabiliyyətinə görə böyük miqyasda təqdir qazanmışdır.[50] Bayern Münhenin internet saytında olan profilində "səbrli, intizamlı, ehtiraslı" kimi ifadələr yer almışdır.[2]

YaponiyaCənubi Koreya ortaqlığı ilə təşkil edilən 2002 Dünya Kuboku ərəfəsində Kan Orta Asiyada populyarlıq qazanmışdır.[51] Aralarında "Şinkin bank" reklamınında yer aldığı bir neçə televiziya reklamında iştirak edib.[52] 2004 Avropa Futbol çempionatından sonra, Almaniya milli futbol komandasının matçlarını analiz etmək üçün ZDF kanalı idman komandasına qatıldı.[53] 2009-cu ildə CCTV kanalında yayımlanan və Çinin ən yaxşı gənc qapıçısını axtaran proqramda münsiflər heyətindən biri oldu.[54] Yenə həmin ildə Madam Tüsso muzeyinin Berlin ərazilərində Kanın bal mumu heykəli açıldı.[55] Qapıçı, 2010-cu ildə təlimat lisenziyası da aldı.[56] Alman pop musiqi qrupu Die Prinzen, Olli Kan adlı mahnını Kan üçün yazırdı.[57]

Peşəkar karyerası ərzində mükəmməl fəaliyyət göstərməsinə və insanları təsirləndirməsi görə Kana "Kral Kan", "Nəhəng" ləqəbləri verilib.[58]

Karyera statistikaları

[redaktə | mənbəni redaktə et]

İstinad —[59]

Klub Mövsüm Bundesliqa Futbol üzrə Almaniya kuboku Futbol üzrə Almaniya liqa kuboku Avropa 1 Digər2 Ümumi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Karlsrue FK 1987–88 2 0 0 0 2 0
1988–89 2 0 0 0 2 0
1989–90 22 0 0 0 22 0
1990–91 0 0 0 0 0 0
1991–92 37 0 2 0 39 0
1992–93 34 0 5 0 39 0
1993–94 31 0 3 0 10 0 44 0
Ümumi 128 0 10 0 10 0 148 0
Bayern Münhen 1994–95 23 0 1 0 5 0 1 0 30 0
1995–96 32 0 2 0 12 0 46 0
1996–97 32 0 4 0 2 0 38 0
1997–98 34 0 6 0 2 0 8 0 50 0
1998–99 30 0 6 0 2 0 13 0 51 0
1999–00 27 0 5 0 0 0 13 0 45 0
2000–01 32 0 2 0 2 0 16 0 52 0
2001–02 32 0 4 0 1 0 12 0 2 0 51 0
2002–03 33 0 6 0 0 0 6 0 45 0
2003–04 33 0 4 0 1 0 8 0 46 0
2004–05 32 0 5 0 2 0 10 0 49 0
2005–06 31 0 6 0 0 0 7 0 44 0
2006–07 32 0 1 0 1 0 9 0 43 0
2007–08 26 0 5 0 2 0 9 0 42 0
Ümumi 429 0 57 0 13 0 130 0 3 0 632 0
Karyera ərzində 557 0 67 0 13 0 140 0 3 0 780 0
[60]

İstinad

Almaniya milli komandası
İl Oyun Qol
1994 0 0
1995 2 0
1996 3 0
1997 3 0
1998 7 0
1999 6 0
2000 10 0
2001 10 0
2002 15 0
2003 9 0
2004 11 0
2005 7 0
2006 3 0
Ümumi 86 0

İstinad[2]

Mükafat İl
Bundesliqa 1997
1999
2000
2001
2003
2005
2006
2008
DFB-Pokal 1998
2000
2003
2005
2006
2008
DFL-Liqa Pokal 1997
1998
1999
2000
2004
2007
UEFA Kuboku 1996
UEFA Çempionlar Liqası 2001
Qitələrarası kubok 2001

İstinad[20]

Mükafat İl Yer
UEFA Avropa Çempionatı 1996 Birincilik
FİFA Konfederasiyalar Kuboku 2005 Üçüncülük
FİFA Dünya Kuboku 2002 İkincilik
FİFA Dünya Kuboku 2006 Üçüncülük

İstinad[61]

Mükafat İl Nominasiya
UEFA Çempionlar Liqası matçın adamı 2001 Ən yaxşı qapıçı
UEFA Fair-Play mükafatı 2001 Ən yaxşı qapıçı
Almaniyada ilin futbolçusu 2000
2001
İlin futbolçusu
FİFA Dünyada ilin futbolçusu 2002 İkincilik
Avropada ilin futbolçusu 2001
2002
Bürünc top
IFFHS Dünyanın ən yaxşı qapıçısı 1999
2001
2002
Ən yaxşı qapıçı
UEFA Klub Futbolu mükafatı 1999
2000
2001
2002
Ən yaxşı qapıçı
Avropanın ən yaxşı qapıçısı 1999
2000
2001
2002
Ən yaxşı qapıçı
Ən yaxşı bundesliqa qapıçısı 1994
1997
1998
1999
2000
2001
2002
Ən yaxşı qapıçı
FİFA Dünya Kuboku Qızıl Top mükafatı 2002 Ən yaxşı futbolçu
Yaşin mükafatı 2002 İlin qapıçısı
FİFA Dünya Kuboku 2002 Ən yaxşı komanda mükafatı
FİFA 100 2004 Almaniyada ilin qapıçısı
  1. "FIFA World Cup Germany 2006 – List of Players" (PDF). Fédération Internationale de Football Association (FIFA). səh. 12. 2013-11-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2018.
  2. 1 2 3 4 "Oliver Kahn". FC Bayern München's Official Site. FC Bayern München AG. 19 May 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  3. "Kahn's article on Encyclopædia Britannica Online". Encyclopædia Britannica, Inc. 2014-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  4. 1 2 Lawrence, Amy. "'Gorilla' with 1,000 arms". The Guardian. 30 June 2002. 5 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2014.
  5. Luke Augustus. "Peter Schmeichel and Oliver Kahn renew rivalry as pair grow old in Tipico face-off advert that sees them age 50 years". The Daily Mail. 14 April 2015. 2 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2015.
  6. "Buffon best in the 21st Century". Football Italia. 7 February 2012. 8 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2015.
  7. "Buffon miglior portiere degli ultimi 25 anni" (Italian). Il Corriere dello Sport. 17 January 2013. 24 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2015.
  8. "Kahn's 'error' haunts Germany". CNN.com. 1 avqust 2002. 2013-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  9. "Many new challenges ahead". DFB.de. 2 September 2008. 3 March 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 June 2014.
  10. "Werdegang Oliver Kahn" (Almanca). Oliver Kahn'ın resmi internet sitesi. 2013-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  11. 1 2 Becker, Sven. "Kahn strahlte ungeheure Dominanz aus". Bundesliga.de (alman). Bundesliga. 31 August 2007. 17 July 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 July 2013.
  12. Gieselmann, Dirk. "Uefa-Cup-Historie – Die Geburt des Euro-Eddy". Spiegel Online (Almanca). Spiegel-Verlag. 2009-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  13. "Karlsruher SC – Steckbrief" (Almanca). WeltFussball.de. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  14. "Die Spiele des Halbfinales des UEFA-Cups 1993/1994" (Almanca). Fussballdaten.de. 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  15. "Oliver Kahn – world cup 2010". ESPN Soccernet. ESPN Inc. 2012-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  16. "King Kahn says Auf Wiedersehen". FIFA's Official Site. FIFA. 2009-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  17. "1995/96: Klinsmann sparks Bayern triumph". UEFA's Official Site. UEFA Europa League. 2015-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  18. "Ligapokal 1997 Spielplan" (Almanca). WeltFussball.de. 24 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  19. "1998/99: Solskjaer trifft Bayern ins Mark". UEFA's Official Site (Almanca). UEFA Şampiyonlar Ligi. 2012-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  20. 1 2 "Erfolge und Titel" (Almanca). Kahn'ın resmi internet sitesi. 2013-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  21. "Spiele von Oliver Kahn 2000/2001" (Almanca). 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  22. "Colossus Kahn brings bittersweet career to an end". ESPN Soccernet. Hamburg. Reuters. 15 may 2008. 26 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2011.
  23. "Bayern wins Champions League on penalties". Sports Ilustrated. Time Inc. Reuters. 2013-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  24. 1 2 "Shutout specialists lift Bayern to glory". FIFA's Official Site. FIFA. 11 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  25. "uefa.com Team of 2001: Goalkeepers". Champions' League Official Site. UEFA. 10 dekabr 2001. 2012-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  26. "Was hinter uns passiert, interessiert uns nicht". Spiegel Online (Almanca). Spiegel-Verlag. 7 yanvar 2003. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  27. "Oliver Kahn: Mindermotivation passé". Frankfurter Allgemeine (Almanca). Frankfurter Allgemeine GmbH. 7 yanvar 2003. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  28. "Kahn's blunder gifts Madrid a draw". CNN. Münih: Time Warner Company. 24 fevral 2004. 2007-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  29. Powell, Jeff. "Kahn the fall guy again as Beckham survives cold war". The Daily Mail (Almanca). Hamburg: Associated Newspapers Ltd. dpa. 2 sentyabr 2007. 2012-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
  30. "Quirky Injuries". goalkeepersaredifferent.com. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2018.
  31. "Kahn legt sich fest: 2008 ist Schluss" (Almanca). 11freunde.de. 7 yanvar 2007. 25 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2018.
  32. "Bundesliga - Die offizielle Webseite" (Almanca). 5 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2018.
  33. "Kahn breaks Bundesliga keeper record". Bundesliga's Official Site. DFL Deutsche Fußball Liga GmbH. 2 sentyabr 2007. İstifadə tarixi: 31 may 2018.[ölü keçid]
  34. Traemann, Kai. "Kahn: "Ich bin froh, dass alles vorbei ist!"". Bild (Almanca). Hamburg: Axel Springer AG. dpa. 2 sentyabr 2007. 4 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2018.
  35. "Colossus Kahn brings career to an end". FourFourTwo. 16 may 2007. 27 March 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2018.
  36. "Oliver Kahn bids farewell to football". Der Spiegel. Spiegel-Verlag. 3 mart 2008. 2011-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2018.
  37. "Modern great Kahn bids adieu in Kolkata". FC Bayern Münih web sitesi. 27 may 2008. 19 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2018.
  38. "Kahn hat lettische Wurzeln" (Almanca). UEFA.com. 18 iyun 2004. 2011-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  39. "Der Viertel-Lette". Süddeutsche Zeitung (Almanca). Süddeutsche Zeitung GmbH. 18 iyun 2004. 2012-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-31.
  40. Osang, Alexander. "Arxivlənmiş surət". Der Siegel (Almanca). Spiegel-Verlag. 5 iyun 2002. 2011-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2018.
  41. "Oliver und Simone Kahn: Scheidung" (Almanca). Gala.de. 18 avqust 2009. 2011-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2018.
  42. "Oliver Kahn soll zum dritten Mal Vater geworden sein". Die Welt (Almanca). Axel Springer AG. 6 fevral 2011. 2011-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2018.
  43. "Oliver Kahn sieht seine Zukunft nicht auf Schalke". DerWesten (Almanca). 11 mart 2009. 2012-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2018.
  44. "Oliver Kahn, 125 bin euro para cezası ödeyecek". Milliyet Spor. 21 aprel 2011. 2011-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2018.
  45. "Oliver Kahn Bayern'i eleştirdi". NTVSpor. 19 may 2011. 30 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2018.
  46. "Historie". Bunt kickt gut (alman). Bunt kickt gut's Official Site. 12 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2018.
  47. "Oliver Kahn mit Laureus-Preis geehrt". Die Welt (alman). Axel Springer AG. 10 noyabr 2010. 2012-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-23.
  48. "Oliver Kahn gibt in JVA Iserlohn den Anstoß für neues Leben". Foundation Sepp Herberger's Official Site (alman). Almaniya Futbol Assosiasiyası. 13 aprel 2011. 2012-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-23.
  49. "Justin Rockola Soforthilfe" (alman). Oliver Kahn. 2012-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-23.
  50. "German Information Centre Pretoria". Alman Hükumeti. 2010-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2018.
  51. "Gesucht: Chinas Titan". Süddeutsche Zeitung (Almanca). Süddeutsche Zeitung GmbH. 9 dekabr 2008. 2011-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2018.
  52. "Kahn wirbt für dubiose japanische Kreditgesellschaft". Der Spiegel (Almanca). Spiegel-Verlag. 21 iyun 2004. 2011-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-23.
  53. "Oliver Kahn wird der neue Klopp beim ZDF". Die Welt (Almanca). Axel Springer AG. 24 aprel 2008. 2010-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 32 aprel 2018.
  54. "Oliver Kahn to launch reality TV show in China". China Daily (Almanca). China Daily Information Co. 18 avqust 2009. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2018.
  55. "Oliver Kahn's wax figure at Berlin's Madam Tussaud's Museum". Madam Tussaud's Berlin Official Site (Almanca). Merlin Entertainments Group. 18 avqust 2009. 2015-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2018.
  56. Levitz, David. "Former Germany captain to launch reality show". Deutsche Welle. 21 avqust 2011. 2011-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2018.
  57. "Olli Kahn". Amazon.co.uk. 2019-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2018. (#invalid_param_val)
  58. "Der Titan sagt Servus" (Almanca). Vanity Fair. 13 avqust 2007. 2007-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2018.
  59. "Oliver Kahn". FIFA's Official Site. FIFA. 2015-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-23.
  60. "Oliver Kahn " Club matches" (German). World Football. 23 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2018.
  61. "Keepers Profiles: Oliver Kahn". Goalkeeping Museum. 24 Hour Trading Ltd. 2015-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 Haziran 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]