Zirə FK — Vikipediya

Zirə FK
Loqonun şəkli
Klubun tam adı Zirə futbol klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) "Qartallar"
Rəng(lər) mavi, göy
Yaranma tarixi 28 iyul 2014
Stadionu Zirə İdman Kompleksi[1]
Tutumu 1 500
Prezidenti Taleh Nəsibov
Baş məşqçisi Rəşad Sadıqov
Liqa Azərbaycan Premyer Liqası
2023-2024 2.
Rəsmi saytı

Zirə FKBakının Zirə qəsəbəsini təmsil edən futbol klubu. Klub Azərbaycan Premyer Liqasında çıxış edir. 2014-cü ildə yaradılıb. 2014/2015 mövsümünü Azərbaycan Birinci Liqasında keçirən komanda 5-ci yeri tutmasına baxmayaraq AFFA-nın lisenziyalaşma qaydalarına əsasən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2015/16 mövsümündən daim Azərbaycan Premyer Liqasında iştirak edən "Zirə" bu müddətdə daim ilk 5-likdə qərarlaşıb. Komanda bu müddətdə 2 dəfə — 2015/16, 2023/24 mövsümlərində Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb.

Zirə ev oyunlarını Zirə İdman Kompleksi -ndə keçirir.[1] Stadion təbii ot örtüklüdür və 1500 nəfər tamaşaçı tutumuna malikdir. Burada futbol oyunlarının beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib. Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə, masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar qovşaqları yerləşir. Zirə idman kompleksinin tikintisinə 2011-ci ilin oktyabr ayında başlanılıb və 2012-ci ilin aprel ayında kompleksin tikintisi tamamlanıb. Kompleks Heydər Əliyev fondunun dəstəyi ilə tikilib. Ümumi ərazisi 2 ha olan kompleksdə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər inşa edilib, ətrafı abadlaşdırılıb, yollara asfalt örtüyü çəkilib. Kompleks FİFA-nın beynəlxalq standartlarına uyğun yaradılıb.

"Zirə" PFK tarixi ərzində 3 dəfə avrokuboklarda iştirak edib. Komanda 2017/18 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edib. "Qartallar" ilk mərhələdə Luksemburqun "Differdanj" komandasını mübarizədən kənralaşdırsa da, 2-ci mərhələdə Rumıniyanın "Astra" komandasına iki oyunun nəticəsinə görə məğlub olub. "Zirə"nin hücumçusu Riçard Qadze isə komandanın avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb.

Klub, növbəti dəfə Avrokuboklara 2021/2022-ci il sezonunda vəsiqə qazanmışdır. Həmin mövsümdə komanda, Azərbaycan Premyer Liqasının üçüncü yerinin sahibi kimi buna nail olmuşdur. UEFA Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulan Bakının "Zirə FK"-u, bu mərhələdə İsrailin tanınmış klubu olan "Makkabi Təl-Əviv" kollektivi ilə üz-üzə gəldi. Bakıda keçirilən ilk oyunda rəqib komanda 0–3 hesabı ilə qələbə qazandı. 1 həftə sonra İsraildə keçirilən oyunda isə qapılara qol vurulmadı 0–0.

  • I t. m. = I təsnifat mərhələsi, II t. m. = II təsnifat mərhələsi, III t. m. = III təsnifat mərhələsi, Qrup m. = Qrup mərhələsi
  • I m. = I mərhələ, II m. = II mərhələ, III m. = III mərhələ
  • s.q. = Səfərdə vurulan qol hesabına, ə. v. = Əlavə vaxt hesabına

29 avqust 2024-cü il tarixində olan məlumat:

Mövsüm Turnir Mərhələ Rəqib Ev Səfər Nəticə
2017–18 UEFA Avropa Liqası I təsnifat mərhələsi Lüksemburq Differdanj 03 2–1 2–0 4–1
II təsnifat mərhələsi Rumıniya Astra 0–0 1–3 1–3
2022–23 UEFA Konfrans Liqası II təsnifat mərhələsi İsrail Makkabi Təl-Əviv 0-3 0-0 0–3
2024–25 UEFA Avropa Liqası I təsnifat mərhələsi Moldova Şerif 1-2 1-0 2-2 (p. 4-5)
UEFA Konfrans Liqası II təsnifat mərhələsi Slovakiya DAK 1904 4-0 2-1 6-1
III təsnifat mərhələsi Xorvatiya Osiyek 2-2 1-1 3-3 (p. 2-1)
Pleyoff Kipr Omoniya 1-0 0-6 1-6

Yarışlara görə

[redaktə | mənbəni redaktə et]
  • O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti

29 avqust 2024-cü il tarixinə olan məlumat:

Sıra Turnir O Q H M Qollar
1 UEFA Çempionlar Liqası 0 0 0 0 0–0
2 UEFA Kuboku / UEFA Avropa Liqası 6 3 1 2 7–6
3 UEFA Konfrans Liqası 8 3 4 1 10–13
4 UEFA Kuboklar Kuboku 0 0 0 0 0–0
5 UEFA İntertoto Kuboku 0 0 0 0 0–0
- Cəmi 14 6 4 4 17–19

Liqa və kuboklarda

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Premyer Liqasında

Gümüş medal (2)2015/2016, 2023/2024 Bürünc medal (1)2021/2022

Azərbaycan Kuboku

Gümüş medal (2)2021/2022, 2023/2024

1 iyul 2024-cü il tarixində yenilənib.[2]

Nömrə Ölkə Mövqeyi Futbolçu
3 Ruanda DF Ange Mutsinzi
4 Braziliya DF Ruan Renato
5 Kot-d'İvuar DF Stefane Aka
6 Ukrayna MF Eldar Quliyev
7 Azərbaycan FW Məqsəd İsayev
11 Azərbaycan FW Rüstəm Əhmədzadə (icarə Qarabağ-dan)
13 Azərbaycan GK Aydın Bayramov
14 Azərbaycan DF Elçin Əlicanov
15 Kot-d'İvuar MF Pyer Zebli
16 Azərbaycan DF Fuad Bayramov
18 Braziliya MF Martins Cunior
19 Qvineya MF Salifou Soumah
20 Azərbaycan MF İsmayıl İbrahimli (icarə Qarabağ-dan)
Nömrə Ölkə Mövqeyi Futbolçu
21 Azərbaycan MF Hacıağa Hacılı
23 Braziliya FW Rafael Utziq
27 Braziliya FW Filipe Paxtmann
28 Nigeriya MF Abbas İbrahim
29 Azərbaycan MF Ceyhun Nuriyev
32 Azərbaycan MF Qismət Alıyev (Kapitan)
41 Azərbaycan GK Anar Nəzirov
56 Azərbaycan MF Samir Ağayev
66 Azərbaycan MF Pərviz Azadov
70 Nigeriya FW İssa Cibrilla
77 Azərbaycan DF Məqsəd İsayev
90 Gürcüstan FW Davit Volkov
97 Portuqaliya GK Tiaqo Silva
17 Fransa MF Ayron Qomis
22 Azərbaycan FW İldar Alekperov
24 Nigeriya MF Yusuf Laval

Baş məşqçi: Rəşad Sadıqov

Statistik məlumatlar

[redaktə | mənbəni redaktə et]

Qalın şriftlə adları yazılanlar Zirənin cari futbolçularını göstərirlər.

Ən çox oyun keçirən futbolçular

[redaktə | mənbəni redaktə et]
1 avqust 2024 tarixində yenilənib
Ad İllər Liqa Azərbaycan Kuboku Qitə Cəmi
1 Azərbaycan İlkin Muradov 2015–2024 134 (3) 22 (2) 2 (0) 158 (5)
2 Azərbaycan Qismət Alıyev 2020–h.h 117 (10) 17 (0) 6 (1) 140 (11)
3 Yunanıstan Dimitrios Çantakias 2020–2024 108 (6) 17 (1) 2 (0) 127 (7)
4 Azərbaycan Təmkin Xəlilzadə 2015–2018
2021–2022
103 (8) 12 (0) 4 (0) 119 (8)
5 Azərbaycan Hacıağa Hacılı 2020–h.h 88 (0) 13 (0) 6 (0) 107 (0)
6 Azərbaycan Adil Nağıyev 2015
2015–2019
96 (6) 7 (2) 2 (0) 105 (8)
7 Azərbaycan Vüqar Mustafayev 2016–2019 79 (1) 9 (0) 3 (0) 91 (1)
8 Nigeriya Viktor İqbekoyi 2015–2018 81 (5) 5 (0) 3 (0) 89 (5)
9 Azərbaycan Anar Nəzirov 2015–2019 83 (0) 1 (0) 4 (0) 88 (0)
10 Serbiya Yovan Krneta 2015–2018 76 (6) 6 (0) 3 (0) 85 (6)

Ən çox qol vuran futbolçular

[redaktə | mənbəni redaktə et]
29 avqust 2024 tarixində yenilənib
Ad İllər Liqa Azərbaycan Kuboku Qitə Cəmi
1 Gürcüstan Davit Volkov 2020–2022
2024–h.h
26 (61) 2 (10) 4 (8) 32 (81)
2 Salvador Nelson Bonilla 2015–2016 14 (29) 3 (2) 0 (0) 17 (31)
3 Braziliya Rafael Utziq 2024–h.h 8 (17) 3 (5) 5 (8) 16 (35)
4 Paraqvay Xulio Sezar Rodrigez 2019 12 (23) 3 (5) 0 (0) 15 (28)
4 Qana Riçard Qadze 2017–2018
2019-2020
13 (46) 0 (4) 2 (4) 15 (54)
4 Fransa Hamidu Keyta 2022–2023 13 (46) 2 (6) 0 (2) 15 (54)
7 Azərbaycan Ağabala Ramazanov 2020–2022 12 (47) 1 (4) - (-) 13 (51)
8 Azərbaycan Rəhim Sadıxov 2022–2024 10 (70) 2 (9) 0 (2) 12 (81)
8 Azərbaycan Qismət Alıyev 2020–h.h 10 (119) 0 (17) 2 (10) 12 (148)
10 Serbiya Milan Duriç 2016–2018 8 (47) 1 (5) 0 (4) 9 (56)
11 Azərbaycan Vüsal İsgəndərli 2015–2019 6 (60) 2 (9) 0 (0) 8 (69)
11 Azərbaycan Adil Nağıyev 2015
2015–2019
6 (96) 2 (7) 0 (2) 8 (105)
11 Azərbaycan Təmkin Xəlilzadə 2015–2018
2021–2022
8 (103) 0 (12) 0 (4) 8 (119)
11 Belçika Loris Broqno 2021–2023 6 (50) 2 (6) 0 (2) 8 (58)
Məşqçilər cəmi
Məşqçi Çalışdığı müddət aralığı
I divizion
Bəhram Şahquliyev 22 13 5 4 36 - 12 44 28.07.2014–05.04.2015
Premyer Liqa
Adil Şükürov 65 30 15 20 79 - 66 105 07.04.2015–27.12.2016
Ayxan Abbasov 51 22 16 13 62 - 51 82 27.12.2016–29.08.2018
Samir Abasov 37 12 10 15 41 - 47 46 29.08.2018–08.10.2019
Zaur Həşimov 16 6 4 6 24 - 28 22 09.10.2019–30.06.2020
Rəşad Sadıqov 33 11 15 7 37 - 32 48 17.07.2020 —
  1. 1 2 Elgiz, Abbasov. "Böyük futbol Zirədə: "Məqsəd - peşəkar komanda formalaşdırmaqdır"". pfl.az. 2014-09-08. 2014-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.
  2. globalsoft. "Team". ZirePFC (az.). 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]