Çarlz Tomson Ris Vilson — Vikipediya
Çarlz Tomson Ris Vilson | |
---|---|
ing. Charles Thomson Rees Wilson | |
| |
Doğum tarixi | 14 fevral 1869[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 15 noyabr 1959[1][2][…] (90 yaşında) |
Vəfat yeri |
|
Elm sahəsi | fizika |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Cozef Con Tomson |
Tanınmış yetirmələri | Sesil Frank Pauell Filip Di |
Tanınır | Bulud (Vilson) kamerası Atmosfer elektriki |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Çarlz Tomson Ris Vilson[3] (ing. Charles Thomson Rees Wilson; 14 fevral 1869[1][2][…], Qlencorse[d], Şotlandiya – 15 noyabr 1959[1][2][…], Karlops[d], Şotlandiya) — Vilson (bulud) kamerasını ixtira etdiyinə görə Fizika üzrə Nobel mükafatı almış şotlandiyalı fizik və meteoroloq.[4][5][6]
O, 1900-cü ildən London Kral Cəmiyyətinin, 1902-ci ildən Edinburq Kral Cəmiyyətinin üzvü olmuşdur.
Təhsili və erkən həyatı
[redaktə | mənbəni redaktə et]Vilson Midlotian, Qlenkors kilsəsində Annie Klark Harper və Con Vilsonun ailəsində, fermer ailəsində anadan olub. Vilson 1873-cü ildə atası vəfat etdikdən sonra ailəsi ilə birlikdə Mançesterə köçür. Ögey qardaşının maddi dəstəyi ilə həkim olmaq niyyəti ilə indi Mançester Universitetinin tərkibindəki Ouens Kollecində biologiya üzrə təhsil alır. 1887-ci ildə kolleci bakalavr dərəcəsi ilə bitirir. Kembricdəki Sidni-Sasseks Kollecində oxumaq üçün təqaüd qazanan Vilson burada fizika və kimya ilə daha çox maraqlanır. 1892-ci ildə Təbiət Elmləri Triposunun (Təbii Elmlər Triposu (NST) Kembric Universitetində əksər elmlərin tədris olunduğu çərçivədir) hər iki hissəsini 1-ci dərəcəli fərqlənmə diplomu ilə başa vurur.[7][8]
Karyerası
[redaktə | mənbəni redaktə et]Meteorologiya ilə xüsusi olaraq maraqlanan Vilson 1893-cü ildə buludları və onların xüsusiyyətlərini öyrənməyə başladı. 1894-cü ildən başlayaraq o, bir müddət Ben Nevisdəki rəsədxanada işləmiş,[9] burada buludların əmələ gəlməsini müşahidə etmişdir.[10] Daha sonra o, Kembricdəki Kavendiş laboratoriyasında bu effekti daha kiçik miqyasda möhürlənmiş konteynerdə rütubətli havanı genişləndirməyə çalışdı. O, radioaktivlik nəticəsində yaranan ionların üzərinə kondensasiya yolu ilə öz kamerasında bulud izləri yaratmağı sınaqdan keçirdi. Onun bulud kameralarından bir neçəsi qalıb.[11]
Vilson 1900-cü ildə Sidni Sasseks Kollecinin üzvü, Universitet müəllimi və nümayişçisi oldu.[5] Bəziləri onu açıq-aşkar kəkələdiyinə görə zəif mühazirəçi kimi qiymətləndirirdilər.[12]
Töhfələri
[redaktə | mənbəni redaktə et]Bulud (Vilson) kamerasının ixtirası, 1927-ci ildə ona Fizika üzrə Nobel mükafatını qazandırdı.[8] Kavendiş laboratoriyası onun "ionlaşmış qazların xassələrinin tədqiqinin yeni və təəccüblü metodu"nun yaradılması istiqamətindəki fəaliyyətinə görə yüksək qiymətləndirdi.[13] Bulud kamerası atomaltı hissəciklərin öyrənilməsində və ümumiyyətlə hissəciklər fizikası sahəsində böyük eksperimental sıçrayışlara imkan verdi. Bəziləri hissəciklərin tədqiqini müəyyənləşdirməkdə demık olar ki, Vilsona borcludurlar.
Ben Nevisdəki rəsədxana Vilson haqqında xatirə lövhəsi, Vilson bulud kamerası, meteorologiya və fizika üzrə, rentgen şüaları,[14] ionlaşma,[15] ildırım buludunun əmələ gəlməsi[16] və digər meteoroloji hadisələr kimi mövzularda çoxsaylı məqalələr nəşr etdirdi. Vilson, rəsmi kəşfindən 65 il əvvəl, 1924-cü ildə sprayt da müşahidə etmiş ola bilər.[17] Ben Nevisdəki ilk müşahidələrindən tutmuş ildırım buludları ilə bağlı son məqaləsinə qədər karyerası boyunca "Hava" onun işinin diqqət mərkəzində olub.[18][16]
Metodu
[redaktə | mənbəni redaktə et]Retrospektiv olaraq, Vilsonun eksperimental metodu alimlərin diqqətini çəkmişdir.
“Analitik” və “morfoloji” alimlər arasında bölünmə ilə xarakterizə olunan elmi araşdırma dövründə Vilsonun sorğu metodu hibrid idi. Bəzi elm adamları hadisələrin təmiz təbiətdə müşahidə edilməli olduğuna inansalar da, digərləri tədqiqat üçün əsas üsul kimi laboratoriya nəzarəti altında olan təcrübələri təklif etdilər. Vilson öz təcrübələrində və araşdırmalarında kombinasiya metodlarından istifadə edirdi.[19] Vilsonun işi "xassələri yalnız əvvəllər dolayı yolla çıxarılan şeyləri görünən etdi".[10]
O, "fizikadakı böyük fərdi eksperimentatorların demək olar ki, sonuncusu" adlandırılırdı.[12] O, ionlaşma və rentgen şüaları kimi şeylərin iş prinsiplərini nümayiş etdirmək üçün bulud kamerasından müxtəlif yollarla istifadə edirdi.[14][15] Lakin onun əsas marağı və yazılarının əsas mövzusu meteorologiya idi.[19]
Mükafatları, fəxri adları və irsi
[redaktə | mənbəni redaktə et]Vilson 1900-cü ildə London Kral Cəmiyyətinin (FRS) üzvü seçildi.[6]
Çarlz Vilson bulud kamerasının ixtirasına görə 1927-ci ildə Fizika üzrə Nobel mükafatını qazanır.[10][8] O, bu mükafatı radiasiyanın hissəcik təbiəti üzərində işinə görə mükafatlandırılan amerikalı fizik Artur Komptonla bölüşür.[18] Vilsonun hissəciklər fizikasına verdiyi böyük töhfələrə baxmayaraq, o, bütün karyerası boyunca atmosfer fizikası, xüsusən də atmosfer elektriki ilə maraqlanmışdı.[20][21] Məsələn, səksən yaşının sonlarında (o zaman o, London Kral Cəmiyyətinin jurnallarında məqalə dərc etdirən ən yaşlı üzvü idi) 1956-cı ildə nəşr olunmuş son tədqiqat məqaləsi atmosfer elektrik cərəyanı ilə bağlı idi.[16]
Aydakı Vilson krateri onun, Aleksandr Vilson və Ralf Elmer Vilsonun adını daşıyır.[22] Nüvə partlayışları kimi böyük partlayışlardan sonra meydana gələn Vilson Kondensasiya Buludları onun adını daşıyır.[23] Kembricdəki Sidni Sasseks Kollecinin elmi cəmiyyəti olan Vilson Cəmiyyəti, Vilson Atmosfer Elektrik İnstitutu, Kral Meteorologiya Cəmiyyətinin Atmosfer Elektrik Xüsusi Maraq Qrupu onun şərəfinə adlandırılmışdır.[24]
Ç.T.R.Vilson-un arxivləri Qlazqo Universiteti arxivində saxlanılır.[25]
2012-ci ildə Edinburq Kral Cəmiyyəti "Böyük Şotlandiya Fiziki" Vilsonun şərəfinə toplantı keçirdi.[21]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]1908-ci ildə Vilson Qlazqolu nazirin qızı Cessi Freyzerlə evlənir. Cütlüyün dörd övladı dünyaya gəlir. Ailəsini çox sevən, evinin yaxınlığındakı ərazilərdə gəzməyi sevən Vilson 15 noyabr 1959-cu ildə Karlopsdakı evində ailəsinin əhatəsində vəfat edir.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Charles Thomson Rees Wilson // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Charles Wilson // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
- ↑ Ермолович, Дмитрий Иванович Англо-русский словарь персоналий. — М.: Рус. яз., 1993. — 336 с. — С. 307
- ↑ Asimov's Biographical Encyclopedia of Science and Technology, Isaac Asimov, 2nd ed., Doubleday & C., Inc., ISBN 0-385-17771-2.
- ↑ 1 2 "Charles Thomson Rees Wilson's biography". 2004-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-01.
- ↑ 1 2 Blackett, P. M. S. "Charles Thomson Rees Wilson 1869–1959". Biographical Memoirs of Fellows of the Royal Society. 6. 1960: 269–295. doi:10.1098/rsbm.1960.0037.
- ↑ 1 2 Longair, Malcolm S. "Wilson, Charles Thomson Rees (1869–1959)" (Online). 2006. doi:10.1093/ref:odnb/36950. İstifadə tarixi: 28 January 2017.
- ↑ 1 2 3 "C.T.R. Wilson - Biographical". Nobelprize.org. Nobel Media AB. 27 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2017.
- ↑ Williams, Earle R. "Origin and context of C. T. R. Wilson's ideas on electron runaway in thunderclouds". Journal of Geophysical Research: Space Physics (ingilis). 115 (A8). 1 August 2010: A00E50. Bibcode:2010JGRA..115.0E50W. doi:10.1029/2009JA014581. ISSN 2156-2202.
- ↑ 1 2 3 Brocklehurst, Steven. "Charles Thomson Rees Wilson: The man who made clouds". BBC News (ingilis). 7 December 2012. 5 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2017.
- ↑ Phillipson, Tacye. "Surviving Apparatus Showing the Early Development of the Cloud Chamber". Bulletin of the Scientific Instrument Society. December 2016.
- ↑ 1 2 Halliday, E.C. "Some Memories of Prof. C.T.R. Wilson, English Pioneer in work on Thunderstorms and Lightning". Bulletin of the American Meteorological Society. 51 (12). 1970: 1133–1135. Bibcode:1970BAMS...51.1133H. doi:10.1175/1520-0477(1970)051<1133:smopct>2.0.co;2.
- ↑ A history of the Cavendish laboratory 1871–1910.With 3 portraits in a collotype and 8 other illustrations. London. 1910. hdl:2027/coo1.ark:/13960/t0ns19f2h.
- ↑ 1 2 Wilson, C. T. R. "Investigations on X-Rays and $ \beta $-Rays by the Cloud Method. Part I. X-Rays". Proceedings of the Royal Society of London A: Mathematical, Physical and Engineering Sciences (ingilis). 104 (724). 1 August 1923: 1–24. Bibcode:1923RSPSA.104....1W. doi:10.1098/rspa.1923.0090. ISSN 1364-5021.
- ↑ 1 2 Wilson, C. T. R. "On a Method of Making Visible the Paths of Ionising Particles through a Gas". Proceedings of the Royal Society of London A: Mathematical, Physical and Engineering Sciences (ingilis). 85 (578). 9 June 1911: 285–288. Bibcode:1911RSPSA..85..285W. doi:10.1098/rspa.1911.0041. ISSN 1364-5021.
- ↑ 1 2 3 Wilson, C. T. R. "A Theory of Thundercloud Electricity". Proceedings of the Royal Society of London A: Mathematical, Physical and Engineering Sciences (ingilis). 236 (1206). 2 August 1956: 297–317. Bibcode:1956RSPSA.236..297W. doi:10.1098/rspa.1956.0137. ISSN 1364-5021.
- ↑ Bowler, Sue. "C T R Wilson, a Great Scottish Physicist: His Life, Work and Legacy" (PDF). 7 December 2012. 22 October 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 December 2022.
- ↑ 1 2 "C. T. R. Wilson". Physics Today (ingilis). 2017. doi:10.1063/pt.5.031417.
- ↑ 1 2 Gooding, David; Pinch, Trevor; Schaffer, Simon. The Uses of Experiment: Studies in the Natural Sciences (ingilis). Cambridge University Press. 18 May 1989. ISBN 9780521337687. 19 September 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2022.
- ↑ Harrison, Giles. "The cloud chamber and CTR Wilson's legacy to atmospheric science" (PDF). Weather (ingilis). 66 (10). 1 October 2011: 276–279. Bibcode:2011Wthr...66..276H. doi:10.1002/wea.830. ISSN 1477-8696. 6 September 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 December 2022.
- ↑ 1 2 Aplin, Karen L. "CTR Wilson – Honouring a Great Scottish Physicist". Weather (ingilis). 68 (4). 1 April 2013: 96. Bibcode:2013Wthr...68...96A. doi:10.1002/wea.2095. ISSN 1477-8696.
- ↑ "Planetary Names: Crater, craters: Wilson on Moon". planetarynames.wr.usgs.gov (ingilis). 30 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2017.
- ↑ Glasstone, Samuel; Dolan, Philip J., redaktorlar The effects of nuclear weapons (3rd). Washington: U.S. Department of Defense. 1977. 45. hdl:2027/uc1.31822004829784.
- ↑ "About | Wilson Society". www.srcf.ucam.org (ingilis). 2 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2017.
- ↑ "Papers of Charles Thomson Rees Wilson, 1869–1959, Nobel Prize winner and Professor of Natural Philosophy, University of Cambridge – Archives Hub". 7 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2017.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Çarlz Tomson Ris Vilson ilə əlaqəli mediafayllar var.
- Çörçill Arxiv Mərkəzində saxlanılan C. T. R. Wilsonun sənədləri (ing.)