Ouen Uillans Riçardson — Vikipediya
Ouen Uillans Riçardson | |
---|---|
| |
Doğum tarixi | 26 aprel 1879[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 15 fevral 1959[3][1][…] (80 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Milliyyəti | ingilis |
Elm sahəsi | fizika |
İş yerləri |
|
Alma-mater | Triniti Kolleci (Kembric) London Universitet Kolleci |
Təhsili |
|
Elmi rəhbəri | Cozef Con Tomson [5] |
Tanınmış yetirmələri | Karl Teylor Tempton Klinton Cozef Devisson Alan Tauer Uoterman |
Tanınır | Termoelektron emissiya Effekt Eynşteyn de Haaza |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ouen Uillans Riçardson (ing. Owen Willans Richardson; 26 aprel 1879[1][2][…], Dyusberi[d], Qərbi Yorkşir[d][3] – 15 fevral 1959[3][1][…], Olton[d], Hempşir qraflığı[d]) — termionik tədqiqatlar üzərində işinə və xüsusilə onun adını daşıyan qanunun kəşfinə görə 1928-ci ildə Fizika üzrə Nobel mükafatı laureatı, ingilis fiziki.[7][8][9][10][11][12]
O, 1913-cü ildə London Kral Cəmiyyətinin üzvü olub.
Həyatı və təhsili
[redaktə | mənbəni redaktə et]Riçardson İngiltərənin Yorkşir qraflığının Dyusberi şəhərində Coşua Henri və Şarlotta Mariya Riçardsonun yeganə oğlu olaraq anadan olub. Kembricdəki Batley Grammar School və Triniti Kollecində təhsil alan Ouen buranı təbiət elmləri üzrə birinci dərəcəli fərqlənmə diplomu bitirib. Daha sonra təhsilini London Universitetində davam etdirib.
1900-cü ildə təhsilini başa vurduqdan sonra Kembricdəki Kavendiş laboratoriyasında isti cisimlərdən elektrik cərəyanının buraxılmasını tədqiq etməyə başladı və 1902-ci ilin oktyabrında Trinitidə tədqiqatçı oldu.[13] 1901-ci ildə o, qızdırılan naqildən gələn cərəyanın Arrenius tənliyinə bənzər riyazi formada telin temperaturundan eksponensial asılı olduğunu nümayiş etdirdi. Riçardson qanunu kimi tanınan bu qanun özündə: "Əgər mənfi şüalanma metaldan çıxan cisimciklərə bağlıdırsa, doyma cərəyanı s qanununa tabe olmalıdır ." fikirlərini ehtiva edir.[14]
Riçardson 1906-1913-cü illərdə Prinston Universitetindən professor elmi adını aldıqdan sonra 1914-cü ildə Böyük Britaniyaya qayıdıb London Kral Kollecində fizika üzrə Uitstoun professoru olduqdan sonra burada daha sonra tədqiqat direktoru təyin edilir. 1927-ci ildə o, Belçikada Fizika İnstitutunda keçirilən fizika üzrə beşinci Solvey konfransının iştirakçılarından biri idi. 1944-cü ildə təqaüdə çıxan Ouen 1959-cu ildə vəfat edir. o, Brukvud qəbirstanlığında dəfn olunub.
O, həmçinin fotoelektrik effekti, giromaqnit effekti, kimyəvi reaksiyalar zamanı elektronların emissiyasını, yumşaq rentgen şüalarını və hidrogen spektrini araşdıran alimdir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Riçardson 1906-cı ildə Kavendişdə həmkarı olan Harold Vilsonun bacısı Lilian Vilson ilə evlənir və onların bu nikahdan iki oğlu və bir qızı olur. Riçardsonun öz bacısı amerikalı fizik (və 1937-ci il Nobel mükafatı laureatı) Klinton Devissonla evlənir. 1945-ci ildə Lilian öldükdən sonra 1948-ci ildə fizik Henriette Rapp ilə yenidən evlənir.
Ouen Riçardsonun oğlu Nüvə fizikası üzrə ixtisaslaşmış və eyni zamanda London Universitetinin Bedford Kollecində fizika departamentinin sədri olmuş və daha sonra London Universitetində fəxri professor olmuşdur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]Riçardson 1913-cü ildə London Kral Cəmiyyətinin üzvü seçildi[15] və 1920-ci ildə Hyuz medalına layiq görüldü. O, 1928-ci ildə "termion hadisəsi üzərində işinə və xüsusilə onun adını daşıyan qanunun kəşfinə görə" fizika üzrə Nobel mükafatına layiq görülüb.[16] 1939-cu ildə isə o, Cəngavər medalı ilə təltif olunub.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Sir Owen Willans Richardson // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Owen Williams Richardson // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Ричардсон Оуэн Уилланс // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ Rayleigh. "Joseph John Thomson. 1856-1940". Obituary Notices of Fellows of the Royal Society. 3 (10). 1941: 586–609. doi:10.1098/rsbm.1941.0024.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ "Owen Willans Richardson: The Nobel Prize in Physics 1928". Nobel Lectures, Physics 1922-1941, Elsevier Publishing Company, Amsterdam. Nobel Foundation. 1965. 30 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2022.
- ↑ Richardson, OW, "Problems of Physics", Science (30 September 1921 tarixində nəşr olunub), 54 (1396), 1921: 283–91, Bibcode:1921Sci....54..283R, doi:10.1126/science.54.1396.283, PMID 17818864
- ↑ Richardson, OW, "The Emission of Electrons From Tungsten at High Temperatures: An Experimental Proof That The Electric Current In Metals Is Carried By Electrons", Science (11 July 1913 tarixində nəşr olunub), 38 (967), 1913: 57–61, Bibcode:1913Sci....38...57R, doi:10.1126/science.38.967.57, PMID 17830216, 9 December 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: 9 December 2022
- ↑ Richardson, OW, "The Laws of Photoelectric Action and the Unitary Theory of Light (Lichtquanten Theorie)", Science (12 July 1912 tarixində nəşr olunub), 36 (915), 1912: 57–8, Bibcode:1912Sci....36...57R, doi:10.1126/science.36.915.57-a, PMID 17800821, 9 December 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: 9 December 2022
- ↑ Richardson, OW; Compton, KT, "The Photoelectric Effect", Science (17 May 1912 tarixində nəşr olunub), 35 (907), 1912: 783–4, Bibcode:1912Sci....35..783R, doi:10.1126/science.35.907.783, PMID 17792421, 9 December 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: 9 December 2022
- ↑ "Owen Richardson's Nobel lecture on thermionics, December 12, 1929" (PDF). November 23, 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: December 9, 2022.
- ↑ "University intelligence" (36893). 8 October 1902. səh. 4.
- ↑ O. W. Richardson (1901) "On the negative radiation from hot platinum," Philosophical of the Cambridge Philosophical Society, 11 : 286–295; see especially p. 287.
- ↑ Wilson, Wm. "Owen Willans Richardson 1879–1959". Biographical Memoirs of Fellows of the Royal Society. Royal Society. 5. 1960: 206–215. doi:10.1098/rsbm.1960.0016.
- ↑ "Nobel prize citation, Nobel foundation website". 2012-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.