Riçard Feynman — Vikipediya

Riçard Feynman
ing. Richard Phillips Feynman
Doğum tarixi 11 may 1918(1918-05-11)[1][2][…]
Vəfat tarixi 15 fevral 1988(1988-02-15)[1][3][…] (70 yaşında)
Vəfat yeri
Elm sahələri hissəciklər fizikası, fizika
İş yerləri
Təhsili
Tanınmış yetirmələri Robert Barro
Üzvlüyü
Mükafatları Fizika üzrə Nobel mükafatı
ABŞ Milli Elmlər medalı Ernest Orlando Lawrence Award
İmza
richardfeynman.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riçard Fillips Feynman (ing. Richard Phillips Feynman; 11 may 1918[1][2][…]15 fevral 1988[1][3][…], Los-Anceles, Kaliforniya[5][3]) — görkəmli Amerika fiziki. Kvant elektrodinamikasının banilərindən biri. 1943–45-ci illər arasında Los-Alamosda atom bombası hazırlayan alim-fiziklər qrupuna daxil edilmişdir. Kvant mexanikasında trayektoriyalar üzrə inteqrallama üsulunu (1938), eləcə də elementar zərrəciklərin çevrilmə və qarşılıqlı təsirini təsvir edən kvant sahə nəzəriyyəsinin Feynman diaqramları metodunu (1949) işləmişdir. Həmçinin ifrat axıcılıq nəzəriyyəsi və nüvənin parton modelini irəli sürmüşdür. 1965-ci ildə Sin-İtiro Tomonaqa və Culian Şvinqerlə birgə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.

Uşaqlıq və gənclik illəri

[redaktə | mənbəni redaktə et]

Riçard Feynman zəngin yəhudi ailəsində anadan olmuşdur. Valideynləri – Melvil və Lüsil Nyu-Yorkda Kuinsin cənubunda Far-Rokveydə yaşayırdılar. Atası Riçardın dünyaya gəlməsindən əvvəl oğlunun alim olacağını qərara almışdı (Həmin illərdə qızlar de-yure akademik dərəcə ala bilsələr də, onların gələcəyi adətən qeyri-müəyyən qalırdı. Bununla belə, Riçard Feynmanın kiçik bacısı bu fikri rədd edərək sonralar məşhur astrofizik oldu). Atası hər vəchlə körpə Riçardı onu əhatə edən dünyanı dərk etməyə sövq edirdi. Ata oğlunun suallarına özünün fizika, kimya, biologiya biliklərinə əsaslanıb ətraflı cavab verməyə çalışırdı. Atası oğlunu bir o qədər sıxmır, ona oğlunu alim görmək arzusunda olduğunu bildirmirdi.

Feynman ilk işinin öhdəsindən 13 yaşında olarkən radioqəbuledicini təmir etməklə gəlir. Bundan sonra gənc Riçard qonşuları arasında məşhurluq qazanır. O ilk əvvəl radioqəbuledicini cəld və keyfiyyətli təmir edir, digər tərəfdən isə aparatı sökməmişdən əvvəl əlamətlər əsasında məntiqlə nasazlığın səbəblərini araşdırmaq və təyin etməyə cəhd edirdi.

İlk evliliyi və Los-Alamos

[redaktə | mənbəni redaktə et]

Riçard Feynman dörd il Massaçusets Texnologiya İnstitutunun fizika fakültəsində təhsil alır, daha sonra təhsilini Prinston universitetində davam etdirir.

İkinci Dünya müharibəsi başlayanda Feynman könüllü olaraq cəbhəyə yollanmaq istəyir, lakin ədalətsiz psixi yoxlanış səbəbindən bu arzusuna çata bilmir.

Aspiranturada oxuduğu illərdə Feynman on üç yaşından vurulduğu və on doqquz yaşından nişanlandığı Arlin Qrinbaumla evlənir. Nikahdan bir az əvvəl Arlin ölümcül vərəm xəstəliyinə yoluxur.

Feynmanın valideynləri evliliyə qəti etirazlarını bildirsələr də Feynman öz bildiyi kimi hərəkət edir. Nikah mərasimi Los-Alamosa yollanan qatara yollanarkən yolüstündə baş tutur. Şahidlər küçədən keçən təsadüfi adamlar olur (çörəkçi və aptekçi), qohumlar mərasimdə iştirak etmirlər. Mərasim başa çatdıqdan və ərin arvadını öpmə mərasimi çatanda Riçard yoldaşının xəstəliyini xatırlayır və Arlinin yanaqlarıdan öpür.

Cütlük Los-Alamosa yetişdikdən dərhal sonra atom bombasının hazırlanması prosesinə (Manhetten Layihəsi) cəlb edilir. Bu layihəyə işçi heyətnin çağrılması anında Feynman hələ də Prinstonda oxuyurdu və layihəyə daxil olmaq ideyasını ona məşhur fizik Robert Vilson verir. İlk əvvəl Feynman atom bombası layihəsinə qoşulmaq ideyasını həvəssiz qarşılayır, lakin sonradan bombanın almanların kəşf etməsini düşünərək layihəyə qoşulamağa razılıq verir. Feynman Los-Alamosa işlədyi vaxt Arlin Albukerke şəhəri xəstəxanasında yatırdı. Feyman hər həftə sonunu onunla keçirir.

Los-Alamosda bomba üzərindı işlədiyi illərdə Feyman seyfləri yarmaq vərdişlərinə yiyələnir. O atom bombasının işlənilməsinə dair bütün informasiyanı – uranın zənginləşdirliməsi texnologiyasından tutmuş bombanın quraşdırılmasına dair materilların seyflərdən oğurlamaqla həyata keçirilmiş təhlükəsizlik tədbirlənin yetərsizliyini sübut edir. Bu qədər mühüm informasıyanın saxlanıldığı seyflərin həvəskar oğru tərəfindəın yarılması faktı bəşəriyyətin taleyinin bit tükdən asılı olduğuna dəlalət edirdi.

Müharibədən sonrakı illər və elmə verdiyi əsas töhfələr

[redaktə | mənbəni redaktə et]

1950-ci illərdə Feynman Kaliforniya Texnologiya İnstututunda işləyir. Müharibədən və yoldaşının ölümündən sonra Feynman dərin sarsıntılar keçirir. Bu illərdə isə ona bu və ya digər fizika kafedrasında çalışmaq haqqında saysız-hesabsız məktublar gəlir. Belə təkliflərdən biri də Prinstondan gəlir. Burada isə o vaxtlar Eynşteyn kimi dahilər dərs deyirdi. Nəhayət Feyman yenidən elmə qayıdır. Feyman bütün şübhələrə son qoyduqdan və hədəflərini müəyyən etdikdən sonra o gücünün və özünəinamın yenidən artığını hiss edir.

Feynman özünün kvant çevrilmələri nəzəriyyəsi üzərində işləməyə davam edir. Bundan əlavə, o Şredinger tənliyini tətbiq etməklə yüksəkaxıcılıq hadisəsinin fizikasının başa düşülməsinə nail olur. Bu kəşf izahı bir qədər əvvəl üç fizik tərəfindən alınmış yüksəkaxılıcılıq hadisəsi ilə birgə alçaq temperaturlar fizikasına yeni təkan verir. Bundan əlavə Feyman kvarkaları kəşf etmiş Mürrey Hell-Mannla birgə daha mükəmməl sərbəst neytronun proton, elektron və antineytrinoya beta-parçalanmasında özünü göstərərn "zəif parçalanma" nəzəriyyəsi üzərində çalışır. Bu nəzəriyyə faktiki olaraq təbitəin yeni qanunlarını açmağa imkan verirdi. Feyman kvant hesablamaları ideyasını səsləndirir.

1960-cı illərdə akademiyanın xahışı ilə Feymana yeni fizika dərsliyi hazırlamaq tapşırığ həvalə olur. Nəticədə indi də tələbə-fiziklərin ən mükəmməl dərslik vəsaiti hesab etdiyi "Feymanın fizika mühazirələri" ərsəyə gəlir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Фейнман Ричард Филлипс // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  4. 1 2 NNDB (ing.). 2002.
  5. 1 2 FamilySearch Family Tree. 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]