Şimali Makedoniya — Vikipediya

Şimali Makedoniya
Република Северна Македонија
Republika e Maqedonisë së Veriut
Bayraq Gerb
Bayraq Gerb
Слобода или смрт (mak.)
"Ya azadlıq, ya ölüm"
Himn: Денес над Македонија (mak.)
"Bu gün Makedoniya üzərində"
Tarixi
 • Müstəqillik elan edilməsi 8 sentyabr 1991
 • Beynəlxalq tanınma 8 aprel 1993
Rəsmi dilləri
Paytaxt Skopye
İdarəetmə forması Parlament respublikası
Prezident Gordana Siljanovska-Davkova
Baş nazir Hristijan Mickoski
Sahəsi Dünyada 148-ci
 • Ümumi 25713 km²
 • Su sahəsi (%) 1,9
Əhalisi
 • Əhali 2 100 min [1] nəfər (144-cü)
 • Siyahıyaalma (1.X.2021) 1 832 696 nəf.
 • Sıxlıq 80,1 nəf./km² (113-cü)
ÜDM (AQP)
 • Ümumi $33,82 milyard dollar
 • Adambaşına $16 253 dollar
ÜDM (nominal)
 • Ümumi (2019) $12,838 milyard dollar
 • Adambaşına $6 143 dollar
İİİ (2019) 0.774 (artış; 82-ci)
İnternet domeni .mk
ISO kodu MK
BOK kodu MKD
Telefon kodu +389
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Şimali Makedoniya

Şimali Makedoniya (mak. Северна Македонија; alb. Maqedonia e Veriut) və ya rəsmi adı ilə Şimali Makedoniya Respublikası (mak. Република Северна Македонија; alb. Republika e Maqedonisë së Veriut) — cənub-şərqi Avropada dövlət. Şimali Makedoniya Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo (qismən tanınan), qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopye şəhəri, ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası (mak. Република Македонија) adlandırılmışdır. Beynəlxalq aləmdə isə daha çox Keçmiş Yuqoslav Respublikası Makedoniya (mak. Поранешна Југословенска Република Македонија) və ya sadəcə Makedoniya (mak. Македонија) kimi tanınmışdır

Şimali Makedoniya 8 aprel 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatına üzv seçilmişdir, lakin Yunanıstan ilə Şimali Makedoniya arasında yaşanan ad mübahisəsinə görə təşkilat çərçivəsində ölkənin adı Keçmiş Yuqoslav Respublikası Makedoniya kimi göstərilməyə başlandı. Eyni ad bir çox beynəlxalq təşkilatlarda da istifadə olunmuşdur. 2018-ci ilin iyun ayında Yunanıstan və Makedoniya arasında Prespa müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən hər iki tərəfin maraqlarına uyğun olaraq Makedoniyanın adı Şimali Makedoniya Respublikası ilə əvəz olunmuşdur. Ölkənin adının dəyişdirilməsi rəsmi olaraq 2019-cu ilin 12 fevral tarixində qüvvəyə minmişdir.

Şimali Makedoniya coğrafiyasının əsasını dağlar, dərələr və çaylar təşkil edir. Ölkə əhalisinin əsası makedonlardan təşkil olunmuşdur. Albanlar ölkənin 25%-ni təşkil edir. Şimali Makedoniyada eyni zamanda bəlli sayda türklər, romanlar, serblər, boşnaklar, arumınlarbolqarlar da yaşayır.

Peoniya çarlığından başlayan ölkənin tarixi qədim zamanlara dayanır. E.ə. 6-cı əsrdə ölkə ərazisi Əhəmənilər dövlətinin parçası olmuş və daha sonra 4-cü əsrdə Makedoniya çarlığı tərəfindən işğal olunmuşdur. E.ə. 2-ci əsrdə Romalılar bölgəni fəth edərək, Makedoniya əyaləti ilə birləşdirmişdirlər. Ərazi Bizans İmperiyasının tərkibində yer almış və dəfələrlə slavyan tayfalarının hücumuna məruz qalmışdır. Bizans, Bolqar və Serb imperiyaları arasında yaşanan çaxnaşmaların ardınca 14-cü əsrdən 20-ci əsrin əvvəllərinədək ərazi Osmanlı İmperiyasının hökmranlığı altında qalmışdır. 1912–1913-cü illərdə baş verən Balkan müharibələrindən sonra indiki Şimali Makedoniya ərazisi serblərin hökmranlığına keçmişdir. Birinci Dünya müharibəsinin (1914–1918) ardınca Yuqoslaviya krallığı ilə birləşmiş, İkinci Dünya müharibəsi zamanı bolqarlar ələ keçirmiş və 1945-ci ildə müharibədən sonra respublika olaraq yenidən yaranmış və 1965-ci ildən etibarən Yuqoslaviya Sosialist Federativ Respublikasının bir pir parçası olmuşdur. Şimali Makedoniya 1991-ci ilədək Yuqoslaviyanın tərkibində Makedoniya Sosialist Respublikası kimi qalmışdır.

Şimali Makedoniya parlamentli respublikadır və Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və 2020-ci ildən etibarən NATO üzvüdür. Şimali Makedoniya 2005-ci ilin dekabr ayından -yə üzv olmaq üçün danışıqlar aparır.

Yunanıstanın təzyiqləri nəticəsində ölkənin adı BMT-də Keçmiş Yuqoslaviya Respublikası Makedoniya (mak. Поранешна Југословенска Република Македонија) kimi qəbul edilib.[4] 12 iyun 2018-ci ildə Makedoniya və Yunanıstan hökumətləri 27 illik ad mübahisəsinə son qoymaq üçün ilkin razılığa gəliblər. Bu danışıqlar ölkənin Şimali Makedoniya Respublikası (mak. Република Северна Македонија) adlandırılması ilə nəticələnib.[5]

Bugünkü Makedoniya torpaqları, tarixdə bir çox dövlət və imperatorluğun sərhədləri içində olmuşdur. Bunlar içində Roma İmperatorluğu (sonrasında Şərq Roma İmperatorluğu) və Osmanlı İmperatorluğu, bölgədə hökm sürən imperatorluqlardandır.

600 ilə yaxın müddət Osmanlı suverenliyində qalan bölgə, XX əsrdə Yuqoslaviya Sosialist Federativ Respublikasının ən cənub hissələrini təşkil etmişdir.

1991-ci ildə muxtar respublika Makedoniya, Yuqoslaviya Sosialist Federativ Respublikasının daxili döyüşlərə girdiyi dövrdə müstəqilliyini elan etmişdir.

Hazırda ölkənin əsas sənaye və ticarət mərkəzidir. Makedoniyanın digər böyük şəhərləri bunlardır: Monastr, Kumanovo, Prilep, Qalxandalan, Ohri, Veles, İştip, Qoçanı, Gostivar, Ustrumca. Ölkə ərazisinin çox hissəsini dərin vadiləri olan dağlar, dik yamacları olan təpəliklər və meşə massivləri tutur. Ölkədə 50-yə yaxın təbii və süni göl, eləcə də hündürlüyü 2,000 metrdən artıq 16 dağ var. Makedoniya ərazisində olan ən böyük göl Oxrid gölü, ən uzun çay Vandar çayıdır.

border=none Əsas məqalələr: Makedoniya əhalisiMakedonlar
Skopye türklərinin bayrağı

30 iyun 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Makedoniya əhalisi 2.061.044 nəfər, bütün ölkə üzrə əhalinin orta sıxlığı isə 1 km²-ə 80.2 nəfərdir.[1]

Makedoniya Respublikasının əhalisinin 2/3 hissəsini makedoniyalı slavyanlar, 1/4 hissəsini albanlar, 4 faizini türklər və təxminən 2,7 faizini serblər, rumınlar və qaraçılar təşkil edirlər.

Ölkə əhalisinin 68%-i rəsmi dövlət dili olan makedon dilində, 25%-i alban, 3%-i türk, 2%-i isə serb-xorvat dillərində danışır. Dini etiqadına görə Makedoniya əhalisinin 64%-i pravoslavdır. Müsəlmanlar ölkə əhalisinin 33%-ni təşkil edir. Makedoniyanın paytaxtı, eyni zamanda ən böyük şəhəri olan Skopyedə 380 min nəfər yaşayır.

2002-ci il siyahıyaalınmasının yekunlarına əsasən əhalisinin 65 %-i pravoslav, 32 %-i müsəlman, 3 %-i əsasən katolikprotestant xrisitian və iudaistdir.[6]

  1. 1 2 State Statistical Office of the Republic of Macedonia :Population Arxivləşdirilib 2011-09-27 at the Wayback Machine
  2. Закон за употреба на езиците (maked.).
  3. http://chartsbin.com/view/edr.
  4. "United Nations Resolution 225 (1993)". 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-02.
  5. "Macedonia and Greece: Deal after 27-year row over a name". BBC News. 12 iyun 2018. 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2018.
  6. " New Balkan Politics " — Journal of politics: Interethnic relations in Macedonia: People Centred Analyses. İssue 12, 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]