Aişə Sultan (II Mustafanın qızı) — Vikipediya

Aişə Sultan
ərəb. عائشہ بن مصطفی -انی
Şəxsi məlumatlar
Doğum tarixi 30 mart 1696(1696-03-30)
Doğum yeri
Vəfat tarixi 26 sentyabr 1752(1752-09-26) (56 yaşında)
Vəfat yeri
Atası II Mustafa
Həyat yoldaşları
Ailəsi Osmanlı xanədanı

Aişə Sultan (ərəb. عائشہ بن مصطفی -انی‎) (30 mart 1696, Ədirnə26 sentyabr 1752, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın qızı. Eyni illərdə yaşayan əmisi III Əhmədin qızı Aişə Sultanla qarışdırılmaması üçün Böyük Aişə Sultan olaraq anılır.

Aişə Sultan 1696-cı ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. O əsnada atası II Mustafa Belqrad üzərinə səfərə çıxmışdı. Taxta yeni çıxan atasının ilk övladı olması səbəbilə doğumu ilə bağlı dünyanın dörd tərəfinə fərmanlar yazıldı. 7 yaşı olanda keçmiş sədrəzəmlərdən Fazil Mustafa Paşanın oğlu və Anadolu bəylərbəyi olan Körpülü Numan Paşa ilə nişanlandı. Tamamilə siyasi səbəblərdən baş tutan bu evlilik planı, o əsnada atasının taxtdan endirilməsi və bir neçə ay sonra vəfat etməsi səbəbilə 5 il sonraya təxirə salındı.

9 aprel 1708-ci ildə Topqapı sarayında keçirilən mərasimlə Ayşə Sultan Numan Paşayla, bacısı Əminə Sultan isə sədrəzəm Çorlulu Əli Paşayla nigahlandı. Ancaq gəlinin hələ 12 yaşında olması səbəbilə bu toy mərasimi formal olaraq keçirildi və evliliyin "tamamlanması" üçün gəlinin həddi-büluğa çatması gözlənildi. 14 mart 1710-cu ildə Topqapı sarayında bu münasibətlə ziyafət verildi və cütlük mərasimin ardından vaxtilə şeyxülislam Feyzullah Əfəndiyə aid olan, ancaq üsyanın ardından dövlət tərəfindən müsadirə edilən Zeyrək sarayında məskunlaşdı.

Ancaq Numan Paşa 2 aylıq sədrəzəmliyin ardından vəzifədən alındı və yenidən cəbhə bölgəsinə göndərildi. Numan Paşanın burada 1719-cu ildə hummadan vəfat etməsinin ardından, Aişə Sultan 23 yaşında dul qaldı. Əmisi Sultan Əhmədin istəyilə 1720-ci ildə vaxtilə atasının silahdarı olan İbrahim Paşa ilə evləndi. Eyni mərasimlə bacısı Əmətullah Sultan Mosul bəylərbəyi Osman Paşayla nigahlanmışdır. Ancaq bir neçə il sonra İbrahim Paşa da vəfat etmiş, Aişə Sultan 1725-ci ildə üçüncü dəfə Qoca Mustafa Paşa ilə evləndirildi. Olduqca yaşlı bir paşa olan Mustafa Paşa 3 il sonra vəfat etdi və Aişə Sultan bir daha evlənmədi.

Heç bir evliliyindən övladı olmayan Aişə Sultan 1752-ci ildə İstanbulda vəfat etmiş, böyük nənəsi Turhan Xədicə Sultanın Yeni məsciddəki türbəsinə dəfn olunmuşdur.

  • Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, sayfa: 292
  • Majer, Hans Georg (1991). Journal of Ottoman studies, Volumes 11–12. Enderun Kitabevi. p. 433
  • Mustafa Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ankara, Ötüken