Düzgü — Vikipediya
Bu məqalə qaralama halındadır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Düzgü — uşaq aləmi üçün maraqlı olan adların, hərəkətlərin, obrazların təkrar edildiyi və müstəqil məna ifadə etməyən, süjeti olmayan mətnlərdir. Lakin bu heç də o demək deyil ki, düzgülərdə yalnız forma var. Müşahidələr göstərir ki, ibtidai, primitiv şəkildə olsa da, düzgülərin hər birində pərakəndə şəkildə müəyyən məzmun nəzərə çarpır. Düzgülərin daha əvvəllərdə -alliterasiyalı poeziyanın meydana gəldiyi dövrlərdə yarandığını ehtimal edənlər var.
Son vaxtlar düzgülər "Təkərləmə" adı ilə də təqdim olunur.
Düzgülər
[redaktə | mənbəni redaktə et]Üşüdüm ha, üşüdüm
[redaktə | mənbəni redaktə et]Üşüdüm ha, üşüdüm,
Dağdan alma daşıdım.
Almacığım aldılar
Məni quyuya saldılar.
Cürümçülər gəldilər,
Mənə cürüm verdilər.
Mən cürümdən bezaram,
Dərin quyuya qazaram.
Dərin quyu beş keçi,
Hanı bunun erkəci?
Erkəc qaya başında,
Hay elədim gəlmədi,
Çiyit verdim yemədi.
Çiyit qazanda qaynar,
Qənbər bucaqda oynar.