Göyçay döyüşü — Vikipediya

Göyçay döyüşü
Birinci Dünya müharibəsində Qafqaz cəbhəsi
Əməliyyat planı
Əməliyyat planı
Tarix 27 iyun – 1 iyul 1918
(4 gün)
Yeri Göyçay, Bakı quberniyası, Azərbaycan
Nəticəsi AzərbaycanOsmanlı koalisiyanın qələbəsi
Ərazi dəyişikliyi Azərbaycan–Osmanlı koalisiyası Göyçaydan Şamaxıya qədər olan ərazini ələ keçirmişdir
Münaqişə tərəfləri

Bolşevikdaşnaklar:
Bakı Kommunası
Rusiya SFSR
Daşnaksutyun


Ağ ordu:
Rusiya Kazaklar

 Osmanlı imperiyası
Azərbaycan

 Böyük Britaniya

Komandan(lar)

Stepan Şaumyan
Qriqori Korqanov
Qriqori Petrov
Sergey Kirov
Amazasp Srvantsyan
Rusiya Lazar Biçeraxov

Osmanlı imperiyası Nuru Paşa
Osmanlı imperiyası Əli İhsan Sabis
Osmanlı imperiyası Cəmil Cahid Toydəmir
Osmanlı imperiyası Rüştü Paşa
Osmanlı imperiyası Topal Osman
Əliağa Şıxlinski
Həbib bəy Səlimov
Əhməd Həmdi Qaraağazadə

Naməlum.
Tərəflərin qüvvəsi

35,000 nəfər
(daşnaklarla birlikdə)
Rusiya 5,000 nəfər

Osmanlı imperiyası Qafqaz İslam Ordusunda 5 min nəfər
Naməlum[a]


Cəmi 6,200–6,500 nəfər:
  •  • 255 nəfər zabit
  •  • 5,882 nəfər piyada
  •  • 57 pulemyot
  •  • 20 top
Böyük Britaniya Naməlum sayda "MI6" üzvü
İtkilər

Naməlum, ağır

Naməlum

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göyçay döyüşü (rus. Геокчайский бой, türk. Göyçay/Gökçay Muharebesi) və ya Göyçay basqını (türk. Göyçay/Gökçay Baskını) — 27 iyun – 1 iyul 1918-ci il tarixində Nuru Paşanın başçılıq etdiyi AzərbaycanOsmanlı koalisiya qüvvələri ilə XI Qızıl Orduerməni-daşnak qüvvələri arasında baş vermiş döyüş. İlkin döyüş 30 iyunda başa çatmışdır, lakin kiçik toqquşmalar 1 iyuluna qədər davam etmişdir. Sayca altı dəfə kiçik olmasına baxmayaraq, Azərbaycan–Osmanlı koalisiya qüvvələri erməni–sovet qüvvələrini Qafqaz İslam Ordusunun qərargahı olan Gəncəyə çatmamış məğlub etməyə nail olmuşdular. Azərbaycan–Osmanlı qoşunları Göyçaydan Şamaxıya qədər olan ərazilərə nəzarəti ələ keçirə bilmişdilər. Döyüş nəticəsində bölgədə erməni–sovet hökmranlığına son qoyulmuşdur.

Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası Gəncədə Osmanlı ordusunun döyüş vəziyyətinə qayıtmasının qarşısını almaq üçün hərbi əməliyyata başlamaq qərarına gəlmişdir. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz İşləri Komitəsinin komandiri Qriqori Korqanov 4 iyun 1918-ci ildə imzaladığı əmrlə Qızıl Ordunun hərəkətə keçməsini xahiş etmişdir. O, erməni–bolşevik–rus qoşunlarına Yevlaxa qədər olan düzənliyi tutmaq və Yevlax körpüsünü ələ keçirmək göstərişini vermişdir. 6 iyunda erməni və rus–bolşevik qoşunları Bakıdan Qazı-Məhəmmədə (indiki Hacıqabul) yola düşdülər. Onlar Qazı-Məhəmmədi talan etmiş və ətraf kəndləri yerlə-yeksan etmişdilər.[2]

Qazı-Məhəmməd stansiyasına toplaşmağa başlayan Qızıl Ordu qüvvələri 10 iyunda Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtkı paytaxtı Gəncəyə doğru yola düşmüşdür. Qızıl Orduya qarşı gürcü əsilli Levan Maqalovun rəhbərlik etdiyi gürcülərdən və azərbaycanlılardan ibarət kiçik hərbi hissə var idi.[2] Koalisiya qüvvələri 10 iyunda Sığır stansiyasını ələ keçirmişdir. Şaumyan bu zaman öyrənmişdi ki, Osmanlı hərbi qüvvələri hələ Gəncəyə çatmayıb və burada ermənilər Azərbaycan–Osmanlı qoşunları ilə toqquşurlar. O, Bakı komissarı üçün əlverişli olan bu vəziyyətdən istifadə etmək istəyirdi.[3] Sığır stansiyasının ələ keçirilməsi Şaumyanı çox ruhlandırmışdır. O, Vladimir Leninə göndərdiyi teleqramda yazırdı:

" Bizim qoşunların ön dəstələri Sığırlı stansiyasını tutmuşdur. Bizim kəşfiyyat qatarımız Kərrar stansiyası istiqamətindən düşmən topları vasitəsilə atəşə tutulmuşdur. Qoşunlarımız irəli hərəkət edir...[4] "

Döyüşdən əvvəl

[redaktə | mənbəni redaktə et]

Qızıl Ordu qüvvələrinin birinci qolu BakıQazı-Məhəmməd dəmir yolu ilə qərbə doğru hərəkət edərək Müsüslü stansiyasına, digəri isə Qazı-Məhəmməddən keçərək Kürdəmirə çatmışdı. Bölgədəki Qızıl Ordu qüvvələri toplanaraq Gəncədən təxminən 150 kilometr (93 mil) uzaqlıqda olan Kürdəmirə hücum etmişdir. Şəhərin müdafiəsinə qalxmağa çalışan azərbaycanlılardan ibarət milis qüvvələrinin müqaviməti uğursuz alınmışdır. Qızıl Ordu stansiyanı şəhərin özü ilə birlikdə nəzarətə götürmüşdür.[5] Kürdəmirin bolşevik–daşnak qüvvələri tərəfindən işğal edilməsi Gəncədəki koalisiya qüvvələrini qəzəbləndirmişdir. Bu, Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsinə ciddi maneə idi.[6]

Qızıl Ordunun üçüncü qolu Bakının şimalından hərəkət etmişdir. Onlar Bakı–Gəncə magistral yolu ilə şimal-qərbə doğru hərəkət edərək MərəzəŞamaxıya daxil olmuşdular. Bolşeviklərin başçılıq etdiyi erməni birləşmələri Bico kəndinə hücum etmiş, nəticədə kənd əhalisi ilə 400 nəfər erməni əsgəri arasında döyüş olmuşdur.[7] Döyüş azərbaycanlıların əzmkar qələbəsi ilə başa çatmışdır.[6] Gözlənilmədən ağır məğlubiyyətə uğrayan bolşeviklər kəndə daha böyük bir işğalçı qüvvə göndərmişdilər.[8] Bunu eşidən kənd sakinləri Ağsuya, oradan da Göyçaya köçmək məcburiyyətində qalmışdılar. Erməni–bolşevik qoşunları Biconu yerlə-yeksan etdikdən sonra Ağsu şəhərinə, oradan isə QaraməryəmBığır kəndlərinə doğru irəliləmişdilər. XI Qızıl Ordunun 1-ci və 3-cü diviziyaları İsmayıllı və Qaraməryəmin şimalındakı yaşayış məntəqələrini ələ keçirmişdilər. 16 iyunda, səhər saatlarında XI Qızıl Ordunun 3-cü diviziyası bölgədəki azərbaycanlı, dağıstanlıgürcü silahlılarının üzərinə hücuma keçmişdir. Yeddi saatdan artıq davam edən döyüşün sonunda koalisiya qüvvələri Göyçaya çəkilməyə məcbur qalmışdır. XI Qızıl Ordu bölgədəki ermənirusların yaşadığı kəndlərdən daha çox dəstək almağa başlamışdır.[9]

Tərəflərin müqayisəsi

[redaktə | mənbəni redaktə et]
Əlahiddə Azərbaycan korpusunda xidmət edən azərbaycanlılar.

Sovet tarixçiləri Osmanlı ordusunun bolşeviklər üzərində say baxımından üstünlüyünə malik olduğunu iddia edirdilər, lakin tarixçi Mustafa Görüryılmaz qeyd etmişdir ki, əslində bunun əksi doğrudur. O "döyüşün əvvəlində Azərbaycana çatan türk hərbi qüvvələrinin sayının beş min nəfərdən az" olduğunu yazmışdır və əlavə etmişdir ki, "erməni dəstələrinin gəlməsi ilə Qızıl Ordu tərəfdən vuruşanların sayı 30 min nəfəri ötmüşdü".[10] Döyüşdə iştirak edən Azərbaycan qüvvələrinin sayı məlum olmasa da, 5 min nəfərdən az olduğu güman edilir.[1] 26 iyunda yaradılmış ilk hərbi qurum Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Əlahiddə Azərbaycan Korpusu (ƏAK) vuruşanların sayı 5 min nəfərdən az idi, lakin onların burada iştirak edib-etmədiyi məlum deyil. Əliağa Şıxlinskinin bu döyüşdə kiçik formada iştirakı da bu korpusda xidmət edənlərin Osmanlı ordusu ilə birlikdə döyüşmüş ola biləcəyini göstərir.[11] Bundan başqa, Ağdaş, Ağstafa, Ağsu, Bərdə, Gəncə, Göyçay, Nuxa, YevlaxZaqataladan olan naməlum sayda könüllülər də Azərbaycan–Osmanlı koalisiya qüvvələrinə qoşulmuşdular.[12][13][14] Digər mənbələrdə döyüş əməliyyatlarında Osmanlı və Azərbaycan tərəfindən ümumilikdə 6,200–6,500 nəfərin iştirak etdiyi qeyd olunur. Bunlara 255 zabit, 5,882 piyada, 57 pulemyot və 20 top daxildir.[15]

Stepan Şaumyanın rəhbərliyi altındakı və Qızıl Ordunun tərkibindəki qüvvələr Azərbaycandan olan əsgərlərdən ibarət deyildi. Onlar əvvəllər Rusiya İmperator Ordusunda xidmət etmiş, Oktyabr inqilabından sonra bolşevik tərəfinə keçmişdilər. Döyüş zamanı vuruşan daşnak qüvvələrinin əksəriyyəti Anadoludan olsa da, onların əhəmiyyətli bir qismi Ermənistan Demokratik RespublikasıAzərbaycan Xalq Cümhuriyyətindən idi. Vladimir Leninə göndərdiyi teleqrafda Şaumyan qeyd edirdi ki, "Göyçay döyüşündə bolşevik–daşnak qüvvələri böyük şücaət göstərmişdi, lakin orduya rəhbərlik edən komandirlər son dərəcə qorxaq davranmışdılar". O, həmçinin yazmışdı ki, ordunun məğlubiyyətinə Britaniya Gizli Kəşfiyyat Xidmətinin əməkdaşları tərəfindən aparılan antikommunist təbliğatının böyük təsiri olmuşdu.[16]

Sayca min nəfərə yaxın və Qacar İranında yerləşdirilmiş kazak hərbi qüvvəsinə Lazar Biçeraxov başçılıq edirdi. Biçeraxov Ağ ordunun maraqlarını güdsə də, vəziyyəti xilas etməyə çalışan Bakı komissarları ilə danışıqlara başlamışdı. Onlar Biçeraxovun Azərbaycan–Osmanlı koalisiya qüvvələrinə qarşı mübarizədə yardım təklifini qəbul etmişdilər. Biçeraxovun başçılığı altındakı qüvvələr Ənzəli limanından Xəzər dənizi vasitəsilə Ələt qəsəbəsinə gəlmişdir. 7 iyulda onun qüvvələri Kürdəmir cəbhəsinə göndərilmiş, lakin ağır itkilər vermişdir.[17] Biçeraxov Qriqori Korqanovun ümumi rəhbərliyi altında bolşevik–daşnak–kazak qoşunlarının komandiri təyin edilmişdir, lakin Biçeraxov Qriqori Petrovun əmrlərini tam yerinə yetirməmiş və bu, bolşeviklər, ermənilər və kazaklar arasında çaşqınlıq yaratmışdır. 30 iyulda Biçeraxov Azərbaycan–Osmanlı qoşunlarına qarşı hərbi əməliyyatların mənasız olduğunu başa düşən bolşevik və onu əhatə edən erməni birləşmələri tərəfindən döyüş meydanında tərk edilmişdir. O, öz qüvvələri ilə Dağıstana qaçmış və bununla da cəbhənin şimal hissəsini müdafiəsiz buraxmışdır.[18] O, sonradan qardaşı Georgi Biçeraxova yazmışdır: "Mən fərarilər və qorxaqlar ordusunun komandanlığından imtina etdim". Biçeraxovun sözlərinə görə, döyüşlər zamanı onun başçılıq etdiyi dəstədə 100-dən çox əsgər həlak olmuşdur.[19]

Birinci həmlə

[redaktə | mənbəni redaktə et]

Veysəlli və Qaraməryəm

[redaktə | mənbəni redaktə et]
Azərbaycanda xidmət edən Osmanlı zabiti. Təxminın 1918-ci il.

Qafqaz İslam Ordusunun qərargahı o dövrdə Yelizavetpol kimi tanınan, Azərbaycan Xalq Cümhuriyyətinin birinci paytaxtı olan Gəncə şəhərində yerləşirdi. Osmanlı hərbi liderləri ordu ilə dəmir yolu arasında heç bir fiziki maneənin olmadığı qənaətinə gəlmiş və bu vəziyyət paytaxt üçün böyük təhlükə yaratmışdır. Nuru Paşa Gəncə üçün əsl təhlükənin Göyçay yaxınlığındakı Qızıl Ordu qoşunlarından gələcəyini proqnozlaşdırmışdı. Göyçay bölgəsində baş verən toqquşmalar Qızıl Ordu üçün dönüş nöqtəsi olmuşdu. Bu, onların Azərbaycandan çıxarılmasına və Azərbaycanın müstəqillik əldə etməsinə gətirib çıxarmışdı.[20]

Qafqaz Ordu Qrupunun 5-ci Qafqaz piyada diviziyasının bütün əsgərləri hələ Gəncəyə çatmamışdı. 10-cu Qafqaz piyada alayı QarakilsəDilican yolunu keçərək Ağstafaya daxil olmuşdu. Onlar 15 iyunda Göyçaya çatmışdılar. Nazim bəy əsgərləri ilə MüsüslüKürdəmir cəbhələrinə göndərilmişdi. Topal Osmanın başçılıq etdiyi 10-cu Qafqaz piyada alayı Qaraməryəm cəbhəsinə göndərilmişdi. Bir neçə gün davam edən döyüşlərdən sonra Osmanlı qüvvələri erməni qoşunlarını darmadağın etmiş və nəticədə onlar Qalakər kəndinə geri çəkilmişdilər.[20][21]

Qafqaz İslam Ordusunun Müsüslüdəki qərargah rəisi Nazım bəy Osman bəyə erməni–sovet qüvvələrinə qarşı kəşfiyyat xarakterli əməliyyatlar həyata keçirməyi tapşırmışdır. Topal Osmanın əmri ilə 28-ci tabor 17 iyunda Qaraməryəmin qərbində erməni–bolşevik birləşmələrinə qarşı hərəkətə keçmişdir. Yol boyu əməliyyatı davam etdirən 28-ci batalyon vaxtında tədbir görmədiyi üçün sovet pusqusuna düşmüşdür. Qanlı döyüşdən sonra Osmanlı qüvvələri Veysəlli kəndinə çəkilmişdir.[22]

Vəziyyətin təhlükəli olduğunu görən Topal Osman 28-ci batalyonun hər iki tərəfini qorumaq üçün 30-cu və 28-ci batalyonları hərəkətə keçirmişdir, lakin bolşevik qüvvələri bu batalyonlara ağır relyefi olan – sıldırımlı dərələr və təpələrə malik ərazidə hücuma keçmişdilər. 29-cu batalyon hər iki tərəfdən hücuma məruz qalmışdı, lakin qanlı döyüşdən sonra Veysəlli kəndinə keçə bilmişdi.[23]

Gündüz yayın isti havasında heç bir tərəf digərini məğlub edə bilməmişdir. Qaranlıq çökəndə toqquşmalar dayandırılmış və hər iki ilkin mövqelərinə keçmişdi. Qafqaz İslam Ordusunun regionda ilk mühüm döyüşü Qaraməryəm yaxınlığında uğursuzluqla nəticələnmişdi. Bolşeviklərin, xüsusən də 3-cü diviziyanın və onun rəhbəri Amazasp Srvantsyanın əhval-ruhiyyəsi kəskin şəkildə yüksəlmişdi. Onlar işğal olunmuş Qaraməryəmdə daha da möhkəmləndirmiş, bir sıra mühüm mövqeləri ələ keçirərək Göyçaya hücum əməliyyatına şərait yaratmışdılar.[24]

Azərbaycan–Osmanlı koalisiya qüvvələri Qaraməryəm kəndi yaxınlığında baş verən ilk döyüşdə 200-ə yaxın əsgərini itirmişdi; yaralıların sayı 156 nəfər idi. Onlar erməni–sovet qüvvələri koalisiya ordusundan bir neçə top və sursat ələ keçirmişdilər.[25]

10-cu Qafqaz piyada alayının komandiri Topal Osmana bolşeviklərin Göyçaya hücumunun qarşısını almaq üçün Qaraməryəm yaxınlığında onların fikrini yayındırmağı əmr etmişdir. Topal Osman Gəncədən əlavə qüvvələrin cəbhəyə çatacağını gözləmirdi. Müsüslüdə olan Qafqaz İslam Ordusu qoşunları Nazım bəyin başçılığı ilə komandir Nuru Paşanın icazəsi olmadan Qızıl Ordu qüvvələrinə qarşı kəşfiyyat xarakterli hücum əməliyyatları həyata keçirməl qərarına gəlmişdilər. Onlar bu əməliyyata qarşı tərəfin gücü və mövqeləri haqqında məlumat toplamaq üçün başlamışdılar. Hücum zamanı Azərbaycan–Osmanlı ehtiyat qüvvələri belə azad edilməmişdi. Eyni zamanda Osmanlı ordusunun bu cür döyüşlərdə istifadə etdiyi "Hilal" taktikası da burada tətbiq edilməmişdir.[25]

İkinci həmlə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Qaraməryəm döyüşləri
Azərbaycan Xalq Cümhuriyyətinə bağlı Milli Ordunun qoşunları. Təxminən 1918-ci il.

Bu məğlubiyyətdən sonra Nuru Paşa, azərbaycanlılardan ibarət qüvvələrin komandanı Əliağa Şıxlinski və 5-ci Qafqaz piyada diviziyasının qərargah rəisi Rüştü bəy Gəncədən ayrılaraq 18 iyunda Müsüslü stansiyasına gəlmişdilər. Onlar burada Qafqaz İslam Ordusunun qərargah rəisi Nazim bəy və Veysəllidəki 29-cu alayın komandirləri ilə görüşərək döyüş əməliyyatlarının vəziyyətini müzakirə etmişdilər. Bundan sonra Nuru Paşa və bir neçə yüksək rütbəli general Göyçaya keçmiş və orada 10-cu Qafqaz Piyada Batalyonunun komandiri polkovnik-leytenant Topal Osmanla görüşərək yenidən döyüş əməliyyatlarının vəziyyətini müzakirə etmişdilər.[26][27]

Məlumatlara görə, bolşevik Qızıl Ordu qüvvələri Bakı ilə Qaraməryəm arasındakı yolda 50-dən çox kəndi yandırmışdılar. Onlar həmin kəndlərdə yaşayan azərbaycanlıların çoxuna qarşı qətliam törətmişdilər. Bu qətliamlardan qaçmağı bacaranlar Göyçaya və ətraf qəsəbələrə sığınmışdılar. Şamaxı, İsmayıllı və ətraf qəsəbələrdən olan qaçqınların sayı 400 min nəfəri ötmüşdü.[5]

Qızıl Ordu qüvvələri ətraf kəndlərdən ermənirusları özlərinə cəlb edərək 30 min nəfərlik ordu toplaya bilmişdilər. 5-ci Qafqaz piyada diviziyasının bolşeviklərə tək başına hücum etməsi ölümcül hesab edilirdi.[28]

Nuru Paşa minlərlə azərbaycanlının Qafqaz İslam Ordusu yarandıqdan sonra onların sıralarına qoşulacağını düşünürdü, amma yanılmışdı. Orduya qatılan bir neçə min nəfərdən ibarət milis Nuru Paşanı istədiyi kömək ilə təmin edə bilməmişdi. O, Göyçaya getmiş və şəhərin mərkəzində etdiyi çıxışda xalq qarşısında məyusluğunu bildirmişdir. Nuru Paşa çıxışında izah etmişdir ki, "Osmanlı dövləti azərbaycanlı qardaşlarını və bölgədə yaşayan digər türkləri düşmən zülmündən azad etmək üçün öz vətənlərindən Qafqaza əsgər göndərib".[28] O, ardınca "hər kəsin könüllü olaraq orduya qoşulmasının və böyük ruhla xidmət etməsi"nin vacibliyini vurğulamışdır. Nuru Paşa sonra qeyd etmişdir:

" Bu şiddətli istidə savaşan əsgərlərimizdən bir çoxu susuzluqdan ölmüşdür. Madam ki, könüllü olaraq orduya qatılmırsınız, heç olmazsa bu əsgərə yemək və su daşıyaraq yardım etməniz lazımdır.[28] "

Nuru Paşa Göyçay qəzasında Azərbaycan ziyalıları və ağsaqqalları ilə görüşüb müzakirələr aparmışdı. O, ziyalı və ağsaqqalların dəstəyini ala bilmişdi və nəticədə orduya qoşulanların sayı çoxalmışdı. Göyçaydan, Ağdaşdan, Yevlaxdan, hətta Bərdədən çoxlu sayda gənc hərbi təlim keçmək üçün cəbhə xəttinə getmişdilər.[13]

Rüştü Paşa döyüşdə iştirak edən Osmanlı komandirlərindən biri idi. Sonrakı illərdə o, Qafqaz cəbhəsində baş verən hadisələri Qafqaz İslam Ordusunun perspektivi ilə xatırladan "Büyük harpda Bakü yollarında. 5-ci Kafkasya piyade firkası" (Böyük müharibədə Bakı yollarında. 5-ci Qafqaz piyada diviziyası) kitabını yazmışdır.
Stepan Şaumyan erməni əsilli bolşevik inqilabçı və siyasətçi idi. O, Göyçaya basqın zamanı bolşevik–daşnak qüvvələrinin əsas rəhbəri olmuşdur. Bu qüvvələr onun komandanlığı altında Azərbaycanın bir çox bölgəsində qırğınlar törətmişdilər.

Nuru Paşa Şərq Ordu Qrupu zabitlərindən İstanbula iki mühüm hesabat göndərmələrini istəmişdi. Birinci hesabat 27 iyunda, ikincisi isə 1 iyulda göndərilmişdi. Bu məlumatlara görə, bolşeviklər Qafqazda hakimiyyətə gəlmişdi, lakin azərbaycanlılar ordu üçün əsas qüvvə təşkil edə bilməmişdilər. Belə nəticəyə gəlinmişdi ki, 5-ci Qafqaz piyada diviziyası bölgədə fəaliyyət göstərə bilməzdi.[26] Bu hesabatlarda Nuru Paşa bildirmişdir ki, "yeni qurulmağa çalışılan Qafqaz İslam Ordusu çalışmalarından bir nəticə əldə edilmir. Buradakı türk gənclərindən silah altına ən az 30 min nəfərin toplanacağını ümid edirdik. Buna qarşılıq hərbiyə qatılanların sayı 37 nəfərdir. Bu şərtlər altında Bakı məsələsini öz başımıza həll edə bilmək üçün Qafqaza daha bir diviziya göndərilməsi uyğun olacaqdır. Buradakı müsəlmanlar çox söz söyləyir, az iş görürlər. Kef çəkən və pulu çox sevən insanlardır. Yardım və fədakarlıqlarını çox az görürük. Orduya qatılan yox deyəcək qədər azdır. Bu şərtlər altında Azərbaycanın və Bakının qurtuluşunu təmin etmək, Osmanlı dövlətinin xalq nəzərindəki etibarını qorumaq üçün daha çox gərəkli hala gəlmişdir. 5-ci diviziyanın təcili gücləndirilməyə ehtiyacı var. Əks halda durumumuz heç də yaxşı deyildir".[29]

Azərbaycan–Osmanlı və Qızıl Ordu qüvvələri arasında cəbhə xətti çıxılmaz vəziyyətə düşmüşdü. Nuru Paşa qaçılmaz məğlubiyyətdən qorxurdu. O bilirdi ki, Antanta qüvvələri Osmanlılara qarşı daha çox hücumlar təşkil edəcəkdi və bu, ordunun Qafqaza əlavə qüvvə göndərməməsi ilə nəticələnəcəkdi.[26] Nuru Paşa 5-ci Qafqaz piyada diviziyasının komandiri Mürsəl bəyə məktub göndərmişdir. Məktubda Nuru Paşa qoşunların 23–24 iyunda xəttə keçəcəyini, 27–28 iyunda isə hücumun başlayacağını bildirmişdi.[30]

Hazırlıqlar zamanı bolşevik casusları Qızıl Orduya mühüm məlumatları çatdırırdılar. Bolşeviklər 27 iyunda üç batalyonla hücuma keçmişdilər. Onlardan bəziləri şimala doğru hərəkət edərək 10-cu Qafqaz piyada alayına arxadan zərbələr endirmişdilər.[31] Onlar osmanlıların əhval-ruhiyyəsini aşağı salmaq üçün cənubdan kiçik döyüşlər aparırdılar. Bu vaxt bir neçə gün əvvəl tələb olunan 25-ci piyada batalyonu və 2-ci süvari alayı cəbhəyə gəlmiş, dərhal 10-cu Qafqaz piyada alayının tərkibinə daxil olmuşdur. Şiddətli döyüşlər Osmanlı qüvvələrinin bolşevik hücumundan uğurla müdafiə olunması ilə nəticələnmişdir.[32]

10-cu Qafqaz piyada alayı Qızıl Orduya qarşı əks hücuma keçərək onları əvvəlki mövqelərindən təxminən 3 kilometr (1.9 mil) geri çəkilməyə məcbur etmişdir.[33] 29 iyunda 5-ci Qafqaz piyada diviziyası Azərbaycanda ilk birgə əməliyyata hazırlaşırdı. İlkin hücumda 10-cu və 13-cü Qafqaz piyada alayları iştirak edəcəkdi, 2-ci süvari alayı isə sol cinahdan bolşeviklərə qarşı hücuma keçəcəkdi. Bu zaman Osmanlı tərəfinin su, qida və sursat ehtiyatı az idi.[32][34]

Həddindən artıq isti hava səbəbindən heç bir tərəf tammiqyaslı hücum əməliyyatına başlaya bilməmişdi. Osmanlı tərəfinə su ehtiyatları Göyçaydan gəlirdi. Təchizat problemi səbəbilə hər iki tərəf süngü ilə vuruşurdu. Günün sonunda Azərbaycan–Osmanlı qüvvələri Qaraməryəmin qərb hissələrini tam, şimal-şərq hissəsini isə qismən nəzarətdə saxlaya bilmişdir. Qızıl Ordu qüvvələrinin qaçış yolları ciddi mənada kəsilmişdi: Qaraməryəmin qərbində düzənlik var idi, şərq istiqamətində Ağsu yerləşirdi ki, buranın arxasında isə dik təpələr yüksəlirdi. Bolşevik qüvvələri mümkün qədər tez Qaraməryəmdən qaçmaq qərarına gəlmişdilər.[35]

30 iyunda Qızıl Ordu 10-cu Qafqaz piyada alayına qarşı qəfil hücuma keçmiş, lakin uğursuz olmuşdur. Qaraməryəm uğrunda gedən döyüşdə Azərbaycanın könüllü süvari dəstələrinə Həbib bəy Səlimov başçılıq edirdi.[12]

Qızıl Ordu qüvvələri yerli erməni və rus kəndlərindən olan könüllüllərinin köməyi ilə gecə öz Göyçayın sol cinahından 5-ci Qafqaz piyada diviziyasına hücuma keçmişdilər.[36] Hücum əməliyyatında iki top və iki pulemyotu olan minə yaxın əsgər iştirak edirdi. Erməni əsilli Əmirovun başçılığı ilə bolşevik qüvvələri Pəzəvənd və Kırdadut kəndlərinə hücuma keçmiş, şəhərdə nizamlı bir hərbi qüvvə olmadığından Göyçayın dinc əhalisi Ucara qaçmalı olmuşdu. Həmin gecə general-mayor Əhməd Həmdi Qaraağazadənin başçılığı ilə Qazaxdan Gəncəyə yeni könüllü süvari diviziyası gəlmişdi; onlar dərhal şəhərə doğru irəliləmişdilər Baş Qərargah rəisi hücum barədə 25-ci piyada batalyonuna məlumat vermiş və onlara Göyçaya kömək etməyi əmr etmişdir. O, Ağdaş bölgəsinin komandiri general Əli İhsan Sabisi də köməyə çağırmışdı.[37] Qaraağazadənin başçılıq etdiyi Azərbaycan süvari qoşunları bolşevik qüvvələrinin qarşısını almağa çalışsalar da, səhər saat 7-də tam məğlubiyyətə uğramışdılar.[12][14]

25-ci piyada batalyonu və Qaraməryəm cəbhəsində vuruşan bir neçə milis Göyçaya çatmışdı. Göyçayın işğal ərəfəsində olduğunu və mühasirəyə alınma təhlükəsi olduğunu görən Nuru Paşa Qaraməryəm və Ağdaşda xidmət edən qüvvələrin bir hissəsini Göyçayı müdafiəsində kömək olmağa göndərmişdi. Cəmil Cahid Toydəmirin komandanlığı ilə Poyluda 9-cu Qafqaz alayı yerləşdirilmiş, polkovnik Yusif bəy Tahirovun başçılığı ilə NuxaZaqataladan olan milislər Göyçaya hərəkət etmək əmri verilmişdir. Topçu və avtomat tüfəng dəstəyi alan 25-ci piyada batalyonu və yerli milis bolşevik qüvvələrini uğurlu şəkildə mühasirəyə almış, bolşeviklər çoxlu itkilər vermişdilər. Artıq məğlub olan bolşevik qüvvələrinin qalan hissəsi 13-cü Qafqaz piyadasının hücumuna məruz qalmasına baxmayaraq, Qaraməryəmə qaçmağa nail olmuşdu. Bundan sonra həmin bolşevik qüvvələri 5-ci Qafqaz piyada diviziyası tərəfindən hücuma məruz qalmış və daha çox itki vermişdir, ardınca Qaraməryəmdə yerləşdirilən bolşevik qüvvələri yenidən hücuma məruz qalmışdır. Bu səbəbdən onlar şərqə, Bakıya doğru geri çəkilməyə məcbur qalmışdır.[12][14]

AzərbaycanlıOsmanlı qüvvələri Qızıl Ordudan çoxlu sayda silah və sursat ələ keçirmişdilər. Onlar həmçinin, Ağdaş, Göyçayİsmayıllıda kiçik ermənirus üsyanlarını da yatırmış, üsyançıların silah və sursatlarını qənimət kimi ələ keçirmişdir. Osmanlı tərəfindən olan itkilər və yaralananların çoxu Gəncəyə göndərilmişdir. Döyüşlərdə həlak olan türk əsgərləri XanlarGoranboyda dəfn edilmişdir.[38]

Ənvər Paşa döyüş ilə bağlı hesabatları nəzərdən keçirməklə məşğul idi. Almaniya Osmanlı qüvvələrinin Bakıya daxil olmasını istəmir, Ənvər Paşa isə onları gecikdirməyə çalışırdı. Ənvər Paşanın 26 iyunda Şərq Ordusu Qrupu komandirlərinə göndərdiyi əmrdə yazılmışdır:[39]

" Bakı üzərinə irəliləmənin Bakıdakı neft qaynaqlarının bolşeviklər tərəfindən məhv edilməsi təhlükəsini doğuracağından ümumi hərb sövq və idarəsi baxımından nə bahasına olursa olsun bundan qaçınmaq lazımdır. Bu səbəblə 5-ci Qafqaz piyada diviziyasının mənim razılığım olmadan kəskinliklə Bakı üzərinə hücum etməməsini əmr edirəm.[39] "

Qardaşı Ənvər Paşanın Nuru Paşaya göndərdiyi əmrdə qeyd edilmişdir: "Sizə yardım göndərmək qabil deyildir. Vəzifənizin Bakı üzərinə getmək olmayıb, qüvvələrinizi cəmləşdirərək bolşeviklərin Gəncə üzərinə hərəkətinin qarşısını almaq olduğunu bir daha təkrar edirəm".[40] Ənvər Paşa Şərq Ordusu Qrupu komandirlərinə gizli əmrlə "38-ci piyada alayı ilə bir dağ topçu taborunu Qazax şossesi ilə Nuru Paşaya yardıma göndərməsi" barədə məlumat vermişdir. O, almanları Osmanlı ordusunun Bakıya girməyəcəyinə inandırmağa çalışırdı, eyni zamanda Nuru Paşaya gizli şəkildə neftlə zəngin şəhəri tez bir zamanda ələ keçirməyi əmr etmişdi. Ənvər paşa 1–2 iyul tarixlərində Şərq Ordusu Qrupu komandan vəkili Mehmet Əsad Bülkata şəxsi qeydi ilə yazdığı əmrdə Otto fon Feldmanın döyüş şəraitini görmək üçün bir gəmi ilə Batuma hərəkət etdiyini və Tiflisdə Almaniya nümayəndəsi ilə görüşəcəyini bildirərək Bülkatdan göndərilən əmrlərdən ona heç bir şəkildə bəhs edilməməsini istəmişdir.[41] Ənvər Paşanın Şərq Ordu Qrupu komandirlərinə göndərdiyi əmrdə yazılmışdır:

" Xülasə, Nuru Paşanın və Gəncədəki qüvvələrimizin mümkün olan əlavə əsgər, silah və cəbbəxana ilə gücləndirilməsi işinə, vaxt keçirmədən, Feldmanın gəlməsi ilə durum çox çətin bir hal almadan, mümkün olduğu qədər sürətlə önəm verilməsini və sizə şəxsi və gizli olaraq yazdıqlarımın eyni şəkildə Nuru paşaya da bildirilməsini və almanlara hiss etdirilməsi qəti doğru olmayan bu xəbərləşmə tərzinin, sizin tərəfinizdən və Nuru paşa tərəfindən də mənimsənilməsinin lazımi şəxslərə xəbər verilməsini rica edirəm.[41] "
  1. Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə müstəqilliyini elan etmişdi, lakin heç bir hərbi gücü yox idi. O vaxta qədər azərbaycanlılar yalnız "Vəhşi diviziya" tərkibində vuruşmuşdular. Burada on mindən az əsgər xidmət edirdi. 26 iyunda "Vəhşi diviziya"da xidmət etmiş beş min nəfərdən ibarət Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır.[1]
  1. 1 2 "Azərbaycan ordusu necə yarandı?". Sputnik Azərbaycan (az.). 26 iyun 2016. 13 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2022. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" ("Дикая дивизия") adlanan keçmiş tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də isə hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi.
  2. 1 2 Süleymanov, 1999. səh. 189–190
  3. Rüştü, 1934. səh. 37–38
  4. Süleymanov, 1999. səh. 191
  5. 1 2 Genelkurmay Başkanlığı Yayınları, 1993. səh. 557
  6. 1 2 Qəniyev, 2003. səh. 22
  7. "Азәрбајҹан ССР Елмләр Академијасынын Хәбәрләри. Тарих, фәлсәфә вә һүгуг серијасы" [Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərlər. Tarix, fəlsəfə və hüquq seriyası.] (az.) (№1). «Elm» nəşriyyatı. 1990. 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-23.
  8. "Qafqaz İslam Ordusu". "Azərbaycan" qəzeti (az.) (№67 (6342)). 2 aprel 2013. səh. 4.
  9. Rüştü, 1934. səh. 38
  10. Görüryılmaz, 2015. səh. 179
  11. Genelkurmay Başkanlığı Yayınları, 1993. səh. 597
  12. 1 2 3 4 Genelkurmay Başkanlığı Yayınları, 1993. səh. 561
  13. 1 2 Rüştü, 1934. səh. 48
  14. 1 2 3 Rüştü, 1934. səh. 70–72
  15. Bal, 2010. səh. 194–196
  16. Süleymanov, 1999. səh. 246
  17. Kadyshev, 1960. səh. 118
  18. Allen, Muratoff, 1953
  19. "Некоторые замечания к книге Алексея Безугольного "Генерал Бичерахов и его Кавказская армия"" [Aleksey Bezqolnının "General Biçerahov və onun Qafqaz ordusu" kitabı haqqında bəzi qeydlər.]. HayasaNews (rus). 26 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2022. Отметим также, что если «пьянствующие и разбегающиеся от турок» армянские части только за один день 5 августа и только на правом участке при отражении турецкого штурма потеряли 14 офицеров и 415 солдат убитыми и ранеными, то по утверждению самого Бичерахова, «всего за период боев его отряд потерял более 100 человек».
  20. 1 2 Genelkurmay Başkanlığı Yayınları, 1993. səh. 558
  21. Rüştü, 1934. səh. 33–38
  22. Rüştü, 1934. səh. 44–45
  23. Rüştü, 1934. səh. 45
  24. Rüştü, 1934. səh. 45–46
  25. 1 2 Rüştü, 1934. səh. 46
  26. 1 2 3 Genelkurmay Başkanlığı Yayınları, 1993. səh. 559
  27. Rüştü, 1934. səh. 46–47
  28. 1 2 3 Rüştü, 1934. səh. 47
  29. Görüryılmaz, 2015. səh. 138
  30. Rüştü, 1934. səh. 53–54
  31. Rüştü, 1934. səh. 59
  32. 1 2 Genelkurmay Başkanlığı Yayınları, 1993. səh. 560
  33. Rüştü, 1934. səh. 59–60
  34. Rüştü, 1934. səh. 62
  35. Rüştü, 1934. səh. 64
  36. Rüştü, 1934. səh. 68
  37. Rüştü, 1934. səh. 69
  38. Rüştü, 1934. səh. 73–79
  39. 1 2 Görüryılmaz, 2015. səh. 172–173
  40. Görüryılmaz, 2015. səh. 173
  41. 1 2 Genelkurmay Başkanlığı Yayınları, 1993. səh. 564

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]