Mircəlil Qasımlı — Vikipediya

Mircəlil Qasımlı
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
Seçki dairəsiVII çağırış — 123 saylı Kəlbəcər
Şəxsi məlumatlar
Doğum tarixi 19 mart 1992(1992-03-19) (32 yaş)
Doğum yeri
Təhsili

Mircəlil Xəqani oğlu Qasımlı (19 mart 1992, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı.[1]

Mircəlil Xəqani oğlu Qasımlı 19 mart 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.[2] 2009-cu ildə Bakı şəhər Xətai rayon 249 nömrəli tam orta məktəbi başa vuraraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə qəbul olunmuş və buranı 2013-cü ildə bitirmişdir. 2014–2016-cı illərdə Slovakiya Respublikasının Danubius Universitetinin Dövlət siyasəti və dövlət idarəetməsi fakültəsi üzrə magistr təhsili almışdır.

Mircəlil Qasımlı əmək fəaliyyətinə 2010-cu ildə magistral avtomobil yollarının "İntellektual İdarəetmə Sistemi" mərkəzində kommersiya direktoru kimi başlamış və 2013-cü ilədək bu vəzifədə çalışmışdır. 2017–2018-ci illərdə Türkiyənin "Pluss Garden 2" şirkətində direktor, 2018–2021-ci illərdə "Türkiye Organize Sanayi Bölgesi" istehsal müəssisəsində direktor, 2021-ci ildən isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan şirkətlərdə rəhbər vəzifələrdə — 2021-ci ildə "Yeni BEMZ" ASC sədrinin birinci müavini, 2021–2022-ci illərdə "Azərborukəmərtikinti" MMC-nin direktoru və 2022-ci ildən "Bakı Məişət Maşınları" ASC-nin sədri vəzifələrində çalışmışdır.

2024-cü ilin sentyabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərində 123 saylı Kəlbəcər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin İnsan hüquqları komitəsinin və Gənclər və idman komitəsinin, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının üzvüdür.[3]

Peşəkar idmançıdır. Döyüş sənətləri üzrə dünya çempionu və 8 dəfə Azərbaycan çempionu olmuşdur.

Alim, diplomat Cəlal Qasımovun qardaşı oğludur. Ailəlidir, bir övladı var.

  1. "VII çağırış Milli Məclisin deputatları - SİYAHI". Report İnformasiya Agentliyi. 2024-09-21. 2024-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-21.
  2. "Parlamentə seçilən ən gənc deputatlar onlardır". valyuta.az (az.). 2024-09-22. 2024-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.
  3. "Qasımlı Mircəlil Xəqani oğlu". Azərbaycan Respublikasının Milli Məclisi. İstifadə tarixi: 2024-10-10.