Pol D'Esturnel de Konstan — Vikipediya
Pol D'Esturnel de Konstan | |
---|---|
fr. Paul Henri Balluet d'Estournelles de Constant | |
Doğum tarixi | 22 noyabr 1852[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 may 1924[3][1][…] (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Fransa |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Mükafatları | Nobel Sülh Mükafatı (1909) |
Vikianbarda əlaqəli mediafayllar |
Pol D'Esturnel de Konstan (fr. Paul Henri Benjamin Balluet d'Estournelles de Constant; 22 noyabr 1852[1][2][…], La-Fleş[d][4] – 15 may 1924[3][1][…], Bordo[4]) — Fransız diplomatı və ictimai xadimidir.
Fransa ilə qonşu ölkələr arasında arbitraj müqavilələri bağladığı üçün ona verilən 1909-cu il Nobel mükafatı laureatıdır. Fransızdır. Elə həmin il onunla bərabər Belçikalı Ogüst Beyernar da Mükafat aldı.
Karyerası
[redaktə | mənbəni redaktə et]Fransız diplomatı, sülh müdafiəçisi, pasifist. Bütün ömrünü müxtəlif ölkələrdə diplomatik xidmətə və Avropa dövlətlərinin dinc qonşuluğunun qurulmasına həsr etmişdir. Silahların məhdudlaşdırılmasına dair 1899-cu il konfransı da daxil olmaqla bir sıra beynəlxalq konfranslarda iştirak etmişdir. 1918-ci ildə Millətlər Birliyinin fikir və layihəsinin əsas inkişaf etdiricilərindən və tərəfdarlarından biri olmuşdur.
Bioqrafik faktlar
[redaktə | mənbəni redaktə et]Kübar bir ailədən idi. Elmi dərəcələri vardı. Geniş maraqları olan bir adam idi — Qədim Yunanıstan haqqında bir kitab, Piqmalion mifinə əsaslanan pyes yazmışdı. Birinci Dünya Müharibəsi dövründə, pasifist olmasına baxmayaraq, vətəni Fransaya bacardığı qədər kömək etdi — ailə qalasını xəstəxanaya çevirdi, alman sualtı qayıqlarına qarşı təsirli tədbirlər tapmağa çalışdı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Paul D'ESTOURNELLES De Constant // Sycomore (fr.). / Assemblée nationale
- ↑ 1 2 nobelprize.org (ing.). Nobel Foundation.
- ↑ 1 2 senat.fr (fr.).
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.