Filip Noel-Beyker — Vikipediya

Filip Noel-Beyker
ing. Philip Noel-Baker
Energetika naziri (Böyük Britaniya)
15 fevral 1950-ci il – 31 oktyabr 1951-ci il
ƏvvəlkiHyu Neylor Qeytskell
SonrakıNazirlik ləğv edildi
Birlik Əlaqələri üzrə Dövlət katibi
7 oktyabr 1947-ci il – 28 fevral 1950-ci il
ƏvvəlkiKristofor Addişın
SonrakıPatrik Cordon Volker
Cənubi Derbidən Parlament üzvü
(Derbi 1936–1950)
9 iyul 1936 – 29 may 1970
ƏvvəlkiCeyms Henri Tomas
SonrakıVolter Hamlet Conson
Koventridən Parlament üzvü
30 may 1929 – 6 oktyabr 1931
ƏvvəlkiArçibald Boyd-Karpenter
SonrakıUilyam Striklənd
Şəxsi məlumatlar
Doğum adı Philip John Baker[5]
Doğum tarixi 1 noyabr 1889(1889-11-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 oktyabr 1982(1982-10-08)[1][2][…] (93 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, yüngül atlet, diplomat, sülh aktivisti
Uşağı
Elmi fəaliyyəti
Elm sahəsi beynəlxalq münasibətlər

Təltifləri "Nobel" sülh mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Olimpiya mükafatları
Yüngül atletika
Gümüş Antverpen 1920 1500 m sprint

Filip Con Noel-Beyker, Baron Noel-Beyker (1 noyabr 1889[1][2][…], Hendon[d], Böyük London[6]8 oktyabr 1982[1][2][…], Vestminster borosu, Böyük London[6]) — İngilis siyasətçisi, diplomat, akademik, həvəskar atlet, kütləvi silahlanmanın tanınmış etirazçısı, pasifist.

İngilis komanda bayrağını daşıyaraq 1920-ci ildə Antverpendə keçirilən Yay Olimpiya Oyunlarında 1500 metr məsafəyə tullanma üzrə gümüş medal, 1959-cu ildə isə Nobel Sülh mükafatını qazanıb.[7]

Noel-Beyker Olimpiya medalı və Nobel sülh mükafatı qazanan yeganə şəxsdir.[8] 1929–1931 və 1936–1970-ci illər arasında Leyboristlər Partiyasından parlamentin üzvü olmuş, bir neçə nazirlikdə və kabinetdə xidmət etmişdir. 1977-ci ildə Lordlar palatasının üzvü olub.

Erkən həyatı və idman karyerası

[redaktə | mənbəni redaktə et]

Beyker,London, Brondesbero Parkda anadan olub,[9] Kanada əsilli kvaker (İngiltərədə və ABŞ-də kilsə mərasimlərini inkar edən xristian dini təriqətin üzvü), Josef Allen Beyker və Şotlandiya əsilli Elizabet Balmer Moskripin yeddi övladından altıncısı idi. Atası öz biznesini qurmaq üçün 1876-cı ildə İngiltərəyə köçmüş və 1895–1906-cı illərdə London şəhər şurasının tərəqqi üzvü və 1905–1918-ci illərdə Şərqi Finsböridən Böyük Britaniya İcmalar palatasında liberal üzv kimi xidmət etmişdir.

Beyker Ekwors məktəbində, Busım məktəbində, daha sonra ABŞ-də Pensilvaniyada kvakerlik ilə əlaqəli Haverford Kollecində təhsil almışdır. 1908–1912-ci illərdə Kembric Kral Kollecində təhsil almışdı. Mükəmməl tələbə olmaqla yanaşı, tarix və iqtisadiyyat sahəsindəki uğurlar əldə edərək,1912-ci ildə Kembric Tələbələr İttifaqının prezidenti və 1910–1912-ci illərdə Kembric Universiteti Atletika klubunun prezidenti oldu.[9]

Həm Birinci Dünya müharibəsindən əvvəl həm də, sonra Olimpiya oyunlarında orta məsafəyə qaçış üzrə iştirakçı oldu,1912-ci ildə Stokholmda keçirilən Olimpiya oyunlarında 800 metr və 1500 metr məsafələrdən qaçışda Böyük Britaniyanı təmsil etmişdir. Həmyerlisi Arnold Ceksonun qazandığı 1500 metr məsafədən qaçışda finala yüksəldi. 1920-ci ildə Antverpendə keçirilən Yay Olimpiya oyunlarında Baker İngilis komandasının kapitanı idi və komandanın bayrağını daşıyırdı. İlk qalibiyyətini 800 metr məsafədən yarışda qazandı, sonra 1500 metr məsafədən qaçışda, komanda yoldaşı Albert Hillin ardınca gələrək,gümüş medal qazandı.[10] 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya oyunlarında yenidən kapitan oldu, amma yarışmadı.[9]

Beykerin erkən karyerası elm sahəsində oldu. 1914-cü ildə Oksforddakı Raskin Kollecinin müdir müavini vəzifəsinə təyin edildi və 1915-ci ildə Kembric Kral Kollecinə üzv seçildi.[9] Birinci Dünya müharibəsi dövründə Fransadakı döyüş cəbhəsində DostlarınTəcili Yardım birliyini təşkil etdi və bu birliyə rəhbərlik etdi (1914–1915), sonra 1916-cı ildən etibarən vicdanlı etirazçı olaraq, İngiltərə Qırmızı Xaç (1915–1918) ilə birlikdə,İtaliyaya Birinci İngilis Təcili Yardım Birliyinin köməkçisi olmuş və bunun üçün İngiltərə, Fransa və İtaliyadan hərbi medal almışdır.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

Birinci Dünya müharibəsindən sonra Noel-Beyker Millətlər Ittifaqının yaranmasında yaxından iştirak etmiş, Lord Robert Cecilin köməkçisi, daha sonra ittifaqın ilk Baş katibi Ser Erik Ceyms Drammondun köməkçisi olmuşdur. 1924–1929-cu illərdə London Universitetinin ilk Ser Ernest Kassel beynəlxalq münasibətlər professoru[11] və 1933–1934-cü illərdə Yel Universitetində mühazirə demişdir. Leyboristlər partiyasındakı siyasi karyerasına 1924-cü ildə başladı. 1929-cu ildə Birləşmiş Krallığın seçki dairəsinə üzv seçildi, xarici işlər naziri Artur Henderson üçün parlamentin xüsusi katibi vəzifəsini icra etdi.[12]

Noel-Beyker 1931-ci ildə yerini itirdi, lakin Henderson 1932–1933-cü illərdə Cenevrədə Dünya Silahsızlaşdırma konfransının prezidenti olarkən, onun köməkçisi olaraq qaldı. 1935-ci ildə yenidən Birləşmiş Krallığın seçki dairəsinə üzv seçildi, ancaq bu uğursuz oldu, lakin 1936-cı ilin iyulunda Derbi parlamentində oturan Derbi Məclis üzvü Ceyms Henri Tomas istefa etdikdən sonra qazandı. 1950-ci ildə bu seçki dairəsi bölündükdə, Derbi Cənuba köçdü.

Noel-Beyker 1937-ci ildə Leyboristlər Partiyası Milli İcraiyyə Komitəsinin üzvü oldu. 21 iyun 1938-ci ildə Noel-Beyker, Derbi Məclisində, II Dünya müharibəsi ərəfəsində Alman şəhərlərinin hava bombardmanına qarşı çıxış etdi. "Havadan vəhşiliklərin qarşısını almağın yeganə yolu hava müharibələrini və milli hava qüvvələrini tamamilə ləğv etməkdir."-deyə vurğulayıb.[13]

II Dünya müharibəsi dövründə koalisiya hökumətində 1942-ci ilin fevralından Hərbi Nəqliyyat Nazirliyində parlament katibi vəzifəsində çalışmışdı, 1945-ci il ümumi seçkilərindən sonra Leyboristlər hakimiyyətə gəldikdən sonra Xarici İşlər Naziri vəzifəsini icra etdi, lakin Xarici İşlər Naziri Ernest Bevin ilə münasibətləri bir o qədər də yaxşı deyildi. Noel-Beyker,1946-cı ilin oktyabrında Dövlət Hava Xidmətinin katibi olmaq üçün hərəkətə keçdi və 1947-ci ildə İcmalar palatasından Dövlət Katibi oldu və kabinetə qatıldı.[14]

Noel-Beyker,1948-ci il Londonda Olimpiya Oyunlarının təşkilindən məsul nazir idi. 1950-ci ildə Energetika naziri oldu. 1940-cı illərin ortalarında Noel-Beyker,Birləşmiş Millətlər Təşkilatına çevrilən İngilis nümayəndə heyətində xidmət etdi və İngilis nümayəndəsi olaraq nizamnaməsini və digər fəaliyyət qaydalarını hazırlamağa kömək etdi. 1946–47-ci illərdə Leyboristlər partiyasının sədri vəzifəsini icra etdi, lakin 1948-ci ildə Milli İcraiyyə Komitəsindəki yerini itirdi və yerini Maykl Fut tutdu.[15] 1950-ci illərdə sol Bevanit siyasətinin rəqibi və tək tərəfli tərksilah siyasəti əvəzinə çoxtərəfli nüvə tərksilahsızlamanın tərəfdarı kimi 1959-cu ildə Nobel sülh mükafatını aldı. 1979-cu ildə Fenner Brokvey ilə birlikdə Dünya Silahsızlaşdırma kampaniyasını quran Beyker ölənə qədər həmsədr vəzifəsini icra etdi və 1980-ci illərdə silahsızlanmanın fəal tərəfdarı oldu.[16]

Noel-Beyker 1970-ci ildə keçirilən ümumi seçkilərdə Cənubi Derbinin millət vəkili olaraq uduzdu, onun yerinə Valter Conson gəldi. Onun ömürlük Per titulu 1977-ci ildə elan edildi və 22 iyul 1977-ci ildə Derbi şəhərindən Baron Noel-Beyker tituluna layiq görüldü,[17] 1965-ci ildə layiq görüldüyü "Fəxri kavaler ordenindən" imtina etdi.[18][19] 1960–1976-cı illərdə Beynəlxalq İdman Elmi və Bədən Tərbiyəsi Şurasının prezidenti olub.[9]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

1915-ci ilin iyununda Şərqi Qrinstiddəki sahə xəstəxanasının tibb bacısı işləyən İrin Noel, Filip Beyker ilə evləndikdən sonra 1921-ci ildə sənəd sorğusu ilə Noel-Beyker adını götürdü.[20] Onun həyat yoldaşı Virciniya Vulfun rəfiqəsi idi. Leyboristlər partiyasından millət vəkili olan yeganə övladları Frensis Noel-Beyker də atası ilə birlikdə palatalarda xidmət göstərib. Ancaq onların evliliyi uğurlu olmadı. Noel-Beyker 1936-cı ildə Liberallar partiyasının keçmiş lideri Deyvid Lloyd Corcun qızı, özü Liberal olan və daha sonra Leyboristlərdən millət vəkili olan Meqan Lloyd Corc ilə sevgili olsa da, münasibətləri 1966-cı ildə İren öldükdən sonra başa çatdı.

Noel Beyker 92 yaşında Vestminsterdə ölümündən sonra, Qərbi Susseksdəki Heyşottda həyat yoldaşı ilə birlikdə dəfn edilib.[9]

  • Noel-Baker, Philip. Disarmament. London: The Hogarth Press. 1926. (Reprint 1970, New York: Kennicat Press)
  • Noel-Baker, Philip. The League of Nations at Work. London: Nisbet. 1926.
  • Noel-Baker, Philip. Disarmament and the Coolidge Conference. London: Leonard Woolf & Virginia Woolf. 1927.
  • Noel-Baker, Philip. The Present Juridical Status of the British Dominions in International Law. London: Longmans. 1929.
  • Noel-Baker, Philip. Disarmament. London: League of Nations Union. 1934.
  • Noel-Baker, Philip. Hawkers of Death: The Private Manufacture and Trade in Arms. London: Labour Party. 1934.
  • Noel-Baker, Philip. The Private Manufacture of Armaments. London: Victor Gollancz. 1936. (Reprint 1972, New York: Dover Publications)
  • Noel-Baker, Philip. Before we go back: a pictorial record of Norway's fight against Nazism. London: H.M.S.O. 1944.
  • Noel-Baker, Philip. U.N., the Atom, the Veto (speech at the Plenary Assembly of the United Nations 25 October 1946). London: The Labour Party. 1946.
  • Noel-Baker, Philip. The Arms Race: A Programme for World Disarmament. London: Stevens & Sons. 1958. ASIN: B0000CJZPN.
  • Noel-Baker, Philip. Nansen's Place in History. Oslo: Universitetsförlaget. 1962.
  • Noel-Baker, Philip. The Way to World Disarmament-Now!. London: Union of Democratic Control. 1963.
  • Noel-Baker, Philip. The first World Disarmament Conference, 1932–1933 and why it failed. Oxford: Pergamon. 1979. ISBN 0-08-023365-1.

Digər müəəlliflərin Filip Beyker haqqında olan əsərləri

  1. 1 2 3 4 Philip John Noel-Baker, Baron Noel-Baker // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 5 Lundy D. R. Philip John Noel-Baker, Baron Noel-Baker // The Peerage (ing.).
  3. 1 2 Olympics.com athletes database (ing.). 2018.
  4. Kindred Britain.
  5. Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  6. 1 2 3 4 Olympedia (ing.). 2006.
  7. "Philip Noel-Baker; The Nobel Peace Prize 1959". Nobelprize.org. The Nobel Foundation. 12 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2008.
  8. "Olympic Games trivia for pedants" Arxivləşdirilib 2012-08-09 at the Wayback Machine, Canberra Times, 2 August 2012.
  9. 1 2 3 4 5 6 David Howell, "Baker, Philip John Noel-, Baron Noel-Baker (1889–1982)", Oxford Dictionary of National Biography, Oxford University Press, 2004; online edn, may 2012 Arxivləşdirilib 2020-03-22 at the Wayback Machine; accessed 7 December 2014.
  10. Philip Baker. sports-reference.com
  11. "Lord Philip Noel-Baker, Nobel Prize Winner". London School of Economics. 7 dekabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 may 2009.
  12. Noel-Baker, Philip. The Geneva Protocol for the Pacific Settlement of International Disputes. London: P.S. King & Son Ltd. 1925.
  13. P. J. Noel-Baker comments on air warfare Arxivləşdirilib 2018-07-12 at the Wayback Machine, ww2db.com; accessed 7 December 2014.
  14. "New Ministers at Palace". Derby Daily Telegraph. 14 October 1947. 13 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2015British Newspaper Archive vasitəsilə.
  15. "NOEL-BAKER DROPPED". Gloucester Echo. 18 May 1948. 13 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2015British Newspaper Archive vasitəsilə.
  16. Whittaker, David J. Fighter for peace: Philip Noel-Baker 1889–1982. York: Sessions. 1989. ISBN 1-85072-056-8.
  17. "No. 47234". The London Gazette (Supplement). 10 June 1977. səh. 7080.
  18. "No. 47285". The London Gazette. 26 July 1977. səh. 9679.
  19. "No. 20121". The Edinburgh Gazette. 26 July 1977. səh. 861.
  20. "No. 32613". The London Gazette (Supplement). 17 February 1922. səh. 1455.

İlkin və sonrakı mənbələr

Parliament of Great Britain
Sələfləri 
Arxibald Boyd Karpenter
Koventri millət vəkili
1929-1931-ci illər
Xələfləri 
Uilyam Striklənd
Sələfləri 
Ceyms Henri Tomas və Uiyam Allen Reyd
Derbi millət vəkili
1936–1950
Xələfləri 
seçki dairəsi bölündü
Sələfləri 
Vinkount Stasgeyt
Hava xidməti üzrə dövlət katibi
1946—1947-ci illər
Xələfləri 
Artur Henderson
Sələfləri 
Viskount Addişın
Dövlətlər Birliyi naziri
1946—1947-ci illər
Xələfləri 
Patrik Cordon Valker
Sələfləri 
Hyu Qeytskell
Energetika naziri
1947—1950-ci illər
Xələfləri 
İdarə ləğv olundu