Ernesto Moneta — Vikipediya
Ernesto Moneta | |
---|---|
![]() | |
Doğum tarixi | 20 sentyabr 1833[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 yanvar 1918[1][2][…] (84 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Təhsili | |
Fəaliyyəti | jurnalist, yazıçı, hərbi qulluqçu |
Mükafatları | ![]() |
![]() |
Ernesto Teodoro Moneta (20 sentyabr 1833[1][2][…], Milan – 30 yanvar 1918[1][2][…], Milan) — bir İtalyan jurnalisti, millətçi, inqilabçı, pasifist və Nobel Sülh mükafatı laureatı.
In varietate unitas şüarını qəbul etdi,daha sonra Avropa birliyinin şüarına çevrildi.
Həyatı
[redaktə | mənbəni redaktə et]![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/49/Ernestomoneta_milan.jpg/150px-Ernestomoneta_milan.jpg)
15 yaşında Moneta "Milanın beş günü"ndə iştirak etdi (1848-ci il, Avstriya rəhbərliyinə qarşı qiyam). Daha sonra İvreyadaki hərbi akademiyaya daxil oldu. 1859-cu ildə Cüzeppe Qaribaldinin Min nəfərin ekspedisiyasına qatıldı və 1866-cı ildə avstriyalılara qarşı İtalyan ordusu sıralarında döyüşdü.
Daha sonra güclü İtalyan millətçisi olmasına baxmayaraq beynəlxalq barış fəalına çevrildi.
1867-1896-cı illər arasında Eduardo Sonzoqno tərəfindən nəşr olunan Milan demokratik qəzetinin (Il Sekolo) redaktoru oldu.
1887-ci ildə Lombard Barış və Arbitraj dərnəyini (Unione Lombarda per la Pace e l'Arbitrato) qurdu,hansı ki,silahsızlanmağı təbliğ etdi və Millətlər İttifaqının və Daimi Arbitraj Məhkəməsinin yaradılmasına səy göstərdi. 1907-ci ildə Lui Reno ilə Nobel Sülh mükafatı laureatı oldu.
Ömrünün son illərində millətçi inanclarını pasifist inanclardan üstün tutan Ernesto Moneta,1912-ci ildə İtaliya-Osmanlı müharibəsinə və 1915-ci ildə İtaliyanın Birinci Dünya müharibəsinə daxil olmasına ictimai dəstək verdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Ernesto Teodoro Moneta // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Ernesto Teodoro Moneta // Brockhauz Ensiklopediyası (alm.).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikiquote-logo.svg/34px-Wikiquote-logo.svg.png)