Henri Kissincer — Vikipediya

Henri Kissincer
22 sentyabr 1973 – 20 yanvar 1977
Şəxsi məlumatlar
Doğum adı Heinz Alfred Kissinger
Doğum tarixi 27 may 1923(1923-05-27)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 noyabr 2023(2023-11-29)[3] (100 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, politoloq, diplomat, yazıçı, sahibkar, pedaqoq, avtobioqraf[d], iş adamı, xarici işlər naziri[d]
Uşağı 2
Dini İudaizm
Hərbi xidmət
Qoşun növü Amerika Birləşmiş Ştatları Quru Qoşunları
Döyüşlər
Rütbəsi çavuş
Elmi fəaliyyəti
Elm sahəsi beynəlxalq münasibətlər, politologiya[11], siyasət[11], xarici siyasət[11], geosiyasət[11], diplomatiya[11], dövlət qulluğu[11]

Təltifləri Order of Saint Michael and Saint George "Britaniya imperiyası" ordeninin cəngavər-komandoru "Bürünc ulduz" medalı Knight Commander of the Order of St Michael and St George Grand Cross 1st class of the Order of Merit of the Federal Republic of Germany Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeni Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni Tomaş Qarriq Masarik ordeni Tomaş Qarriq Masarik ordeninin Böyük xaçı Prezidentin "Azadlıq" medalı Polşa Respublikasının "Xidmətlərə görə" ordeni Grand Cross of the Order of Merit of the Republic of Poland "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı Knights of Rizal
"Nobel" sülh mükafatı Charlemagne Prize
Bavarian Order of Merit Order of Merit of Baden-Württemberg Prezident medalı Ellis Island Medal of Honor
İmzanın şəkli
henryakissinger.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Henri Kissincer (ing. Henry Alfred Kissinger, alm. Heinz Alfred Kissinger‎, 27 may 1923[1][2][…], Fürt[d], Bavariya, Veymar Respublikası[8]29 noyabr 2023[3], Kent[d], Konnektikut, ABŞ[9]) — ABŞ dövlət xadimi, Nobel sülh mükafatı laureatı; Misirin İsraili tanımasını təmin edən şəxs; "Təhlükəsiz irrasionallıq" doktrinasının müəllifi; ABŞ ilə SSRİ arasındakı nüvə mübarizəsinin əsasını qoyan siyasət professoru; ABŞ dövlət katibi, Milli Təhlükəsizlik Komitəsinin, Psixoloji-Strateji Komitənin, Əməliyyat-Araşdırma İdarəsinin sədri, Silah Sistemlərinin qiymətləndirilməsi qrupunun müşaviri vəzifələrini icra etmiş siyasətçi; Beynəlxalq ictimaiyyətin xilasedici nəzərilə yanaşdığı ABŞ prezidenti Barak Obamanın Xarici Siyasət Məsələləri üzrə Baş müşaviri; Genetikası Dəyişdirilmiş Orqanizmlər dokrinasının müəlliflərindən biri; "Neftə nəzarət etsən millətləri, ərzağa nəzarət etsən insanları nəzarət altına alarsan. Qida bir silahdır və bizim müzakirə çantamızdakı vasitələrdən biridir!" cümləsi ilə ABŞ-nin ərzaq siyasətini bir cümlə ilə ifadə edən şəxs; Livanı İsrail və Suriya arasında bölüşdürmək üçün bu ölkədə vətəndaş müharibəsini çıxaran: Fələstin Qurtuluş Təşkilatını iki hissəyə parçalayan; İsraili 1967-ci il sərhədlərinə geri çəkilməyə məcbur etməyə çalışan ABŞ-nin Milli Təhlükəsizlik Komitəsinin sədrinin köməkçiki İosif Siskonun planının həyata keçirilməsinin qarşısını alan şəxs.[mənbə göstərin] 1969-1977-ci illərdə Riçard NiksonCerald Fordun prezident administrasiyalarında ABŞ dövlət katibi və milli təhlükəsizlik müşaviri vəzifələrində çalışıb.

1923-cü ildə Almaniyada, Bavariya əyalətinin Fyürt şəhərində yəhudi ailəsində anadan olub. Atası Luis Kissincer (1887–1982) məktəb müəllimi, anası Paula Ştern Kissincer (1901–1998) isə evdar qadın olub. Kiçik qardaşı Valter Kissincerdir.

1938-ci ildə Kissincerlər ailəsi nasist təqibindən xilas olmaq üçün ABŞ-yə yollanır. Kissincerin tələbəlik illəri Manhettendə keçir. Burada o yəhudi icmasının fəallarından birinə çevrilir. Henrinin Amerika həyat tərzinə öyrəşməsi uzun vaxt tələb etmir. O, Corc Vaşinqton adına gimnaziyada təhsil aldığı illərdə gecələr dəsrlərə gedir, gündüzlər isə fabrikdə çalışır. Gimnaziyanı bitirdikdən sonra Henri Nyu-York Şəhər kollecində mühasibatlıq şöbəsində təhsilini davam etdirir. 1943-cü ilin əvvəllərində ABŞ ordusunun sıralarına çağırılan Henrinin təhsili müvəqqəti olaraq, yarımçıq qalır.

1943-cü ildə Henri siravi əsgər kimi Amerika QURU Qoşunlarının 84-cü piyada diviziyasında hərbi xidmətə başlayır. Hərbi xidməti II Dünya Müharibəsinə təsadüf edən Kissincer faşizmin məğlub edilməsindən sonra Amerikanin işgal etdiyi ərazilərdə əks-kəşfiyyat qüvvələrində çalışır. 1945-ci ildə H. Kissincer Almaniyanın Hannover şəhərində Gestapo üzvlərinin və faşist təxribatçılarının zərərsizləşdirilməsindəki xidmətlərinə görə Bürünc Ulduz medalı ilə təltif edilir. Ordudan tərxis olunduqdan sonra 1946-cı ildə Kissincer bir müddət Kemp Kinqdə yerləşən Avropa Komanda Kəşfiyyat məktəbində dərs deyir.

1947-ci ilin yazında ABŞ-yə qayıdan Kissinger Harvard universitinə daxil olur. Müəllimləri onun qeyri-adi biliyini, fəlsəfə və tarixdəki nailiyyətlərini qiymətləndirirdilər. Universiteti bitirdikdən sonra Kissinger aspiranturaya daxil olur və "Bərpa olunmuş dünya nizamı — Kasri, Metternix və sülhün bərpası, 1812–1822-ci illər" adlı dissertasiyasını yazır. 1952-ci ildə Harvardda təhsil aldığı illərdə Henri Psixoloji-Strateji İdarə heyətinin sədrinin müşaviri vəzifəsində çalışır. 1955-ci ilin martında Kissinger Xarici Əlaqələr üzrə şuranın tədqiqat qrupunun tərkibinə daxil olur. Onun "Nüvə silahı və xarici siyasət" adlı monoqrafiyası istər ABŞ, istərsə də onun sərhədləri xaricində məşhurluq qazanır və sözügedən monqrafiyasına görə o V. Vilson mükafatına layiq görülür. H. Kissincer nüvə silahından istifadədə müxtəlif yanaşmalardan çıxış edir. Kissingerə görə, məhdud nüvə müharibəsi atom silahına, yaxud böyük hərbi və canlı qüvvəyə malik olan digər böyük dövlətlərə qarşı mübarizədə effektiv strategiya ola bilər. 1957-ci ilin yayında Kissinger Harvard universitetinə müəllim kimi qayıdır. İki il sonra, 1959-cu ildə o, dosent, 39 yaşında isə professor dərəcəsinə alır.

H. Kissincer 1956–1958-ci illərdə "Rokfeller Qardaşları" fondunda beynalxalq məsələlər üzrə əvəzçi müşavir, daha sonra ABŞ-nin əsas daxili və xarici siyasət məsələlərinə siyasi rəhbəliyi təkmilləşdirmək üçün yaradılmış xüsusi tədqiqat layihəsinin direktoru olur. Bu layihəyə rəhbərlik etməklə Kissinger böyük diplomatlar, dövlət xadimləri, alimləri və biznesmenlərlə tanış olmaq imkanı əldə edir. Daha sonra Kissincer milli təhlükəsizlik məsələləri üzrə Komissiyanın işində iştirakı təklifini qəbul edir. 1961-ci ildə Henri Kissincerin Amerikanın nüvə silahı arsenalını və məhdud müharibələr üçün adi sialahlı qüvvələrin sayını artırmaqdan bəhs edən "Seçimin zəruriliyi: amerikan xarici siyasətinin perspektivləri" adlı kitabı işıq üzü görür. Həmçinin, bu illərdə Amerikanın xarici və hərbi siyasəti haqqında çoxsaylı məqalələri dərc olunur. Bununla yanaşı o, 1958–71-ci illər arasında Harvard universiteti Müdafiə Tədqiqatları Proqramının direkoru vəzifəsində çalışır.

1965-ci ildə Kissincerin Atlantika İttifaqına yenidən baxılması haqqında yeni "Etibarsız ortaqlıq" adlı kitabı işiq üzü görür. 1968-ci il noyabr ayının 25-də Kissincer yeni seçilmiş prezident Riçard Nikson hökumətində milli təhlükəsizlik məsələri üzrə müşavir vəzifəsini icra edir. H. Kissincer müxtəlif siyasi qərarların qəbul olunmasında yaxından iştirak edir. Kissinger yaradıcılığını tədqiq edən Esmen yazırdı ki, məsələlərin həlli variantını seçmək onun həllinə təsir etmək deməkdir, çünki variantları hazirlayan insan lüzumsuz hesab etdiyi alternativləri nəzərə almır. Çoxsahəli sistemin yaradılmasının təşəbbüskarı olan Kissincer Milli Təhlükəsizlik Komitəsinin sədri seçilir.

Kissincer Vyetnam müharibəsinin başa çatdırılmasında, eləcə də ABŞ-SSRİ, ABŞ-Çin əlaqalərinin normallaşmasında mühüm rol oynayır və faktiki olaraq, ABŞ-nin xarici siyasi kursunda əsas söz sahibinə çevrilir.

1969-cu ilin yanvarından 1972-ci ilədək Kissinger 26 ölkəyə 29 səfər həyata keçirərək, prezident R. Niksonla xarici dövlətlərin liderləri arasında baş tutan 140 görüşdə iştirak edir.

1973-cü ilin yanvarında məhz Kissincerin təşəbbüsü ilə Vyetnamda sülhün bərpası haqqında müqavilə imzalanır. Elə həmin il o, "Nobel" sülh mükafatına layiq görülür.

1974-cü ildə 4 dövlət –ABŞ, SSRİ, Fransa və İngiltərə arasında uzun sürən danışıqlar nəticəsində Qərbi Berlinin statusunu müəyyən edən müqavilə imzalandı ki, bu da Avropada vəziyyəti bir qədər yüngülləşdirirdi. Nikson Kissincer və digər ekspertlərin təsiri altında bu qərara gəldi ki, ABŞ və SSRİ arasında təxmini strateji mövqeyi seçmək strateji silahların məhdudlaşdırılmasına (SALT) doğru atılmış addımdır. Bu danışıqlarda Kissincer həlledici şəxs rolunu oynayır. Onun rəhbərliyi ilə Milli Təhlükəsizlik Komitəsində prezident üçün Helsinki danışıqlarının əsas istiqamətini müəyyən edən proqram işlənib hazirlanır.

1972-ci ildə Nikson Leonid Brejnevlə görüşmək üçün Moskvaya səfər edir. Bu səfər Nikson və Kissincerin birgə xarici siyasət "yaradıcılığı"nın kulminasiyası nöqtəsinə çevrilir. Danışıqların gedişində raket əleyhinə müdafiə sistemlərinin və strateji hücum silahlarının müvəqqəti məhdudlaşdırılması barədə razılıq və bəzi qeyri-hərbi sektorlarda Sovet-Amerikan əməkdaşlığına dair müqavilələr imzalanır.

1972-ci ildə ABŞ-də keçirilən prezident seçkilərində Nikson yenidən qələbə qazanır və bir il sonra, 1973-cü ildə H. Kissincer ABŞ-nin Dövlət katibi vəzifəsini icra etməyə başlayır. Bununla yanaşı, o prezidentin yanında Milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinin icrasına davam edir.

1960-cı illərin sonunda Yaxın Şərq regionu Dünya siyasətində mühüm əhəmiyyət kəsb etməyə başlayır. Kissincer sübut etməyə çalışırdı ki, Ərəb-İsrail konfliktinin qısa müddət ərzində həll edilməsi ABŞ üçün əhəmiyyət daşımır. Kissinger hesab edir ki, nə sülh, nə müharibə vəziyyətini dəstəkləməklə ABŞ ərəb ölkələrinə qarşı ciddi təsir göstərə bilər. Onun fikincə belə siyasət yürütmənin nəticəsində ərəb ölkələri bu mübarizədən əl çəkərək SSRİ ilə münasibətləri korlayıb ABŞ və İsrailin qarşısında təslim olacaqlar. Misirin İsrailə qarşı çıxan ərəb ölkələri siyahısından çıxması da elə Kissincerin siyasi qabiliyyətinin məhsulu olur.

1974-cü ilin avqustundakı Uoterqeyt qalmaqalı prezident Riçard Nıksonun istefası ilə nəticələnir. Onu əvəz edən D. Ford isə 1975-ci ilin oktyabrında Kissengeri Milli Təhlükəsizlik İşləri üzrə müşavir vəzifəsindən azad edir. Bununla belə Kissincer hələ də ABŞ-nin Dövlət katibi vəzifəsini icra etməyə davam edir.

Corc Buş ABŞ prezidenti seçildikdən sonra Henri Kissincer prezidentin Yaxın Şərq məsələləri üzrə qeyri-rəsmi məsləhəçisinə çevrilir. İsrail-Fələstin problemi, eləcə də İraqın işğalı prosesində C. Buş Kissincerin məsləhətlərindən əhəmiyyətli dərəcədə faydalanır. Həmçinin bu dövrdə Kissincerin doplomatik istedadı sayəsində ABŞ-nin Şərqi Avropadakı mövqeyi nəzərəçarpacaq dərəcədə möhkəmlənir.

Kissincer əvvəlcə Anna Fleyşer ilə evlənib ki, ondan da iki övladı dünyaya gəlib – Elizabet və David. Cütlük 1964-cü ildə boşanıb. 10 il sonra isə o yenidən Nensi Maqins ilə evlənib. Onlar Kentdə, Konnektikutda və Nyu-Yorkda yaşayırdılar.

Kissincer 29 noyabr 2023-cü ildə 100 yaşında Konnektikut ştatının Kent şəhərindəki evində vəfat edib.[12]

  1. 1 2 Henry A. Kissinger // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Henry Alfred Kissinger // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Henry Kissinger, American diplomat and Nobel winner, dead at 100 (ing.). Reuters, 2023.
  4. 1 2 3 4 5 6 7 8 Ross S. Henry Kissinger, US diplomat who was revered and reviled, dies at 100 (ing.). KXAS-TV, 2023.
  5. 1 2 Henry A. (Heinz Alfred) Kissinger - People - Department History - Office of the Historian. ABŞ Dövlət Departamenti.
  6. 1 2 Harris B. Henry Kissinger, influential first Jewish secretary of state, dies at 100 (ing.). JTA, 2023.
  7. 1 2 Henry A. Kissinger (ing.).
  8. 1 2 Draper T. Little Heinz And Big Henry (ing.). // The New York Times / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 1992. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
  9. 1 2 Sanger D. E. Henry Kissinger Is Dead at 100; Shaped Nation’s Cold War History (ing.). // The New York Times / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 2023. ed. size: 443000 ISSN 0362-4331
  10. Find a Grave (ing.). 1996.
  11. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  12. "Henri Kissincer vəfat etdi". 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]