İki sahil — Vikipediya

iki sahil
Loqonun şəkli
Növ Gündəlik ictimai-siyasi qəzet
Format A3
Təsisçi SOCAR
Baş redaktor Vüqar Rəhimzadə
Yaranma tarixi 10 iyul 1991
Dil Azərbaycan dili
Qiymət 0.60 azn
Səhifə 8
Ünvan Bakı ş. H.Zərdabi prospekti, 88
Tiraj 5913
www.ikisahil.az

"iki sahil" — Gündəlik ictimai-siyasi qəzet. Təsisçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (SOCAR). Qəzetin baş redaktoru Vüqar Rəhimzadədir.[1]

Azərbaycan mətbuatının formalaşmasında öz yeri olan "iki sahil" qəzetinin ilk nömrəsi 1991-ci il 10 iyul tarixində işıq üzü görüb.[2]

Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı "91-lər"in Heydər Əliyevə müraciəti və bu müraciətə Əliyevin cavabını öz səhifələrində dərc edən ilk mətbu nəşrlərdən biri olub.[3]

Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində "İki sahil" qəzeti haqqında deyib

O vaxt "İki sahil" qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin "İki sahil" qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəmHeydər Əliyev

Qəzet SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərir. "İki sahil" şirkətin və onun strukturlarının həyata keçirdiyi tədbirləri, nəticələrini şəkildə ictimaiyyətə çatdırır.

  1. "Hədəflərimizə addım-addım irəliləyirik". yap.org.az. 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyl 2024.
  2. """İki sahil" Azərbaycanın müstəqillik tarixinə bələdçilik edib"". modern.az. İstifadə tarixi: 17 iyl 2024.
  3. ""İKİ SAHİL" QƏZETİ – 5000! BİZ HƏMİŞƏ XALQLA BİRLİKDƏYİK!". azertag.az. İstifadə tarixi: 17 iyl 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]