Gənclər sədası — Vikipediya
Gənclər sədası | |
---|---|
Təsisçi | Əlisgəndər Heydərzadə Əbdülvahab Məmmədzadə |
Yaranma tarixi | 1917 |
Dil | Azərbaycan və rus |
Nəşrini dayandırıb | 1917 |
Gənclər sədası — Çar dövründə Bakıda Azərbaycan və rus dillərində nəşr olunan həftəlik qəzet.[1] "Qafqaz müsəlman mütəəllimlərinin mərkəzi komitəsinin" mətbu orqanı idi.
İlk nömrəsi 1917-ci il oktyabrın 9-da çıxan qəzetin nəşri həmin ilin sonunadək davam etmişdir.[2] 6 səhifəlik qəzetin 3 səhifəsində Azərbaycan dilində materiallar, qalan 3 səhifədə isə həmin yazıların rus dilinə tərcüməsi verilirdi. Bakıda Nikolayevski küçəsində, "İsmailiyyə" binasında yerləşirdi.[3] Qəzetin əsas məzmunu Qafqazda elm və təhsilin inkişafı, müəllimlərin üzləşdiyi çətinliklər və ədəbi şəxsiyyətlərin təbliği idi. Ölkədəki siyasi vəziyyətlə əlaqədar olaraq qəzet yarandığı il də nəşrini dayandırır.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "1907-1917-ci illərdə mətbuat" (az.). kayzen.az. 2020-09-24 tarixində arxivləşdirilib.
- ↑ "İstifadəyə təqdim olunan qəzetlərin elektron versiyalarının siyahısı:" (az.). anl.az.
- ↑ "Azərbaycan Cümhuriyyəti dönəmində rəsmi və partiyalı qəzetlər" (az.). elibrary.az.
- ↑ "Bakı 1917-1920-ci illərdə" (az.). melumatlar.az.