Film Fiction (jurnal) — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Film Fiction Magazine | |
---|---|
Baş redaktor | Şahin Xəlil |
Format | A4 |
Tiraj | elektron |
Təsis tarixi | 2011 |
Şirkət | Eternity Film |
Dil | azərbaycan dili |
Səhifə | dəyişən |
Qiymət | pulsuz |
Film Fiction – Azərbaycanda ilk elektron kino jurnalıdır. 2011-ci ildən yayımlanır.
Tarix
[redaktə | mənbəni redaktə et]Jurnal 2011-ci ildə Turizm Universitetinin tələbəsi Fuad Alqayev, rejissor Mətləb Muxtarov və rejissor Şahin Xəlil tərəfindən təsis edilib.
Jurnalın ilk sayı 2011-ci ilin sentyabrından yayınlanmağa başlamış, 2021-ci ilin sonuna qədər 10 il ərzində 40-dan çox buraxılışı oxuculara təqdim olunmuşdur. Daha çox sənət kinosunun təbliği ilə məşğul olan jurnalda bu illər ərzində peşəkarlarla yanaşı onlarla həvəskar çalışmışdır. Fəaliyyət dövründə yüzlərlə məqalə ilk dəfə Azərbaycan dilinə çevrilib. Dünya kinosu ilə yanaşı Azərbaycan kinosuna da yer verilib. Qısa zaman ərzində yüzlərlə oxucu auditoriyası ilə ölkənin ən çox oxunan jurnalları siyahısında birincilərdən olub.
“Film Fiction” 2012-ci ildə “Ölməzdən öncə izləməli olduğunuz 111 film” ensiklopedik kitab layihəsinin təsisçilərindən biri olub.
2018-ci ildə jurnalın facebook səhifəsi “ən yaxşı facebook səhifəsi” nominasiyasında MİLLİ NET laureatı olub.
“Film Fiction” mütəmadi olaraq Azərbaycanda keçirilən yerli və beynəlxalq film festivalları ilə əməkdaşlıq edir.
2022-ci ildə jurnalın rəsmi saytı fəaliyyətə başlayıb.
Redaksiya
[redaktə | mənbəni redaktə et]Şef redaktor: Şahin Xəlil
Redaktor: Nuranə Axundzadə, Mir Bağır
PR menecer: Fuad Alqayev, Mətləb Muxtarov, Eltac Zeynalov
Dizayn və tərtibat: Bəhruz Qaraməmmədov (2015-ci ilə qədər) və Tural Əlisoy
Maraqlı faktlar:
[redaktə | mənbəni redaktə et]* 19-cu saydan etibarən Film Fiction şəxsi loqosu ilə yayımlanır.
* 21-ci saydan loqoya xırda dəyişiklik edilib.
* 2-ci saydan 19-cu saya qədər jurnalın hər bir sayı Azərbaycan kinosu fədailərindən birinə həsr edilib.
* 14-cü saydan jurnal tərtibatı dəyişib.
* 18-ci sayın üz qabığı sonradan dəyişən yeganə saydır.