Nargis (jurnal) — Vikipediya
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Nargis | |
---|---|
Baş redaktor | Ülviyyə Mahmudova |
Dövrilik | Aylıq |
Tiraj | 10 000 |
Nəşriyyat | Nargis Publishing House |
İlk buraxılışı | 13 dekabr 2012 | )
Ölkə | Azərbaycan |
Qərargah | Bakı |
Dil | Rus və digər dillər |
ISSN | 2617-202X |
nargismagazine.az |
Nargis (azərb. Nərgiz) — 13 dekabr 2012-ci ildən etibarən Nargis nəşriyyat evində dərc olunan dəb və incəsənət haqqında konseptual jurnaldır.
Haqqında
[redaktə | mənbəni redaktə et]Nargis jurnalının ilk sayının təqdimatı 2013-cü il yanvarın 13-də M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, jurnalın adını daşıdığı professor Nərgiz Paşayevanın doğum günü keçirilib. Təqdimatda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.[1]
Jurnalın həm çap, həm də üç dildə elektron versiyası mövcuddur: rus, azərbaycan və ingilis.
Beynəlxalq nəşrlər
[redaktə | mənbəni redaktə et]Nargis jurnalının Gürcüstan versiyasının rəsmi təqdimatı 22 dekabr 2014-cü il tarixində Tbilisidə keçirilmişdir. Nargis Georgia-nın baş redaktoru model və Tbilisi Moda Həftəsinin təşkilatçısı Tako Çheidzedir, üz qapağının əsas qəhrəmanı isə Gürcüstanın ilk birinci xanımı Maka Çiçua idi.
Daimi bölmələr
[redaktə | mənbəni redaktə et]- Dəb – dəbli illüstrasiyalar, fotosessiyalar, sənayenin dizaynerləri və insayderləri ilə müsahibələr, moda trendlərinin icmalı və s. məlumatlardan ibarətdir.
- Mədəniyyət – hesabatlar, mədəniyyət və incəsənət xadimləri ilə müsahibələr və s. təşkil edir.
- Gözəllik – tendensiyalar, yeniliklər, fotosessiyalar icmalı və ekspertlərlə müsahibələr və s..
- Həyat tərzi – reportaj, tədbirlərin anonsları, müsahibələr və s..
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "First Lady attends presentation of `Nargis` magazine". 2013. İstifadə tarixi: 2013-02-11.[ölü keçid]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- nargismagazine.az — Rəsmi saytı