Bəsirət (qəzet) — Vikipediya
Bəsirət | |
---|---|
Format | A3[1] |
Baş redaktor | Hacı İbrahim Qasımov |
Yaranma tarixi | 14 aprel 1914 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 15 may 1920 |
Səhifə | 4 |
Baş ofis | |
Tiraj | 286 |
"Bəsirət" qəzeti — 1914-cü ildən 1920-ci ilə qədər Bakıda Azərbaycan dilində çap olunan siyasi-ictimai, ədəbi həftəlik qəzet.
Qəzetinin ümumilikdə 286 sayı işıq üzü görüb. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub.
Haqqında
[redaktə | mənbəni redaktə et]Bəsirət qəzetinin ilk sayı 1914-cü il aprelin 12-də Bakıda çap edilib[2]. Baş redaktoru Hacı İbrahim Qasımov[3][4], naşiri isə Qulamrza Şəfizadə olub.[5][6]Həftəlik qəzet olan Bəsirətin bayram günlərində xüsusi sayları çap edilirdi.[7] Qəzetə bir müddət müvəqqəti olaraq Mirzə Bala Məmmədzadə redaktorluq edib[8]. Hacı İbrahim Qasımov qəzetdə Həftəbecər rubrikasında "Kəlniyyət" imzası ilə yazılar yazıb[9]. Qəzet müxtəlif dövrlərdə Orucov Qardaşları, Turan, Novruz və Səda mətbəələrində nəşr olunub[1].
Qəzetdə yazıları çıxan insanlar arasında - Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Mirzə Bala Məmmədzadə, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Mənsur, Mustafa bəy Əlibəyov, Əbdül Rəhman Dai, Əliabbas Müznib, Abbas Səhhət, Mirzə Əbdülqədir Vüsaqi, Cəfər Cabbarlı və başqaları da var[2].
1918-ci il Mart soyqırımdan sonra Bəsirət qəzetinin çapı qadağan edilir[10]. Qəzet 1918-ci ilin sentyabr ayında Bakı işğaldan azad olunandan sonra noyabr ayının 16-da[1] yenidən fəaliyyətini bərpa edib[2].
Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşri bərpa olunub. Sovet işğalından sonra cəmi son 3 sayı çıxıb və qəzet 1920-ci il mayın 15-dən nəşrini dayandırıb[2].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Qərənfil Quliyeva. Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918–1920-ci illər) (PDF). Bakı: Elm (nəşriyyat). 2011. səh. 44. 2023-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
- ↑ 1 2 3 4 Akif Aşırlı. Azərbaycan mətbuatı tarixi: 1875-1920. Bakı: Elm və təhsil. 2009. səh. 111. 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
- ↑ Qərənfil Quliyeva. Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918–1920-ci illər) (PDF). Bakı: Elm (nəşriyyat). 2011. səh. 43. 2023-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
- ↑ "Birinci Dünya müharibəsi illərində Azərbaycan mətbuatı..." (az.). sherg.az. 2017-04-12. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
- ↑ Gülbəniz Babayeva. "Milli mətbuatımızın "Bəsirət"i" (az.). 525-ci qəzet. 2020-08-08. 2023-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (az.). I. Bakı: Lider nəşriyyatı. 2004. 276. ISBN 9952-417-14-2. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
- ↑ Dilqəm Əhməd. ""Ermənilər şəhərimizi məzarıstana döndərdi" – Ötən əsrdəki həmkarımız" (az.). teleqraf.com. 2021-09-26. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
- ↑ Qərənfil Quliyeva. Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918–1920-ci illər) (PDF). Bakı: Elm (nəşriyyat). 2011. səh. 48. 2023-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
- ↑ Qərənfil Quliyeva. Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918–1920-ci illər) (PDF). Bakı: Elm (nəşriyyat). 2011. səh. 49. 2023-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
- ↑ Vəli İlyasov. "Azərbaycan mətbuatı 1918-ci ilin Mart soyqırımı günlərində" (az.). İki sahil. 2018-02-28. 2023-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.