Şimal dənizi — Vikipediya

Şimal dənizi
fr. Mer du Nord, alm. Nordsee‎, nid. Noordzee, ing. North Sea, norv. Nordsjøen, dan. Nordsøen və ya Vesterhavet
Şimal dənizinin NASA tərəfindən çəkilmiş şəkili
Şimal dənizinin NASA tərəfindən çəkilmiş şəkili
Ümumi məlumatlar
Tip Materik kənarı
Mütləq hündürlüyü 0 m
Sahəsi 750,000 km²
Həcmi 94,000 km³
Uzunluğu 800 km
Eni 500 km
Sahil uzunluğu 6,000 km
Dərin yeri 725,000[1]
Orta dərinliyi 95 m
Tökülən çaylar Elba, Reyn, Vezer, Temza
Duzluluğu 3,4 %
Yerləşməsi
55°51′47″ şm. e. 3°20′23″ ş. u.HGYO
Ölkələr
Üst akvatoriyası
Yerləşməsi Qərbi Avropa
Şimal dənizi xəritədə
Şimal dənizi
Şimal dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimal dənizi (əvvəllər həmçinin Alman dənizi; fr. Mer du Nord, alm. Nordsee‎, nid. Noordzee, ing. North Sea, norv. Nordsjøen, dan. Nordsøen və ya Vesterhavet) — Şimali Avropanın sahillərində YutlandSkandinaviya yarımadaları ilə Britaniya adaları arasında yerləşən dayaz şelf dənizi. Atlantik okeanın bir hissəsi sayılır. Şərqdən NorveçDanimarka, qərbdən Böyük Britaniya, cənubdan Almaniya, Niderland, BelçikaFransa ilə əhatə olunmuşdur. Şimal Dənizi-Atlantik okeanının kənar dənizi. Skandinaviya, Yutlandiya yarımadaları, Böyük Britaniya, Oriney və Şetlend adaları arasındadır. Sahəsi 544 min kvadrat kilometrdir, maksimal dərinliyi 725 m, suyunun həcmi 42 min kub kilometrdir. Materikin dayazlığında yerləşir, Şimal Dənizinin 2/3 hissəsinin dərinliyi 100 metrdən azdır. Cənub hissəsində çoxlu çay(Doqger-Bank, dərinliyi 14–18 m və. s). Dənizin səthində suyun tempuraturu qışda 2–6C, yayda 12–19C-dir. Duzluluğu 25–35,3%-dir. Elba, Vezer, Reyn, Temza çayları Şimal Dənizinə tökülür. Yarımgünlük qabarmaları(hündürlüyü 0,6–7,6 m-dək)olur. Dənizin cənubunda kwlək qovmaları səviyyəni 3 m-dək yüksəldir, şişmələri isə −2,3 m-dək endirir. Qabarma və qovma küləklərin birgə təsiri nəticəsində fakətli daşqınlar olur, bu zaman sahil zonasının xeyli hissəsini su basır. Sahilə yaxın yerlər adətən dekabr-mart aylarında donur. Şimal Dənizi Qərbi Avropanın ən böyük balıqçılıq rayonlarından biridir(siyənək treska və s balıqlar ovlanır). Neft və qaz çıxarılır. Şimal Dənizi və Baltik dənizi sahilində yerləşən ölkələrdən Şimali və Cənubi Amerikaya gedən su yolu kimi də Şimal Dənizi böyük əhəmiyyət kəsb edir. Mühüm limanlaı London, Antverpen, Rotterdam, Hamburq və.s şəhərlərdir.

  • Azərbaycan Sovet Ensiklopediyası. 10-cu cild. 1987-ci il. Bakı
  1. Şimal dənizi // Böyük ensiklopedik lüğət. 2000