Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası — Vikipediya
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association).
1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur.
IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər.
IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır.
IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar.
Mənzil-qərargahı Monrealda yerləşir.
MDB ölkələrinin bir çox iri avia şirkətləri IATA-nın üzvüdür. MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi, IATA ilə 1994-cü il 5 dekabr tarixli ikitərəfli sazişə əsasən əlaqələr yaratmışdır. Azərbaycan mart 1997-ci ildən etibarən IATA-nın üzvüdür.
Tarixi
[redaktə | mənbəni redaktə et]IATA, 1919-cu ildə Niderlandın Haaqa şəhərində yaradılmış Beynəlxalq Hava Hərəkəti Assosiasiyasının (International Air Traffic Association) davamçısıdır. İlk əvvəllər IATA-nın işi texniki idi və sonradan o, həmin illərdə Çikaqo konvensiyasına refleksiya verilməsi və onun qəbul edilməsindən sonra beynəlxalq hökumət təşkilatı olaraq fəaliyyətə başlayan ICAO təşkilatına girişi təmin etdi. 1947-ci ildə keçirilən ilk Nəqliyyat Konfransı zamanı IATA-nın etirazsız olaraq 400 qərarı qəbul edildi. Aviasiya növbəti onilliklər boyunca sürətlə böyüdü və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (BHNA-nın) işi lazımi tərzdə genişləndi və 1978-ci ildə qiymət artımının baş verməsi səbəbilə Amerika Birləşmiş Ştatlarının dövlət nəzarətindən kənarlaşdırıldı.
IATA, böhranlar qarşısında strategik proqramların istifadəsi ilə “Aviasiya Sənayesinin Səsi” adı altında öz mövqeyini qorudu. Bütün bu faktiki təsirlərə baxmayaraq, IATA qanunverici hakimiyyət (güclər) olmadan fəaliyyət göstərən ticarət qrupudur.
Prioritetlər
[redaktə | mənbəni redaktə et]- Təhlükəsizlik. Təhlükəsizlik IATA üçün nömrə bir prioritetdir. Təhlükəsizlik üçün əsas vasitə isə IOSA (IATA Əməliyyat Təhlükəsizliyi Auditi) və onun davamçısı böyüdülmüş IOSA-dır. IOSA bir neçə ölkədə dövlət səviyyəsində fəaliyyət göstərir. 2012-ci ildə aviasiya sahəsi özünün ən təhlükəsiz ilini elan etdi və bu ildə hər 5 milyon uçuşa 1 qəza düşürdü. 2014-cü ildə IATA özünün yeni xüsusi panelini yaratdı və bunun sayəsində o, uçuşları real vaxt ərzində izləməni təmin etdi. Lakin bu sistemə cavab olaraq isə 8 Mart 2014-cü ildə Malayziya Hava Yolları Uçuş 370 təyyarəsinin yoxa çıxması hadisəsi baş verdi.
- Mühafizə. Mühafizə məsələsi 2001-ci il sentyabrın 11-də baş vermiş hücumdan sonra daha da genişləndirildi və müxtəlif ölkələrin razılaşması ilə gələcəkdə sənayedə yeni “Buraxılış Məntəqəsi” anlayışının yaranmasına səbəb oldu. Bu yenilik isə risklərin qiymətləndirilməsinə və sərnişin fərqləndirməsinə (diferensiallaşmasına) əsaslanır.
- Biznes sadələşdirilməsi. 2004-cü ildə biznes sadələşdirilməsi anlayışı yaradılmışdır. Bu təşəbbüs sərnişin səyahəti üçün bir neçə kritik konsepsiyanı təqdim etmişdir, elektron bilet və bar daxil olmaqla minik talonunun kodlaşdırılması buna daxildir.
- Xidmətlər.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (BHNA) aviasiya üçün həlledici olan sahələr üzrə konsultasiya və təlim xidmətlərini təmin edir.
Səyahət Agentliyi Akkreditasiyası sadəcə səyahət mütəxəssisləri üçün uyğundur. Tam akkreditasiya (Akkreditasiya - səlahiyyətli orqan vasitəsi ilə konkret işləri yerinə yetirmək üçün uyğunluğun qiymətləndirilməsi orqanlarının səlahiyyətlərinin rəsmi tanınması prosedurudur) agentlərə IATA-nın üzvlüyündə olan havayollarının adından bilet satışına icazə verir.
Yük daşınması Agentliyi (Cargo Agency) də eyni proqramdır.
IATA həmçinin Hesabların Tərtibi və Tənzimlənməsi planlarını işə salır və bu hava yolları xərcini idarə edən maliyyə sistemi 300 milyard $-dır.
Və o bir neçə işgüzar intellektual nəşr və xidməti təmin edir.
Təlim, başlanğıc kursdan yüksək idarəetmə kursuna qədər bütünlüklə aviasiya aspektlərini əhatə edir.
Hazırda IATA-nın üzvləri sırasına 119 ölkədən 255 aviasiya şirkəti daxildir. IATA-nın əsas fəaliyyət istiqamətlərini uçuşların təhlükəsizliyi, normativ tələblərin, beynəlxalq rüsumların təyin olunması və treninqlərin keçirilməsi təşkil edir. Assosiasiyanın dünya üzrə 10 institutu var və bu təhsil ocaqlarında hər il minlərlə aviasiya mütəxəssisi yetişir.
IOSA
[redaktə | mənbəni redaktə et]Uçuşların təhlükəsizliyi IATA üçün bir nömrəli prioritetdir. Uçuşların təhlükəsizliyinin təmin edilməsində əsas alət IATA Əməliyyat Təhlükəsizliyi Auditi (IATA Operational Safety Audit (IOSA) və onun sonrakı inkişaf etmiş versiyası Enhanced IOSA. Bir sıra ölkələr tərəfindən milli təhlükəsizlik tələbi olaraq IOSA yoxlaması həyata keçirilir. 2012-ci il aviasiya tarixində ən təhlükəsiz il olmuşdur. Qərb istehsalı olan təyyarələrdə aviasiya qəzalarının qlobal reytinqi 0,20 təşkil edib ki, bu da 5 milyon uçuşda 1 aviasiya qəzasına ekvivalentdir.
ISAGO
[redaktə | mənbəni redaktə et]Yerüstü xidmət üçün analoji İOSA standartı mövcuddur — IATA-nın yerüstü xidmətin təhlükəsizliyi üzrə auditi (IATA Safety Audit for Ground Operations).
İATAnın üzvləri
[redaktə | mənbəni redaktə et]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- iata.org — Rəsmi saytı