Başköy (Amasiya) — Vikipediya
Kənd | |
Başköy | |
---|---|
40°57′ şm. e. 43°58′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Ağbaba mahalı |
Rayon | Qızıl Qoç rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.020 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim Azərbaycan dilində «böyük, əsas, yuxarı» mənasında işlənən baş sözü ilə, türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir.
XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1830 - cu ilə kimi qarapapaqlar[4] yaşamışdır.
1830 - cu ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas sakinləri-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.34
- ↑ azərbaycanlıların etnoqrafik qrupu - İbrahim Bayramovun fikrincə