Bauhauz — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bauhauz (alm. Bauhauz, Hochschule für Bau und Gestaltung — Tikinti və bədii konstruksiya üzrə ali məktəb, və ya Staatliches Bauhaus) — 1919-1933-cü illərdə Almaniyada fəaliyyət göstərən tikinti və bədii konstruksiya məktəbi — təhsil müəssisəsi, həmçinin bu təşkilat çərçivəsində yaranmış rəssamlıq assosiasiyasıdır. Bauhauz dünya mədəniyyətində böyük hadisə və məşhur memarlıq, rəssamlıq, dizayn məktəbi olmuşdur.
Tarixi
[redaktə | mənbəni redaktə et]1919-cu ildə Almaniyanın Veymar şəhərinin mədəni mərkəzi olan Saksoniyada Tətbiqi İncəsənət Akademiyasıvə incəsənət məktəbləri yeni bir şəkildə təşkil olundu. Bu, yeni tip təhsil müəssisəsi idi. Onun yaradıcısı və ilk direktoru alman memarı Valter Qropius idi. Siyasi çəkişmələr nəticəsində, Bauhauz 1933-cü ildə Berlində öz fəaliyyətini dayandırdı.
Bauhauz məktəbi 20-ci əsrdə memarlıq və dizayn sənət sahələrində yeni axınlar yaratmış bir məktəbdir. Qurulduğu zaman dünyanın ən seçmə və ən müasir memarlarını, sənətçilərini bir araya gətirib yalnız təhsil təşkilatı yaratmamış, eyni zamanda istehsal mərkəzi və bütün bunların danışılıb müzakirə edildiyi bir yer olmuşdur. Bauhaus memarlıqda olduğu qədər sənaye dizaynı və şəhərsalma kimi mövzularda yeniliklər gətirmiş, yeni bir memarlıq axını yaradaraq sənətin bütün budaqlarına təsir etmişdir. Bauhausun qurulmasında ilk hədəf, kombinə bir memarlıq məktəbi, sənətkarlıq məktəbi və incəsənət akademiyası yaratmaq idi. Bauhauzun proqramında Valter Qropius orta əsrlərdəki məbəd tikintilərində usta və tələbələrin, memar və daş ustalarının, heykəltaraş və rəngkarların, daş və ağacda oyma işləri aparan ustaların, dülgər və şəbəkə ustalarının ittifaqına oxşar bütün tələbə və rəssamların ittifaqının yaradılmasını qarşısına məqsəd qoymuşdu. Onları ümumi əmək – obyektin tikilməsi birləşdirirdi. Və bu ittifaqlardakı iç əlaqə sistemləri Almaniyada böyük iz qoyub. Bauhauzun proqramı hər bir binanı yüksək bədii fəaliyyətə aparmaq məqsədidir.
“Memarlar, heykəltaraşlar və rəngkarlar yenidən binanın ayrı-ayrı formalarının bütün hissələrinin ümumi olduğunu dərk etməlidirlər. Ancaq zamanla onlar öz əsərlərini mükəmməl memarlıq ruhu ilə doldura bilərlər. Sənətkarlar və rəssamlar arasında prinsipial fərq yoxdur. Rəssamlıq sənətkarlığın ancaq yüksək pilləsidir.” — Bu, Bauhauz məktəbiniz ən ali prinsipidir.
1925-ci ildə Veymar orqanları məktəbi maliyyələşdirməkdən imtina edəndə, məktəb Veymarda fəaliyyətini dayandırdı və Dessaua köçürüldü. Qropius burada Bauhauzun yeni rezidensiyasını layihələşdirmək imkanı qazandı. Bauhauz kompleksinin inşaat proqramına Bauhauzun baş binasının yüksəldilməsi və müəllimlərin emalatxanası olan evlərinin proqramı daxil idi. Valter Qropiusun layihəsi ilə yüksələn kompleks, məşhur siyasətçilərin, alman və xarici memarların, rəssam və alimlərin iştirakı ilə 4 dekabr 1926-cı ildə təntənə ilə açıldı. Qropiusun özünün də qeyd etdiyi kimi, Dessauda Bauhauzun Veymar planının inkişafı sosial əhəmiyyət kəsb etdi. Pedoqoji sistemin gələcək püxtələşməsi və inkişaf formalaşması baş tutdu. 1928-ci ildə məktəbin direktoru Hannes Meyer oldu, 1930-cu ildə isə Lüdviq Mis Van Der Roe. Onlarla yanaşı, məktəbdə İ.İtten, L.Mohoy-Nad, P.Klee, V.Kandinskiy, L.Feyninger, O.Şlemmer, Q.Marks, Y.Şmidt, Q.Ştölçl da daxil olmaqla bir çox məşhur memarlar və avanqard rəssamlar dərs deyirdi. Memarlıq sahəsində Bauhauzun daha məşhur sənət nümunələrinə Veymardakı Haus Am Horn, Bauhauzun binası, əmək birjası, Tel-Aviv kimi klassikalar daxil idi. V. Kandinskiyin abstrakt rəngkarlığı, T.Boqlerin və M.Brandtın bu gün də məşhur olan keramika və metaldan qabları, V.Vaqenfeldin stolüstü lampası, U.Hatviqin Bauhauz şahmatı bu gün də ofislərin yaraşığıdır.
1933-cü ildə məktəbin fəaliyyəti nasistlər tərəfindən dayandırıldı.
1930-cu illərdə yəhudi memarların miqrasiya etdiyi Fələstində Bauhauz aktiv şəkildə yayılmışdı.