Jan-Jak Russo — Vikipediya

Jan-Jak Russo
fr. Jean-Jacques Rousseau
Doğum tarixi 28 iyun 1712(1712-06-28)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 2 iyul 1778(1778-07-02)[1][2][…] (66 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[d]
Dəfn yeri
  • Jan Jak Russonun türbəsi[d]
  • Panteon[d]
İstiqaməti İctimai müqavilə, barokko
Əsas maraqları botanika
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan Jak Russo (fr. Jean-Jacques Rousseau; 28 iyun 1712[1][2][…], Cenevrə, Cenevrə Respublikası[d][3][4]2 iyul 1778[1][2][…], Ermenonvil[d], Pikardiya, Fransa krallığı[3]) — Fransız filosofu, yazıçı, bəstəkar. XVIII əsr Fransada "Maarifçilik" hərəkatının ən görkəmli nümayəndəsi, Ensiklopediyanın yaradıcılarından biri. 1789–1794-cü ildə Fransa Burjua inqilabı zamanı onun əsərləri Yakobinlərin əsas ideya dayağı olmuşdur.

1712-ci il iyunun 28-də Cenevrə şəhərində anadan olmuşdur. Russo anadan olduqdan 2–3 gün sonra anası vəfat etmişdir. Russonun 10 yaşı olarkən XVI-cı əsrdə Fransadan qaçıb İsveçrəyə sığınan, bir Fransız Prostestant ailəsindən gələn, Russonun doğumundan əvvəl 6 il boyunca İstanbulda saray saatsazlığı etmiş olan atası onu əmisi Bernarın himayəsinə vermişdir. Kilsə təhsili almışdır. Sınaq müddətindən sonra oymaçı ustası yanında şagird kimi fəaliyyət göstərmiş və bu sənətə yiyələnmişdir. 1728-ci ildə ustanın yanından qaçmış və yeni tanış olduğu xanım Varansın himayəsi altında Turin seminariyasına qəbul olunmuşdur. Lakin bir müddət sonra Russo buradan da qaçır və xanım Veresilisin evində xidmətçi kimi işləyir. Sahibin ölümündən sonra başqa evdə xidmətçi kimi işləməyə başlayır. Xidmətçi həyatını xoşlamayan Russo yenidən xanım Varansın yanına qayıdır. Xanım Varans onu dini təhsil almaq üçün seminariyaya qəbul etdirir.

Russonun musiqiyə olan həvəsi onun bu seminariyadan da qovulması ilə nəticələnir. Kilsə orqanisti onu şagird kimi yanına götürsə də bir ildən sonra Russo oradan aralanır. Bundan sonra adını dəyişir və fransız musiqiçisi kimi səyahətə başlayır. Lozannada öz kompozisiyalarından ibarət konsert təşkil etsə də bu rişxəndlə qarşılanır. Daha sonra Nevşateledə yaşamağa və bir neçə şagirdə dərs deməyə başlayır. 1742-ci ildə Parisə qayıdır və "mühacirətdə" olduğu müddətdə yazdığı dram əsərlərini və şerlərini nümayiş etdirmək niyyətinə düşür. O, həmçinin yeni not sistemini kəşf etdiyini elan edir, lakin bu heç kimi maraqlandırmadı, pyeslərini isə heç bir teatr nümayiş etdirmək istəmədi.

Pulunun qurtardığı bir vaxtda rəhmdil iezuit onu məşhur xanımların evinə salır, Russo öz şeirlərini xanımlar üçün oxuyur. Beləliklə, o, məşhur musiqiçi, yazıçı, elm xadimləri ilə həmçinin, gələcəkdə ensiklopediyanı birgə (həmçinin Dalamber ilə) yaradacaq gənc Didro ilə tanış olur. 1743-cü ildə Russo Fransanın Venesiyadakı səfirin katibi kimi fəaliyyət göstərir. Cəmi bir il fəaliyyət göstərən Russo Parisə qayıdır. Bu zamandan başlayaraq onda aristokratlara qarşı nifrət yaranır. 1744-cü ildə Parisə qayıdan Russo, bu şəhərdə var-dövlət sahibi olacağı ümidiylə musiqi sahəsində işləməyə başladı. Amma bəstələdiyi "Muses Galantes" (Şorgöz Sənət Pəriləri) adındakı operası, ona xəyal qırıqlığından başqa bir şey qazandırmadı. Bu dövrdə qaldığı hoteldə paltaryuyan işləyən Tereza Le Vasser ilə tanış olub onunla yaşamağa başladı. Vasserlə — heç vaxt aşiq olmadığını etiraf etdiyi, oxumaq və yazmaq bilməyən bu qadınla münasibətini 30 il davam etdirdi. Bu münasibətdən 5 uşaq dünyaya gəlsə də, uşaqların hamısı Yetim Uşaq Evine göndərildi. Russo bu hərəkətinə görə peşmanlıq çəkdiyini, amma yenə də haqqlı səbəbləri olduğunu belə dilə gətirirdi: "Özüm yetişdirə bilmədiyim üçün uşaqlarımı dövlət təhsilinə buraxaraq, onları xəyalpərəst, var-dövlət ovçusu olmaq yerinə işçi və kəndli olmağa yönəltməklə, bir vətəndaş, bir ata kimi davrandığımı düşündüm və özümə Platon Cumhuriyyətinin bir üzvü olaraq baxdım. O gündən bu yana, dəfələrlə peşmanlığım mənə yanıldığımı göstərdi. Hər şeyi düşündükdən sonra, uşaqlarım üçün ən yaxşı olanını, ya da elə olacağını fikirləşdiyim şeyi seçdim. Mən də onlar kimi yetişdirilib baxılmağı istəyərdim yenə də istəyirəm. 1750-ci ilə Dijon akademiyası Russonu "Elm və mədəniyyət haqqında mühakimələr" (Discours sur les arts et les sciences) əsərinə görə təltif edir. Bu əsərində Russo bir neçə radikal fikirlə çıxış etmişdir.

Öz prinsipləri əsasında yaşamağı üstün tutan Russo ona təklif edilən vəzifələrdən və əksər bahalı hədiyyələrdən imtina edir. Onun " Kənd Cadugəri" (Le Devin du village) adlı komik operası Fontenbloda tamaşaya qoyulur. Bu tamaşaya baxanlar arasında Fransa kralı da olur. Növbəti gün Russo təyin edilmiş audensiyaya getmədi — bu onun həbs olunması demək olardı.

Russo ictimai müqavilə nəzəriyyəsini parlaq şəkildə populyarlaşdırmış və eyni zamanda ona bir sıra xüsusi cizgilər əlavə etmişdir. Russo bütün insanların bərabərliyini tanımayan və insanı anadangəlmə xudbin və qüsurlu varlıq hesab edən Aristotel və Hobbsu kəskin tənqid edirdi. Russo bildirirdi ki,:"Insan azad doğulur, lakin hər yerdə zəncirlənmişdir. Bu vəziyyətin səbəbi ədalətsiz ictimai quruluşda, konkret olaraq isə feodal qaydalarında və insanları bir-birinə düşmən etmiş xüsusi mülkiyyətdədir. Cəmiyyətdə mövcud ziddiyyətləri aradan qaldırmaq üçün insanlar arasında tarixəqədərki harmonik münasibətlərə qayıtmaq lazımdır."

Russo hesab edirdi ki, insanlar öz mülkiyyət və azadlıqlarını müdafiə etmək üçün ictimai müqavilə bağlayırlar. İctimai müqavilənin bağlanması nəticəsində vahid ictimai və mənəvi orqanizm — Dövlət meydana gəlir. Russoya görə, Suveren — xalqdır, onun iradəsi mütləqdir və dəyişikliyə məruz qala bilməz. Russo insanın fərdi təbiətindən başlayaraq sonda ictimai, kollektiv başlanğıcın insan hüquqlarından üstünlüyü ideyasına gəlib çıxır.

Beləliklə, Russonun nəzəriyyəsi bəşəriyyətin tarixində ən totalitar doktrinalardan birini təmsil edir. Russonun mütləq ümumi iradə haqqında tezisi sonralar Hegel, Marks və Leninin siyasi doktrinalarına ciddi təsir göstərmişdir. Russo bildirir ki,:"Cəmiyyətin bütün üzvlərinin razılığı ilə yaradılan və ümumi iradəni ifadə edən ali hakimiyyət insanların maraqlarına zidd ola bilməz, ona görə də hakimiyyətə cəmiyyət tərəfindən nəzarət edilməsindən heç söhbət də gedə bilməz." Russonun ümumi iradə haqqında nəzəriyyəsi Fransa və Rusiya inqilablarının birpartiyalı diktaturası və qanlı terrorunun ideoloji əsasına çevrildi.

Russo yazırdı ki,: "Əgər kimsə ümumi iradəyə tabe olmaqdan imtina edərsə, bütün orqanizm tərəfindən o buna məcbur ediləcəkdir. Bu, yalnız o deməkdir ki, onu zorla azad edəcəklər." O, təbii hüquq, təbii tərbiyə və təbii din nəzəriyyələrini irəli sürmüşdür. J. J. Russo uşağın yaş dövrlərini aşağıdakı kimi müəyyənləşdirmişdir:

  1. Anadan olandan 2 yaşa qədər olan dövr. Bu fiziki inkişaf mərhələsi adlanır;
  2. 2 yaşdan 12 yaşa qədər olan dövr. Bu əqli yuxu mərhələsidr;
  3. 12 yaşdan 15 yaşa qədər olan dövr . Bu, əqlin inkişafı, təlim mərhələsidir;
  4. 15 yaşdan 18 yaşa qədər olan dövr. Bu Russonun adlandırdığı "Fırtına və qasırğa" dövrüdür ki, əxlaq tərbiyəsinin inkişafı ilə səciyyələnir.

J. J. Russonun yaş dövrləri haqqında fikirləri onun tərbiyədə təbitəmüvafiqlik baxışlarından irəli gəlmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]