Milliyyətçilik — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Millətçilik (XX əsrin əvvəllərində milliyyətpərvərlik)[1] ― müəyyən bir millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və ya hərəkat.
Millətçilik hər bir millətin kənar müdaxilədən (öz müqəddəratını təyin etmə) azad olaraq özünü idarə etməsini, bir millətin qurumsal struktur üçün təbii və ideal bir əsas olduğunu, millətin siyasi gücün yeganə haqlı mənbəyi olduğunu (xalq suverenliyi) müdafiə edir. Bundan əlavə, millətçilik mədəniyyət, dil, din, siyasət və ortaq tarixə inanc kimi paylaşılan sosial xüsusiyyətlərə əsaslanaraq, tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi, milli birliyi və həmrəyliyi dəstəkləməyi hədəfləyir. Buna görə də, milliyətçilik millətin qəbul edilmiş mədəniyyətini qorumağa və inkişaf etdirməyə çalışır və mədəni canlanmalar millətçi hərəkatlarla əlaqələndirilir. Milliyətçilik həmçinin, milli nailiyyətləri qürur mənbəyi kimi təşviq edir və vətənpərvərliklə yaxın əlaqələrə sahibdir. Milliyətçilik tez-tez digər ideologiyalarla birləşə bilir. Bunlara misal olaraq konservatizmi (milli konservatizm) və ya sosializmi (sosialist millətçiliyi) göstərmək olar.
Tarix boyunca insanlar öz qohumluq əlaqələrinə, adət-ənənələrinə, territorial rəhbərliklərinə və öz ətənlərinə müəyyən qədər bağlı olsalar da, milliyətçilik XVIII əsrin sonuna qədər geniş yayılmış konsepsiya ola bilmədi. Millətçiliyin mənşəyini və əsasını anlamaq üçün üç paradiqma mövcuddur. Primordializm (perennializm) hər zaman millətlərin mövcud olduğunu və millətçiliyin təbii bir fenomen olduğunu irəli sürür. Etnosimvolizm millətçiliyi dinamik, təkamül hadisəsi kimi izah edir və millətlərin və millətçiliyin inkişafında simvolların, miflərin və ənənələrin əhəmiyyətini vurğulayır. Modernizm isə millətçiliyin son dövrlərə aid sosial fenomen olduğunu və onun mövcud olmaq üçün müasir cəmiyyətin sosio-iqtisadi strukturuna ehtiyacı olduğunu iddia edir.
Millətin müxtəlif tərifləri vardır, bu da millətçiliyin müxtəlif növlarının yaranmasına gətirib çıxarır. Etnik milliyətçilik milləti ortaq etnik mənsubiyyət, irs və kültür əsasında formalaşdığını iddia edir. Vətəndaş millətçiliyi isə millətin ortaq vətəndaşlıq, dəyərlər, inistitutlar əsasında formalaşdığını və konstitutsional vətənpərvərliklə əlaqələndiyini iddia edir. Tarixi inkişaf boyunca milli kimliyin qəbul edilməsi təsirli qrupların müəyyən sosial nizamla həmin sosial nizamın üzvləri arasındakı təcrübə arasındakı narazılıqdan qeyri-məmnun olmasından qaynaqlanır və ortaya millətçilərin həll etməyə çalışdığı anomie [a] meydana çıxır. Bu anomie vahid cəmiyyət yaratmaq üçün sosial olaraq kimliyin yenidən şərh edilməsinə, qəbul edilməsi lazım hesab edilən elementlərin saxlanılmasına, əksinə olduqda isə ortadan qaldırılmasına səbəb olur. Bu inkişaf daxili struktur məsələlərinin və ya mövcud bir qrup və ya qrupların digər icmalara, xüsusən də onları idarə edən (və ya idarə etdiyi hesab edilən) xarici güclərə qarşı narazılığının nəticəsi ola bilər. Milli rəmzlər və bayraqlar, dövlət himnləri, milli dillər, milli miflər və digər milli kimlik rəmzləri milliyətçilikdə olduqca vacibdir.
Təcrübədə milliyətçilik, kontekstdən və fərdi dünyagörüşündən asılı olaraq müsbət və ya mənfi olaraq göstərilə bilər. Milliyətçilik Yunan inqilabında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında, İrland inqilabında, müasir İsrailin yaranması ilə nəticələnən Sionizm hərəkatında və Sovet ittifaqının süqut etməsində mühüm rol oynamışdır. Bütün bu müsbət cəhətlərlə yanaşı, irqi milliyətçilik Nasist Almaniyasının həyata keçirdiyi Holokostda əsas faktorlardan biri olmuşdur. Bu yaxınlarda, Krımın Rusiyaya mübahisəli ilhaqında da milliyətçilik mühüm rol oynadı.
Terminologiya
[redaktə | mənbəni redaktə et]"Millət", "suverenlik" və bununla əlaqəli digər terminoloji konseptlərdən ilk dəfə XVII əsrdə Hüqo Qrotiusun "De Jure Belli ac Pacis" kitabında istifadə edilmişdir. İspaniya və Niderland arasındakı Səksənillik müharibə və katolik və protestant millətləri (Katolik Fransa protestant düşərgədə idi) arasındakı Otuzillik müharibə dövrlərində yaşayan Hüqonun dini fərqliliklərdən qaynaqlanan müxalifətlər fonunda millətlər arasındakı toqquşmalarla dərindən maraqlanması təəccübləndirici deyildir. Millət sözü 1800-cü ilə qədər Avropada bir ölkənin sakinlərinə, həm də ortaq tarixə, qanuna, dilə, siyasi hüquqlara, din və adət-ənənələrə sahib olan kollektiv kimlikləri müasir dövrdəki konsepsiyaya bir qədər uyğun şəkildə ifadə etmək üçün işlədilirdi.
Millət sözündən törəmiş milliyətçilik sözü nisbətən yeni bir sözdür. Milliyətçilik konsepsiya olaraq daha əvvəlki dövrlərə aid olsa da, ingilis dilində söz kimi ilk dəfə 1844-cü ildə işlədilmişdir. Milltəçilik elə həmin əsrdə də xeyli vacib rol oynadı. XX əsrdə baş vermiş iki dünya müharibəsindən sonra insanların bunun günahkarı kimi millətçiliyi görməyə başladılar. Bundan sonra siyasi və fəlsəfi sahədə gələcəyin qloballaşmanınmı, yoxsa millətçiliyinmi olacağı böyük mübahisə mənbəyinə çevrilmişdir.
Tarix
[redaktə | mənbəni redaktə et]Amerika filosofu olan Hans Kohnun 1944-cü ildə yazdığına görə, milliyətçilik XVIII əsrdə meydana çıxmışdır. Lakin hər halda, tarixdən bir neçə milliyətçilik örnəyi də göstərmək mümkündür. Bunlara misal olaraq I və II əsrlərdəki yəhudi üsyanlarını, Sasanilər dövründə fars mədəniyyətinin, IV və V əsrdə Qərbi Roma imperiyasında latın mədəniyyətinin yenidən dirilişini və digər çoxsaylı nümunələri göstərmək olar. Müasir dövrdən örnək göstərmək lazım gələrsə isə, 1805–1814-cü illərdə mövcud olan və Almaniyanı Napoleon idarəçiliyinə tabe edən Reyn Konfederasiyasına cavab olaraq yüksələn alman millətçiliyini göstərmək olar. Linda Kolli özünün Britonlar — Milləti formalaşdırmaq 1707–1837 (ing. Britons, Forging the Nation 1707–1837 ) adlı əsərində millətçiliyin 1700-cü illərdə hansı şəraitdə ortaya çıxmasını və 1830-cu illərdə özünün pik nöqtəsinə çatmasını araşdırmışdır. Əksər tarixçilər millətçiliyin başlanğıc tarixi kimi Böyük Fransa burjua inqilabını hesab edirlər. Bu tarix inqilabın təkcə fransız millətçiliyi üzərindəki təsirinə görə yox, həmçinin italyanlar, almanlar və Avropanın digər intelektualları arasında oynadığı rola görə götürülür. Milliyətçilik şablonu tədricən xalq suverenliyinə əsaslanan yeni dövlət qurmaq ətrafında ictimai rəyi səfərbər etmək metodu olaraqdan 1789-cu ildən daha da irəli getdi. Russo və Volter kimi ideyaları ilə Fransa inqilabına təsir etmiş filosofların özləri də erkən konstitusionalist azadlıq hərəkatları olan Korsika Respublikasından (1755–1768) və Amerika inqilabından (1765–1783) təsirlənmişdilər.
Sənaye inqilabı zamanı cəmiyyətdə güclü inteqrasiya prosesi başladı. Milləti əhatə edən iqtisadiyyatın və milli ictimai sferanın formalaşması nəticəsində britaniyalılar artıq özlərini kiçik birliklər, əyalətlər, bölgə və ailəylə identifikasiya etməkdən daha irəli gedərək bütün ölkəylə identifikasiya etməyə başladılar. Vətənpərvər millətçiliyin ilkin meydana çıxış tarixi XVIII əsr olaraq qəbul edilir və bu milliyətçilik Britaniya hakimiyyəti, o dövrün ziyalıları və yazıçıları tərəfindən güclü dəstəyə sahib olmuşdur. Milli simvollar, himnlər, miflər və hekayələr millətçilərin səyləri nəticəsində qurulmuş və geniş şəkildə qəbul edilmişdir. Union Jack milli rəmz kimi 1801-ci ildə qəbul edilmişdi. Tomas Arn 1740-cı ildə "Hökm et, Britaniya" mahnısını bəstələmiş, 1712-ci ildə karikaturaçı Con Arbusnot ingilis milli ruhunu təmsil edən "Con Bull" xarakterini yaratmışdır.
XVIII əsrin sonlarında amerikan və fransız inqilabları ilə əlaqəli olaraq artan siyasi toqquşmalar vətənpərvər millətçiliyin yayqın cazibəsini daha da artırdı.
Bu termindən Prussiya alimi Yohann Qotfridd Herder (1744–1803) 1772-ci ildə yazdığı "Dilin kökəni ilə bağla incələmə" adlı əsərində bəhs etmiş və ümumi dilin rolunu vurğulamışdır. O, milliyyəti və vətənpərliyi xüsusi vurğulayırdı. Deyirdi, "vətənpərvər ruhunu itirmiş kəs özünü və özü haqqındakı bütün dünyanı itirmişdir. Müəyyən bir anlamda hər bir insan mükəmməlliyi millidir."
XIX əsr
[redaktə | mənbəni redaktə et]Millətçiliyin siyasi baxımdan inkişafı və xalq suverenliyini önə çəkməsi Avropanın etnik/milli inqilabları ilə özünün kulminasiya nöqtəsinə çatdı. XIX əsr tarixi boyunca milliyətçilik ən güclü və ən mühüm siyasi-sosial qüvvə oldu.
Napoleonun 1800–1806-cı illərdə alman və italyan dövlətlərini işğal etməsi millətçiliyin stimullaşdırılmasında və milli birlik tələblərinin yüksəlməsində mühüm rol oynamışdır.
Fransa
[redaktə | mənbəni redaktə et]Fransada hələ inqilabın erkən dövrlərində belə milliyətçilik özünə yer tapa bilmişdi. 1793-cü ildə fransız hökumətinin elan etdiyi kütləvi səfərbərlik çağırışında deyilirdi:
Bundan sonra bütün düşmənlər respublikanın sərhədlərindən qovulana qədər ütün fransızlar daimi hərbi xidmətə çağırılırlar. Gənclər döyüşə gedəcək; evli kişilər xəstəxanalarda silah düzəldəcəklər; uşaqlar köhnə kətanları lintə çevirəcəklər; yaşlı adamlar ictimai yerləri təmir edəcək, döyüşçülərin cəsarətini artıracaq, respublikanın birliyini və padşahlara nifrətini təbliğ edəcəklər.[2]
Fransız inqilabının sona çatmasından sonra milliyətçilik hərəkatı daha da sürətləndi. Müharibədə məğlub olmaq, ərazi itirmək millətçiliyi daha da gücləndirdi. 1871-ci ildə Almaniya tərəfindən məğlub edilmək millətçiliyi geniş şəkildə yayılmasına səbəb oldu. Bunu qısas hissi və Elzas-Lotaringiyanın geri almaq istəyi təhrik edirdi. Lakin 1895-ci ildən sonra fransız millətçiləri Dreyfus işinə və daxili məsələlərə fokuslanmışdılar və Elzas problemi geri plana salınmışdı.
Fransızların reaksiyası milli vətənə "aid" olan itirilmiş ərazilərin qaytarılmasını tələb edən məşhur Revanşizm davası idi. Revanşizm gücünü vətənpərvər və qisasçı düşüncələrdən alır və çox zaman iqtisadi və geopolitik faktorlar tərəfindən dəstəklənir. İfrat revanşistlər itirilmiş mövqeyin və ya torpağın yeni bir müharibədə qazanılacaq qələbə ilə yenidən əldə edilə biləcəyinə inanırlar. Bu da onu irredentizmlə əlaqələndirir. İrredentizm ana vətəndən və aid olduğu millətin sərhədlərindən kənarda qalmış millətin və ya torpağın "qurtarılmasını" özündə ehtiva edir. Revanşist siyasət tez-tez milləti millət-dövlətlə identifikasiya edir. Revanşizm dövlətin sərhədlərindən kənarda yaşayan və eyni millətdən olduğu iddia edən qrupu azad etmək üçün etnik millətçiliyi səfərbər edir və məqsədi uğrunda dəstək qazanmaq üçün sərt milliyətçilikdən istifadə edir. Revanşizm çox zaman qədim və hətta, xatırlanması çətin olan zamanlardakı yerli işğallara əsaslanır və irredentizmlə, revanşizmlə bağlı iddialar rəqiblərinin qarşısında bu əsaslarla haqlı çıxardılır.
Fransada 1894–1906-cı illəri əhatə edən Dreyfus işi vətən xainliyini və katolik, mühafizəkar fransız millətçiliyinə sədaqətsizliyi əsas mövzu halına gətirdi. Dreyfus yəhudi və millətçilərə görə qıraqdan biri idi və əsl fransız ola bilməzdi, ona inanmaq olmazdı və ondan şübhələnmək üçün yetərli qədər əsas var idi. Mühafizəkar baxımdan millətə həqiqi sədaqət, ölkəni fəlakətə aparan liberal, respublika azadlığı və bərabərlik prinsipləri ilə təhdid edilirdi.
Rusiya
[redaktə | mənbəni redaktə et]1815-ci ildən əvvəl rus millətçiliyi zəif idi və əsasən, çara loyallığa fokuslanmışdı. Rus şüarı bu idi — "provoslavlıq, mütləqiyyət və milliyyət". Bu şüar knyaz Sergey Uvarov tərəfindən hazırlanmış və I Nikolay tərəfindən rəsmi ideologiya halına gətirilmişdi. Uvarovun üçlüsünün komponentləri bunlar idi:
- Ortodoks xristianlıq (provoslavlıq) — provoslavlığın və Rus Pravoslav Kilsəsinin qorunması.
- Mütləqiyyət — bütün sosial təbəqələr üçün paternalist qoruma qarşılığında Romanovlar sülaləsinə şərtsiz sədaqət.
- Milliyyət (rus. Narodnost, həmçinin milli ruh kimi də tərcümə oluna bilər) — rus milləti üzərində dövlətin qurucu rolunun tanınması.
1860-cı illərdə təhsil sisteminin və Qərbi Avropadan gələn ideologiyalara və ideyalara mühafizəkar müqavimətin nəticəsi olaraq panslavyanizm meydana çıxdı. Panslavyanizm həm rus millətçiliyini tətikləyirdi və onu millətçi missiya kimi panslavyanizmi dəstəkləməyə və qorumağa təşviq edirdi. Slavofil hərəkat XIX əsr boyunca Rusiyada xeyli məşhur oldu. Rusiya imperiyasının Osmanlıya qarşı müharibələri zamanı provoslav xalqların — bulqarların, rumınların, serblərin, yunanların — azad edilməsi bu hərəkatı daha ilhamlandırdı. Bu hərəkatatın üzvləri Qərbi Avropanın Rusiyaya təsirinə qarşı idilər və rus mədəniyyətini, adət-ənənəsini qorumağı hədəfləyirdilər. Aleksey Xomyakov, İvan Kireyevski və Konstantin Aksakov hərəkatın qurucularından hesab edilirlər.
Almaniya
[redaktə | mənbəni redaktə et]Alman millətçiliyi (alm. Deutscher Nationalismus və ya alm. Deutschnationalismus) alman milləti, dəyərləri, kimliyi və kültürü üzərindəki yüksəlmişdir. Alman millətçiliyinin ilk toxumları Reformasiya zamanında atılmışdır. Martin Lüter ilə alman kültürü və ədəbiyyatı yayqınlaşdı və sosial olaraq gücləndi. Xüsusilə, Napoleon müharibələri dövründə pangermanizm ortaya atıldı və bununla bərabər milliyətçilik hərəkatı gücləndi və böyüdü.
Pangermanizm (alm. Der Pangermanismus) German xalqlarını tək bir hakimiyyət altında toplamanı hədəfləyən fəlsəfi və siyasi axındır. İlk pangermanistlər sadəcə XIX əsr almancası danışılan yox, german dilləri danışılan başqa torpaqları da Böyük Almaniya (alm. Großdeutschland) adındakı millət-dövlət hakimiyyəti altında toplamaq istəyirdilər. Bu dövrdə german dillərində danışılan torpaqları sözüylə nəzərdə tutulan yerlər bunlar idi — Flandriya dilində, frizcə danışılan bölgələr, Benilüksün hollandca danışılan yerləri və bəzən. Skandinaviya.
Pangermanizm bütün XIX və XX əsrin ilk yarısı boyunca alman siyasətində çox təsirli idi. 1891-ci ildə Pangerman Cəmiyyətini quran XIX əsrin bir pangermanist filosofu, etnosentrik ideologiyaları mənimsəmişdilər. Bu ideologiyalar ən sonunda Vətən, imperiyaya ! (alm. Heim ins Reich) siyasətinin çox güclü formaya gəlməsi ilə nəticələndi.
XIX əsr boyunca alman dövlətlərində pangermanizmlə yanaşı və bir çox zaman eyni yerdə alman millətçiliyi də durmadan inkişaf edirdi. Napoleon müharibələri bunu daha da təşviq edirdi.
1806-cı ildə Napoleon Prussiyanın qərbindəki bir neçə orta əsrlərdən qalmış dövlət qurumlarını ləğv etdi. Ləğv edilən qurumların arasında Müqəddəs Roma imperiyası da var idi. O, rasional hüquq sistemi yaratdı və mümkün olan bütün dramatik dəyişiklikləri həyata keçirdi. Onun 1806-cı ildə yaratdığı Reyn Konfederasiyası almanlar arasında milliyətçilik hissinin yüksəlməsinə səbəb oldu.
Millətçilər çox zaman özlərinin birləşmə və güc axtarışı mübarizəsində bir şəxsin ətrafında birləşməyə çalışırlar. Danimarka, Avstriya və Fransaya qarşı qısa müddətli müharibələr nəticəsində uuğr qazanaraq Almaniyanı birləşdirən Otto fon Bismark da belə şəxslərdən idi və onun qələbələri digər kiçik alman dövlətlərindəki millətçilərin şövqə gəlməsinə səbəb olurdu. Onlar Bismarkın müharibələrində savaşır və 1871-ci ildə Avropada güc və qüvvələr balansını təmin edən Almaniya imperiyasına qatılmağa çalışırdılar.
XIX əsrdəki alman millətçiliyi Hegeliyan mərkəzli akademik tarixçilər tərəfindən inkişaf etdirilirdi. Onlar Prussiyanı həqiqi alman ruhunun daşıyıcısı kimi qəbul edir və millətçiliyin son hədəfi kimi dövlətin güclü olmasını görürdülər. 3 əsas tarixçi bunlar idi — İohann Qustav Droysen (1808–1884), Henrix fon Sibel (1817–1895) və Henrix fon Treytşke (1834–1896). Droysen liberallıqdan millətçiliyə keçmişdi və millətçiliyində Prussiya protestanlığını xüsusi vurğulayıb, Avstriya katolikliyinə, gücsüzlüyünə və geridəqalmışlığına nifrət edirdi. O, Prussiya kralları olan Hohensollernlərini ideallaşdırırdı. Onun 14 cildlik "Prussiya siyasətinin tarixi" əsəri milliyətçilik araşdırmaçıları və alimləri üçün funtamental əsərlərdən biridir. Fon Sibel akademik tarix jurnalı olan Historische Zeitschrift-in yaradıcısı və rəhbəri olmuşdur. O, uzun müddət Prussiya arxiv idarəsinin müdiri kimi xeyli sayda sənəd yayımlamış və bu sənədlər milliyətçilik alimləri tərəfindən istifadə edilmişdir.
Bu alimlərdən ən təsirlisi alman millətçi tarixçisi Treytşkedir. Onun Heydelberq və Berlin universitetlərinin elit təbəqədən olan tələbələri üzərində nəhəng nüfuzu var idi. O, parlamentarizmin, sosializmin, pasifizmin, ingilislərin, fransızların, yəhudilərin və kosmopolitanların alovlu tənqidçisi idi. Onun ideallarının nüvəsi Prussiya rəhbərliyi altında birləşmiş güclü Almaniya idi. O, deyirdi:
Dövlətin ən ali öhdəliyi öz gücünü artırmaqdır. |
Çex əsilli ailədən gəlməsinə baxmayaraq, özünü Slavyan yox, German hesab edirdi:
Mən bir professordan min dəfə çox vətənpərvərəm. |
Nasizm ideologiyası ilə ifadə olunan alman millətçiliyi təbiətən transmilli olaraq başa düşülə bilər. Bu aspekt ilk dəfə sonradan Nasist partiyasının rəhbəri olmuş Adolf Hitler tərəfindən müdafiə edilmişdi. Partiya Avstriya, Norveç, Danimarka, İsveç, Birləşmiş Krallıq, Çexoslovakiyanın və Latviyanın bir neçə hissəsində yaşadığı iddia edilən ariyan irqinə xitab edirdi.
Bu arada, nasistlər bu ölkələrdəki bəzi qrupları vətəndaş kimi qəbul etmirdilər. Bunlara misal olaraq qaraçıları, yəhudiləri göstərmək olar. Əsas nasist doktrinlərindən biri olan Yaşam sahəsi və ya Lebensrauma görə ariyanlar Polşaya, Şərqi Avropaya, Baltik yani ölkələrə, Qərbi Rusiyaya və Ukraynaya yerləşdirilməli idi. Lebensraum ariyan irqini hər hansısa millətin və ya milli sərhədin çox irəlisinə aparmaq üçün hazırlanmış böyük bir layihə idi. Nasistlərin məqsədləri ariyan irqini özlərinin qəbul etdikləri kimi irəlilətməyə, insan irqinin xüsusi modifikasiyasına və daha aşağı hesab etdikləri insanları məhv etməyə yönəlmişdi. Lakin məqsədləri transmilli idi və nail ola biləcəkləri qədər dünyanın hər tərəfinə yayılmaq niyyətində idi. Lakin məqsədləri transmilli idi və nail ola biləcəkləri qədər dünyanın hər tərəfinə yayılmaq niyyətində idi. Nasistlər alman tarixini xüsusi tərifləsə də, Hindistan daxil olmaqla, digər ölkələrdə ariyan irqinin ehtimal olunan fəzilətlərini və nailiyyətlərini də əhatə etmişdir.
İtaliya
[redaktə | mənbəni redaktə et]İtalyan millətçiliyi XIX əsrdə meydana çıxmışdı. İtalyan millətçiliyi İtaliyanın birləşdirilməsinin və ya Risorgimento (oyanış, dircəlmə) hərəkatının əsas aparıcı qüvvəsi idi. İtalyan millətçiliyi siyasi və intelektual axım idi və Apenin yarımadasındakı müxtəlif italyan dövlətlərində yaranmışdı. Bu hərəkat nəticəsində 1861-ci ildə İtaliya krallığı yaradıldı. Risorgimentonun xatirəsi italyan millətçiliyinin mərkəzində dayanır. Bu hərəkat yarandığı zaman liberal orta sinfə əsaslanırdı. İki əsas qrup əks qütblərdə qalır — cənub və ya "Mezzogiorno" (keçmiş iki Siciliya krallıqları) və dindar katoliklər. Yeni hökumət yenicə birləşdirilmiş cənubla işğal edilmiş region kimi davranırdı. Bu bölgənin kasıblığı, geridəqalmışlığı və standart italyancanı yaxşı qavraya bilməmələri problemə çevrildi. Liberallar həmişə Papanın və yaxşı təşkil edilmiş Katolik Kilsəsinin rəqibləri idilər. Papa İtaliyanın mərkəzinin siyasi hakimiyyətini uzun müddət öz əlində saxlaya bilmişdi. Lakin 1860-cı ildə mərkəzi İtaliyadakı ərazilərini, 1870-ci ildə isə Romadakı hakimiyyətini itirdi. Papa uzun müddət modern liberalizmə qarşı oldu və yeni italyan hpkumətin təkliflərini rədd etdi. Papa özünün Vatikanda əsir hesab edirdi və katoliklərə siyasətə qarışmağı, səs verməyi qadağan etmişdi. Katoliklərin uzaq tutulması 1929-cu ilə qədər davam etdi. Siciliyalı Françesko Krispinin liberal hakimiyyəti zamanı Otto fon Bismarkdan ilhamlanaraq o, xarici siyasətdə aqressiv olmağa başladı və bunu edərkən millətçiliyə əsaslanırdı. Tarixçi R. J. B. Bosvort onun millətçi xarici siyasətini belə əsaslandırırdı:
Krispi faşist rejiminə qədər heç bir hökumətlə müqayisə oluna bilməyəcək dərəcədə aqressiv siyasət yeridirdi. O, hərbi xərcləri artırmış və Avropadakı münaqişələrdən şadyanalıqla bəhs edirdi. O, britaniyalı və almaniyalı dostlarını düşmənlərinə önləyici hücum edəcəyi ilə bağlı həyəcanlandırmışdı. Onun siyasəti həm İtaliyanın Fransa ilə ticarəti üçün, həm də Şərqi Afrikadakı müstəmləkə ambisiyaları üçün viran edici idi. Krispinin torpaq istəyi 1 mart 1896-cı ildə Efiopiya kralı Menelik tərəfindən önləndi. Adova döyüşündə modern ordu fəlakətlə üzləşdi. Krispi şəxsi həyatına və maliyyə mənbələrinə görə alçaldıcı tərzdə təqaüdə getməyə məcbur oldu.[3] |
Bu dövrdə sənayeləşmiş şimalda millətçiliyə qarşı olan üçüncü qrup meydana çıxdı. Bu qrup liberalizmə də qarşı idi. İtaliya Birinci Dünya müharibəsinə torpaq vədindən sonra Antanta tərəfindən daxil oldu. Lakin müharibə fiasko ilə nəticələndi və vədlər yerinə yetirilmədi. Bu liberalizmin etibarını itirməsinə səbəb oldu və meydana özünün yaratdığı faşizm ideyası ilə Benito Mussolini çıxdı. Mussolininin 20 illik diktaturası bir sıra müharibələrə, Hitler Almaniyası ilə ittifaqa və İkinci Dünya Müharibəsində məğlubiyyətə və əziyyətə səbəb olan son dərəcə təcavüzkar bir millətçiliyə xarakterizə olunur. 1945-ci ildən sonra katoliklər hökumətə qayıtdılar və gərginliklər bir qədər azaldıldı, lakin əvvəlki keçmiş iki Siciliya kasıb və istehza mənbəyi olaraq qaldı. İşçi sinfi İkinci Dünya müharibəsindən sonra Kommunist partiyasınnın nəzarətinə keçmiş və Romadan çox Moskvanın tabeliyində idi. Onlar şimaldakı sənaye şəhərlərinə nəzarətə almalarına baxmayaraq, milli hökumətləri ələ keçirə bilmədilər. XXI əsrdə kommunizm İtaliyada artıq marjinallaşmış qüvvədir və dəstəkçisi xeyli azdır. Lakin İtaliya siyasətindəki gərginliklər hələ də davam edir. Buna misal olaraq, 1980-ci illərdəki Umberko Bossinin Padanism hərəkatını göstərmək olar. Padanizm şimali və mərkəzi İtaliyaya muxtariyyət tələb edirdi və zaman keçdikcə italyan millətçiliyinin orta xətti ilə qaynaşdı. Bu dövr ərzində İtaliyada başqa separatçı hərəkatlar da mövcud olmuşdur.
Yunanıstan
[redaktə | mənbəni redaktə et]XIX əsrin başlanğıcında Romantizm, Klassisizm, yunan millətçiliyinin keçmiş hərəkatlarından və Osmanlı imperiyasına qarşı yunanların qaldırdığı üsyanlardan (1770-ci ildə baş vermiş Cənubi Yunanıstanda Orlofika üsyanı, 1575-ci ildə Şimali Yunanıstanda baş vermiş Epirus-Makedoniya üsyanı və s.) ilhamlanaraq yunan millətçiliyi Yunanıstan İstiqlaliyyət müharibəsinə başladı. 1820-ci illərdə baş vermiş istiqlaliyyət müharibəsində yunanlar Osmanlı imperiyasının hakimiyyətindən azad olmağa çalışırdı və onu xristian Avropa, xüsusilə də Britaniya dəstəkləyirdi. Britaniyanın yunanları dəstəkləməsinin bir səbəbi də o dövrdə Britaniyada Klassik Yunanıstanın ideallaşdırılması və romantizm cərəyanının geniş yayılması idi. Fransa, Rusiya və İngiltərə bu millətçi cəhdin uğurunu təmin etmək üçün hadisələrə kəskin formada müdaxilə etmişdi.
Serbiya
[redaktə | mənbəni redaktə et]Əsrlər boyunca provoslav serblər müsəlman Osmanlı imperiyası tərəfindən idarə olunmuşdur. 1817-ci ildə Osmanlıya qarşı Serb inqilabının uğurlu olması nəticəsində Serb knyazlığı yaradıldı. Bu knyazlıq 1867-ci ildə de-fakto, nəhayət, 1878-ci ildə de-yure müstəqillik qazandı. Serbiya müstəqillik qazandıqdan sonra qərbdə yerləşən Bosniya və Hersoqovinanı, cənubda yerləşən Qədim Serbiyanı (Kosovo və Vardar Makedoniyası) özlərinə birləşdirməyə çalışırdılar. Serbiya və Xorvatiyadakı (o dövrdə Avstriya-Macarıstanın bir hissəsi idi) millətçi dairələr 1860-cı illərdə Cənubi Slavyan birliyi qurmağa çalışırdılar və Bosniyanı eyni dilə və ənənələlərə görə özlərinin ümumi torpağı hesab edirdilər. 1914-cü ildə serb inqilabçıları Bosniyada Avstriya-Macarıstanın vəliəhd şahzadəsi Ferdinandı qətlə yetirdilər. Almaniya imperiyası tərəfindən dəstəklənən Avstriya-Macarıstan bundan sonra Serbiyanı məhv etməyə çalışdı. Nəticədə, Birinci Dünya müharibəsi başladı və sonda Avstriya-Macarıstan imperiyası millət-dövlətlərə parçalandı.
1918-ci ildə Banat, Baçka və Baranca serb ordusunun tabeliyinə keçdi. Bundan sonra serblərin, bunyekcilərin və digər slavyanların Böyük Ali Məclisi Serbiyaya birləşmək qərarına gəldi. 1 dekabr 1918-ci ildə Serbiya krallığı Slovenlərin, Xorvatların və Serblərin Dövlətinə birləşdi və dövlət Serblərin, Xorvatların və Slovenlərin Krallığı adlandırıldı. Krallığın adı sonradan Yuqoslaviya olaraq yenidən dəyişdirildi və ən sonda uğursuz olan yuqoslav kimliyi dəstəklənməyə başlandı. İkinci Dünya müharibəsindən sonra yuqoslav kommunistləri Yuqoslaviya Respublikasının əsasını qoydular. Bu dövlət 1990-cı illərdə dağıldı.
Polşa
[redaktə | mənbəni redaktə et]Polyak millətçiliyi 1918-ci ildən əvvəl bir neçə dəfə uğursuzluğa məruz qalmışdır. 1790-cı ildə Habsburq monarxiyası, Prussiya və Rusiya Polşanı işğal etdi və öz aralarında böldü. Napoleon Varşava hersoqluğunu qurdu və bu da polyak millətçiliyinin alovlanmasına səbəb oldu. 1815-ci ildə Polşa Konqresi Rusiya kralını Polşa kralı elan etdi. BPolyak millətçiləri 1830 və 1863–1865-ci illərdə Rusiyaya qarşı üsyana qalxdılar. Lakin üsyanlar Polşanı rus mədəniyyəti, dini əsasında yenidən təşkil etmək istəyən Rusiya tərəfindən qəddar formada yatırıldı. Rusiya imperiyasının Birinci Dünya müharibəsinin sonunda məğlub olması nəticəsində böyük dövlətlər 1939-cu ilə qədər mövcud olan müstəqil Polşa dövlətini yaratdılar. Almaniya tabeliyindəki Polşa torpaqları ağır sənaye dövrünə daxil olsa da, Kulturkampf dövründə Bismarkın dini təzyiqlərinə məruz qaldılar. Bu zaman katolik polyaklar Mərkəz Partiyasına qoşuldular və siyasi olaraq Bismarkı məğlub etdilər. Bismark təzyiqləri dayandırıb, əməkdaşlıq etməyə məcbur oldu.
XIX əsrin sonlarında və XX əsrin əvvəllərində bir çox polyak millətçi lideri Piast konsepsiyasına qoşuldular. Min il əvvələ aid Piast sülaləsi altında polyak ütopiyası qurulmuşdu və modern polyak millətçilərinin bu dəyərlər əsasında polyaklar üçün Polşanı yenidən qurmalı olduqları vurğulanırdı. Jan Poplavski Piast konsepsiyasını 1890-cı ildə inkişaf etdirdi və bu konsepsiya polyak millətçilərinin əsas konsepsiyası halına gəldi. Roman Dmovskinin rəhbərlik etdiyi Endecja və ya Milli Demokratiya Partiyası bu konsepsiyaya əsaslanırdı. Jagiellon konsepsiyası ilə müqayisədə, bu konsepsiyada multi-etnik Polşa ideyası yox idi.
Piast konsepsiyası Jagiellon konsepsiyasına qarşı idi. Jagiellon konsepsiyası multi-etnik Polşanın yaranmasına isti yanaşırdı və Kresi kimi azlıqların yaşadığı bölgələrində Polşaya daxil edilməsinə tərəf idi. Jagiellon konpseisyası 1920–1930-cu illərdə hökumətin rəsmi ideologiyası idi. Sovet İttifaqı diktatoru İosif Stalin1943-cü ildə Tehran bu planı rədd etmişdi. Çünki bu plan ukraynalılar və belorusiyalılar üzərində polyak hakimiyyətini özündə ehtiva edirdi. O, Piast konsepsiyasını müdafiə etdi, çünki bu konsepsiya çərçivəsində polyak sərhədləri bir xeyli qərbə çəkilirdi. 1945-ci ildən sonra Sovet İttifaqı dəstəkli Polşa kommunist kukla dövləti Piast konsepsiyasını əsas gətirərək özlərini "əsl polyak millətçiliyinin varisləri" elan etmişdilər. Bütün qətlə yeirilmələrdən, Nasist Almaniyası işğalından, Polşadakı terrordan, müharibə dövründə və müharibədən sonrakı dövrdəki əhali transferlərindən sonra polşa əhalisinin 99 faizi rəsmi olaraq etnik polyak oldu.
Yəhudi millətçiliyi
[redaktə | mənbəni redaktə et]Yəhudi millətçiliyi XIX əsrin II yarısında yüksəlməyə başladı və əsasən, Sionist hərəkatı formasında təzahür etdi. Bu hərəkatın mənası Sion szöündən gəlir. Sion Tövratda Yerusəlim şəhərinə verilənadlardan biridir. Sionistlərin və millətçilərin son hədəfi Fələstin torpaqlarında İsrail dövləti qurmaq idi. Məbədin birinci və ikinci dəfə dağıdılması, Tövratın kəhanətləri yəhudi millətçiliyinə xeyli dərəcədə təsir etmişdir. Yəhudi teologiyası və eskatologiyasında önə çıxan bir çox nəzəriyyə bu dövrdə hərəkatın dəstəkçiləri və müxalifləri tərəfindən formalaşdırılmışdı.
1789-cu il Fransız Burjua inqilabı Avropada idarəetmə və suveenliklə bağlı yeni düşüncələrin yayılmasına səbəb oldu. Adət edilmiş iyerarxiya təməlli sistemdən siyasi individualizmə və vətəndaş dövlətlərinə keçid yəhudilər üçün dilemma yaratdı. Vətəndaşlıq əsas qanuni və yaşayış hüquqlarını təmin etmək üçün gəldikdə vacib idi. Bu getdikcə daha çox yəhudinin bu hüquqlarını qorumaq üçün müəyyən millətlərlə özünü identifikasiya etməsi ilə nəticələndi. Məntiqlə yanaşsaq, dil, həyat tərzi və tarixi keçmiş baxımından digər millətlərlə öz aralarında böyük fərq olduğunu görən yəhudilərdə bu proses çətin gedirdi, çünki bu millətlərdə artıq millət əsaslı dövlət modelinə keçmişdilər. Tarixçi David Engel bildirir ki, Sionizm qədim dini kəhanətlərin yerinə yetirilməsi üçün çalışmaqdan, tarixi mətinlərə əməl etməkdən çox dünya üzərindəki yəhudilərin daha dağınıqlaşacağından və qorumasız qalacağından meydana çıxmışdır.
XX əsr
[redaktə | mənbəni redaktə et]Çin
[redaktə | mənbəni redaktə et]Asiyada millətçiliyin oyanması qitənin tarixinin formalaşmasına kömək etdi. Əsas hadisə 1905-ci ildə modern müharibədə avropalı ordunun qeyri-avropalı ordu tərəfindən məğlub edilməsi oldu. Bu məğlubiyyətdən Çində, Türkiyədə və İranda millətçiliyə yeni maraqların yaranmasına səbəb oldu. Çində Sun Yat Sen (1866–1925) özünün Homindan (Milli Xalq Partiyası) partiyasını qurdu. O, köhnəlmiş imperiyanın xarici qüvvələr tərəfindən idarə olunmasına qarşı çıxırdı. Partiya bunları vəd edirdi:
Bu andan etibarən mən köhnəni dağıdır və yenini inşa edirəm, mən insanların öz müqəddaratını təyin etməsi üğrunda döyüşəcəm və gücümü Çin Respublikasını dəstəkləmək üçün sərf edəcəm. "Üç prinsip" vasitəsiylə yaxşı hökumətin tərəqqisi, insanların xoşbəxtliyi və əbədi sülhü, bütün dünyada sülh naminə dövlətin əsaslarının möhkəmləndirilməsi üçün demokratiyanı reallaşdıracam. |
Homindan partiyası əsasən 1949-cu ildə kommunistlər hakimiyyəti ələ alana qədər Çini idarə etmişdir. Lakin Çindəki kommunizm Sun Yat Senin millətçiliyindən və 1919-cu ildə baş vermiş 4 may hərəkatından təsirlənmişdir. Etirazlar Çinin geridəqalmışlığına qarşı idi və tez-tez Çin kommunizminin intelektual əsasını formalaşdıran hadisələrdən hesab edilir. 1920–1930-cu illərdə davam etmiş Yeni Mədəniyyət Hərəkatı 4 may hərəkatından ilhamlanmışdı . Tarixçi Patrisiya Ebreyə görə:
Milliyətçilik, vətənpərvərlik, inkişaf, elm, demokratiya və azadlıq hədəflər idi, imperializm, feodalizm, dərəbəylik, avtokratiya, adət-ənənələrə kor-koranə itaət düşmənlər idi. Ziyalılar necə güclü və müasir ola bilmək məsələsi və rəqib millətlər qarşısında Çinin siyasi birliyini neçə qoruyacaqları barədə mübarizə aparırdılar. |
Yunanıstan
[redaktə | mənbəni redaktə et]Millətçi irredentist hərəkat Yunanıstanda XIX əsrdən çox geniş yayılmışdı və Enozis adlanırdı. Enozis etnik yunan ərazilərinin birləşmiş yunan dövlətində birləşməsini nəzərdə tuturdu. Bu ideyadan hələ də Kipr məsələsində istifadə olunur və bəzən, Megali ideya da adlanır. Megali ideya qədim yunan əraziləri olduğu iddia olunan ərazilərin (Krit, İoniya, Pont, Şimali Epirus, Kappadokiya, Frakiya və s.) Osmanlı imperiyasından alınmasını və Yunanıstana birləşdirilməsini nəzərdə tuturdu. Bu ideya XIX və XX əsr boyunca xeyli dərəcədə məşhur oldu və bu ərazilərin bəziləri Yunanıstana birləşdirildi. Həmçinin bu ideya 1919-cu ildə Türk-Yunan müharibəsinə səbəb oldu.
4 avqust rejimi əsasında Yunanıstanda qurulmuş hakimiyyət faşist millətçi hakimiyyət idi və onu quranlar Mussolinin İtaliyasından və Hitlerin Almaniyasından ilhamlanmışdılar. 1936-cı ildə İoannis Meksas 1941-ci ilə — ölümünə qədər hakimiyyətdə qalmışdır. Metaksasın ideyasına görə Qədim Yunanıstan və Bizans imperiyası birinci və ikinci böyük yunan sivilizasiyası idi və onun Yunanıstanı Üçüncü Hellenik Sivilizasiya olmalı idi. Rejim yunan adət-ənənələrini, xalq musiqisini və rəqslərini, klassikliyi, eləcə də orta əsrləri təbliğ edirdi.
Afrika
[redaktə | mənbəni redaktə et]1880-ci illərdə Efiopiya və Liberiya istisna olmaqla, Afrika Avropa qüvvələri arasında bölünmüşdü. Onlar Afrikanı İkinci Dünya müharibəsinin sonlarına qədər idarə edə bildilər. Müharibədən sonra Afrikadakı yerli əhali arasında milliyətçilik hissi geniş yayıldı və onlar avropalıları qova bildilər. 1950 və 1960-cı illərdə keçmiş kolonial birliklər müstəqil respublikalar oldular. Proses çox zaman sülh şəraitində həyata keçirdi, lakin Əlcəzair, Keniya kimi yerlərdə müstəqillik uzun müddət davam edən qanlı müharibələr fonunda əldə edildi. Afrikadakı millətçiliyin təşkilalanma bacarıqları dünya müharibəsi zamanı Britaniya, Fransa və digər ordularda öyrəndikləri biliklərə əsaslanırdı. Bu nə yerli, nə də xarici qüvvələrlə əməkdaşlıq etməyən və ilhamlanmayan, onlardan tərəfindən təqtiqlənməyən qüvvələrin meydana çıxmasına gətirib çıxardı. Millətçi təşkilatlar həm yeni kolonial rəhbərliklərlə, həm də yerli rəhbərliklərlə mübarizə aaprmağa başladı və sonda onların hər ikisini də məğlub edə bildi. Millətçi hərəkatların liderləri avropalılar çıxarılan kimi hakimiyyəti ələ aldılar. Onlardan bəziləri on illərlə, bəziləri isə ölənə qədər hakimiyyətdə qaldı. Bu strukturlara siyasi, təhsil, dini və digər ictimai təşkilatlar daxil idi. Son onilliklərdə bir çox Afrika ölkəsi mərkəzləşdirilən hakimiyyətin və patrimonial dövlətin mövqelərini dəyişdirərək millətçi hərarətin zəfərini və məğlubiyyətini yaşamışdır.
Britaniya koloniyası olan Cənubi Afrika 1931-ci ildə demək olar ki, müstəqil olmuşdu və bu xüsusiyyətinə görə Afrikada istisna idi. Lakin Cənubi Afrika irqi ayrı-seçkiliyə əsaslanan və ağdərili azlıq tərəfindən idarə olunurdu. Bu rəsmi səviyyədə də təsbit edilmişdi. Bu vəziyyət 1994-cü ilə qədər davam etdi və bu ildə seçkilər keçirildi. Qaradərili millətçi hərəkat müvəffəqiyyət əldə olunana qədər mübarizə apardı və Nelson Mandela prezident seçildi.
Orta Şərq
[redaktə | mənbəni redaktə et]Ərəb millətçiliyi Orta Şərqdəki ərəb xalqını müstəqil etmə və gücləndirmə hərəkatı idi. Hərəkat XIX əsrdə XVIIx və XIX əsrin digər azadlıq hərəkatlarından ilhamlanaraq meydana çıxmışdı. Osmanlı imperiyası dağıldıqdan və Orta Şərq Avropanın böyük qüvvələri tərəfindən parçalandıqdan sonra ərəb xalqları da öz müstəqilliklərini qazanmaq və onları xaricilərin yox, özlərinin idarə etməsi üçün mübarizəyə başladılar. Suriya 1920-ci ildə yaradıldı, Transiordaniya (sonradan İordaniya) 1921–1946-cı illər arasında tədricən müstəqilliyini qazandı, Səudiyyə Ərəbistanı 1932-ci ildə müstəqil oldu, Misir isə 1922–1952-i illər arasında tədricən müstəqilliyini qazandı. 1945-ci ildə ərəb dövlətləri arasında əməkdaşlığı inkişaf etdirmək və maraqları tənzimləmək üçün Ərəb Liqası quruldu.
Bu hadisələrlə yanaşı XIX əsr boyunca Avropadakı yəhudilər arasında Sionizm hərəkatı genişlənirdi. 1882-ci ildən başlayaraq yəhudilər Avropadan Osmanlı Fələstininə köç etməyə başladılarş Bu köçdə məqsəd Fələstini yeni yəhudi vətəni halına gətirmək idi. Bu istək 1948-ci ildə İsrail dövlətinin elan edilməsi ilə özünün kulminasiya nöqtəsinə çatdı. Fələstinin ərəb millətinə mənsub olduğunu inanan ərəb millətçilərlə yəhudilərin hərəkətləri toqquşurdu. Nəticədə qonşu ərəblər yəhudilərlə müharibəyə başladı. Hücum yalnız qismən müvəffəq oldu və ərəblərlə yəhudi milliyətçilik ideologiyaları arasında on illər boyunca davam edən toqquşmalara səbəb oldu.
Postkommunizm
[redaktə | mənbəni redaktə et]1989-cu il iqilablarından sonra 1990-cı illərin əvvəllərində kommunzim süqut etməyə başladı. Kommunizmin çöküşü bir çox insanı kimliksiz buraxdı. Kommunist hakimiyyəti altında olan insanlar inteqrasiya etməli idilər və özləri seçim etməkdə azad olaraq tapdılar. Sərbəst seçimi nəzərə alsaq, uzun davam edən münaqişələr başladı və ciddi münaqişə mərkəzləri meydana çıxdı. Yuqoslaviyada kommunizm süqut etdikdə, millətçiliyin həddindən artıq artmasına səbəb olan ciddi qarşıdurma yarandı.
1992-ci ildə yazdığı məqaləsində Benjamin Barber bildirirdi ki, kommunizmin çöküşü çox sayl insanların birlik axtarmasına, kiçik ölçülü müharibələrin geniş yayılmasına, qrupların öz sərhədlərini, kimliklərini, mədəniyyətlərini və ideologiyalarını yenidən qurmağa cəhd etməsinə səbəb olacaqdır. Həmçinin, kommunizm "biz və onlar" düşüncə tərzinin geniş yayılmasına da şərait yaratdı. Hökumətlər sosial maraqlar üçün vasitə halına gəldi və ölkələr məsələn mədəniyyət, din və etnos majoritarlığına əsaslanan milli siyasət formalaşdırmağa başladı. Yeni cücərən demokratiyalar arasında insan haqlarında, miqrasiyada, ticarətdə, kommersiyada böyük fərqlər mövcud idi.
Akademik Stiven Berq millətçi konfliktlərin əsasında muxtariyyət və separat mövcud olma tələblərinin dayandığını bildirir. Bu milliyətçilik, xüsusilə kommunizmin çöküşündən sonra etnik sərhədlərin milli sərhədlərlə düz gəlmədiyi yerlərdə müəyyən qruplarda "xilas olma arzusunun" meydana gəlməsinə səbəb olurdu. Şəxslərin və ya qrupların öz inanclarına uyğun hərəkat etməsi toqquşmalara səbəb olurdu və bu toqquşmalar tez bir zamanda lokal müharibələrə gətirib çıxarırdı. bu baş verdikdə münaqişəni dayandıra bilməyən dövlətlər demokratikləşmə prosesinin dayandırılması təhlükəsi ilə üzləşdilər.
Yuqoslaviya Birinci Dünya müharibəsindən sonra yaradılmış və 3 müstəqil etnik qrupdan ibarət idi: serblər, xorvatlar və slovenlər. 1971-ci ildən 1981-ci illər arasındakı milli suyahıyaalmalar göstərir ki, özünü yuqoslav olaraq identifikasiya edənlərin sayı yalnız 1,3 faizdən 5,4 faizə yüksələ bilmişdi. Bu bütövlükdə ölkənin təxminən 50 ildən sonra fərqli dini, etnik və ya milli kimliyə bölünəcəyi demək idi.
Yuqoslaviya daxilində Xorvatiya və Sloveniyanın Yuqoslaviyanın yerdə qlaannıdan ayrılması regionun əvvəlki fəth tarixinin görünməyən xəttinə əsaslanırdı. Xorvatiya və Sloveniya əvvəllər katoliklər və ya protestantlar tərəfindən işğal edilmişdi və Avropa tarixi, İntibah dövrü, Fransa inqilabı, Sənaye inqilabı ilə bağlı idi. Eləbu səbəblərə görə də, demorkatiyaya meyilli idi. Yuqoslaviyanın yerdə qalan hissəsi isə ya Osmanlı imperiyası, ya da Rusiya imperiyası tərəfindən işğal edilmişdi və iqtisadi olaraq zəif inkişaf etmişdi. Bu səbəblərə görə də demokratiyaya bir o qədər də meyilli deyildi.
1970-ci illərdə Yuqoslaviyanın tərkibindəki ayrı-ayrı ərazilərin rəhbərliyi digər ərazilərin hesabına yalnız ərazi maraqlarını qoruyurdu. Xorvatiyada, serblər və xorvatlar arasında demək olar ki, bir ərazidə parçalanma var idi. Xorvatiyada hər hansısa səbəbdən yarana biləcək toqquşma qonşu ərazilər olan Bosniya və Hersoqovinaya sıçraya bilərdi. Bosniya daxilində çoxluğu olan bir qrup yox idi; müsəlman, Serb, Xorvat və Yuqoslav kimlikləri burada təxminən bərabər idi. Buna görədir ki, rəhbərlik burada güclənə bilmədi. Siyasi təşkilatlar bu cür mçox saylı millətçiliyin öhdəsindən uğurla gələ bilmədilər. Ərazilərdəki rəhbərlik güzəştə getmirdi. Bir etnosun qalib, digərinin məğlub olması bütün regionu əhatə edə biləcək müharibə təhlükəsi meydana çıxarırdı. Bu etnik kimliyi təşviq edən siyasi mövqeyi gücləndirdi və Yuqoslaviyada gərgin, bölünmüş siyasi rəhbərliyin meydana çıxmasına səbəb oldu.
1980-ci illərdə Yuqoslaviya parçalara bölünməyə başladı. Ölkə daxilindəki iqtisadi şərtlər pisə doğru gedirdi. Mübahisəli ərazilərdəki toqquşmalar kütləvi millətçiliyinin və etnoslar arası düşmənliklərin yüksəlməsinə səbəb oldu. Ölkənin şimal hissəsindəki Xorvatiya və Sloveniyada adam başına düşən gəlir cənub hissə ilə müqayisədə bir neçə dəfə yüksək idi. Həmçinin ölkənin cənubunda etnik albanlarla serblər arasında Kosova ərazisində etnik zəminli toqquşmaların artması iqtisadi vəziyyəti daha da çətinləşdirdi. Bu münaqişə Yuqoslaviyadakı və Serbiyadakı serblər arasında ifrat millətçiliyin yayılmasına və güclənməsinə səbəb oldu. Kommunist serb Slobodan Miloşoviç davam edən münaqişədən propaqanda məhsulu kimi istifadə edərək serb millətçilyinin yayılmasına çalışırdı. Bildirildiyi kimi, Voyvodinadakı, Serbiyadakı, Çernoqoriyadakı və Kosovodakı toqquşmalar emosional hisslərə əsaslanaraq etnik serblər arasında milliyətçilik hissinin artmasına səbəb oldu. Serb millətçiliyi çox yüksəlmişdi və Slobodan Miloşeviç bundan istifadə edərək Voyvodinadakı və Çernoqoriyadakı liderləri devirdi və Kosovodakı albanları represiyaya məruz qoydu. Bütün bunlardan sonra, nəhayət, 8 regionun idarəçiliyini öz əlində cəmləşdirə bildi. Sloveniya kommunist nəzarətində olmayan dörd bölgədən biri idi və demokratik bir dövlətə üstünlük verirdi.
Sloveniya daxilindəki qorxu getdikcə artırdı, çünki Miloşeviç Kosovodakı narazılıqları yatırmaq üçün hərbi gücdən istifadə etmişdi və bunu Sloveniyada da təkrarlaya bilərdi. Yuqoslaviyanın yarısı demokratik dövlətdə, digər yarısı isə millətçi avtokratik rejimdə yaşamaq istəyirdi. 1989-cu ildə gərginlik pik nöqtədə idi və Sloveniya özünün Yuqoslaviyadan mütəqilliyini elan etdi. 1990-cı ilin yanvarında Yuqoslaviya Kommunistlər Liqasında Serbiya ilə bağlı ümumi qırılma oldu. Bu qurum Miloşeviç tərəfindən birliyi gücləndirmək üçün yaradılmışdı. Bu qurumun da çökməsindən sonra Yuqoslaviyada kommunizmin tamamilə çöküşü üçün münbit şərait yarandı.
1990-cı ilin avqustunda etnik cəhətdən bölünmüş qruplar hökumət quruluşunu dəyişdirməyə çalışdıqda bölgəyə xəbərdarlıq edildi. Müharibədən sonrakı dövrdə kommunist rejimi tərəfindən qurulan respublika sərhədləri etnik icmaların iddialarına və ya sərhədlərinə qarşı son dərəcə həssas idi. Etnik icmalar yeni postkommunist dövründə özlərinin kimliklərini heç kimlə paylaşmamaq üçün ayağa qalxmışdılar. Bu hal yeni hökumətləri təhdid edirdi. Eyni mübahisələr Miloşeviçdən əvvəlki dövrdə də zaman-zaman baş qaldırmışdı.
Ayrıca ərazidə xorvatlar və serblər hökuməti idarə etmək üçün birbaşa rəqabət aparırdılar. Seçkilər keçirildi, nəticədə Serb və Xorvat millətçiliyi arasında potensial qarşıdurmalar artdı. Serbiya öz etnik mənzərəsinə uyğun şəkildə müstəqil olmaq istəyirdi. Lakin bu istək Kosovanı Serbiyadan müstəqil olmağa təşviq edə bilərdi. Onsuzda Kosovadakı etnik albanlar artıq Kosovaya aid deyildi. Serbiya Kosovaya müstəqillik vermək istəmirdi. Müsəlman millətçilər də öz ərazilərində müstəqil olmaq istəyirdilər, lakin bu müstəqillik reallaşacağı təqdirdə xəritəni yenidən çəkmək lazım idi və bu halda qonşu bölgələrlə ərazi münaqişələri meydana çıxacaqdı. Yuqoslaviyada kommunizmin çöküşündən sonra ciddi konfliktlər meydana çıxdı və ifrat milliyətçilik yüksəldi.
Milliyətçilik bəzi çətin hallarda meydana çıxan duyğunun yaranmasına, inandığın şey və aid olduğun qrup uğrunda ölmək istəyinni meydana çıxmasına səbəb oldu. Kommunizmin sonu uzun müddət davam edən konfliktə və müharibəyə səbəb oldu. Çöküşdən keçən 6 il ərzində Bosniya müharibəsində 200.000–500.000 insan qətlə yetirildi. Bosniyalı müsəlmanlar həm serblərdən, həm də xorvatlardan xeyli əziyyət gördülər. Müharibə bir neçə ölkə və qruplardan dəstək alırdı. Bunlara misal olaraq müsəlmanları, pravoslavları, qərb xristianlrını göstrəmək olar. Səudiyyə ərəbistan və İran Bosniyaya, Rusiya Serbiyaya, Mərkəzi Avropa və ABŞ da daxil olmaqla Qərb dünyası Xorvatiyaya dəstək göstərirdi. Papa isə Sloveniya və Xorvatiyanı dəstəkləyirdi.
XXI əsr
[redaktə | mənbəni redaktə et]XXI əsrdə ərəb millətçiliyi təsirini azaltmağa başladı və daha çox lokal millətçiliyə keçdi. 2010–2012-ci illərdə avtoritar rejimlərə qarşı yönəlmiş və mövcud şərtləri bir o qədər yaxşılaşdıra bilməyən çıxışlardan sonra (Ərəb baharı) ərəb millətçiliyi, hətta lokal milliyətçilik belə zəiflədi. Ərəb baharı ilə yanaşı 2003-cü ildə İraqın işğalı, iraq və Suriyadakı vətəndaş müharibələri baş verdi və hələ də davam edir. Hər halda, Ərəb qışının zəifləməsi fonunda Misir prezidenti Əbdül Fəttah əs-Sisi, Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman, BƏƏ lideri Məhəmməd ibn Zayedin inkişaf etdirdiyi milliyətçilik də var.
Qloballaşmanın XX əsrin sonlarında güclənməsi Avropada və Şimali Amerikada milliyətçilik və populizmin yüksəlişinə səbəb oldu. Bu trend Qərbdəki terror hücumlarından (11 sentyabr hücumu buna misal ola bilər), Orta Şərqdəki vətəndaş müharibələrindən və narahatlıqlardan, Avropaya gələn müsəlman qaçqın axınlarından (2016-cı ildə baş vermiş qaçqın problemi bunnu pik nöqtəsi olmuşdur) təsirlənmişdi. Almaniyanın Pegida, Fransanın Milli Cəbhəsi və İngiltərə İstiqlal Partiyası kimi millətçi qruplar, yerli əhalini qorumaq üçün immiqrasiya məhdudiyyətlərini müdafiə edərək öz milləti arasında məşhurlaşdılar.
Rusiyada millətçi düşüncələrin istismarı Vladimir Putinə hakimiyyəti gücləndirməyə imkan verdi. Bu millətçi yanaşmadan 2014-cü ildəki Krımın ilhaqında və Ukraynadakı başqa hadisələrdə istifadə edildi. Millətçi hərəkat son dövrlərdə Mərkəzi Avropada, xüsusən Polşada inkişaf edir. Polşada bu hərəkata hakimiyyətdə olan Qanun və Ədalət partiyası rəhbərlik edir. Rəhbəri Yaroslav Kaçinskidir. Macarıstanda Viktor Orbanın rəhbərlik etdiyi Fidesz partiyası antimiqrant ritorikası ilə məşhurdur və öz xalqı içində yüksək nüfuza malikdir. Onlar həmçinin, xarici təsirə qarşı da mübarizə aparırlar. Millətçi partiyalar həmçinin, Bolqarıstanda, Slovakiyada, Latviyada və Ukraynada koalisiya hökumətlərində iştirak edirlər.
Hindistanda Raştriya Svayamsevak Sanqx partiyasının və baş nazir Marendra Modinin yaxından əlaqəli olduğu Bharatiya Canata partiyası yüksəlişi ilə hindu millətçiliyi də yüksəlişdədir. Onlar Hindistanın qurucularının dünyəvi olmasına baxmayaraq, hinduizmin ölkənin qurulmasında təməl faktorlardan biri olaraq vurğulayırlar. Hindu millətçiliyi Hindutvanı müdafiə edir və təşkilatın bir çox üzvlərinin adları Hindistanda dini azlıqlara qarşı işlənmiş cinayətlərlə birgə hallanır. Bu növdə cinayətlər həmçinin, aşakı kasta nümayəndələrinə qarşı da baş verir. Militarist ruhlu buddist millətçiliyi Myanmarda, Taylandda və Şri-Lankada da yüksəlişdədir.
Şotlandiyanın müstəqilliyi haqqında referendum 2014-cü il 18 sentyabrda keçirilmişdi. Təklif seçicilər tərəfindən 55,3% səslə rədd edildi. 2016-cı ildə Britaniya əhalisi referendumda Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının lehinə səs verdi. Bu nəticə gözlənilməz idi və populizmin qələbəsi kimi qəbul edildi. Şotlandiyadakı referendum kompaniyası zamanı Aİ üzvlüyünün davam etdiriləcəyi əsas təbliğat mövzularından biri idi. Buna görə də, hal-hazırda Şotlandiyada müstəqillik barədə ikinci referendum keçirilməsi tələb edilir.
2016-cı ildə ABŞ prezident seçkiləri zamanı heç bir siyasi təcrübəsi olmayan, öz partiyasında belə müxalifətlə qarşılaşan Donald Tramp böyük siyasi təcrübəyə malik rəqiblərini məğlub edə bildi. Trampın əsas şüarları "Amerikanı yenidən böyük edəcəyik" və "Amerika birinci" açıq-aşkar antiqlobalist yanaşma nümunəsidir və millətçi şüar olaraq qəbul edilir. Onun seçkidə gözlənilməz qələbəsi Breksit səsverməsinə səbəb olmuş eyni cərəyanın bir hissəsi kimi görülür. 22 oktyabr 2018-ci ildə orta müddət seçkilərindən əvvəl prezident Tramp Tekasda kemiş rəqibi senator Ted Kruzun seçki kompaniyasında açıq formada özünün millətçi olduğunu elan etdi. 29 oktyabr 2018-ci ildə o, vətənpərvərliklə millətçiliyi eyniləşdirdi və dedi:
Mən bu ölkə ilə fəxr edirəm və mən bunu "milliyətçilik" adlandırıram. |
Yaponiyada hökumətdəki millətçi təsirlər XXI əsrin əvvəllərində əsasən Nippon Kaiqi təşkilatı sayəsində inkişaf etmişdir. Yeni hərəkat Yaponiyanı yenidən hərbi güc etmək, tarixi narrativlərdən Yapon əxlaqını inkişaf etdirmək və güclü Yaponiya yaratmaq üçün mübarizə aparır.
2016-cı ildə açıq-aşkar millətçi seçi kompaniyası aparan Rodriqo Duterte Flippin prezidenti seçildi. Sələflərinin siyasətinin əksinə olaraq, o, ölkəni keçmiş "hökmdarı" olan olan ABŞ-dən uzaqlaşdırdı və Çinlə, həmçinin Rusiya ilə yaxın münasibətlər qurdu.
2017-ci ildə Rəcəb Tayyib Ərdoğan milli referendumda qalib gəldi və əvvəl görülməmiş bir gücü əlinə keçirdi. Dünya liderlərindən gələn münasibətlər fərqli idi. Qərbi Avropa liderləri daha çox narahatlıqlarını dilə gətirərkən, bir çox avtoritar rejim liderləri və ABŞ Ərdoğanı təbrik etdi. Rəcəb Tayyib Ərdoğana qarşı Türkiyə daxilindəki münasibət də fərqlidir. Ənənəvi millətçi hərəkat Olan MHP son dövrlərdə onu dəstəkləyir, lakin bir çox böyük millətçi təşkilatlar və ya partiyalar isə ona müxalifdir.
2010-cu ildən Katalon millətçiliyi yenilənmiş və Katoloniyanın müstəqilliyini elan etmişdir. Bu hərəkat İspan millətçilərinin müqaviməti ilə qarşılaşdı.
2010-cu illərdə Yunanıstan iqtisadi böhranının və miqrant axınının nəticəsi olaraq orada faşizmdə və Yunan millətçiliyində xeyli dərəcədə yüksəliş baş verdi. Bu tendensiya xüsusil, gənclər arasında yayılmışdı.
Siyasi elm
[redaktə | mənbəni redaktə et]Bir çox siyasət alimləri müasir millət-dövlətin təməlləri və suverenliyin konsepsiyası ilə bağlı müxtəlif nəzəriyyələr yaratmışdırlar. Siyasət elmində milliyətçilik anlayışı bu nəzəri əsaslardan irəli gəlir. Makiavelli, Lokk, Hobbs və Russo kimi filosoflar dövləti hökmdar və fərdlər arasında "ictimai müqavilə"nin nəticəsi olaraq konseptləşdirirlər. Veber dövlətin ən çox işlədilən təriflərindən biri vermişdir. O, deyirdi ki, "dövlət müəyyən ərazidə legitim fiziki güc tətbiqini öz monopoliyasına aldığını iddia edən müəyyən insan icmasıdır." Benedikt Andersona görə millətlər "xəyal edilmiş icmalar" və ya "inşa edilmiş inistitutlar"dır.
Bir çox alimlər iddia edir ki, dövlət quruculuğu, müharibə və milliyətçilik arasında əlaqə vardır. Bir çox alim inanır ki, Avropadakı millətçiliyin inkişafı və sonradan müasir millət-dövlətlərin qurulması müharibə qorxusundan qaynaqlanır. Xarici təhdidlər milliyətçilik üzərində güclü təsirə malikdir, çünki insanlar başa düşür ki, onlar millət olaraq təhdid altındadırlar. Belə hallarda insanlar başa düşürlər ki, bunu uğurlu formada dəf edə bilməyin millət olaraq yeganə yolu milliyətçilikdədir. Xarici təhdidlərin artması ilə dövlətin hasiletmə imkanları artır. Cefri Herbst iddia edir ki, subsahara Afrikasında dövlət millətçiliyinin və hasiletməsinin zəifliyi burada xarici təhdidlərin az olmasından qaynaqlanır. Berri Posen millətçiliyin müharibənin intensivliyini artırdığını və dövlətlərin hərbi güclərini yaxşılaşdırmaq məqsədilə qəsdən millətçiliyi təşviq etdiyini iddia edir
Sosiologiya
[redaktə | mənbəni redaktə et]Millətçiliyin və millət-quruculuğunun sosioloji və modernist şərhi iddia edir ki, milliyətçilik yetərli qədər iqtisadi inkişaf edən, mərkəzi ali hakimiyyəti və birliyi olan modern cəmiyyətlərdə yüksələ və inkişaf edə bilər. Modernist nəzəriyyəçilər qeyd edirlər ki, bu yalnız müasir cəmiyyətlərdə mümkündür, ənənəvi cəmiyyətlərdə adətən millətçiliyin əsas şərtləri yoxdur. Belə cəmiyyətlərdə özü-özünü davam etdirə bilən iqtisadiyyat yoxdur, idarəçilik parçalanmış halda olur və müxtəlif dillərdən istifadə olunur. Nəticədə bir-biriləri ilə ünsiyyət saxlaya bilmirlər.
Millətlərin və millətçiliyin modernist şərhinin görkəmli nəzəriyyəçiləri bunlardır: Karlton J. H. Hayes, Henri Mayn, Ferdinand Tönnies, Rabindranat Taqor, Emil Durkhaym, Maks Veber, Arnold Cozef Toynbi, Talkott Parsons və Ernest Gellner.
Henri Mayn insan cəmiyyətinin inkişafını və tarixi dəyişikliyini araşdıran əsərində ənənəvi cəmiyyətlərlə müasir cəmiyyətlər arasındakı əsas fərqdən bəhs edir. Ona görə ənənəvi cəmiyyətlər "status" adını verdiyi ailə assosiasiyasına əsaslanır və funksional olaraq fərdlərə rollar paylayır. Henri müasir cəmiyyətləri müqavilə cəmiyyətləri olaraq və oradakı sosial münasibətləri fərdlərin maraqlarına uyğun formada inkişaf etmək üçün rasional müqavilələr olaraq tərif edir. Henri cəmiyyətlərin inkişafını ənənəvi status cəmiyyətlərindən müasir müqavilə cəmiyyətlərinə keçmək kimi görürdü.
Ferdinand Tönnies özünün İcma və Cəmiyyət (alm. Gemeinschaft und Gesellschaft) (1887) kitabında icmanı ənənəvi cəmiyyətlərə aid edilən emosional bağlara əsaslanan, cəmiyyəti isə şəxssiz müasir cəmiyyət olaraq tərif edirdi. O, modern cəmiyyətlərin üstünlükləri ilə yanaşı mənfi xüsusiyyətlərini də vurğulayırdı. O, müasir cəmiyyətləri yadlaşmaya səbəb olan soyuqluğuna və şəxsi olmayan münasibətlərə görə tənqid edir və ənənəvi cəmiyyətlərdə bunun belə olmadığını iddia edirdi.
Emil Durkhaym Tönniesin yadlaşma tərifini bir qədər də genişlətmiş, ənənəvi və müasir cəmiyyətlər arasındakı fərqi müəyyən etmişdir. Ona görə ortadakı fərq bu cəmiyyətlərdən birinin "mexaniki həmrəyliyə", digərinin isə "təbii həmrəyliyə" əsaslanmasındadır. Durkhaym mexaniki həmrəyliyi paylaşılan aspektlərin qorunması və davam etdirilməsi üçün adət-ənənə və repressiyanı özündə ehtiva edən kimi tərif etmişdi. Durkhaym təbii həmrəyliyə əsaslanan cəmiyyətlərə yadlaşmaya səbəb olan ictimai fərqliləşməyə əsaslanan əmək bölgüsü olan modern cəmiyyətlər olaraq tərif vermişdir. Durkhaym adət edilmiş cəmiyyətdəki sosial inteqrasiyanın ictimai nizamın qəbul edilməsini ehtiva edən avtoritar mədəniyyət gərəkdirdiyini iddia etmişdi. Durkhaym modern cəmiyyətdəki inteqrasiyanın əmək bölgüsünün qarşılıqlı yararlarına əsaslandığını iddia etsə də, şəxssiz müasir şəhər həyatı xarakterinin yadlaşmaya və anonimlik hissinin meydana çıxmasına səbəb olduğunu yazmışdır.
Maks Veber müasir cəmiyyəti və millətləri inkişaf etdirən dəyişikliyin xarizmatik liderin cəmiyyətdə hakimiyyətə gəlməsinin nəticəsi olduğunu yazmışdır. Veberə görə həmin xarizmatik şəxs sonda dövlətin avtoritetinin güclənməsinə səbəb olan adət-ənənə və rasional-hüquqi sistemin yaratmışdır.
Primordialist (ilkçi) təkamül şərhi
[redaktə | mənbəni redaktə et]Bioloji və psixoloji baxışa görə milliyətçilik uzunmüddətli təkamül prosesinin nəticəsidir. Primordialist perspektiv təkamül nəzəriyyəsinə əsaslanır.
Primordialist yanaşma geniş ictimaiyyət tərəfindən qəbul edilsə də, adətən mütəxəsislər tərəfindən rədd edilir. Laland və Braun bildirir ki, sosial elmlərdəki peşəkar akademiklərin mütləq əksəriyyəti nəinki təkamül metodlarını rədd edir, həm də bir çox hallarda olduqca məhdud faktlar əsasında geniş ümumiləşdirmələr edərək arqumentlərə ifrat dərəcədə düşmənlik edirlər.
Millətçiliyin təkamül nəzəriyyəsi millətçiliyin insan təkamülünün nəticəsində insanın özünü bir etnik qrup kimi qruplarla identifikasiya etməsi nəticəsində meydana çıxdığını iddia edir. Rocer Masters özünün "Siyasətin təbiəti" əsərində etnik və milli qruplarının kökünün primordial izahını həmin qrupun özlərini bənzərsiz, hissi baxımdan eyni, sıx və davamlı olduqlarını düşünmələrində görür. Bu düşüncə tərzi də qrup kimliyinin qohumluq üzərində qurulduğu və ortaq əcdadın xətti boyunca inkişaf etdirildiyi üçün meydana çıxır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Hindlilərin teleqrafı" (PDF). Azərbaycan (az.). 24 oktyabr 1918. İstifadə tarixi: 5 sentyabr 2023.
- ↑ Moran, Daniel; Waldron, Arthur, redaktorlar The People in Arms: Military Myth and National Mobilization since the French Revolution. Cambridge: Cambridge University Press. 2003. 14.
- ↑ R.J.B. Bosworth. Italy and the Wider World: 1860–1960. Routledge. 2013. səh. 29. ISBN 978-1-134-78088-4.
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Fərddə və ya qrupda adət edilmiş sosial və etnik standartların əskikliyi