Osmanlı imperiyası — Vikipediya
Osmanlı imperiyası və ya Osmanlı dövləti[2] (osman. دولت عالیه عثمانیه, Devlet-i Aliyye-i Osmâniyye,[3] türk. Osmanlı İmparatorluğu, Osmanlı Devleti ) — 1299-cu ildə oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında Orta əsrlərdən Müasir dövrə qədər mövcud olmuş imperiya. Əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulduğu düşünülür. Osmanlının quruluş ili ümumi olaraq 1299-cu il qəbul edilsə də, akademik Xəlil İnalcık və digər bəzi akademiklər Osmanlı dövlətinin 1299-cu ildə Söğütdə yox, 1302-ci ildə Yalovada Bizans imperiyasına qarşı qazandığı Bafey döyüşündən sonra dövlət statusu aldığını müdafiə edir.[4][5] Osmanlı dövləti tarixdə Bizans imperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır.
Səciyyəvi xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı.[6] Osmanlı İmperiyası öz siyasi sahəsindəki yüzlərlə xalqı əhatə edirdi və genişləndikcə hökmdarlar və idarə edənlər iki fərqli təbəqə oldular. Bütün kosmopolit dairələr Osmanlı sinfini təşkil edirdi; türk əhalisi isə türk sinfini. İki sinif bir-birini bəyənmirdi. Osmanlı təbəqəsi özünü "hakim xalq" (millet-i hakime) kimi görürdü və türklərə tabe olanları "aşağı xalq" (millet-i mahkure) kimi qəbul edirdi. bir məmur şəhərə gələndə hamı qaçmağa çalışırdı, çünki Osmanlılar gəlirdi.[7] İmperiya quruluşunun formalaşması prosesində türkmən köçəriləri dövlətin qurucuları idi.
Osmanlılar dini nüfuzlarından bəhs etmək istədikdə "Memalik-i İslam"-ı istifadə edirdilər; Osmanlı xanədanını göstərmək üçün "Al-i Osman"-dan istifadə edirdilər; ya da coğrafi baxımdan bir dövlətin təyin edilməsi tələb olunduqda, Roma imperiyasından miras qaldıqları əraziləri təyin edib "Memalik-i Rum" deyirdilər. Şərq sakinləri ümumiyyətlə Osmanlıları "Rum" olaraq qəbul edirdilər. Avropalılar isə Osmanlı imperiyasını Türkiyə adlandırırdılar, amma imperiyaçı Osmanlı cəmiyyətində "Türk" ifadəsi nadir hallarda işlənilirdi və yalnız kifayət qədər təhqiramiz bir mənada, Anadolu kəndlərindən bir köçəri türkməni, daha doğrusu cahil və kirli bir türk kəndlisini istinad etmək üçün. İstanbuldan olan bir Osmanlı bəyini türk adlandırmaq onu təhqir etmək demək idi.[8] Osmanlı sultanları XVIII-ci əsrə qədər romalı kimliklərinin əsasında[9] "sezarların sezarı" titulu daşıyırdı.[10] Bizansın tutulmasındən sonra Osmanlı padşahları sənədlərdə orta əsr serb dilində "çar, veliki çar" kimi titullardan istifadə edirdilər. Osmanlı şairləri padişahlarını "Roma Sezarları" (Kayser-i Rum), tarixçiləri isə "Sezar hökmdarlığının varisi" olaraq tərifləyirlərdi. Yunan dilindəki məktublarında II Bəyazid özünü "Basilius Basileon" və ya "Magistus basileum" adlandırırdı. Sultan Süleyman Qanuni bir məktubda özünü "Roma Sezarı" kimi təqdim edir. Osmanlı hökmdarlarının məktublarında titulların uzun bir siyahısında birinci yeri tutan, "dövrü idarə edən Sezar", "Sezar" və "Cəmşid taxtının varisi" kimi başlıqlar, tək dünya dövlətinə iddialarından bəhs edir. Osmanlılar fövqəladə hallara görə yeni güclənən Avropa dövlətlərinin hökmdarlarının sezar titulunu tanımaq məcburiyyətində qaldılar.[11]
Türk tarixçisi İlbər Ortaylı Osmanlını "Müsəlman Roma" adlandırır. O qeyd edir ki, Yaxın Şərqdə və Aralıq dənizi bölgəsində Osmanlı Roma imperiyasına bənzər yeganə dövlət idi. Osmanlı dövləti türk dilini işlətdiyinə baxmayaraq, onun dövlət xadimlərinin əksəriyyəti erməni və yunanlardan ibarət idi, xüsusi ilə də XIX əsrdə. Bununla birlikdə dövlətin təşkilati mədəniyyəti və sosial qarışığı Roma imperiyasındakı kimi qurulmuşdu.[9] Osmanlı tarixçisi Mustafa Əli Gelibolulu (1541–1600) osmanlı kimliyini rum, yəni romalı kimi yazırdı.[12]
Osmanlının hakimiyyəti və ordusu yəniçərilər (əsasən yunanlar, serblər və albanlar)[13] balkan millətləri arasından olan dəvşirmələrdən ibarət idi. Onları uşaq vaxtından "qul" kimi götürüb, təhsil verib böyük vəzifələrə təyin edirdilər. Qızları isə sultanların hərəmlərinə göndərirdilər. Nəticədə qul qadınların oğulları Osmanlı sultanları olurdular, qızları isə keçmişdə Balkanlardan qul olan yüksək rütbəli nazirlərə və hərbi qulluqçulara ərə gedirdilər.[14] Yəni Osmanlını idarə edənlər türklər yox, islamı qəbul etmiş xristianlar və ya onların nəsilləri idi.[15] Məsələn Sultan Süleyman Qanuninin 24 vəzirindən 19-u dəvşirmə idi. İbrahim paşa Parqalı bürokratiyada hakim olan dəvşirmə sinfinin nümayəndələrindən biri idi.[16] Mustafa Əli Gelibolulu qeyd edirdi ki dəvşirmələr türklərdən daha etibarlı idilər və əvvəlcə "bəylərbəy" və "bəy" türklərə verilmirdi. O türklərə "ürəkləri pis əməllərlə və kinlə dolu olan" deyərək şikayət edirdi ki, artıq onlar pul verərək yüksək vəzifələrə çıxırdılar.[17]
Yeniçərilərin hökumətə təsiri böyük idi. Məsələn 1466-cı ildə yeniçərilər sultan II Mehmedi taxtdan imtina etməyə məcbur etdilər. 1512-ci ildə də sultan I Səlimin xeyrinə sultan II Bəyazidi taxtdan imtina etməyə məcbur etdilər.[18] Venesiya səfiri Andrea Foskolo bu dövrdə yeniçərilər haqqında "onlar hökm sürürlər və ölkəni idarə edirlər" yazırdı.[19] Yeniçərilər 1622-ci ildə sultan II Osmanı öldürərək yerinə I Mustafanı gətirdilər.[18]
Tarix
[redaktə | mənbəni redaktə et]Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairəsi baxımından ən böyük nailiyyəti olub, ən geniş ərazini əhatə edir. 623 il davam edən bu böyük imperiya Aralıq dənizi və Qara dənizi əhatə edən Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Müxtəlif irq və dinlərdən olan bir çox xalqı torpaqları ilə birlikdə bir dövlətdə birləşdirib. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyası və Britaniya imperiyası olmuşdur. Osmanlı türk imperiyasında 36 sultan hökmranlıq etmiş və 1517-ci ildən etibarən xəlifəlik adı ilə də İslam dünyasının dini hökmranlığını öz üzərinə götürmüşdür. Onu da qeyd etmək lazımdır ki, dövlət Afrikada 395 il (1517–1912), Avropada 561 il (1363–1912;1913–1922), Asiyada bütün hakimiyyəti boyu (623 il) qalmışdır.
Bəylikdən imperiyaya
[redaktə | mənbəni redaktə et]Osmanlı türk imperiyasının əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söğütlü şəhərində Osman bəy tərəfindən qoyulmuşdur. Osman bəy 12 illik mübarizədən sonra Bursa şəhərini tutdu. Bəzi tarixçilərə görə, Osmanlı dövlətinin qurucusu Osman Bəyin atası Ərtoğrul Qazidir. Digər mənbələrdə onun atası Gündüz Alp (və ya Süleyman Şah) onun atası Kaya Alp, onun atası Gündüz Alp bəyliyin əsasını qoymuş şəxslər kimi tanınır. Bu ailə Oğuz türklərinin boz ox qolundan olan qayı boyunun başçısı idi. Osman bəyin atası Ərtoğrul Qazi, Səlcuq sultanı Ələddin tərəfindən Bizans sərhəddinə "uc bəyi" olaraq təyin edilmişdi. Ərtoğrul Qaziyə yurd kimi verilən ərazi bugünkü Bursa, Kütahya və Biləcik vilayətlərinin sərhədlərinin birləşdiyi yerdir. Sonradan Söyüdlü qəsəbəsi Bizansdan alınaraq mərkəz edilib. Səlcuqlu Dövlətində uc bəyliklərinin vəzifəsi dövlətin sərhədini qorumaq və xristianlara qarşı müharibə etməkdən ibarət idi. Tarixi mənbələrə əsasən Ərtoğrul Qazi 1281-ci ildə vəfat edib. Yerinə ailənin ən kiçik oğlu Osman Bəy seçildi və uc bəyi oldu. Osman Bəy ağıllı siyasət və döyüş qabiliyyəti ilə qonşuları olan Bizans hakimləri ilə gah dostluq münasibətləri qururdu, gah da müharibələr edirdi. Ağıllı siyasət Osman Ağaya yeni ərazilər qazandırdı. Qısa zamanda Bizansdan xeyli torpaq ələ keçirən Osman bəy Bursa və İzniki də tutdu. Yarhisar və Qaracahisar hakimləri ilə birlik qurdu. Bundan sonra 1288-ci ildə Qaracahisarı ələ keçirdi. Osman bəy, Biləcik və Yarhisar qalalarını da aldı. 1299-cu ildə Yarhisar hakiminin qızı Nilufərlə oğlu Orxan Bəyi evləndirdi. I Murad ilə Süleyman Paşa bu nikahdan dünyaya gəldilər. Osman Bəy 1299-cu ildə Osmanlı dövlətinin müstəqilliyini elan etdi. 1301-ci ildə Yenişəhər ilə Yundhisarı aldı və Yenişəhəri paytaxt elan etdi. Bundan sonra Yenişəhərin ətrafındakı kənd və qəsəbələri alan Osman bəy, 1303-cü ildə İzniki ələ keçirdi və Bursa hakiminin topladığı birliyi dağıtdı. Osman bəy, Bursanı tutduğu ildə, 1326-cı ildə vəfat etdi.
Osman Qazi 1326-cı ildə vəfatı nəticəsində yerinə oğlu Orxan Qazi keçdi. Bundan istifadə edən Ankara ahiləri şəhəri yenidən ələ keçirdilər. 1329-cu ildə paytaxt Bursa şəhərinə köçürüldü. Bursada ilk Osmanlı sikkələri kəsildi. Orxan qazi bizanslıları Anadoludan qovdu. Maltəpə döyüşündə Bizans ordusu məğlub oldu. 1359-cı ildə hakimiyyətə Sultan I Murad gəldi.
I Murad Xüdavəndigarın hakimiyyəti və Balkan yarımadasının işğalı
[redaktə | mənbəni redaktə et]1356-cı ildə hakimiyyətə I Murad gəldi. 1363-cü ildə Çorlu və Lüləburqazı ələ keçirdi. Komandanlarından Evranos bəy və Hacı İlbəyi də Malkara, Kəşan, İpsala, Dədəağac və Dimatokanı Osmanlı torpaqlarına qatdılar. Lala Şahin Paşa da Ədirnəni aldı. Filibə və Gümülcinə də Osmanlıların əlinə keçdi. Bundan sonra Ədirnə üzərinə yürüş başlandı. Kızılağac, Yanbolu, İhtiman, Samokov, Aydos, Karinabat, Sozapol və Hayrabolu alındı. Bolqar kralı Osmanlı himayəsinə keçdi. Bacısı şahzadə Mariyanı I Murada verdi. Çirməndəki savaşda Serblər məğlub edildi və 1371-ci ildən Serblər Osmanlıların himayəsinə keçdi.
Çirmən müharibəsində 800 nəfər türk 70000 serb-bosna-bolqar qoşunlarını məhv etmişdir. Gecə vaxtı Osmanlı yeniçəriləri manevr etmək istəyirdi. Onlardan birinci dəstə Ədirnə ətrafından 3 yerə parçalandı. Hər 50 nəfərlik qrup gözləmədən qoşuna ikisi öndən biri arxadan olmaqla hücum etdi. 40000 nəfər qılıncdan keçirildi. Buna əsas səbəb qoşunun əksər hissəsinin yatması, gözətçilərin diqqətli olmaması və qəflətən qorxuya düşmələridir. Arxaya qaçan düşmən 1371-ci ildə Məriç çayınadək irəlilədi, amma önlərinə 650 nəfərlik dəstə çıxdı. Döyüş başlandı. Serblərin dəhşətə gəldiyi döyüşdə 25000 nəfər daha Məriç çayını al qanlara boyadı. 5000 nəfəri qalmış Serb komandir məğlubiyyətə baş əymiş və I Muradın əlindən öpmüşdür. Osmanlı ordusu 133 nəfər şəhid vermişdir.
I Murad Bursaya dönüb oğlu I Bəyazidi Süleyman Şahın qızı ilə evləndirdi. Kütahya, Tavşanlı, Simav və Əmət gəlinin cehizi olaraq Osmanlılara verildi. Ağşəhər, Yalvaç, Yenişəhər, Qaraağac və Əğri Həmidoğlu Hüseyin bəydən satın alındı. 1385-ci ildə Teymurdaş Paşa, İstıp, Manastır və Ahri vilayətlərini ələ keçirdi. Bolqarıstanın paytaxtı Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serb və Bosniya kralları, Xorvat və Albaniya şahzadələri Osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir ordu ilə Teymurdaş Paşanı Plosnik deyilən yerdə məğlub etdilər. Bundan yararlanmaq istəyən avropalılar, Xaçlı Birliyi qurdular. I Murad, hələ bu birləşmədən öncə Əli Paşa ilə Bolqar kralını və Dobruca şahzadəsini məğlub edərək, onların Xaçlı Birliyinə qoşulmasını önlədi. 1389-ci ilin əvvəlində I Murad Ruməliyə keçdi və iki ordu Kosova düzündə qarşılaşdı. Xaçlı Birliyi döyüşdə məğlub edildi. İlk olaraq, xaçlılar Osmanlı ordusunun sol cinahı qeyri-aktiv hərəkətə gətirdilər. Daha sonra Osmanlı ehtiyatları darmadağın edildi. Xaçlılar arxadan Osmanlı mərkəzinə hücum etdilər, amma əsas təhlükəni yaddan çıxartdılar. Yenidən hərəkətə gəlmiş Osmanlı sol cinahı yenidən döyüşə atıldı. Bu zaman xaçlılar hər tərəfdən hücum etdilər. Belə proseslər döyüşün 7-ci saatında baş verirdi. Qorxan əsgərlər geri çəkildi. I Bəyazid xaçlıların sol cinahı darmadağın etdi. Qələbə demişkən, I Murad Xüdavəndigar serb əsilli xain Miloş Obiliç tərəfindən qətlə yetirildi. Acıqlanmış Osmanlı ordusu Serbiya kralını döyüşdə öldürdülər. Döyüşdən qələbə xəbərinin gəlməsindən az sonra Murad əbədi gözlərini yumdu.
İldırım Bəyazidin hakimiyyəti
[redaktə | mənbəni redaktə et]1389-cu ildə hakimiyyətə I Bəyazid gəldi. Bəyazid I Kosova döyüşündə Osmanlı ordusunun çətin anında ildırım kimi sürətli yetişdiyi üçün ona bu təxəllüs verilmişdir. I Muradın ölümündən faydalanmaq istəyən Anadolu hakimləri ittifaq (Aydınoğulları, Saruxanoğulları, Gərmiyanoğulları, Məntəşəoğulları, Həmidoğulları bəylikləri) quraraq Osmanlına qarşı savaş elan etdilər. Əsas məqsədləri itirilmiş torpaqları geri almaq idi. 1389-cu ildə İldırım Bəyazid, onların Anadoludakı hakimiyyətlərinə son qoydu. Bir il sonra isə Qaramanlılarla, Bəyşəhəri Osmanlılara vermək şərtiylə sülh bağlandı. İldırım Bəyazid, 1396-cı ildə İstanbulu bir üzük kimi mühasirəyə aldı. Bu qəlibiyyət Xaç Yürüşünə səbəb oldu. Niğboluda baş vermiş döyüş Xaçlı Birliyi məğlub oldu. Sonra İstanbulun işğalına davam edildi. Anadoluhisarı qalası tikdirildi. İstanbulun işğalını vəzir Əli Paşaya tapşıran İldırım, Anadoluya gedərək Konyanı Osmanlı torpaqlarına qatdı. Qazi Bürhanəddinin ölkəsi və Malatya ələ geçirildi, amma Teymur ilə Bəyazidin münasibətləri kəskinləşdi. Teymur Qarabağdan hərəkət edərək Sivası və Xarput qalalarını ələ keçirdi. Bəyazid xan sülh olmayacağını anlayıb bütün qoşunu Bursaya çağırdı. 80000 nəfər sayıldı. Ordu Ankarayadək irəlilədi. Teymur elçi ilə barış təklif etdi, amma bir şərt daxilində: Bəyazid Teymurun hüzuruna gələcək, üzr istəyəcək. Qarşılığında Sivas Osmanlına geri veriləcəkdi ki, Bəyazid baş əyməyi qəbul etmədi. Tokatdan keçərək Sivasa xeyli yaxınlaşdı. Sivas meşəlik idi. Əksəriyyəti piyadalardan qurulmuş Osmanlı ordusu üçün belə vəziyyət xeyli əlverişli idi, amma Teymur Sivası tərk etdi. Bəyazid onu təqib etdi. Bununla da, Teymurun istədiyi oldu. Teymur döyüş yerini özü seçməklə bərabər, Osmanlı ordusunu yoracaqdı. Teymuri ordusu Ankara çatdı. Ankara qalası mühasirəyə alındı, amma Bəyazidin gəlmə xəbərini eşidən Teymur qoşunları şəhərdən çəkərək Ankara Çubuq ovalığına gətirdi. Əsası süvarilərdən təşkil olunmuş Teymuri ordusu düzənlik ərazidə Osmanlı ordusunu gözləyirdi. Səhər vaxtı namazlar qılındı və döyüş başladı. Teymurun 32 döyüş fili var idi. Bu fillər Osmanlı ordusuna xeyli itkilər verdirdi. Digər bir tərəfdən Ruməli və krım tatarları tərəf dəyişdirdi. Yerdə qalan qoşun qaçdı. Bəyazid bir neçə paşası və fədakar əsgərləri ilə birlikdə təpə başında müdafiə olunurdu. Bu vaxt paşalardan biri irəli çıxaraq "Nə oldu, Bəyazid xan! Çox güvəndiyin o oğulların haradadır indi?". Söz götürməyən Bəyazid atını düşmən üzərinə sürdü. 3 nəfəri qılıncdan keçirdi, amma əsir düşdü.
İldırım Bəyazidin 1402-ci il Ankarada məğlubiyyət xəbərini eşidən Roma papası Avropa ölkələrinin kilsələrində üç gün aramsız, kilsə zənglərinin sədaları altında Teymur üçün şükranlıq duaları oxutdurmuşdu. Teymur Osmanlı dövlətini zəiflətmək üçün bəyliklərin müstəqilliyini bərpa etdi, Osmanlıların hakimiyyəti altında olan əraziləri isə Bəyazidin 4 oğlu arasında bölüşdürdü.
Osmanlı imperiyası Səltənət fasiləsi (Fetrət dövrü) illərində (1402–1413)
[redaktə | mənbəni redaktə et]1403-cü ildə İldırım Bəyazid öldü. Onun ölümündən sonra, oğullarından Süleyman Rumelidə, İsa Çələbi Balıkəsirdə, Mehmet Çələbi Amasyada və Musa Çələbi Bursada padşahlıq elan etdilər. Bəyazidin oğulları arasında gedən hakimiyyət mübarizəsi Osmanlı dövlətini xeyli zəiflətdi. Nəticədə Çələbi Mehmet tək hökmdar vəziyyətinə gəldi.
Osmanlı dövləti artıq imperiyadır
[redaktə | mənbəni redaktə et]Ancaq I Mehmedin 1421-ci ildə vəfatından sonra yerinə oğlu Şahzadə Murad keçdi. Qardaşı Şahzadə Mustafanın üsyanını yatırdı. Bizansın əksər hissəsini işğal etdi. Venesiyalılarla döyüşdü. Evbeyaya və Peloponnesə axınlar edildi. 1430-cu ildə Saloniki venesiyalılardan alındı. Əflak və Serbiya yenidən Osmanlı Dövlətinə qatıldı. 1437-ci ildə Həmideli, Daşeli, Konya, Bəyşəhər alındı. II Murad taxtı oğlu Mehmedə verdi. Bu isə Xaçlı Birliyinin yeni basqınlarına səbəb oldu. II Murad, Osmanlı ordusunun başına təkrar keçərək Xaçlı Birliyini Varnada məğlub etdi və yenidən padşah oldu. 1444-cü ildə Varna döyüşündə Macar-Çex qoşunları məğlub edildi. 1448-ci ildə bir Səlibçi ordunu da Kosovada məğlub etdi. II Murad buradan Albaniyaya səfər etdi. Akçahisar mühasirəyə alındı, amma alına bilmədi. 1451-ci ildə II Murad öləndən sonra yerinə oğlu Mehmed padşah oldu. II Mehmed, İstanbulu mühasirəyə aldı. 53 gün davam edən bir mühasirədə 29 may 1453-cü ildə şəhəri tutdu. Serbiya və Peloponnes ələ keçirildi. Egey dənizində Limni, Taşoz, Midilli, İmroz və Evbeya adaları Osmanlıların əlinə keçdi. Fatih Sultan Mehmed sonra 1461-ci ildə Trabzon imperiyasına son qoydu. Krımdakı Genuya koloniyaları ələ keçirildi. Krım Osmanlı Dövlətinə qatıldı. 1473-cü ildə Ağqoyunlulara qarşı səfərə çıxdı. 1474-cü ildə Qaramanoğulları Bəyliyinə son qoyuldu. 1480-ci ildə Gədik Əhməd Paşa, İtaliyanın tutulması üçün səfərə çıxdı. Otranto qalasını ələ keçirdi. Fatehin ölümü səbəbindən İtaliyanın tutulması mümkün olmadı. Fatih 1481-ci ildə Misir səfərinə çıxdı, ancaq Gəbzədə öldü.
Yerinə oğlu II Bəyazid keçdi. Cem Sultan Bəyazid ilə mübarizə etdi. Cem Sultan Rodos döyüşçülərinə, oradan da Papaya sığındı. Neapolda 1595-ci ildə öldü. Cem Avropada olan zaman, Bəyazid önəmli səfərlərə çıxmaqdan çəkindi. Bəyazid zamanında Bosniya və Herseqovina Osmanlı hakimiyyətinə qatıldı. Məmlüklərlə Çuxurovada 1485-ci ildə başlayan döyüşlər altı il davam etdi. Döyüşlər Tunis hökmdarının vasitəçiliyi ilə sona çatdı. Çuxurovada Osmanlıların əlinə keçirdiyi yerlər, Məkkə və Mədinəyə aid olduğundan, Misirlilərə geri verildi. Peloponnesdə İnəbahtı, Modon, Koron ilə Adriatik dənizi sahillərindəki Draç limanı ələ keçirildi.
Bəyazidin həyatının son illərində oğulları arasında səltənət çəkişməsi başladı. Yeniçərilər, qəhrəmanlığına və cəsarətinə heyran olduqları Şahzadə Səlimin tərəfini tutdular. 1512-ci ildə Bəyazid, taxtı Səlimə verməyə məcbur oldu. Səlim ilə Şah İsmayıl arasında Çaldıranda baş verən döyüşdə, Şah İsmayıl məğlub oldu. Cənubi Anadolu Osmanlıların əlinə keçdi. Sonra Dulqədiroğullarının ölkəsi ilə Maraş və Əlbistan tutuldu. Məmlüklər öncə Mərcidabikdə (1516), sonra da Ridaniyədə (1517) məğlub oldular. Suriya, Misir və Hicaz Osmanlı idarəçiliyinə keçdi. 1518-ci ildə Xeyrəddin Barbaros İspan donanmasını məğlub edərək Əlcəzairi tutdu. Rəvayətlərdən birində belə deyilir: "Misirə səfər edən Yavuz Sultan Səlim Misirin alma bağlarından keçərkən, orduya "dayan" əmri verir. Bütün əsgərlərinin heybələrini yoxladan Səlim deyir: "Əgər bir əsgərimin heybəsində alma tapsaydım, səfərimi yarımçıq qoyacaqdım". Yavuz Sultan Səlim yeni səfər üçün Ədirnəyə gedərkən Çorluda öldü (1520). Yerinə oğlu Şahzadə Süleyman hökmdar oldu. Misirdə "Canberdi üsyanı" yatırıldı. Belqrad və Rodos Osmanlı torpaqlarına qatıldı. 1526-cı ildə Mohaçda baş verən döyüşdə Macar ordusu məğlub edildi. Macarıstan Osmanlı Dövlətinə bağlı bir krallığa çevrildi. 1529-cu ildə Vyana şəhəri mühasirəyə alındı. Ancaq şəhəri almaq mümkün olmadı. Osmanlı ordusunun çəkilməsindən sonra, Avstriyalılar Budanı təkrar almağa cəhd etdiklərinə görə Qanuni Süleyman 1532-ci ildə Almaniya səfərinə çıxdı. Avstriya torpaqları yağmalandı. Avstriyalılar ilə 1533-cü ildə sülh bağlandı. Sədrəzəm İbrahim Paşa Səfəvi dövlətinə göndərildi. Sonra özü də oraya hərəkət etdi. Bağdad alındı. Bundan sonra Aralıq dənizi səfərləri başladı. Venesiyaya qarşı müharibə elan edildi. Qanuni qurudan, Xeyrəddin Barbaros isə dənizdən hərəkət etdi. 1537-ci ildə Korfu adası mühasirəyə alındı, ancaq alına bilmədən geri dönüldü.
Bir il sonra da Barbaros Prəvəzədə, Xristiyan donanmasına qalib gələrək Osmanlı İmperiyasının Aralıq dənizi hakimiyyətini saxladı. Bu zaman Misir valisi Xədim Süleyman Paşa Hind Okeanında portuqallarla döyüşdü. 1540-cı ildə Macarıstan bir türk əyaləti halına gətirildi. 1543-cü ildə Barbaros Xeyrəddin Paşa, Fransa kralı I. Françoisə yardım etdiyinə görə vəzifələndirildi. Barbaros, Osmanlı donanmasına qatılan Fransız donanması ilə birlikdə, Nitsanı bombardman etdi. Bu arada Qanuni də Esterqon qalasını aldı. Sonrakı il səfəvilərin üzərinə hücuma keçdi. Osmanlı ordusu, Naxçıvana qədər irəlilədi, lakin burda çox qala bilməyib geri döndü. Bağdad və Ərəb İraqı Osmanlıda qaldı, Səfəvilər isə Ərzurum, Qars, Ərdahan və Ərzincan qalalarını geri aldılar. Qanuni 1566-cı ildə Siqetvar qalasını almaq üçün yola çıxdı. İşğal davam etdiyi zaman öldü. Ölümündən qısa bir zaman sonra da qala alındı. Yerinə oğlu Səlim keçdi. Səlim zamanında Kipr adası ələ keçirildi (1570). Osmanlı donanmasının böyük bir hissəsi, İnəbahtıda Xaç Birliyi tərəfindən yox edildi. II Səlim 1574-cü ildə vəfat etdikdə, yerinə oğlu III Murad keçdi. Sokullu Mehmed Paşa sədrəzəmlikdə buraxıldı. Səfəvilərlə 12 il davam edən döyüşlər, Osmanlıların üstünlüyü ilə sona çatdı. 1590-cı ildə İstanbul sülhü imzalandı. Təbriz, Qarabağ, Gəncə, Qars, Tiflis, Şəhərizor, Nəhavənd, Luristan Osmanlı hakimiyyətinə keçdi. Müqavilənin şərtlərinə əsasən, Azərbaycanın Lahican, Qaracadağ, Lənkəran, Xalxal əraziləri istisna olmaq şərti ilə, digər ərazilər, həmçinin Qərbi İran Osmanlı hakimiyyəti altına düşdü.
Osmanlı dövlətinin Səfəvi dövlətinə məğlub olması
[redaktə | mənbəni redaktə et]Səfəvi dövlətində Məhəmmməd Xudabəndə(1578–1587) taxtdan salındıqdan sonra hakimiyyətə kiçik oğlu Şah I Abbas gəldi. Onun böyük qardaşı Həmzə Təhmasib Mirzə ordunun baş komandanı idi və sui-qəsd nəticəsində öldürülmüşdü. Onun öldürülməsi 1590-cı ildə I İstanbul müqaviləsinin imzalanmasına gətirib çıxardı. Hərbi əməliyyatları genişlədən Şah I Abbas 1603-cü ilədək ordu, inzibati və digər sahələrdə islahat keçirdi. Vahid nizami ordu yaradan Abbas 1603–1612-ci illərdə Osmanlını məğlub etdi. 1612-ci ildə bu iki dövlət arasında II İstanbul və ya Mərənd sülhü imzalandı. 1616-cı ildə İranın Sınıq körpü vilayətində Osmanlı dövləti qış, xəstəlik, aclıq, səfalət və s. səbəblərdən 13 nəfər Səfəvi piyadası şəhid olsa da, 267 süvarinin başını bədənindən ayırdı.
Osmanlı — Avropa müharibələri
[redaktə | mənbəni redaktə et]Osmanlı-Avstriya müharibəsi yenidən başladı və Osmanlı dövlətinə bağlı olan Ərdəl kralıyla, Əflak və Bog-dan voyvodaları da Avstriya İmperatoru Rudolf ilə birləşərək, Osmanlı Dövlətinə üsyan etdilər. Bu döyüşlər sırasında III Murad öldü. Yerinə oğlu Mehmet keçdi (1595). Bir il sonra Əgri qalası alındı. Haçovada Avstriya ordusu məğlub edildi. Bundan sonra Kanijə qalası alındı. 1601-ci ildə Avstriyalıların qalanı geri almaq üçün elədikləri hücumlar, Tiryaki Hasan Paşanın uğurlu müdafiəsi qarşısında bir nəticə vermədi. Sonra Əstərgon qalası alındı. Ərdəl, Əflâk və Bogdan təkrar Osmanlılara qatıldı. 1606-cı ildə Avstriya ilə Zitvatoruk anlaşması imzalandı. Egri, Kanijə, Uyvar Osmanlılara keçdi. Avstriya döyüşü davam edərkən III Mehmet öldü. Yerinə oğlu I Əhməd keçdi. 1603-cü ildə Osmanlılar Avstriya döyüşləri ilə məşğul ikən, Səfəvi Şahı(Şah Abbas) itirilmiş ərazilərini geri qaytarmaq üçün Osmanlı dövlətinə hücum etdi. Səfəvilərlə döyüşlərin bu ikinci hissəsində İstanbulda imzalanan bir müqavilə ilə son verildi. Səfəvilər hər il Osmanlılara iki yüz ipək verməyi qabul etdilər. Şah Abbas 200 yük ipəyi verməyincə, Səfəvilərlə təkrar döyüş başlandı. Bu dəfə bir uğur əldə edilmədi. 1618-ci ildə imzalanan yeni bir anlaşma ilə döyüşlərə son verildi. Bu arada Anadoluda Cəlali üsyanları başladı. Osmanlı Dövləti zəifləməyə başladı. Əsgəri uğurlar azaldı. Karayamcı, Dəli Hasan, Tavil Əhməd, Qələndəroğlu, Canbuladoğlu kimi Cəlali rəisləri, illərlə mərkəz idarəyə və qapıqulu əsgərlərinə qarşı döyüşdülər. Bu üsyanlar Kuyucu Murad Paşa zamanında yatırıldı. I Əhməddən sonra taxta geçən I Mustafa xəstə idi. Bu səbəbdən taxtdan endirildi. Yerinə II Osman padşah oldu. II Osman zamanında Reç Pospolita kazaklarının Osmanlı torpaqlarına saldırıları nəticəsində meydana gələn döyüşə II Osman da qatıldı. II Osman bu döyüşdə yeniçərilərin nizam-intizamsızlığını gördü və onları ortadan qaldırmağa, yeni bir əsgəri təşkilat qurmağa qərar verdi. Yeniçərilər üsyan etdilər.
1622-ci ildə II Osman taxtdan endirildi və öldürüldü. Yerinə ikinci dəfə I Mustafa gətirildi. I Mustafa qısa bir zaman sonra taxtdan endirilərək yerinə IV Murad padşah oldu. Səfəvilərlə döyüş yenidən başladı. 1624-cü ildə Səfəvilər Bağdadı geri aldılar. Anadoluda Abaza Mehmet Paşa üsyanı, İstanbulda isə Qapıqulu ocaqlarının üsyanı başladı. IV Murad bir nizam-intizam yaratdı və qanlı təmizlik hərəkətləriylə asayişi yenidən sağladı. Dövlət nizamına bir çəkidüzən verdikdən sonra, birinci Səfəvi səfərinə çıxdı. İrəvanı işğal etdi. IV Murad 1640-cı ildə öləndən sonra, yerinə qardaşı İbrahim keçdi. 1645-ci ildə başlayan Girid döyüşündə, Xanya qalası alınmaqla birlikdə adanın böyük bir hissəsi venesiyalılarda qaldı. Venesiyalılar donanmalarıyla Osmanlı sahillərinə hücum etdilər. Bu arada Sultan İbrahim taxtdan endirildi, yerinə oğlu IV Mehmet keçdi. İstanbulda Qapıqulu ocaqları, Anadoluda Cəlali üsyanları və Kritdə torpaq itkiləri davam etdi. 1656-cı ildə Köprülü Mehmet Paşa sədrəzəm oldu. Köprülü Mehmet Paşa, IV Murad dövründəki kimi Osmanlı Dövlətinə əvvəlki qüdrətini qazandırdı. İstanbulda dövlətə qarşı çıxanlar təmizləndi. Venesiyalılar üzərinə gedildi. Venesiya donanması məğlub edilərək adalar geri alındı. Sonra Osmanlı Dövlətinə üsyan etmiş olan Ərdəl kralı üstünə bir səfər edildi. Yanova qalası və daha bəzi qalalar alındı. Abaza Hasan Paşa üsyanı yatırıldı. 1661-ci ildə Köprülü Mehmet Paşanın ölümündən sonra yerinə oğlu Fazil Əhməd Paşa sədrəzəm oldu. Avstriyaya döyüş açıldı və Köprülü Fazil Əhməd Paşa, "Sərdarı-əkrəm" təyin edildi. Uyvar ələ keçirildi. 1664-cü ildə Zərinvar qalası alındı. Fazil Əhməd Paşa sonra Giridə hərəkət etdi. Kandiyə qalası ələ keçirildi (1669). Bəzi kiçik qalalar venesiyalılarda qalmaq şərtiylə Girid adası Osmanlı Dövlətinə keçdi. Kazaklara saldıran Reç Pospolitaya qarşı bir səfər edildi. Kamaniçə qalası ələ keçirildi. Fazil Əhməd Paşa 1676-cı ildə öldü və yerinə Qara Mustafa Paşa sədrəzəm oldu. Rusların əlinə keçmiş olan Çəhrin qalası geri alındı.
Osmanlı imperiyasının zəifləməyə başlaması
[redaktə | mənbəni redaktə et]1683-cü ildə Avstriyaya döyüş elan edildi. Vyana ikinci dəfə mühasirəyə alındı. Krım Xanının xəyanəti üzündən, Vyananın yardımına gələn Reç Pospolita kralı Osmanlı ordusunu məğlub etdi. Avstriya, Venesiya və Reç Pospolita Osmanlı Dövlətinə qarşı birləşdi. Daha sonra bu ittifaqa Rusiya da qatıldı. Osmanlı Dövləti məğlub oldu. 1699-cu ildə imzalanan Karlovitsa anlaşması ilə Tameşvar xaricində qalan bütün Macarıstan Avstriyaya, Mora Venesiyaya, Podolya və Kamaniçe Reç Pospolitaya, Azov qalası də İstanbul anlaşmasıyla Rusiyaya verildi (1700). Sabitlik yenidən pozuldu. İstanbulda və Anadoluda birçox üsyan çıxdı. IV Mehmet taxtdan endirildi. Karlovitsa və İstanbul müqavilələriylə baş vermiş itkilərin unudulması üçün təşəbbüsə kəçildi. İsveç kralının Osmanlı torpaqlarına sığınması və yardım istəməsi səbəbiylə 1710-cu ildə Osmanlı Dövləti, Rusiyaya müharibə elan etdi. Sədrəzəm Baltacı Mehmet Paşa tabeliyindəki Osmanlı Ordusu Prutda Rus ordusunu məğlub etdi. Döyüşdən sonra bağlanan Prut müqaviləsi ilə (1711) İstanbul Müqaviləsinə görə Ruslara verilmiş olan yerlər geri alındı. Sonra Venesiyaya döyüş elan edildi (1714). Karlovitsa Anlaşmasıyla Venesiyaya keçmiş olan Mora və digər adalar geri alındı. 1716-cı ildə Avstriya ilə döyüş başladı və böyük itkilər verildi.
Avstriyalılar Temaşvarı və Belqradı ələ keçirdilər. 1718-ci ildə Paşarofça Anlaşmasıyla döyüşlərə son verildi. Sonra Lalə dövrü başladı. (1718–1730). Mətbəə də bu dövrdə açıldı. 1723-cü ildə başlayan Səfəvilərlə döyüşlərində, Qafqazda və İraqda sərhəd olan Səfəvi torpaqlarında önəmli yerlər Osmanlı ordusunca ələ keçirildi.
Osmanlı-Səfəvi müharibəsi (1724–1733/1736)
[redaktə | mənbəni redaktə et]Səfəvi dövləti öz mövqeyini 1694-cü ildə itirmişdi. Ölkədə hökmdar taxtına çıxan Şah Sultan Hüseyn ölkəni bərbad hala salmışdır. O, 1699-cu ildə yeni qanun çıxarmışdı ki, 15 yaşına çatmış hər kəsdən vergi tutulacaq. Mənbələrə, əsasən, əfqanlardan qorxan Hüseyn 1722-ci ildə hakimiyyətdən onların lehinə əl çəkmişdi. 1724-cü ildə Azərbaycan Torpaqlarını tutan Osmanlı 1733-cü ildə Bağdadda Nadir xan Əfşara təslim oldu. Osmanlı 1724–1733-cü illərarası torpaqlarından tam əl çəkmədi.
Osmanlı qüdrətini itirir
[redaktə | mənbəni redaktə et]İstanbulda Patrona Xəlil Üsyanı çıxdı. Nevşəhərli İbrahim Paşa öldürüldü. III Əhməd taxtdan endirildi. Yeni padşah Sultan I Mahmud zamanında da döyüşlərə davam edildi. Bu sırada Ruslar Azov qalasını aldılar və Krımı istila etdilər. Krım şəhərlərindən Bağçasaray, Ağməscid, Gözləvə Ruslar tərəfindən dağıdıldı. Avstriya da Osmanlı Dövlətinə qarşı döyüş elan etdi. Osmanlı dövləti məngənəyə salındı. Osmanlı qüvvələri bu döyüşlər sırasında, xüsusilə Avstriya cəbhəsində düşmənlə uğurla döyüşdü. 1739-cu ildə Belqrad müqaviləsi ilə, Belqrad və Səməndirə təkrar Osmanlılara keçdi. Avstriya ilə sülh imzalanmasından sonra Rusiya da sülh istədi. Anlaşmaya görə; Azak Qalası dağıdıldı və hər iki Dövlətin ərazisindən çıxdı. Rusiyanın Qaradəniz və Azov dənizində döyüş və ticarət gəmisi saxlamayacağı qəbul edildi. Fransaya böyük imtiyazlar verildi. Osmanlı dövləti ilə Səfəvilər arasında yenidən döyüş başladı (1742). Bu döyüşlər Osmanlı Dövlətinin qalibiyyəti ilə sona çatdı. 1768-ci ildə Rusiya ilə yeni bir döyüş başladı. Osmanlı orduları ağır itkilərə uğradı. Kırım, Əflak, Moldova Ruslar tərəfindən istila edildi. Peloponnes Rumları Osmanlı Dövləti əleyhinə qaldırıldı. Çeşmə dəniz döyüşündə Osmanlı donanması, Rus donanması tərəfindən məğlub edildi.
1774-cü ildə bu döyüşlər Kiçik Qaynarca sülhü ilə sona çatdı. Bu anlaşmaya görə Krım Osmanlı Dövlətindən ayrılır, Aqsu çayı iki dövlət arasında sərhəd olur, Qafqazda da bir hissə torpaq Ruslara verilirdi. Bu illərdə yenə Əkkada və Ərəbistanda üsyanlar başladı. 1783-cü ildə Ruslar Krımı tamamən aldılar. Bu arada Osmanlı Dövlətində əsgəri islahatlara başlanıldı. "Mühendishane-i Bahr-i Hümayun" (İmperiya Dəniz Mühəndisxanası) açıldı. 1787-ci ildə Krımın yenidən alınması üçün Rusiyaya döyüş elan edildi. Avstriya da dərhal Rusiyaya yardım eləməyə başladı. Osmanlı orduları iki cəbhədə döyüşmək məcburiyyətində qaldı. Avstriyaya qarşı müharibə uğurla sona yetdi. Ancaq Rusiya qarşısında döyüşlər uğursuzluqla sona çatdı. Fransız inqilabı və Osmanlı Prusiya Anlaşması, Avstriyanı döyüşü dayandırmaq məcburiyyətində qoydu. Avstriya ilə Sistova müqaviləsi imzalandı. Anlaşmaya görə Avstriya Osmanlılardan aldığı torpaqları geri verdi. 1791-ci ildə Osmanlı Rus döyüşü Yassı Anlaşması ilə sona çatdı. Rusiya da döyüşlər sırasında işğal etmiş olduğu qala və şəhərləri geri verdi. Osmanlı Dövləti Krımı almaq istəyindən vaz keçdi. Bu döyüşlər davam edərkən, Osmanlı taxtına Ill Səlim keçdi. Səlim şahzadəliyi və padşahlığı dönəmindəki iki böyük döyüşdə, Osmanlı ordularının Avropa dövlətlərinin ordularına görə geri qaldığını gördü. Yeniçəri ocağından ayrı, "Nizami-Cədid" adında yeni bir ordu qurdu. Yeniçəri Ocağı, Topçu ocağı, Qumbaraçı ocağı və Timarlı Sipahilər ilə donanma yenidən quruldu. London, Paris, Vyana, Berlin kimi Avropanın böyük paytaxtlarında davamlı elçiliklər quruldu.
1789-cu ildə Misir Fransanın hücumlarına məruz qaldı. Misir uğrundakı döyüşlərdə Fransız topları Osmanlı ordusunun bir hissəsini və ərzaqlarını məhv etdi. Bu işğal qarşısında Osmanlı Dövləti öncə Rusiya, sonra da İngiltərə ilə, Fransaya qarşı anlaşdı. Fransızlar tərəfindən işğal edilmiş olan adalar geri alındı. 1799-cu ildə Napoleon, Suriyanı almaq üçün Əkka Qalasını mühasirəyə aldı. Ancaq məğlub olaraq Misirə geri çəkildi. Bundan sonra da Osmanlı İngilis qüvvələrinə qarşı mübarizə apara bilmədi. Misiri boşaltdı. 1806-cı ildə Ruslar Əflak-Boğdana (Rumıniya) hücum etdilər. İngiltərə Osmanlı dövlətini Rusiya ilə sülhə məcbur etmək üçün, donanmasını Çanaqqala boğazından keçirərək İstanbul qarşısına gətirdi. Ancaq bu hədə-qorxu bir nəticə vermədi. İngilis donanması geri çəkilmək məcburiyyətində qaldı. İngilislər Misirə getdi. Rus donanması da Bozcaadayı ələ keçirdi. Bu sırada İstanbulda Kabakçı Üsyanı qalxdı. Ill Səlim taxtdan endirildi və öldürüldü. Yerinə IV Mustafa keçdi. Ancaq Ələmdar Mustafa, IV Mustafanı taxtdan endirərək, yerinə II Mahmudu keçirdi. Özü də sədrəzəm oldu. Yeni bir ordu quruldu və adına "Sekbani-Cədid" deyildi. Yeniçərilər Babialiyə hücum çəkərək, Aləmdar Mustafanı öldürdülər (1808). Üsyançılar bu arada II Mahmudu taxtdan endirərək yerinə IV Mustafanı padşah etmək istədilər.
Ancaq II Mahmud qardaşı IV Mustafanı öldürtdü. Sekbani Cədid də aradan qaldırıldı. Bu zaman Osmanlı-Rus döyüşü davam edirdi. Ruse, Curcu və Nikopolu alan Ruslar Loveçə hücum etdilər. Döyüşə 1812-ci ildə Buxarest sülh müqaviləsi ilə son verildi. Prut çayı iki dövlət arasında sərhəd qəbul edildi. Anadolu sərhədi də dəyişmədi. Əflak, Moldova Osmanlı Dövlətinə geri verildi. Peloponnesdə Rumlar ayağa qalxdı. Bütün Peloponnes üsyançıların əlinə keçdi. Peloponnes və Krit əyalətləri Mehmed Əli Paşaya verildi. Peloponnesdə üsyançıların əlinə keçmiş olan şəhər və qəsəbələr geri alındı. Buna İngiltərə, Rusiya və Fransa etiraz etdilər. 1827-ci ildə bu üç dövlət Navarində Osmanlı-Misir donanmasını yandırdı. Rusiya da döyüş elan etdi. Ruslar Əflak və Moldovanı aldı. Kalas, İbrail, İsaqçı, Tolçı, Maçin və Silistrə qalalarını ələ keçirdilər və Ədirnəyə qədər irəlilədilər. Şərqi Anadoluda da Ərzuruma qədər gəldilər. 1829-cu ildə Ədirnə Anlaşması imzalandı. Şərqi Anadoluda Anapa, Poti, Ahıska Ruslara verildi. Rumelidə işğal edilən yerlər Osmanlılara geri verildi. 1830-cu ildə Osmanlı Dövləti, müstəqil bir yunan dövlətinin qurulmasını da qəbul etdi. Əlcəzair Fransa tərəfindən işğal edildi. Misir valisi Mehmed Əli Paşa da üsyan etdi. Misir ordusu Kütahyaya qədər irəlilədi. Mehmed Əli Paşaya qarşı II. Mahmud Rusiyadan yardım istədi. 1833-cü ildə Kütahya sülhü imzalandı. Bu sülhə görə: Suriya vəliəhdliyi Mehmed Əli Paşaya, Adana vəliəhdliyi də İbrahim Paşaya verildi.
1839-cu ildə Misirlə yenidən döyüş başladı. Nizipdə Osmanlı ordusu məğlub oldu. Bu arada II Mahmud öldü. Yerinə oğlu Əbdülməcid keçdi. Avropa dövlətləri, Mehmet Əli Paşaya çox təzyiq etdilər. Suriya vəliəhdliyini tərk etdirdilər. Boğazlar 1841-ci ildə bütün döyüş gəmilərinə bağlandı. 1839-cu ildə Tənzimat Fərmanı elan edildi və bu fərman bir çox yeniliklər gətirdi. Beləliklə Osmanlı İmperiyasında Tənzimat dövrü başladı. Bu arada Livan məsələsi ortaya çıxdı. 1846-cı ildə Livan Fransanın müdaxiləsi ilə ikili idarəetmə halına gətirildi. Yenə bu aralarda Əflak və Moldovada ixtilaflar çıxdı. Osmanlı Dövləti bu hərəkətləri Rusiyanın köməkliyi ilə yatırdı. Avstriyaya üsyan edərək, Osmanlı Dövlətinə sığınan Macar mültəcilər, Avstriya və Rusiyanın bütün təzyiqlərinə baxmayaraq, onlara təslim edilmədi. 1853-cü ildə Krım döyüşü başladı. Osmanlı Dövləti Tuna boyunda tək başına, Krımda isə Fransa və İngiltərə ilə birləşərək, Rusiyaya qarşı döyüşdü. 1856-cı ildə Paris Anlaşmasıyla döyüş sona çatdı. 1860-cı ildə Fransa birlikləri Livana və Suriyaya köməyə gəldi. Livan üçün yeni bir nizamnamə hazırlandı. Bu arada Əbdülməcid öldü və yerinə Əbdüləziz keçdi, onun taxta keçməsindən sonra, Balkan yarımadasında yeni qarışıqlıqlar yarandı. Osmanlı Dövləti, Balkanların istəklərini qəbul etmədi və üsyan yatırıldı. Üsyanın yatırılmasından sonra Kritdə yenidən narazılıqlar çıxdı. 1868-ci ildə bir fərmanla Kritdə yeni qayda elan edildi.
Osmanlının sonu: Cümhuriyyətə keçid
[redaktə | mənbəni redaktə et]1876-cı ildə Əbduləziz taxtdan endirilərək, yerinə V Murad keçirildi. V Muradın ruhi xəstəlikləri vardı. 90 gün sonra onun da yerinə II Əbdülhəmid keçdi. Serbiya Osmanlı Dövlətinə qarşı müharibə elan etdi. Sonra Monteneqro da bu müharibədə Serbiyaya qatıldı. Osmanlı orduları, Abdülkərim Nadir Paşa və Muxtar Paşa ordusundakı, Serbiya və Qaradağ ordularını məğlub etdilər. Serb ordusu, Cərnayəvin istəyi ilə Prins Milanı kral elan edərək, döyüşə yenidən başladı. Osmanlı ordusu, Serbləri təkrar məğlub etdi. Osmanlı Dövləti, Rusiyanin istəyinə əsasən döyüşləri dayandırdı. 23 dekabr 1876-cı ildə İstanbulda konfrans başladı. Həmin gün, Osmanlı Dövləti I Məşrutiyət elan etdi. Konfrans bir qərar qəbul etmədən dağıldı. Sonra 1877–1878-ci illər Osmanlı Rus döyüşü başladı. Döyüşlər, Balkanlarda və Anadolu cəbhəsində aparılırdı. Ruslar, Ayastefanos və Ərzuruma qədər irəlilədilər.
Öncə San-Stefano (Yaşılköy), sonra da Berlin Anlaşmaları imzalandı. Abdülhəmid, Məclis-i Məbusani dağıdaraq idarəçiliyi əlinə aldı. Berlin Konqresi başlamamışdan öncə də İngiltərə Kipri işğal etdi. Avstriya Bosniya-Hersoqovinanı, Fransa Tunisi, İngiltərə də Misiri aldı. Cənubi Rumeli əyaləti də Bolgarıstana qatıldı (1885). Albay Bassos Ordusunda 10.000 yunan, Giridə hücuma keçdi. Girid müsəlmanları öldürülməyə başlandı. 1891-ci ildə Albay Bassos, adanı Yunan kralı adından ələ keçirdiyini elan etdi. Yunanıstan Rumeli sərhəddindən Osmanlıya hücum etdi və cavab olaraq Osmanlı Dövləti Yunanıstana qarşı müharibəyə başladı. Ədhəm Paşanın rəhbərliyi altında olan Osmanlı ordusu bir çox döyüşdə Yunan ordularını məğlub etdi. Yunanıstan sülh istəmək məcburiyyətində qaldı və 1897-ci ildə İstanbul sülhü imzalandı. Bir müddət sonra Girid də Osmanlı Dövlətindən ayrılmış oldu. Makedoniyada 1902-ci ildə etirazlar başladı. II Abdülhəmid, Hüseyin Hilmi Paşanı Saloniki, Manastır və Kosovo müfəttişi təyin etdi. 1908-ci ildə Məşrutiyət yenidən elan edildi. Çox keçmədən də II Abdülhəmid taxtdan endirildi. Bu isə Osmanlı İmperiyasının yıxılması üçün atılan son addım oldu. İtaliya, Trablusqarpa hücum etdi. Oniki ada İtalyan donanması tərəfindən işğal edildi.
Trablusqarp və On iki ada İtaliyaya verildi. Osmanlı orduları, dörd Balkan dövləti qarşısında məğlubiyyətə uğradı. Balkan dövlətləri Çatalcaya qədər gəldilər. 30 may 1913-cü ildə Londonda imzalanan anlaşmaya görə; Midya-Ənəz xətti Osmanlı Dövlətinin sərhəddi oldu. Ədirnə, Bolqarıstanda qaldı. Girid də əldən çıxdı. Bir müddət sonra Osmanlı Dövləti, Kırklareli və Ədirnəni geri aldı. Balkan döyüşlərindan sonra, Birinci dünya müharibəsi başladı. Osmanlı Dövləti, Almaniyanın tərəfində Fransa, İngiltərə və Rusiyaya qarşı döyüşə başladı (11 noyabr 1914). Döyüş 4 il davam etdi. Anadoluda Ruslara, İraq, Suriya, Fələstin və Misirdə İngilislərə qarşı döyüşdü. Almaniya, Avstriya və Bolgarıstan ilə birlikdə Osmanlı Dövləti də, İngiltərə-Fransa qarşısında məğlub oldu. 30 oktyabr 1918-ci ildə Mudros müqaviləsi imzalanaraq döyüşlərə son verildi. Bu arada V Mehmed Rəşad öldü və yerinə VI Mehmed Vahideddin sultan oldu. Bu zaman düşmənlər İstanbula soxuldu. Qars erməni hərbi dəstələri, Ərdahan gürcü hərbi dəstələri, Antalya İtaliya, İzmir Yunanıstan, Urfa, Antep, Maraş və Adana Fransa tərəfindən işğal edildi. İstanbuldakı Məclisi Məhbusan (Osmanli parlamentinin aşağı palatası) Missaki Milli (Milli And) aktını qəbul edərək dövlətin bütövlüyünün milli hüdüdlar çərçivəsində toxunulmaz olduğunu bəyan etdi. Sevr muqaviləsinin ratifikasiyasını rədd eden parlament üzvlərinin həbsini qərara alan Britaniya işğal rejimi kütləvi tədbirlərə əl atmağa başladığı anda Məclis üzvləri Anadoluya keçərək, mübarizəyə Mustafa Kamal Paşanın öndərliyində Ankaradan davam etdilər. 23 aprel 1920-ci ildə Böyük Millət Məclisi toplandı. Əldə qalan torpaqların müdafiəsi və qorunmasını Məclis öz üzərinə götürdü. TBMM yeni dövlət yaratmaq məqsədi ilə yaradılmamışdı, İstanbuldakı şərtlərin uyğunsuzluğu səbəbindən Anadoluya keçən Məclis üzvlərinin formalaşdırdığı Ankara parlamenti simvolik anlamda sultanın, real kontekstde millətin maraqlarının müdafiəsini həyata keçirən qurum idi. 1921-ci il Konstitusiyası Sultan barədə heç bir müddəa nəzərdə tutmasa da, hüquqi baxımdan siyasi sistemdə monarxın qalma ehtimalını tam istisna etmirdi, lakin Mustafa Kamal hakimiyyətin bütün ünsürləri üzərində nəzarətə sahib olduqdan sonra, mərhələli əsasda konstitusiyalı monarxiyadan cümhuriyyətə keçid prosesini surətləndirdi. 1 oktyabr 1922-ci il tarixində TBMM səltənəti qalıdırmaqla padşahlığı ləğv etdi. Yalnız xəlifə ünvanını saxlayan Osmanlı ailəsinin rəisi bu ünvandan 1924-cü ildə məhrum edildi. 1922-ci ildə TBMM tərəfindən təyin edilən və formal əsasda belə heç bir siyasi hakimiyyəti olmayan Xəlifə II Əbdülməcidin dini hakimiyyəti iki il sonra parlament qərarı ilə ləğv edildi, Osmanlı Xanədanının bütün üzvlərinin ölkədən xaric edilməsi haqqında qanun çıxarıldı və Osmanlı sultan ailəsinin bütün üzvləri Türkiyə dövlətini tərk etdilər. Osmanlıların səltənəti bir tək sülalədən gələn tarixin ən uzun ömürlü səltənəti olmuşdur.
Osmanlı Dövlətinin qurucusu olan Osman Bəyin idarə etməyə başladığı tarix 1281-ci il tarixindən səltənətin ləğv edildiyi tarix olan 1922-ci ilə qədər tam 641 il səltənətləri davam etmişdir. Osmanlılar ayrıca Yavuz Sultan Səlimin 1517-ci ilində xəlifəlik almasından 1924-cü ilədək xəlifəliyin ləğvinə qədər 407 il Müsəlmanların xəlifəsi funksiyasını daşımışdır. Ancaq o da həqiqətdir ki, xəlifəlik və ya səltənət II Əbdülhəmidin taxtdan endirilməsi ilə təsirini tamamən itirmiş bir hala gəlmişdi. Bu vəziyyəti nəzərə alsaq, Osmanlıların xəlifəliyi 393 il davam etmişdir və II Əbdülhəmid ilə sona çatmışdır. II Əbdülhəmid, Əbu Bəkrdən sonra 98-ci xəlifə, bu gün son xəlifə olaraq bildiyimiz Abdülməcid isə 101-ci xəlifədir.
Dövlət quruluşu
[redaktə | mənbəni redaktə et]Osmanlı imperiyası yaranandan bəri mütləq monarxiya ilə idarə edilirdi. Sultan iyerarxik Osmanlı sistemində siyasi, hərbi, hüquqi və sosial başlıqlarda ən yuxarı pillədə idi. Teorik olaraq sadəcə Allaha və onun qaydalarına məsuliyyət daşıyırdı. Onun ilahi vəzifəsi İran-İslam başlıqlarında yansıdılan Allahın yer üzündəki kölgəsi və Yer üzünün xəlifəsi olmaq idi.[20] Bütün dövlət dairəsi onun hökmündəydi və verdiyi hər bir qərar fərman adlanan qərarnamədə yayımlanırdı. 1453-cü ildə İstanbulun tutulmasındən sonra özlərini Roma imperiyasının varisi hesab edirdilər. Buna görədə özlərini tez-tez Qeysər ya da İmperator adlandırırdılar.[20][21][22] 1517-ci ildə Misirin tutulmasındən sonra I Səlim xəlifə adını aldı. Beləcə özünü dünyanın müsəlman hökmdarı olduğunu iddia etdi. Osmanlı hökmdarlarına taxta çıxmamışdan qabaq Avropa ölkələrindəki tacqoyma mərasiminə oxşar olaraq Osmanlı qılıncı verilirdi.[23] Qılıncın verilmədiyi sultanın uşaqları varis sayılmırdı.[24]
Siyasi qərarlarda xanədanın önəmli üzvlərinin fikir və təklifləri diqqətə alınırdı.[25] XVIII əsrdə imperiya durğunluq dövrünə girdi. Bu dövrdə sultanlar çox gücsüzləşdilər. Bir çox sultan Yeniçəri ocağı tərəfindən taxtdan endirildi. Sultanların azalan gücləri ilk sultanların və sonrakıların hakimiyyət illərinin fərqliliyinə görə təsdiqləndi. I. Süleyman Osmanlı imperiyasını 46 il idarə edərək ən uzun hakimiyyətdə olan sultan olmuşdur. V. Murad isə 93 gün hakimiyyətdə olaraq ən az hakimiyyətdə olan sultan olmuşdur. Parlamentli monarxiya V. Muradın varisi II. Əbdülhəmidin zamanında rəsmiləşdirilmişdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Qeyri-Avropa dünyasının bütün hissələrindən Avropaya ən yaxın olanı Osmanlı imperiyası idi və bu imperiya ilə avropalılar əsrlər ərzində yaxın əlaqələrdə olmuşdular. İmperiya ümumiyyətlə Avropa dövlətinə bənzəmirdi. Ölçülərinə görə nəhəng olan bu imperiya dini icmaların toplumundan ibarət idi. Onun əhalisinin əksəriyyəti müsəlman idi, özü də bura həm ortodoks müsəlmanlar, həm də Druz və Vəhhabi məzhəbləri daxil idi. Bir hissəsi daim Yaxın Şərqdə yaşayan yəhudilər, həmçinin çoxusu yunanlar, ermənilər, Suriyada yaşayan ərəblərin bir hissəsi və maronitlər olan xristianlar da imperiyada yaşayırdı. Türklər idarə edən sinif idi və yalnız türklər və ya digər müsəlmanlar orduda xidmət edə bilərdi. Müsəlman olmayanlar raya, "naxır" və ya "sürü" kimi tanınırdı, onlar vergiləri ödəyirdilər. Hər kəs türkə çevrilə bilərdi. Burada din və ya irqlə heç bir əlaqə yox idi. Bosforun Avropa tərəfindəki keçmiş xristianların çoxu islama keçmiş və ağalıq edən türklərin dilini, geyimini və mədəniyyətini qəbul etmişdi. Müxtəlif dinə sahib olan insanlar çiyin-çiyinə, onların hər biri öz dini qruplarının qanunları, məhkəmələri və adətləri altında yaşayırdılar. Din xadimləri patriarxlar, yepiskoplar, rabbilər, imamlar, üləmalar öz adamları üçün türk hökuməti qarşısında cavabdeh idilər, çünki bu adamların üzərində onlar xeyli hakimiyyətə malik idilər.
Qərbi avropalılar öz xüsusi hüquqlarına malik idilər. Roma katolik din xadimləri əsasən Fələstində yaşasa da, dində Papaya, dünyavi hamiyəyə görə isə Fransaya baxırdılar. Qərb tacirləri "kapitulyasiya"dan və ya Osmanlı İmperiyasının XVI əsrdən başlayaraq bir sıra müqavilələrlə verdiyi xüsusi hüquqlardan istifadə edirdilər. Kapitulyasiyaya tabe olanlardan idxal edilmiş mallar üçün Türkiyə 8%-dən çox tarif ala bilməzdi. Avropalılar vergilərin çoxundan azad olunmuşdular. İki avropalı arasında olan mülki mübahisə və ya cinayət hadisəsi yalnız avropalı konsulun apardığı məhkəmədə, Avropa qanunları altında həll edilə bilərdi. Avropalı ilə Osmanlı təbəəsi arasındakı mübahisə türk məhkəmələrində yoluna qoyulurdu, ancaq bu məhkəmədə hökmən avropalı müşahidəçi iştirak etməli idi.
Ordusu
[redaktə | mənbəni redaktə et]Osmanlı dönəmində də Səlcuqluların ənənələrinə sadiq qalınaraq, ordunun dövlətin siyasi sütünunu təşkil edən türklərdən qurulması xətti yürüdüldü. Əslən türk olmayan yeniçərilərə gəlincə isə, onların türk-islam kimliyinə qovuşduqlarını nəzərə alsaq, ordunun monolitliyinin pozulmamasını yəqinləşdirmək olar. Osmanlı qoşunlarının əsas hissəsi sipahi adlandırılan atlı feodal qoşunlarından ibarət idi. Bu qoşun hərbi xidmət əvəzində sultandan torpaq almış döyüşçülərdən ibarətdir. Sultanın daimi piyada qüvvələri isə yeniçəri adlanırdı. Müharibə türk feodallarının əsas məşğuliyyəti olduğu üçün onların güclü sultan hakimiyyətinə ehtiyacı var idi. Sultan qeyri-məhdud hakimiyyətə malik hökmdar idi.
- Türk zəncir zirehi
- Bir miniatürdə Osmanlı hərbi dövlət gəmisi
Qalereya
[redaktə | mənbəni redaktə et]- Sultanahmet Meydanında xalq gedişi
- Topçu gerbi
- Piramidlər yanında döyüş (FRA – OSM)
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Abdolonyme Ubicini. Lettres sur la Turquie, ou Tableau statistique, religieux, politique, administratif, militaire, commercial, etc., de l'Empire ottoman, depuis le khatti-cherif de Gulkanè (1839), Paris — 1853.
- Abdolonyme Ubicini. Lettres sur la Turquie, ou Tableau statistique, religieux, politique, administratif, militaire, commercial, etc., de l'Empire ottoman, depuis le khatti-cherif de Gulkanè (1839), Paris — 1854.
- La Turquie actuelle. Par A. Ubicini. Paris: Librairie de L. Hachette et C., 1855, 474 pages.
- Letters on Turkey : an account of the religious, political, social, and commercial condition of the Ottoman Empire, the reformed institutions, Army, Navy, etc., etc. / translated from the French of M. A. Ubicini, by Lady Easthope. (1856)
- L'Empire de Turquie (1860)
- La Turquie en 1864 (1864)
- État présent de l'empire ottoman; statistique, gouvernement, administration, finances, armée, communautés non musulmanes, etc., etc. D'après le Salnâmeh (annuaire impérial) pour l'année 1293 de l'hégire (1875–76) et les documents officiels les plus récents par A. Ubicini et Pavet de Courteille. (1876)
- La Turquie d'Asie, géographie administrative : statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure. T2 par Vital Cuinet (1891)
- La Turquie d'Asie, géographie administrative : statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure. T1 par Vital Cuinet (1892)
- La Turquie d'Asie, géographie administrative : statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure. T3 par Vital Cuinet (1894)
- La Turquie d'Asie, géographie administrative : statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure. T4 par Vital Cuinet (1894)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://web.archive.org/web/20070222011511/http://jwsr.ucr.edu/archive/vol12/number2/pdf/jwsr-v12n2-tah.pdf.
- ↑ İmperiyanın digər adları: "Âl-i Osman"; "Devlet-i Âliye", "Devlet-i Ebed-Müddet", "Memâlik-i Mahrûse" veya "Memâlik-i Mahrûse-i Osmanî" Mənbə: Prf. Salih Özbaran: Bir başqa Osmanlı kimliği Rumilik Arxivləşdirilib 2013-02-24 at the Wayback Machine
- ↑ "Üzerinde Arapça yazı bulunan bir Osmanlı parası". 2017-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-16.
- ↑ "Prof. İnalcık: Osmanlı 1302'de kuruldu". 27 noyabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2024.
- ↑ "Bilim.org - "Osmanlı İmparatorluğu Söğüt'te değil Yalova'da kurulmuştur"". 28 may 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2024.
- ↑ Нации и национализм на мусульманском Востоке / Отв. ред. В. Я. Белокреницкий, Н. Ю. Ульченко; Институт востоковедения РАН. — М.:ИВ РАН, 2015. — 488 с.
- ↑ F. Aslı Ergul, "The Ottoman İdentity: Turkish, Muslim or Rum?", p. 636–637
- ↑ F. Aslı Ergul, "The Ottoman İdentity: Turkish, Muslim or Rum?", p. 641–642
- ↑ 1 2 F. Aslı Ergul, "The Ottoman İdentity: Turkish, Muslim or Rum?", p. 642
- ↑ C. Imber, "The Ottoman Empire, 1300–1650", p. 125
- ↑ "Türk İslam Ansiklopedisi"
- ↑ Cornell H. Fleischer, "Bureaucrat and Intellectual in the Ottoman Empire. The Historian Mustafa Ali (1541–1600)", p. 158–159
- ↑ R. P. Lindner, "The Nomads and Ottomans in Medieval Anatolia", p. 34
- ↑ Stephen P. Blake, "Time in Early Modern Islam", p. 39–40
- ↑ Stephen P. Blake, "Time in Early Modern Islam", p. 42
- ↑ Stephen F. Dale, "The Muslim Empires of the Ottomans, Safavids, and Mughals", p. 180–181
- ↑ M. D. Sheridan, "Depictind and Defaming Others", p. 305
- ↑ 1 2 C. Imber, "The Ottoman Empire, 1300–1650", p. 258
- ↑ H. E. Çıpa, "The Centrality of the Periphery: The Rise to Power of Sellm I, 1487–1512", p. 128
- ↑ 1 2 Findley 2005, s. 115
- ↑ Toynbee 1974, s. 22–23
- ↑ Stavrides 2001, s. 20
- ↑ Quataert 2005, s. 93
- ↑ d'Osman Han 2001, "Osmanlı Padişah Veraseti"
- ↑ Glazer 1996, "Osmanlı Müesseseleri"
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Osmanlı Devleti hakkında geniş bilgi [ölü keçid] (türk.)
- Osmanlı imperiyası: yaranması, inkişafı və süqutu (rus.)
- Osmanlı Araştırmaları Arxivləşdirilib 2020-04-02 at the Wayback Machine
- OSMANLILAR-En Geniş Osmanlı Arşivi,
- Osmanlı Donanması
- OsmanliMedeniyeti.com Arxivləşdirilib 2005-08-01 at the Wayback Machine Osmanlı Devleti kültür ve medeniyeti
- Osmanlı'da Ermeniler
- Turkcebilgi.net — Osmanlı Devleti Tarihi
- The Ottomans.org (Türkçe)
- Osmanlı Araştırmaları Vakfı Arxivləşdirilib 2019-09-15 at the Wayback Machine
- Sultanlar ve İlgilendikleri Sanat Dalları Arxivləşdirilib 2007-11-03 at the Wayback Machine
- Kronolojik Osmanlı Tarihi Arxivləşdirilib 2013-08-20 at the Wayback Machine
- Osmanlı'nın Kuruluşu — Kuruluş [ölü keçid]
- İnternet Ortamında Osmanlı Araştırmaları Kaynakları
- [1] [ölü keçid]
- http://www.osmanli700.gen.tr
- Osmanlı imperiyası dərsliklərdə