Qoncalı — Vikipediya
kənd | |
Qoncalı | |
---|---|
41°00′06″ şm. e. 43°39′34″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Ağbaba mahalı |
Rayon | Amasiya rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2.050 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Qoncalı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 14 km şimal-qərbdə yerləşir. Erməni mənbələrində Xancallı kimi qeyd edilir[3]. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[4].
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim gəncəli[5] türk etnonimi[6] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ehtimal ki, mənşəcə Anadoludakı Qonça kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zarişat qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kəndin köklü sakinləri azərbaycanlıların etnogenezində iştirak edən qarapapaq türk tayfaları olmuşdur. Siyahıyaalmalarda qarapapaqlar xalq kimi göstərilmişdir[7]. Kənddə 1886-cı ildə 178 nəfər, 1897-ci ildə 253 nəfər, 1908-ci ildə 303 nəfər, 1914-cü ildə 392 nəfər azərbaycanlı yaşamışdır[8]. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar geri öz -kəndlərinə qayıtmışdır. Burada 1922-ci ildə 95 nəfər, 1931-ci ildə 134 nəfər[8], 1987-ci ildə 236 nəfər[9] azərbaycanlı yaşamışdır. 1918–1920-ci illərdə əhalisi qovulduqdan sonra 1926-cı ilə qədər kənd boş qalmışdır. 1926–1960-cı illərdə kənddə ermənilər yaşamışlar. Sonra onlar Gümriyə köçdükdən sonra Azərbaycan türkləri məskunlaşmışlar[10] 1988-ci ildə kəndin əhalisi Azərbaycvana qovulmuşdur. 1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
- ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 20
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.140
- ↑ >qoncalı — İbrahim Bayramovun fikrincə
- ↑ Əhmədova E. Azərbaycan etnonimlərinin leksik-semantik və struktur-linqvistik təhlili, NDA, Bakı, 1995. s.12
- ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20–21
- ↑ 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20–21, 104–105
- ↑ Bayramov A. Qədim Oğuz ellərinin — Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri), Sumqayıt, 1996. s.167
- ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı. 1995.