Mehdi Hüseyn — Vikipediya

Mehdi Hüseyn
1958 – 1965
ƏvvəlkiSüleyman Rəhimov
SonrakıMirzə İbrahimov
Şəxsi məlumatlar
Doğum adı Mehdi Əli oğlu Hüseynov
Doğum tarixi 4 (17) aprel 1909
Doğum yeri
Vəfat tarixi 10 mart 1965(1965-03-10)[1] (56 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti yazıçı, dramaturq, ictimai xadim, tənqidçi, nasir, dramaturq, hekayə yazıçısı[d]
Atası Əli Hüseynov[d]

Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909, İkinci Şıxlı, Qazax qəzası10 mart 1965[1], Bakı[1]) — Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri (1958–1965), nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1964), "Stalin" mükafatı laureatı (1950), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–1965), 1941-ci ildən Sov.İKP üzvü.

Mehdi Hüseynov 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində akademiya tipli kinossenariçilər kursunu bitirmişdir. O, müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, Sovet Yazıçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışmışdır. Həmçinin xalq yazıçısı Mehdi Hüseyn keçmiş SSRİ və Azərbaycan Ali Sovetlərinə deputat seçilmişdir Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı "Kin" povesti və siyasi motivli "Daşqın" romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən "Tərlan" romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə "Nişan üzüyü" hekayəsini, "Fəryad" və "Ürək"povestlərini yazmışdır. 1948-ci ildə Bakı neftçilərinin bədii obrazını "Abşeron" romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: "Cavanşir", "Nizami",[2] "Şamil" görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M. Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini "Yeraltı çaylar dənizə axır" romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi. O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950). Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur. Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi ("Bizdə futurizm cərəyanı") 1926 ildə, ilk hekayəsi ("Qoyun qırxımı") isə 1927 ildə dərc edilmişdir. "Bahar suları" (1930), "Xavər" (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. "Tunel" (1927), "Qan intiqamı" (1928), "Kin" (1935), "Daşqın" (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır. Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan "Komissar"da (1942–49) pəşəkar inqilabçı M. Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mühüm tarixi əsəri olan "Səhər" (1953), "Tərlan" (1940), "Vətən çiçəkləri" (1942), "Moskva" (1942), "Ürək" (1945), "Fəryad" (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən "Abşeron" (1949), müəyyən mənada onun davamı olan "Qara daşlar" (1957–59) və ölməz "Yeraltı çaylar dənizə axır" (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir. Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına "Şöhrət" (1939) pyesi ilə başlamışdır. "Nizami" (1942) və "Cavanşir" (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. "Alov" (1961), "İntizar" (1944, İ. Əfəndiyevlə birgə), "Şamil" (1940–41) və "Qardaşlar" (1948) pyesləri, habelə xatirələri, yol qeydləri "Bir ay və bir gün" (1963), gündəlikləri var. "Şair" (1939), "Fətəli xan" (1947, Ə. Məmmədxanlı ilə birgə), "Səhər" (1958), "Qara daşlar" (1958) kino ssenarilərinin müəllifidir. Mehdi Hüseyn tənqidpublisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.

  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.

Mehdi Hüseyn (film, 1969)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Гусейн Мехти // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. "Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi". Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.