Lənkəran rayonu — Vikipediya

Rayon
Lənkəran

38°45′ şm. e. 48°51′ ş. u.HGYO


Ölkə
Daxildir Lənkəran-Astara
İnzibati mərkəz Lənkəran
İcra başçısı Taleh Qaraşov [1]
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi 1 539,4[2] km²
Hündürlük
51 m
Əhalisi
Əhalisi 220 000(2019)[3] nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-LAN
Telefon kodu +994 25[4]
Poçt indeksi AZ 4200
Avtomobil nömrəsi 42
Rəsmi sayt
Lənkəran xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bu məqalə Lənkəran rayonu haqqındadır. Lənkəran şəhəri üçün Lənkəran səhifəsinə baxın.

Lənkəran rayonuAzərbaycan Respublikasında inzibati — ərazi vahidi. İnzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır.[2] Rayonun ərazisi 153.940 hektardır.[2] Onun 66700 hektarını quru sahə təşkil edir.[2] Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır.[2] Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir .

Lənkəran ərazisindən aşkarlanmış, e.ə. I minilliyə aid keçi tutan adam təsvir edilmiş qızıl fiqur. Milli Azərbaycan Tarixi Muzeyi.

XVIII əsrdə Talış xanlığı yaradıldı. Qara xanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürüldü. Şəhər genişlənməyə başladı. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişləndi. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı kimi qalmış və Azərbaycanın İranla, Orta Asiya, HindistanRusiya ilə ticarətində mühüm rol oynamışdır. Şəhərdə yaşayış binaları ilə əhatə olunmuş 9 bazar var idi. 1795-ci ildə İran şahı aba Məhəmməd şah Qacarın ordusu Lənkəranı qarət edəndən sonra cənuba çəkildi. 1813-cü il yanvarın 1-dək Talış xanlığı Rusiya tərəfindən işğal edilmişdir. Sonradan Gülüstan müqaviləsinə əsasən Talış xanlığı Rusiyaya birləşdirildi. Lənkəran rayonu 1930-cu ildə təşkil edilmişdir. Lənkəran rayonu populyar turist marşrutlarının mərkəzində yerləşir. Onun bir hissəsi Xəzər dənizinin sahili boyunca yerləşmişdir. Bu sahil xəttinin əsas xüsusiyyətlərindən biri də qeyri-adi müalicəvi xassələrə malik olan qara qumdur. Rayonun Haftoni zonası öz tarixi obyektləri və "Lənkəran" müalicə zonası ilə məşhurdur və burada istirahət edənlərin Haftoni meşələrində yerləşən müalicəvi qaynaqlardan İstisu suyunun əsasında dolğun müalicə kursu keçmək imkanı var. Nərimanabad zonası Sara yarımadasının ərazisində yerləşmişdir. Onu bir tərəfdən Xəzərin suları yuyur, digər tərəfdən isə Qızılağac qoruğunun meşəlik zonası örtür. 1956-cı ilədək bura xüsusiləşdirilmiş ada olmuşdur, lakin sonradan materikdə onunla Liman şəhəri arasında Saranın statusunu əhəmiyyətli dərəcədə dəyişmiş torpaq bənd qurulmuşdur. Bu gün bu yerlər sıx şəkildə meşə ilə örtülmüş və ekoturizm həvəskarlarınınböyük marağına səbəb olmuşdur.

Lənkəran Azərbaycanın cox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tünc dövründən, yəni eramızdan əvvəl III–II minilliklərdə insanların yaşadığını təsdiq etmişdir. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirmişdir.

1747-ci ildən Lənkəran Talış xanlığının mərkəzi şəhərinə cevrilmişdir. Münbit torpaqları, bol suyu və mülayim iqlimi olan Lənkəranda əhalinin ən qədim məşğuliyyəti əkincilik, maldarlıq, bağcılıq, balıqcılıq, ipəkçilik və arıçılıq olmuşdur. Lənkəranda dəmirçilik, misgərlik, dulusçuluq və başqa sənətlər geniş yayılmış, xanlığın iqtisadi inkişafında ticarət mühüm rol oynamış, İran, Türkiyə, Rusiya, Orta Asiya dövlətləri ilə, Çin, Pakistan, Hindistan ilə ticarət əlaqələri yaradılmışdır.

Lənkəranda tarixi görməli yerlər çoxdur və onların arasında Lənkəran qalası, dəqiq desək, onun salamat qalmış fraqmentləri xüsusi diqqət cəlb edir. Qala XVIII əsrdə inşa edilmiş və Talış xanlığında vacib müdafiə istehkamlarından biri kimi tanınmışdır. Onun divarları öz iri formaları və möhkəm çıxıntı sıraları ilə böyük təəssürat oyadır. Qala, orta əsrlər üçün ənənəvi olan, lazım gəldikdə isə, su ilə doldurulan xəndəklə əhatə olunmuşdur. Tikilinin əsas obyektləri hücum edənlərin nişan alınaraq atəşə tutulduğu şimal və cənub qüllələridir. Qala ərazisində həmçinin şəhər bazarı olmuşdur və onun yerində yüz illər öncə bütün regionda zəvvarlar üçün ən çox ziyarət olunan yerlərdən biri olmuş iki məscid ucaldılmışdır.

Azərbaycanın ən gözəl guşələrindən biri olan Lənkəran respublikanın cənub-şərqində əlverişli fiziki coğrafi şəraitdə yerləşir. Lənkəran Azərbaycan Respublikası daxilində mövcud olan beş təbii coğrafi vilayətdən biridir. Lənkəranın ərazisi 38o24–39o24 şimal və 47o58 şərq coğrafi en dairəsində yerləşir, şimaldan Kür-Araz ovalığı, şərq və cənub-şərqdə Xəzər dənizi ilə hüdudlanmışdır. İnzibati baxımdan Lənkəran rayonu Astara, Masallı, Lerik inzibati rayonları ilə əhatə olunmuşdur. Relyefinə görə ərazisi əsasən düzənlik və müəyyən qədər dağlıq hissədən ibarət olmaqla cənuba doğru getdikcə ensizləşir. Ərazisi dağətəyi sahədə 200 metr hündürlükdə, Xəzər dənizi sahilində okean səviyyəsindən 28 metr aşağıda yerləşir.

Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür. Lənkəran rayonun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şumşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən əsas meşə ağacı enliyarpaqlı palıddır. Bu ağac nadir ağacların üçüncü nəslinə mənsubdur. Onun hündürlüyü 40–45 metr olur. Daha bir nadir bitki növü olan dəmirağacının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, bu ağacın yarpaqları qış fəslində tökülmür, onlar quruyaraq ağaclarda qalırlar. Meşələrdə çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Lənkəranın dəniz sahillərində gözəl qumlu çimərliklər salınmışdır.

Rayonda çaylar şəbəkəsi kifayət qədər sıxdır. Rayon mərkəzindən 10–25 km radiusda Lənkəran, Veravul, Boladi və Qumbaşı çayları axır. Əsasən yağış suları hesabına dolan çayların çoxu xəzər dənizinə tökülür. Bahar və payız fəsillərində bu çaylar coşub, daşır. Çayların suyundan suvarma məqsədilə istifadə etmək üçün burada Xanbulançay dəryaçası tikimişdir.

Lənkəran torpağı isti su bulaqları ilə zəngindir. Lənkəran şəhərindən 12 km qərbdə Talış dağlarının ətəklərində, İbadi meşəsinin yaxınlığında Meşə bulağı, Lənkəran-Masallı şossesinin 13-cü kilometrində Havzova bulağı, Lənkəran-Lerik şossesinin 15-ci kilometrində İbadi və Sumax dağlarının ətəyində İbadi bulağı var. Rəvayətə görə ağır xəstəliyə tutulmuş İbadulla adlı bir şəxs bu yerdə məskan salmış və şəfa tapmışdır.

Lənkəran rayonunun ərazisində iki qoruq var: HirkanQızılağac qoruqları. Bu qoruqlarda qırqovul, qu quşu, kəklik, ağ qartal və digər quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

İri yaşayış məntəqələri — Rayonda 2 şəhər, 8 şəhər tipli qəsəbə, 83 kənd vardır.

# Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı
1 Lənkəran şəhər bələdiyyəsi 49300
2 Liman şəhər bələdiyyəsi 12100
3 Boladı kənd bələdiyyəsi 7940
4 Gərmətük kənd bələdiyyəsi 5556
5 Girdəni kənd bələdiyyəsi 4688
6 Nərimanabad qəsəbə bələdiyyəsi 4452
7 Mamusta kənd bələdiyyəsi 4402
8 Vilvan kənd bələdiyyəsi 4372
9 Osaküçə kənd bələdiyyəsi 4332
10 Şağlaser kənd bələdiyyəsi 4148
11 Şağlaküçə kənd bələdiyyəsi 3873
12 Sütəmurdov kənd bələdiyyəsi 3770
13 Veravul kənd bələdiyyəsi 3453
14 Separadi kənd bələdiyyəsi 3173
15 Göyşaban kənd bələdiyyəsi 3038
16 İstisu kənd bələdiyyəsi 3038
17 Kərgəlan kənd bələdiyyəsi 3001
18 Şıxakəran kənd bələdiyyəsi 2906
19 Aşağı Nüvədi kənd bələdiyyəsi 2761
20 Haftoni kənd bələdiyyəsi 2685
21 Viyən kənd bələdiyyəsi 2603
22 Zövlə kənd bələdiyyəsi 2474
23 Digah kənd bələdiyyəsi 2347
24 Xolmili kənd bələdiyyəsi 2336
25 Balıqçılar qəsəbə bələdiyyəsi 2302
26 Şiləvar kənd bələdiyyəsi 2285
27 Cil kənd bələdiyyəsi 2279
28 Bürcəli kənd bələdiyyəsi 2104
29 Yuxarı Nüvədi kənd bələdiyyəsi 2084
30 Havzova kənd bələdiyyəsi 2027
31 Gəgiran kənd bələdiyyəsi 1925
32 Biləsər kənd bələdiyyəsi 1884
33 Xarxatan kənd bələdiyyəsi 1856
34 Ürgə kənd bələdiyyəsi 1817
35 Hirkan qəsəbə bələdiyyəsi 1781
36 Şovu kənd bələdiyyəsi 1674
37 Ləj kənd bələdiyyəsi 1596
38 Səpnəkəran kənd bələdiyyəsi 1481
39 Bala Şürük kənd bələdiyyəsi 1476
40 Rvo kənd bələdiyyəsi 1462
41 Kənarmeşə kənd bələdiyyəsi 1413
42 Daşdalıqcar kənd bələdiyyəsi 1400
43 Darquba kənd bələdiyyəsi 1365
44 Tükəvilə kənd bələdiyyəsi 1344
45 Xanbulan kənd bələdiyyəsi 1303
46 Şürük kənd bələdiyyəsi 1302
47 Siyavar kənd bələdiyyəsi 1240
48 Küvənil kənd bələdiyyəsi 1205
49 Türkəkəran kənd bələdiyyəsi 1170
50 Parakənd kənd bələdiyyəsi 1149
51 Lüvəsər kənd bələdiyyəsi 1121
52 Bəliton kənd bələdiyyəsi 1096
53 Seyidəkəran kənd bələdiyyəsi 1026
54 Tütəpeştə kənd bələdiyyəsi 940
55 Daştatük kənd bələdiyyəsi 878
56 Qurumba kənd bələdiyyəsi 837
57 Günəhir kənd bələdiyyəsi 845
58 Dıryan kənd bələdiyyəsi 758
59 Moğonojoba kənd bələdiyyəsi 637
60 Vel kənd bələdiyyəsi 662
61 Tşado kənd bələdiyyəsi 585
62 Türkəncil kənd bələdiyyəsi 551
63 Narbağı kənd bələdiyyəsi 487
64 Əşlə kənd bələdiyyəsi 317
65 Köhnə Gəgir kənd bələdiyyəsi 274
66 Cəmi 196686

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 213.2[5] nəfərdir (106.204[5] nəfəri kişilər, 106.711[5] nəfəri qadınlar) . Rayon əhalisinin 40%[5]-i şəhərlərdə, 60%[5]-i isə kəndlərdə yaşayır . Bilavasitə Lənkəran şəhərinin əhalisi 52.581[5] nəfərdir.

İlkin hesablamalara görə 2017-ci il aprel ayının əvvəlinə Lənkəran rayonunun əhalisinin sayı 225549 nəfər olmuş və cari ilin üç ayı ərzində 340 nəfər və yaxud 0,2 faiz artmışdır. Əhalinin 39,0 faizi şəhər yerlərində, 61,0 faizi isə kənd yerlərində yaşayır. Rayon əhalisinin ümumi sayından 50,2 faizi kişi, 49,8 faizi qadınlardır.

Əhalinin ümumi sayından 23,3 faizi 0–14 yaşda olan uşaq və yeniyetmələrdən,69,0 faizi əmək qabiliyyətli yaşda, 7,7 faizi isə əmək qabiliyyətli yaşdan yuxarı olanlardır.

Lənkəran rayonu üzrə demoqrafik göstəricilər aşağıdakı kimi olmuşdur:

  2017 yanvar-mart

min nəfərlə

2016 min nəfərlə 2017 yanvar-mart əhalinin hər 1000 nəfərinə 2016 əhalinin hər 1000 nəfərinə
Ümumi artım 340 423 6,0 7,6
Təbii artım 326 414 5,8 7,4
Doğulanlar 721 758 12,8 13,6
Ölənlər 395 344 7,0 6,2
Miqrasiya saldosu +14 +9 +0,2 +0,2
Nikahlar 252 279 4,5 5,0
Boşanmalar 52 60 0,9 1,1

2017-ci ilin birinci rübü ərzində rayonda 721 körpə dünyaya gəlmiş və 395 ölüm halları qeydə alınmışdır.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 13,6-dan 12,8-ə qədər azalmış, ölənlərin sayı isə 6,2-dən 7,0-a qədər artmışdır.

Cari ilin yanvar-mart ayları ərzində rayonda 252 nikah və 52 boşanma halları qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,0-dan 4,5-ə qədər, boşanmaların sayı 1,1-dən 0,9-a qədər azalmışdır. 2017-ci ilin birinci rübündə pasport xidmətləri tərəfindən 44 nəfər rayona gələn və 30 nəfər rayondan gedən qeydə alınmışdır. Miqrasiya saldosu müsbət 14 nəfər təşkil etmişdir.

Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən 2009-cu ildə həyata keçirilmiş siyahıya almasına əsasən:

Etnik
qrup
17–23 yanvar, 1939-cu il sa.[6][7] 13–22 aprel, 2009-cu il sa.[8][9]
Sayı % Sayı %
Cəmi 58 847 100.00 % 221 726 100.00 %
talışlar 31 487 53.5 % 136 109 61.38 %
azərbaycanlılar 18 880 32.1 % 84 721 38.21 %
ruslar 7 293 12.4 % 419 0.0019 %
türklər 354 0.0016 %
ukraynalılar 397 0.67 % 18 0.00008 %
kürdlər 5 0.01 % 14 0.00006 %
tatarlar 13 0.00005 %
ləzgilər 35 0.06 % 10 0.00003 %
ermənilər 241 0.41 %
almanlar 173 0.29 %
yəhudilər 86 0.15 %
gürcülər 9 0.02 %
avarlar 2 0.00 %
digərləri 239 0.41 % 68 0.0003 %

Bölgədə yaşayan ruslar XIX əsrin əvvəllərində Rusiya imperiyası tərəfindən köçürülmüş, sonradan onlardan bir çoxu Rusiyaya, eləcə də digər MDB ölkələrinə köç etmişlər.

Lənkəran rayonu mühüm kənd təsərrüfatı zonasıdır. Mülayim iqlim şəraiti, bol günəşi və məhsuldar torpaqları sayəsində Lənkəran çay, yapon xurması, feyxoa, limon və naringi kimi subtropik bitkiləri ilə ad çıxarmışdır. Çay becərilməsi bu regionda kənd təsərrüfatı fəaliyyətinin ən çox inkişaf etmiş və ən gəlirli növlərindən biridir. Çay məhsulu yerli fabriklərdə emal edilir. Sənaye sahələri isə mebel, ipək və xalça istehsalı ilə təmsil edilmişdir. Rayonun Boladi, Veravul və Vilvan kəndlərində ənənvi xalq sənətləri — xalçaçılıq, zərgərlik, qamışdan məişətdə işlədilən əşyaların toxunması daha geniş inkişaf etmişdir. Lənkəran şəhərində bəzi sənətkarlar daş, ağac və metal üzərində oyma kimi xalq sənətləri ilə məşğul olurlar.

Lənkəranda qədimdən balıqçılığa xüsusi maraq olmuşdur. Əlverişli təbii şərait, xüsusilə Xəzər dənizi, Lənkəran çayları, gölməçələr və arxlar balıqçılıın inkişafına imkan vermişdir. Keçmiş Lənkəran qəzası XIX əsrin ikinci yarısında balıqçılıın inkişafına görə Zaqafqaziyada birinci yeri tutmuşdur. Qumbaşı balıqçılıq vətəgəsi XIX əsrdə Lənkəranda böyük balıqçılıq müəssisəsi sayılmışdır. 1887-ci ildən başlayaraq Qumbaşı balıqçılıq vətəgəsi Gürcüstandan gəlmiş sahibkarlara — Yeni Afon monastrına 12 illiyə icarəyə verilmişdir. Sarı Adası vətəgəsi Avropa təbəəsi olan Reytmana icarəyə verilmişdir. Burada ovlanan balıqlar Həştərxana və oradan da xaricə ixrac olunurdu. İstehsal olunan kürülər isə Rumıniyaya və Yunanıstana göndərilmişdir. İnqilabdan əvvəl Qumbaşı və Sarı Ada vətəgələri Mirəhməd xan Talışinski, Hacı Zeynalabdin Tağıyevə və digər milyonçulara məxsus olmuşdur. Lənkəranda ilk balıqçılıq kolxozları 1929-cu ildə yaradılmış, 1977-ci ilədək "Qələbə", "Sarı", "26-lar", "Vatutin" adı ilə fəaliyyət göstərmişdir adası. 1990-cı ildə Eöyşaban və ikinci Nərimanabaddakı balıqçılıq təsərrsfatları bərpa yedilmişdir. Ötən əsrin altmışıncı illərində qurmaqla toru, tövratların ssrstləməsı, çömçə (dom'a) toru, tərəcə, şolu və dieər növ balıq ovu alətləri ilə dənizdən, çaylardan, murdov və bicarlardan, arxlardan, şətta xəndəklərdən balıq ovlanırdı. Murdovun qurudulması, çəltikçiliyin ləğvi balıq məhsullarını tükəndirmişdir.[10]

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

[redaktə | mənbəni redaktə et]

Lənkəranda 51 məktəbəqədər uşaq müəssisəsi, 81 ümumtəhsil, pedaqoji, tibb və musiqi məktəbi var. 87 klub, 94 kitabxana, Dövlət Dram Teatrı, muzey, Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq və Subtropik Bitkilər İnstitutunun filialı fəaliyyət göstərir.

Rayonun inzibati mərkəzi — yaşıllığa qərq olunmuş gözəl Lənkəran şəhəridir. Akasiya xiyabanları həm yerli sakinlərin, həm də Lənkəranın qonaqlarının sevimli istirahət guşəsidir. Bu diyarın əlverişli coğrafi mövqeyi, münbit torpağı və zəngin təbii ehtiyatları ta qədim dövrlərdən adamları cəlb edirdi. Burada neolit dövründən başlayaraq insan məskənləri olmuşdur. Hazırda Lənkəran şəhərinin olduğu yerdə 300 il bundan əvvəl qamış kolları ilə dolu bataqlıq bir ərazi var idi. O vaxtlar dənizin yaxınlığında Lənkərançay çayının sahilində dördbucaqlı şəklində 2 qülləli bir qala və mayak tikilmişdir. Şəhər əvvəlcə Ləngərkünən adlanırdı. Bu sözün mənası "lövbər yeri", yəni "liman" demək idi.

Lənkəran şəhərindəki tarix muzeyinin həm ekspozisiyası, həm də binanın özü turistlərin marağına səbəb olacaqdır. Lənkəran diyarı -məşhur generallar Səmədbəy MehmandarovunHəzi Aslanovun vətənidir. Bu şəhərdə Həzi Aslanovun abidəsi ucaldılmış, onun doğulduğu evdə isə muzey açılmışdır. Lənkəran teatrının tarixi XIX əsrdən başlanır. Bu teatrda 1850-ci ildə səhnəyə qoyulmuş ilk əsərin tamaşasından əldə edilən bütün gəlir yoxsullara ianə edilmişdir.

Memarlıq abidələri və görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Memarlıq abidələrindən Lənkəranda qala, Hacı Mirzə hamamı, məscid (XVIII–XIX əsrlər), Aşağı Nüvədi, Seyidəkəran, Sütəmurdov kəndlərindən məscid (XIX əsr) qorunub saxlanır. Rayonda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, Lənkəran şəhərində Kiçik Bazar məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, binanın fasadını bəzəyən dəqiq naxışları ilə seçilən gözəl Xan Evi kimi tarixi abidələr qorunub saxlanmışdır. Şəhərin qərbində Bəlləbur qalasının xarabaları var. Bu qalanın tikilməsində çay daşından və bişmiş qırmızı kərpicdən istifadə edilmişdir. Saxsı su kəməri boruları hələ də salamat qalmışdır.

Qalanın ən uca yerində qüllə ucalmışdır. Yerli əhali bu qalanı Boz qala adlandırır.

Lənkəran şəhərində gəzməli-görməli yerlər çoxdur. Ən məşhurları Qala (Həzi Aslanov) Park-Bulvar Kompleksi, Heydər Əliyev Xatirə Parkı, Dosa Mall, Lənkəran (Mərkəzi) Univermağı, Həzi Aslanov Parkı, Soyqrım Qurbanlarının Xatirə Parkı, Rövşən Abdullayev Parkı, Lənkəran Mayakı, Şəhidlər Xiyabanı və Lənkəran Şəhər Heydər Əliyev Meydanıdır.

Lənkəran rayonunun iqlimi rütubətli, subtropikdir. Bu iqlim qışı mülayim, yayı quraq keçən, isti və payızı çox yağıntılı olması ilə fərqlənir. Bu yerlərdə sərt və qarlı qış olmur. Günəş radiasiyası 125–134 kkal/sm2 çatır .[11] Havanın orta illik hərarəti 25,1o C-dir .[11] Ən isti ay iyul (40oC), ən soyuq ay isə yanvardir (3–4oC) .[11] Yağıntının illik miqdarı 1400–1600 mm-dir.[11] Rütubətli, subtropik şəraitinə görə ərazidə sarı torpaqlar geniş yayılmışdır . Lənkəranın iqlim şəraiti ərazinin bir sıra özünəməxsus cəhətləri ilə fərqlənir. Vilayətin şərq və cənub-şərq qurtaracağının Xəzər dənizi ilə sərhədlənməsi və cənubda dağlıq ərazilərin kəskin şəkildə sahilboyu zolağa enməsi Xəzərin üzərindən gələn su buxarının kondensasiyası üçün əlverişli şərait yaratmışdır.

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. Lənkəran Rayon İcra Hakimiyyəti: İcra hakimiyyətinin başçısı: Qaraşov Taleh Azay oğlu Arxivləşdirilib 2013-02-12 at the Wayback Machine
  2. 1 2 3 4 5 Lənkəran Rayon İcra Hakimiyyəti :Ümumi məlumat Arxivləşdirilib 2012-08-06 at the Wayback Machine
  3. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  4. “Aztelekom” İstehsalat Birliyi: Ölkə və şəhərlərarası telefon kodları: Şəhərlərarası telefon kodları Arxivləşdirilib 2018-05-03 at the Wayback Machine
  5. 1 2 3 4 5 6 Lənkəran Rayon İcra Hakimiyyəti :Əhali Arxivləşdirilib 2012-05-16 at the Wayback Machine
  6. Ethno-Caucasus, Этнодемография Кавказа: Ленкаранский район (перепись 1939 года) Arxivləşdirilib 2014-10-09 at the Wayback Machine
  7. "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР. Азербайджанский ССР >> Ленкоранский". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-28.
  8. Azərbaycan Dövlət Statistika Komitəsi: Lənkəran rayonu Arxivləşdirilib 2010-11-13 at the Wayback Machine
  9. Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2015-06-27 at Archive.today
  10. Ədəbiyyat: ASE, II cild,., 1977. Y. Əbdürrəhmanov. Azərbaycan faunası,., 1966; Y. Əbdürrəhmanov, R. Qayıbova, Ş. Abbasov. Bizim balıqlar,., 1966.
  11. 1 2 3 4 Lənkəran Rayon İcra Hakimiyyəti:İqlim Arxivləşdirilib 2012-05-16 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]